Avropa Parlamentində çalışan ilk azərbaycanlı xanım: "Mənəvi baxımdan məqsədim Allahın rizasını qazanmaqdır"

İslam.az Avropa Parlamentinin nümayəndəsi, beynəlxalq dərəcəli hüquqşünas Aysel Həmidovanın Milli.Az-ın əməkdaşı İlkin İzzətlə söhbətini qısa ixtisarla oxucuların diqqətinə təqdim edir.

- Avropada Aysel Həmidovanı nə ilə, hansı keyfiyyətlərinə və ya işinə görə tanıyırlar?

- Əsasən peşəsi, sənəti, işi ilə tanıyırlar. Mən ixtisasca hüquqşünasam. Yeri gələndə diplomat kimi çıxış edirəm. Təvazökarlıqdan uzaq olmasın, amma bu qazandığım mövqeyi də, şöhrəti də peşəmi gözəl bildiyimə görə əldə etmişəm. Aysel Həmidova bu gün Avropa Parlamentində peşəkar hüquqşünas və diplomat kimi çalışan bir xanımdır. Yəni mənim uğurlarım peşəmlə bağlıdır. Gənc olmağıma baxmayaraq, artıq dünyanın demək olar ki, bütün ölkələrində, hətta bəzilərində bir neçə dəfə olmuşam, həmin ölkələrin mühüm siyasi, rəsmi şəxsləri məni tanıyır, qəbul edir.

- Avropa Parlamentində sizdən başqa da azərbaycanlı kimsə çalışır və ya bunadək çalışıb?

- Məncə yox, çalışmayıb. Mənə elə gəlir ki, burada çalışan ilk azərbaycanlı məhz Aysel Həmidovadır. Amma bir şey var ki, mən azərbaycanlı hesab edilsəm də, damarlarımda azərbaycanlı qanı axsa da, Azərbaycanda doğulmamışam, orada böyüyüb boya-başa çatmamışam.

- Harda doğulmusuz? Harda təhsil almısınız?

- Norveçdə doğulmuşam. Uşaqlıq və yeniyetmə çağlarım bu ölkəyə təsadüf edir. Daha sonra həyatımın 4-5 ili Türkiyədə İstanbulda keçib. Sonra ailəmizlə birgə gəlib İtaliyanın kiçik, amma gözəl və rahat şəhərlərindən Ostunidə yaşamışıq. Amma artıq bir neçə ildir ki, ailəmizlə birgə bəzən dünyanın mərkəzi və ya gözü hesab edilən Romada yaşayırıq. Həyatımdan da, işimdən də məmnunam.

- Məndə olan məlumata görə, valideynlərimiz Azərbaycanda doğulublar, sonra Avropaya köçüblər.

- Bəli, onlar Azərbaycanda doğulublar. Valideynlərimin Avropaya gəlməsi və qalması isə tələbəlik illərinə təsadüf edir. Onlar əsl azərbaycanlıdırlar, qəlbən də Azərbaycana çox bağlı insanlardır. Ümumiyyətlə, bizim ailəmiz soyuna, kökünə, adət-ənənəsinə çox bağlıdır. Ailəmizdə hələ də hətta Azərbaycanın özündə belə çoxlarının unutduğu əsl milli adət-ənənələr qorunur saxlanır, onlara əməl edilir.

- Avropada doğulub boya-başa çatsanız da, Azərbaycan dilində yaxşı danışırsız...

- Bunun bir neçə səbəbi var. Əvvəla, bizim ailəmiz milli adət-ənənələri qoruyub saxlayan ailədir. Amma mən Azərbaycan dilini mükəmməl bilmirdim. Sonradan buna istəkmi, yoxsa zərurətmi deyək, bilmirəm, ondan doğaraq Azərbaycan dilini daha mükəmməl öyrənməyə çalışdım.

- Yaxşı, zəif də olsa, Azərbaycan dilini uşaqlıqdan bilirdiniz, yoxsa yeniyetməlikdən?

- Yox, bunu yalnız son illərin uğuru adlandırmaq olar.

- Ümumiyyətlə, hansı dilləri bilirsiniz?

- Əhəmiyyətli sayıla bilənləri...

- Onda gəlin sayaq...

- Bu bizim vaxtımızı çox almaz ki?

- Məncə yox. Gəlin sadalayaq...

