Novruz bayramını qeyd etmək günahdırmı?

Novruz atəşpərəstlərin bayramı deyil

Novruz bayramına qarşı irəli sürülən ən mühüm iradlardan biri bundan ibarətdir ki, guya bu bayram atəşpərəstliklə bağlıdır və Islam dini ilə ziddiyyət təşkil edir. Bu mövqeyi müdafiə edənlər Novruz bayramında tonqal qalamaq, tonqalın ətrafına toplaşmaq, onun üzərindən atılmaq kimi ənənələri əldə əsas tuturlar. Halbuki, əvvəla, tədqiqatçıların fkirincə, Novruz hələ atəşpərəstliyin (zərdüşti dininin) yaranmasından çox-çox əvvəllər də mövcud olmuş və bayram kimi tanınmışdı.

Novruz hər şeydən öncə, təbiətin bayramıdır. Qədim xalqlar həmin gün qışın soyuğundan, qıtlığından qurtulmağı bayram edirdilər. Novruz – bərəkətli, isti yaz fəslinin gəlişinin əlamətidir. Novruz həyat, hərarət, yaşıllıq və bolluq deməkdir. Təsadüfi deyil ki, həyatın və bərəkətin rəmzi olan buğdadan göyərən səməni bu bayramın ən mühüm atributlarından biridir.

Novruzu atəşpərəstliklə əlaqələndirmək də düzgün deyil. Çünki atəşpərəstliyin rəmzi olan od Novruz bayramının rəmzlərindən yalnız biridir. Şərqdə geniş yayılmış qədim təfəkkürə görə, dünya dörd təbiət ünsüründən yaranmışdır və hər bir təbiət hadisəsi bu ünsürlər əsasında baş verir. Həmin dörd ünsür bunlardır: su, od, torpaq və hava. Novruz bayramından əvvəl qeyd edilən dörd çərşənbə axşamı da bu dörd ünsürə həsr edilb. Od çərşənbəsi bunlardan yalnız biridir. Novruz ənənələri içində su, torpaq və hava (yel) ilə bağlı xeyli mərasimlər mövcuddur. Məsələn, bir-birinin üzərinə su çiləmək, qızların su və üzük vasitəsilə öz bəxtlərini sınaması, torpağın yetirdiyi bərəkət olan buğdadan səməni göyərtmək və s. Tonqal qalayıb, onun üzərindən atılmaq və ya üskü yandırmaq da bu mərasimlərdən biridir. Ona görə də Novruz bayramını yalnız odla əlaqələndirmək və qalan üç ünsürü nəzərə almamaq düzgün deyil.

Eyni zamanda atəşpərəstlikdə od müqəddəs sayılır. Öz ağırlığını, dərd-bəlasını, çətiniyini odun içinə atmaq və bunun vasitəsilə pak olmaq düşüncəsi atəşpərəstliyə uyğun deyil. Zərdüştilikdə atəşgah kahinləri alova yaxınlaşanda hətta ağızlarını dəsmalla örtürdülər ki, alovun paklığına onların nəfəsindən ziyan gəlməsin. Çünki zərdüşt düşüncəsinə görə, hətta insan nəfəsi də alovu murdarlaya bilər. Buna görə də, Novruz tonqallarının başında öz problemlərini, dərd-bəlalarını alova tökmək və belə demək mümkünsə, öz mənfi aurasını alovla təmizləmək ənənəsini atəşpərəstliklə bağlamaq məntiqə uyğun deyil.

Novruz ənənələrindən hansıları Islama ziddiyyət təşkil etmir?

