İƏT ölkələri “Gənclər Zirvəsi” Bakı Bəyannaməsini qəbul etdi

“Beynəlxalq İƏT Modeli” başa çatdı, qaliblər elan olundu

Bakıda İslam Əməkdaşlıq Təşkilatının müvafiq qərarı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə 35 ölkəni təmsil edən gənclərin iştirakı ilə “Fəaliyyətdə həmrəylik” şüarı altında 2 gündür ki, davam edən və dünən öz işini başa çatdıran “İƏT Modeli Gənc Liderlər Zirvəsi”nin təntənəli bağlanış və mükafatlandırma mərasimi keçirildi.

İslam ölkələrinin iqtisadi inteqrasiyası, islamofobiya və radikalizmə qarşı yaradıcı üsullarla mübarizə, münaqişə zonalarında insan haqları müdafiəsi və s. mövzuları əhatə edən Gənclik Zirvəsində İƏT-in 35 üzv-ölkəsinin 70-ə yaxın universitetindən seşilmiş 100-ə yaxın gənc lider, beynəlxalq təşkilat rəhbərləri, İƏT üzv ölkələrdən gəlmiş nüfuzlu elm xadimləri, BMT və İƏT yüksək nümayəndələri, dövlət nümayəndələri iştirak etmişdir.

Tədbirin son günü müzakirələrinin nəticəsi olaraq yekun qətnamələr qəbul edilmiş, iştirakçılara və simulyasiya sessiyalarının qaliblərinə müvafiq sertifikatlar və qiymətli hədiyyələr təqdim edilmiş, Beynəlxalq İƏT Modelin təqdimatı keçirilmiş, İƏT Modeli Gənc Liderlər Zirvəsinin qəbul etdiyi Bakı Bəyannaməsi elan olunmuşdur.

Gənclər Zirvəsinin sessiyalarında iştirakçılar Xocalı faciəsinə qlobal miqyasda hüquqi-siyasi qiymət verilməsi, Rohinya münaqişəsi qurbanlarının insani haqlarının qorunması, İslamofobiyaya qarşı mübarizə məsələləri ilə bağlı müvafiq qətnamələr qəbul etmişlər. Xocalıya həsr olunmuş sessiyada beynəlxalq iştirakçılar tərəfindən, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən təşəbbüsü irəli sürülən “Xocalıya Ədalət” kampaniyası, humanitar problemlərin sivilizasiyalar arası dialoq aspektindən tanıtdırılması istiqamətində nümunəvi təşəbbüs kimi qiymətləndirildi.

Sammitin beynəlxalq  jürisinin qərarına əsasən İndoneziyanı (1-ci yer), Fələstini (2-ci yer) və Kamerunu (3-cü yer) təmsil edən komandalar Beynəlxalq İƏT Modelin qalibləri elan olundu, Azərbaycanı təmsil edən komanda isə xüsusi mükafatla təltif edildi.

“İƏT Modeli” Gənc Liderlər Zirvəsinin təntənəli bağlanış mərasimində İƏT Baş Katibi Y. əl-Useyminin müraciəti oxundu, xüsusi tapşırıqlar üzrə səfir Pərviz Şahbazov,  Azərbaycan Prezidenti yanında Gənclər Fondunun direktoru Fərhad Hacıyev, İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov çıxış edərək, İslam ölkələri həmrəyliyi və ənəkdaşlığının onların inkişafı üçün zəmin olduğunu, bu baxımdan gənclərin intellektual inkişafı və gələcək əməkdaşlığına yönələn belə tədbirlərin xüsusi əhəmiyyətini qeyd etdilər.