- İngilis dilini mükəmməl bilirəm. Bundan başqa ərəb, norveç, fransız, rus dillərində oxuyur, yazır, danışıram. Təbii ki, italyan dilini bilirəm, sevdiyim dildir. İspan dili də sevdiyim dillərdəndir.

- Daha sonra?

- Başqaları da var, amma hamısını sadalamağa ehtiyac görmürəm. Bir şeyi qeyd edim ki, biz səfərlərə sakit oturmağa, istirahətə və ya hansısa muzeyə baxmağa getmirik. Mən çox azlıq təşkil edən şəxslərdənəm ki, görüşlərdə, tədbirlərdə tərcüməçidən istifadə etmirəm. hansı ölkədə oluramsa, onlarla sərbəst şəkildə, çəkinmədən dialoq qura bilirəm. Ola bilsin ki, hansısa dildə kobud olmasa da, müəyyən səhvlərə yol verim. Bu da əsasən yerli insanlarla ünsiyyət zamanı onların ləhcəsində danışarkən ola bilər.

- Bəs hansı dildə düşünürsüz?

- Mən italyan dilində düşünürəm. Amma düşündüklərimi Azərbaycan dilində də pis ifadə etmirəm... (gülür)

- İtaliyada, Norveçdə, eləcə də Avropanın digər ölkələrindəki digər azərbaycanlılarla dostluğunuz, ünsiyyətiniz varmı?

- Mən insanları sevirəm, həyatı sevirəm. Bununla bərabər, insanları özümə çox yaxın buraxmağı xoşlamıram. Amma bəli, dostluq etdiyim, ünsiyyət qurduğum azərbaycanlılar təbii ki, var. Həm azərbaycanlılarla, həm türklərlə, həm ərəblərlə və digərləri ilə çox gözəl münasibətlərimiz var. Dini bayramlarda biz bir yerdə oluruq. Bəzən yardım məqsədilə toplaşırıq. Yəni buradakı azərbaycanlılarla əlaqələrimiz var. Bunu da vurğulamaq istəyirəm ki, onlar həmişə mənə güvəniblər, hörmət bəsləyiblər, sözümü də yerə salmayıblar.

- İşinizin əsas mahiyyəti nədən ibarətdir?

- İşimin əsasında beynəlxalq səviyyədə hüquqi müdafiə, siyasi mövqeyimin bildirilməsi və s. dayanır. Siyasi məsələni həll etmək isə iqtisadi razılıq əldə etməkdən dəfələrlə çətindir. Açığı bunu geniş ifadə etməkdə bir az çətinlik çəkirəm...

- Dediniz ki, ərəb ölkələrinə dəfələrlə səfər etmisiz. Bildiyimə görə, Məkkədə də olmusunuz. Məkkədə Həcc ziyarəti məqsədilə olmusunuz, yoxsa işlə bağlı?

- İş məqsədilə də olmuşam, amma ziyarət məqsədilə də dəfələrlə olmuşam. Atamla da olmuşam, tək də getmişəm.

- Deməli, siz həm də müsəlman bir xanımsız...

- Əgər belə demək olarsa, bəli. Bilmirəm bu kənardan necə görünür və buna necə nail oluram, amma çalışıram ki, bacardığım qədər müsəlman xanımı olum. Hər halda bu ürəyimdə olan sevgi qədərdir. Şəxsən mən belə başa düşünürəm.

- Bəzən deyirlər ki, Avropada bəziləri dini mənsubiyyətinə görə ayrıseçkiliyə məruz qalır. Bu belədirmi? İslam dininə mənsubiyyət həqiqətən Avropada problem yaradırmı?

- Bu deyilənlərdən mənim də xəbərim var. Əgər söhbət yaşadığım ölkədən - İtaliyadan gedirsə, yox, burada belə bir şey yoxdur. Hər halda mən belə bir problem yaşamamışam və şahidi də olmamışam.

İtalyanlar xaraktercə, eləcə də ənənələr baxımından azərbaycanlılara çox yaxındırlar. Onlar istiqanlı insanlardır. Bu, bizdə də var. Onların qonaqpərvərlikləri, mehribanlığı, hətta çılğınlıqları belə bizimkinə çox bənzəyir. Müşahidə etmişəm, italyanların söhbət edərkən yüksək səslə, əl-qolla danışaraq qarşısındakına nəyisə izah etməyə çalışması bizdə - azərbaycanlılarda da var. Onların əxlaq barədə düşüncələri, yanaşması da bizə çox yaxındır. Onlar hətta ailə, əxlaq münasibətlərində bizdən daha sərt yanaşırlar. İtalyanlarda ailə institutu çox güclüdür.

