Bu gün, iyunun 13-ü, ehtimal edilən birinci Qədr gecəsidir

Ramazanın 18-dən 19-na keçən gecə (bu il 13 iyundan 14-nə keçən gecə) birinci Qədr gecəsidir.

Məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. Buna dair Müqəddəs Kitabda iki ayə var: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”. (“Bəqərə”, 185) və “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” (“Qədr”, 1). Bu ayələrdən aydın olur ki, Quran Ramazan ayında və Qədr gecəsi nazil olub.

Qədir gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən biridir və daha çox ehtimal budur ki, 19, 21 və 23-cü gecələrindən biridir (27-ci gecə haqda da məlumat var). Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır.

Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmən surədə buyurulur: “Qədr gecəsi min aydan daha xeyirlidir!” (“Qədr”, 3).

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. İki rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə.s) və İmam Huseynin (ə.s) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə.s) Qədr gecəsində oxuduğu duanı oxumaq.

8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.

(Daha dəqiq məlumat üçün bu linkə baxın http://az.islam.az/article/a-104.html )

Allah orucunuzu qəbul etsin!

İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"



Yerləşdirilib:13 İyun, 2017  11:00, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
27 İyun, 2017

Srebrenitsadakı soyqırımda Hollandiya hərbçilərinin iştirakı rəsmən təsdiqlənib

27 İyun, 2017
Trampın miqrasiya barədə fərmanı qismən qüvvəyə minib
27 İyun, 2017

Nigeriyada silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb

27 İyun, 2017

Ramazan ayında qeyri-vacib səbəbdən səfərə çıxan adam kəffarə verməlidirmi? İslam suallarda

27 İyun, 2017

Yəməndə hava zərbələri nəticəsində 9 nəfər ölüb

27 İyun, 2017
Erməni silahlı bölmələri atəşkəsi 158 dəfə pozub
25 İyun, 2017

Bayramınız mübarək, əziz müsəlmanlar!

24 İyun, 2017

Ramazan bayramı namazı necə qılınır?

24 İyun, 2017

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

24 İyun, 2017

Qətər XİN rəhbəri: “Qarşımıza qoyulan tələblər qeyri-realdır”

24 İyun, 2017

Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilib

24 İyun, 2017

Fitr bayramı axşamı pulu olmayan adam bayramdan bir neçə gün sonra pul tapıb fitrə zəkatı verə bilərmi? İslam suallarda

24 İyun, 2017
Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktının qarşısını alıb
24 İyun, 2017
Ermənilər atəşkəsi 115 dəfə pozub
23 İyun, 2017

Fitrə zəkatının miqdarı nə qədərdir?

23 İyun, 2017

Misir prezidenti Ramazan bayramı ilə əlaqədar 500-dən çox məhbusu əfv edib

23 İyun, 2017

Ramazan ayı hansı gün sona çatır?

23 İyun, 2017
Bu gün müsəlman dünyası Beynəlxalq Qüds Gününü qeyd edir
23 İyun, 2017

Bakı şəhəri qlobal bahalılıq reytinqində 182-ci yeri tutub

23 İyun, 2017

Qətər üçün sülh tələbləri: İranla əlaqələri kəs, Türkiyə bazasını və "Al-Jazeera"ni bağla

23 İyun, 2017

Pakistanda partlayış olub, 6 nəfər ölüb, 14 nəfər yaralanıb

23 İyun, 2017
Rusiya İŞİD-i suyun altından vurdu
23 İyun, 2017

İnsan namaz qılıb bitirəndən sonra öz paltarında nəcasət ləkəsi görsə, bunun hökmü nədir? İslam suallarda

23 İyun, 2017
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağı qərara alıb
23 İyun, 2017
Atəşkəs rejimi 117 dəfə pozulub
22 İyun, 2017

İŞİD “Cənnətə giriş kartı” paylamağa başladı

22 İyun, 2017

Rusiyalıların 42%-i özünü pravoslav, 30%-i isə müsəman gesab edir

22 İyun, 2017

Prezident “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

XƏBƏRARXİVİ
«İyn.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com