Tədbirin sonunda Gənclər Zirvəsi tərəfindən qəbul olunmuş Bakı Bəyannaməsində  İƏT arealı ölkələrinin gələcək inkişafı, gedən münaqişələrin həlli, müasir çağırışlara müsəlman ölkələrinin verəcəyi cavablar, radikalizm və ekstremizmin aradan qaldırılması yollarının gəncliyin gələcəyə hesablanan əməkdaşlıq yolları göstərilmiş, bu kontekstdə İslam ölkələrinin həmrəyliyinə inam qeyd olunmuşdur. Bəyannamədə eyni zamanda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları və bu oyunlar ərəfəsində gənclik proqramı olaraq İƏT ölkələri Gənclik Zirvəsinin keçirilməsi, Azərbaycan dövləti və rəhbərliyi tərəfindən İslam ölkələrinin həqiqi həmrəyliyinə nail olmaq istiqamətində mühüm addım kimi qiymətləndirildi.



Yerləşdirilib:12 May, 2017  10:25, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 Noyabr, 2017

Rusiyanın XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli planı masa üzərindədir"

20 Noyabr, 2017

Qırğızıstan prezidenti: “Yaxşı ki, şalvarımı istəməmisən” (Video)

20 Noyabr, 2017

İraq məhkəməsi Kürdüstan bölgəsində keçirilən referendumu qanunsuz elan edib

20 Noyabr, 2017

"Kamilliyə aparan yol: ariflərin həyatından nümunələr" - 6 Video

20 Noyabr, 2017

İndoneziya parlamentinin sədri korrupsiyada ittiham olunaraq həbs edilib

20 Noyabr, 2017
“Nike” idmançı müsəlman xanımlar üçün xüsusi baş örtükləri hazırlayıb
20 Noyabr, 2017

Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq

20 Noyabr, 2017

Nə üçün İslamda üzü üstə yatmaq bəyənilməz hal sayılır? İslam suallarda

20 Noyabr, 2017
Atəşkəs rejimi 128 dəfə pozulub
20 Noyabr, 2017

Ermənilərin törətdiyi Qarakənd faciəsindən 26 il ötür

20 Noyabr, 2017

Türkiyədə 16 terrorçu zərərsizləşdirilib

19 Noyabr, 2017

Bu gün imam Rzanın (ə) şəhadət günüdür

18 Noyabr, 2017
Livanın istefa verən Baş naziri Saad Hariri Fransaya gəlib
18 Noyabr, 2017
Suriyanın Deyr-ez-Zor əyalətində partlayış baş verib
18 Noyabr, 2017
Türkiyə Dini İşlər İdarəsinə ilk dəfə qadın yüksək vəzifəyə gətirilib
18 Noyabr, 2017

Əfqanıstanda qar uçqunu baş verib, 10 nəfər ölüb

18 Noyabr, 2017

Satılan malın qiymətinin üstünə nə qədər əlavə pul qoymaq olar? İslam suallıarda

18 Noyabr, 2017
Atəşkəs rejimi 123 dəfə pozulub
18 Noyabr, 2017
İŞİD Rakkanı tərk etməzdən əvvəl şəhərdə hər bir tikilini minalayıb
17 Noyabr, 2017

Türkiyədə tikilməkdə olan məscid çöküb, 1 nəfər ölüb

17 Noyabr, 2017

Azərbaycanda yenidən zəlzələ olub

17 Noyabr, 2017

NATO baş katibi Türkiyədən üzr istəyib

17 Noyabr, 2017

“ABŞ İraqdakı səhvləri Suriyada da təkrarlayır” – Çavuşoğlu

17 Noyabr, 2017

ABŞ komandanlığı: Türkiyə S-400 alarsa, NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq

17 Noyabr, 2017

İraqda İŞİD-in son dayaq nöqtəsi təmizlənib

17 Noyabr, 2017
Zimbabvedə hərbçilər Robert Muqabenin bir neçə yaxın adamını həbs ediblər
17 Noyabr, 2017

"Yığdığınızı qaytarın, sizi evə buraxaq" Şahzadələrə ultimatum

17 Noyabr, 2017

Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

XƏBƏRARXİVİ
«Noy.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com