- Sizin üçün nisbətən fərqli, daha gözəl olan ölkə varmı? Yoxsa düşünürsüz ki, hər ölkənin özünə görə fərqliliyi, gözəlliyi var?

- Təbii ki, hər ölkənin özünəməxsus ayrıca gözəlliyi var. Olmadığım ölkələr barmaqla sayılacaq qədərdir. Məncə getdiyim ölkələrin mədəniyyətini də, ənənələrini də bilirəm. Otellərdən daha çox kimlərinsə evində qonaq qalıram. Bunu da bilərəkdən edirəm. Çünki aylarla oteldə qalmaqla sən o ölkə haqqında heç öyrənə bilməzsən, amma bircə gün kiminsə evində qalmaqla oranın mədəniyyətinin, tarixinin müəyyən hissəsini öyrənmiş olursan.

Bir şeyi də deyim. Bütün dünyanı gəzmişəm, amma heç bir yerin mətbəxi Azərbaycanınkı kimi deyil, heç bir yerdə bizimki kimi dadlı yeməklər yoxdur. Yəni mənim üçün ən fərqli şeylərdən biri öz mətbəximizdir. Mənim belə zərif, incə görünməyimə baxmayın, mən ləziz, dadlı yeməkləri çox sevirəm. (gülür)

- Bəs Azərbaycanda tez-tez olursuz?

- Bəlkə də çoxlarına təəccüblü gələr, amma son illərə qədər Azərbaycanda heç vaxt olmamışdım. İlk dəfə dövlət xətti ilə dəvət əsasında 2010-cu ildə qısa müddətli ezamiyyətə getmişdim. O zaman demək olar ki, heç yeri görə bilmədim. Amma 2014-cü ildən bəri Azərbaycanda bir neçə dəfə, hətta bir çox rayonlarında olmuşam.

- Azərbaycana gələndən sonra tarixi Vətənlə bağlı hisslərinizdə nə dəyişdi? Nə sizi sevindirdi, nə sizi peşman etdi?

- Yox mən heç zaman peşman olmuram. Əgər nəyinsə nəticəsi, sonluğu yaxşı alınmırsa, deməli mənə görə elə olur.

Amma Azərbaycanda olandan sonra indi artıq ora barədə daha çox anlayışım var. Səfərlərim isə həm işlə və müəyyən dəvətlərlə bağlı olub, həm də sadəcə istirahət məqsədilə.

- Qarşınızda hansı məqsədlər qoymusuz? Sizin də çoxları kimi dövlət başçısı olmaq və ya öz biznes imperiyanızı qurmaq kimi məqsədləriniz var?

- Dövlətə, millətə kömək etmək üçün mütləq prezident olmağa ehtiyac yoxdur. İnsanlar prezidentin ətrafında birləşsələr, bacardıqlarını etsələr, daha yaxşı olar. Yəni heç kim gözləməsin ki, gələcəkdə mütləq prezident olacaq və bundan sonra nəsə edəcək.

Yeri gəlmişkən, artıq bütün dünya bilir ki, Azərbaycanın dahi bir şəxsiyyətin davamçısı olan, çox vətənpərvər, uğurları bitməyən prezidenti var. Məncə, millət üçün nəsə etmək istəyənlərə yetər ki, onun ətrafında birləşsinlər. Yəni xalqı üçün nəsə yaxşı bir şey etmək istəyənlər mütləq prezident olacağını gözləməli deyillər.

Mənim məqsədlərim var. Məsələn, hazırda 17 ölkəni əhatə edən böyük bir siyasi layihə üzərində iş gedir. O layihə mənə təkliflərimlə, görəcəyim işlərlə böyük uğura gətirə, istəməsəm belə, imkanlarım indikindən daha çox, geniş ola bilər. Məqsədim o layihə ilə böyük uğurlar qazanmaqdır.