İslam düşüncəsinə görə, bayram – hər şeydən əvvəl sosial mahiyyəti olan bir məfhumdur. Doğrudur, bütün islami bayramların namaz, qüsl, oruc kimi fərdi ibadət əməlləri vardır. Lakin bu bayramların əsas ruhu onların ictimai və kütləvi xarakterindədir. Bayram – insanlar arasında mehribanlıq və sevgi yaradan, sileyi-rəhmi (qohumlar arasındakı bağlılığı) təmin edən, küsülüləri barışdıran, könülləri sevindirən, kimsəsizlərə ümid verən sosial hadisədir. Bu mənada Novruz bayramı Islam düşüncəsindəki bayram anlayışı ilə tam üst-üstə düşür. Xalqımızın çoxəsrlik adət-ənənəsinə görə, Novruz-qabağı evlərdə təmizlik, səliqə-sahman işləri görülür, bayram axşamı ailə üzvləri bir yerə toplaşır, yaxın qonşuların evinə bayram payı göndərilir, bütün ailə üzvlərinə simvolik də olsa hədiyyələr alınır. Bayram axşamında nəinki dirilər, hətta ölülər də unudulmur, onların məzarı ziyarət edilir, ruhlarına rəhmət oxunur. Bayram günü hər şeydən öncə ailənin yaşlı üzvləri, nəslin ağsaqqalları yad edilir, onların görüşünə gedilir. Ağsaqqallar öz nüfuzlarından istifadə edərək küsülüləri barışdırır, narazılıqlara son qoyurlar. Qohum-qonşuda olan kasıb, fəqir insanlar xüsusi qayğı ilə əhatə olunurlar. “Qoy hər kəsin evində bayram axşamı qazan qaynasın” düşüncəsi ilə kasıblara maddi yardım göstərilir. Kimsəsizlər bu gün özlərini tənha hiss etmir, həyata daha artıq ümidlə baxırlar.

Təəssüf ki, bu gün milli irsimizdə şirk və küfr əlamətləri tapmağa çalışan bəzi qüvvələr Novruz mərasimlərinə də təftişçi münasibətlə yanaşırlar. Məsələn, bu mənada bayram axşamının bir ənənəsi olan qulaq falı barədə düşünək: Bu adəti şirk sayanlara rast gəlirik. Lakin onlar unudurlar ki, bu mərasimi insanlar nə keçmişdə, nə də indi ciddi mənada fal kimi yozmurlar. Bu, mistik mahiyyətdən daha çox, əyləncə xarakteri daşıyan adətdir. Islamda da hər hansı hadisəni xeyirə yozmaq, əlamətlərdən xoş nəticə çıxarmaq və gələcəyə nikbin baxmaq müsbət qarşılanır. Buna ”fəl“ deyirlər. Fəl hal-hazırda fal kimi tanıdığımız haram əməldən tamamilə fərqlidir. Çünki fal – gələcəkdən xəbər vermək və kahinlikdir. Amma fəl – baş vermiş bir hadisəni xeyirə yozmaqdır. Peyğəmbərdən: ”Fəl nədir?“ – deyə soruşduqda, ”Hər hansı birinizin eşitdiyi gözəl sözdür“ cavabını vermişdi (Səhihül-Buxari, Tibb kitabı, 5754-cü hədis). Çətinliyə düşmüş ümidsiz bir adam təsadüfən başqa birinin dilindən yaxşı söz eşitsə və bunu xeyirə yozsa, günah qazanmaz. Fəl – bizim anlamda ifadə etsək, qulaq falıdır.

Eləcə də digər əməllərdə həqiqi şirki öz ağlımızda olandan ayırmağı bacarmalıyıq.

Diqqət yetirilməli məsələlərdən biri bundan ibarətdir: Novruz ənənələrinin İslamla ziddiyyət təşkil etmədiyi barədə yuxarıda deyilənlərin səbəbi budur ki, bu ənənələri bu gün şirk səviyyəsində qəbul edən adama demək olar ki, rast gəlmirik. Tonqalı müqəddəs sayaraq onun üzərindən atılan, tonqal qalamağın uğur və xoşbəxtlik baxımından növbəti ilə təsir edəcəyini düşünən, əgər tonqalın üstündən atılmazsa, xoşbəxt olmayacağına inanan şəxs açıq-aşkar şirk etmiş olar. Amma buna sadəcə əyləncə, bayram atributu kimi yanaşmaq şirk sayıla bilməz.

Eynilə də bayram ənənələrindən İslamla qəti uzlaşmayanlardan uzaq olmaq lazımdır. Məsələn, qəbir üstə gedərkən ora yeməli nəsə aparıb qoymaq, bəzi regionlarda ənənə olan gecə çölə su qoyub, səhər o suyu öz üstünə tökmək və bunun bərəkət gətirəcəyinə inanmaq İslamla ziddir, bunların heç bir əhəmiyyəti yoxdur və bunlara inanmaq şirkə səbəb ola bilər. Qəbir ziyarət edib ölümü düşünmək, ölünün ruhuna rəhmət oxumaq isə əlbəttə savabdır.