Mənəvi baxımdan isə məqsədim Allahın rizasını qazanmaqdır. Bu, davamlı olub və inanıram ki, Allah ömür versə, bundan sonra da davam edəcək. Amma etdiklərimin qarşılığını gözləmək qətiyyən xasiyyətimə uyğun deyil. Düzdür, həyatda çox iddialı insanam və mənim üçün orta olan heç nə yoxdur. Mənim üçün bir şey ya var, ya da yoxdur. Ya o şey çox olmalıdır, ya da ümumiyyətlə olmamalıdır. Amma böyük biznes iddiasında deyiləm. Ümumiyyətlə, mən qadın və biznesi yanaşı tuta bilmirəm. Xüsusən də böyük biznesi qadına yaraşdırmıram. Qoy qadının biznesi onun savadı, təhsili, incə qəlbi olsun. Deyəcəksiz, axı sizin də biznesiniz var. Biznes mənim üçün sadəcə olaraq bir hobbidir. Mən biznesə heç vaxt oradan mütləq qazanc götürmək məqsədi ilə yanaşmamışam, qazandıqlarımı da birə-bir haralarasa sərf edirəm. Yəni Allahın verdikləri ilə kifayətlənəm adamam və düşünürəm ki, onları ehtiyacı olanlarla bölüşməliyəm...

- Sizə İtaliyada dövlət qurumlarında və ya digər ölkələrdə hansısa vəzifə tutmaq təklif olunub?

- Çox olub. Hətta birbaşa nazir postu təklif edilib. Yaxın ölkələrdən də belə bir təklif almışam. Amma fikirləşmişəm ki, indiki mövqeyim həmin o nazir vəsifəsindən daha yüksəkdədir. Mənim imkanlarım daha genişdir. Düzdür, nazir vəzifəsi özü yüksək mövqedir, amma hazırda mənim ölkələrə birbaşa çıxış imkanlarım daha çoxdur, daha genişmiqyaslı, daha əhatəlidir. Belə təkliflər Avropada da, ərəb ölkələrində də olub. Amma hazırki məsuliyyətlərim, yerim mənə kifayət edir və bu işimdən zövq alıram.

- Hazırda Novruz bayramı ərəfəsindəyik. Novruz bayramında nə edirsiz? Ümumiyyətlə, milli-dini bayramları necə qeyd edirsiz?

- Biz bütün milli-dini bayramlari bir cox xalqların nümayəndələrini dəvət etməklə qeyd edirik. Xüsusən, milli bayramlarda daha cox bir olmağa calışırıq. Dini bayramlarda isə burada yaşayan müsəlman olan hər kəs bir olur. Çalışırıq istənilən bayramda ölkəmiz haqqında geniş məlumat verək. Uğurlarımızı sevinclə insanlara catdırırıq. Əvvəlki illərlə muqayisədə indi ölkəmizi nəinki tanıyırlar, hətta Azərbaycan haqqında çox ürəklə gözəl fikirlər söyləyirlər. Hətta Azərbaycanda heç vaxt olmayan çox insanlar onu görmək həvəsindədirlər.

Novruz bayramına gəlincə, o, cox sevdiyim bayramlardandır. Novruz bayramının özunəməxsus, özəl adətləri var. Onlar çox dəyərlidir. Biz də burada bu gözəl adətləri qoruyub saxlayırıq. İstər Avropada, istərsə də Azərbaycanda olsun, kimsəsizlər evinə ziyarət, atılmış uşaqlara baş cəkmək, şəhid ailələri ilə görüşlər təşkil edirik.Yeri gəlmişkən, bu işdə mənə Azərbaycanda yaxından kömək edən Orxan Bayramova minnətdarlığını bildirirəm! Buradan ona göndərdiyi Novruz sovqatı, şəkərbura və paxlavaları üçün ailəmiz adından, o cümlədən buradakı azərbaycanlılar adından təşəkkür edirəm!

Mən bütün Novruz bayramını qeyd edən insanları bu bayram münasibəti ilə təbrik edirəm! Bütün dünya xalqlarına, o cümlədən bütün azərbaycanlılara sülh və əminamanlıq arzulayıram!

- Avropadakı azərbaycanlıların, diasporumuzun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Açığı bunu qiymətləndirmək istəmirəm. Məncə daha güclü ola bilərdilər. Deyə bilərəm ki, başqa millətlərlə müqayisədə zəifdirlər.

- Sizcə bu məsələdə çatışmayan nədir?

- Təşkilatçılıq, iş bacarığı, həvəs çatışmır. Mənə elə gəlir ki, bəzilərinin doğma Vətənə sevgi hissinin azlığı da özünü göstərir...