Amma qeyd etdiyimiz kimi, tarixin müəyyən dövrlərində Novruz bayramı zərdüştilik dininə xeyli uyğunlaşdırılmış və atəşpərəst bayramı kimi tanınmışdı. İslam mənbələrində ara-sıra rast gəlinən və Novruza qarşı mənfi əhvali-ruhiyyə ilə köklənən hədislərin səbəbi də budur. Qeyd edək ki, son dövrlərdə bəzi nüfuzlu ruhanilərin Novruz bayramı və çərşənbə axşamları əleyhinə verdikləri bəyanatların kökündə də bu kimi məsələlər durur. Çünki həmin bəyanat və fətvalarla tanış olan zaman görürük ki, bunlarda Novruz ənənələrinin ləğvi deyil, mövhumat və xürafatlardan təmizlənməsi tələbi qoyulur. Fətvalarda deyilir ki, hər kim həqiqətən alovun ona xeyir gətirəcəyinə, tonqal üzərindən atılmaqla ziyandan qurtulacağına və növbəti ildə fəlakətlərdən amanda qalacağına inansa, bu əqidə şirk kimi dəyərləndirilir. Həmçinin, el şənliklərində fişəng və sairə bu kimi vasitələrə külli miqdarda vəsait xərcləmək də həm israfdır, həm də təhlükəsizlik baxımından zərərdir (çünki bu zaman xeylı bədbəxt hadisələr, fiziki xəsarətlər, yanğınlar baş verir). Amma bu fətvalarda sevinməyin, şadlıq etməyin, səliqə-səhman, təmizlik, sileyi-rəhim, sədəqə kimi əməlləri yerinə yetirməyin heç bir günahı olmadığı, əksinə, savab olduğu bildirilir.

Novruz uşaqların sevincinə səbəb olan bir bayramdır. Keçəl və Kosa kimi personajlara, kəndirbazlara, el pəhləvanlarına tamaşa etmək, yumurta döyüşdürmək, tonqal üzərindən atılmaq uşaqlara xüsusi zövq verir. Buna görə də uşaqları bu sevincdən məhrum etməyə haqqımız yoxdur.



Yerləşdirilib:15 Mart, 2017  12:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Ramil | 20 Mart, 2017  22:57
# Ответить
0


]]>]]>

Islamda Ramazan ve Qurban bayrami var.Novruz muselman bayrami deyil. Kim qey dedirse oz isidi. Amma novruzu Islamla muqayise etmeyin.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
22 May, 2018

İmam Əli (ə): "Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs..."

22 May, 2018

Bizi təhqir edirlər: susaq ya susmayaq?

22 May, 2018

Əfqanıstanda silahlılarla döyüşlərdə 20 polis ölüb

22 May, 2018

Ramazan ayının gündəlik müstəhəb əməlləri

22 May, 2018

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

22 May, 2018
Ruhani: "ABŞ-ın İrana nə etməli olduğunu diqtə etmək hüququ yoxdur"
22 May, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 88 dəfə pozub
21 May, 2018

İslam.az təbrik edir

21 May, 2018

Kəbədə kran aşıb Video

21 May, 2018

Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar

21 May, 2018
Əfqanıstanda son iki gündə 63 "taliban"çı məhv edilib
21 May, 2018
İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb
21 May, 2018

Ramazan ayında nəzir orucu tutmaq olarmı? İslam suallarda

21 May, 2018
Yəməndə İŞİD komandirlərindən biri həbs edilib
21 May, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 97 dəfə pozub
19 May, 2018

Qüds bütün müsəlmanların mübarizəsidir - Ərdoğan

19 May, 2018

Əfqanıstanda oyun zamanı stadionda partlayış baş verib, 8 nəfər ölüb

19 May, 2018

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Sammitinin yekun bəyannaməsi qəbul edilib

19 May, 2018

Quranda adı çəkilən Talut kimdir? İslam suallarda

19 May, 2018
İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilib
19 May, 2018
Ermənilər atəşkəs rejimini 102 dəfə pozub
18 May, 2018
İsrail İordaniya ilə sərhəddə divar tikintisini yekunlaşdırdı
18 May, 2018

Ramazan: Hədis bağçasından seçmələr Video

18 May, 2018

Dərk edənlər və etməyənlər üçün Ramazan

18 May, 2018
KXDR Cənubi Koreya ilə dialoqu tamamilə donduracağı ilə hədələyib
18 May, 2018

Küveyt fələstinlilərin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini yayıb

18 May, 2018

Bu gün İstanbulda İƏT-in fövqəladə sammiti keçiriləcək

18 May, 2018

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

XƏBƏRARXİVİ
«May.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com