 

 



Yerləşdirilib:17 Mart, 2017  13:45, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 5
Müəllif: aydin | 17 Mart, 2017  16:39
# Ответить
0


]]>]]>

Yaxwi bunun islama dina na xeyri var?
Müəllif: Bend | 17 Mart, 2017  18:18
# Ответить
0


]]>]]>

Hiss olunur ki,xanim inancli ve semimi insandir.Xaricde oturub ancag oz qarnini dushunenler kimi deyil.
Müəllif: aydin | 17 Mart, 2017  18:55
# Ответить
0


]]>]]>

Magar bela hicab olur ?
Müəllif: Bend | 17 Mart, 2017  21:51
# Ответить
0


]]>]]>

Bu xanim hicabli deyil ki,bashina bagladigi orpek hicab uchun deyil,ele bele baglayib.
Müəllif: aydin | 18 Mart, 2017  13:37
# Ответить
0


]]>]]>

Bali hicabsizdi savadlidi amma faxr edilasi hecbir sabab yoxdu bela insanlarla
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Oktyabr, 2017
20 ölkə Şimali Koreya ilə diplomatik əlaqələri kəsib
24 Oktyabr, 2017

Niyə Aşura gecəsində Yezidin qoşunu tərəfindən yalnız Həzrət Abbasa amannamə verildi? İslam suallarda

24 Oktyabr, 2017
Ermənilər atəşkəs rejimini 103 dəfə pozublar
24 Oktyabr, 2017
Suriyada İŞİD-in ən böyük silah və zirehli texnika anbarı ələ keçirilib
23 Oktyabr, 2017

Türkiyə İraqın şimalıda əməliyyata başladı - 50 terrorçu məhv edildi

23 Oktyabr, 2017

Hacı Cavad Məscidində işlərin 80%-i tamamlanıb Fotolent

23 Oktyabr, 2017

"Kamilliyə aparan yol: ariflərin həyatından nümunələr" - 2 Video

23 Oktyabr, 2017

Son üç həftədə İŞİD Suriyada 100-dən çox insan öldürüb

23 Oktyabr, 2017
İsveç Şimali Koreyadan 43 il əvvəlki borcunu tələb edib
23 Oktyabr, 2017

Azərbaycanın şəhid olan əsgəri dəfn edilib

23 Oktyabr, 2017
Filippin ordusu Maravi şəhərini terrorçulardan tam azad edib
23 Oktyabr, 2017

"Hizbullah": Kərkük qələbəsi ABŞ və İsrail üzərində qələbədir

23 Oktyabr, 2017

Azərbaycanda qadağa: Uşaqlar dini məclislərə buraxılmayacaq

23 Oktyabr, 2017

İntihar edən şəxs mütləq cəhənnəmə gedəcək? İslam suallarda

23 Oktyabr, 2017

Nigeriyada üç kamikadze özünü partladıb, 13 nəfər ölüb, 16 nəfər yaralanıb

23 Oktyabr, 2017

Atəşkəs rejimi 132 dəfə pozulub

23 Oktyabr, 2017

Səudiyyə və İraq İrana qarşı birləşsin - Tillerson

21 Oktyabr, 2017

Kabildə məsciddə partlayış törədilib, çox sayda ölən var

21 Oktyabr, 2017

Somalidə terror aktı nəticəsində ölənlərin sayı 350 nəfəri ötüb

21 Oktyabr, 2017

“Əhli-beyt sevənlərin yurdu Azərbaycan”. Sənədli film

21 Oktyabr, 2017

Adam məğrib namazında 2-ci yoxsa 3-cü, və ya 3-cü yoxsa 4-cü rükətı qılmasında şəkk etsə, neyləməlidir? İslam suallarda

21 Oktyabr, 2017

Britaniya Rəqqanın İŞİD-dən azad olunmasına 1 mlrd. dollardan çox vəsait sərf edib

21 Oktyabr, 2017
Ermənilər atəşkəs rejimini 126 dəfə pozublar
20 Oktyabr, 2017

Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz - Prezident

20 Oktyabr, 2017

Muqtəda Sədr hərbi qüvvələrini Kərkükə göndərdi

20 Oktyabr, 2017

Ayətullah Sistani: "Şimaldakı kürdləri qoruyun"

20 Oktyabr, 2017
Elşən Mustafaoğlu kassasiya şikayətini geri götürüb
20 Oktyabr, 2017
Milli-Mənəvi Dəyərlərə dair təlimlərə start verildi
XƏBƏRARXİVİ
«Okt.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com