Suriyada son durum: müharibə başa çatır (Təhlil)

Suriyada savaşın sonu görünməyə başlayıb. İslam.az-ın musavat.com-a istinadla xəbərinə görə, bu barədə Britaniyanın “İndependent” qəzeti yazıb. Qəzetin iddiasına görə İŞİD-in paytaxtı Raqqaya hücum hazırlığının başlaması artıq üfüqdə müharibənin başa çatmasının işartılarıdır.

Yazıda qeyd olunur ki, artıq kürd silahlıları və Suriya ordusu İŞİD-in faktiki paytaxtı Raqqaya yaxınlaşır. Suriya ordusu isə Raqqa ilə Deyr əz-Zor şəhəri arasındakı yolu ələ keçirib və bununla da İŞİD-in şərqdəki ərazilərlə bağı qırılıb.

Kürd qüvvələrinə və Suriya Demokratik Qüvvələrinə ABŞ koalisiyası havadan dəstək verir. Bundan başqa bölgədə ABŞ-ın 500 nəfərlik xüsusi təyinatlı qüvvələri havadan və topçu atəşi ilə irəliləyərək güclü bir hücum qüvvəsinə çevrilə bilər. Bu isə o deməkdir ki, amerikalılar artıq Türkiyənin Raqqa əməliyyatına qatılmasına ümid etmirlər və Türkiyə ordusu olmadan Raqqa əməliyyatına başlayırlar. Bu isə eyni zamanda amerikalıların kürdləri seçdiyinə, Ankaranın kürd israrları qarşısında kürdlərdən vaz keçmədiyini göstərir. Əl-Babın ələ keçirdikdən sonra cənuba yolu Suriya ordusu tərəfindən kəsilən TÜRKİYƏ ORDUSUNUN YEGANƏ YOLU Menbici kürdlərdən təmizləməkdir. Burda isə Türkiyənin qarşısında həm Rusiya və Suriya, həm də ABŞ və kürdlər var. Yəni, daha lakonik ifadə edilərsə ruslar və amerikalılar Türkiyəni oyundan kənar vəziyyətə salırlar.

Türkiyənin yeganə yolu Menbici almaq və “Fırat Kalkanı” əməliyyatını kürdlərə qarşı davam etdirmək və Türkiyə-Suriya sərhədindəki kürd ərazilərini təmizləməkdir. Ancaq bu məsələdə Ankaranın qarşısında əsas maneə Vaşinqtondur. Kürdlər isə Türkiyənin mümkün hücumuna qarşı dəstək almaq üçün Menbicin qərbindəki bir neçə kəndi Suriya ordusuna təhvil verib.

Картинки по запросу fırat kalkanı

Türkiyə ordusu və ASO-nun (Azad Suriya Orudusu) əl-Babda uzun müddət ləngiməsi, Türkiyə ordusunun 70-ə yaxın, ASO-nun isə 469 nəfər döyşçü itirməsi, 1700 nəfərin yaralanması “Fırat Kalkanı” əməliyyatının Suriya ərazisində sürətlə hərəkət edərək böyük əraziləri azad eməsi əməliyyatının qarşısını faktiki olaraq alıb.

Ən maraqlısı isə Suriyanın şimalında gedən əməliyyatlarda faktiki olaraq Rusiya və ABŞ arasında əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq Obamanın zamanında ABŞ-ın Suriyanın şimalında kürdlərə dəstək verməsi ilə formalaşıb. Ankaranın indi əsas ümidi Trampın kürd siyasətindən imtina edərək Ankaraya üstünlük verməsinədir. Ancaq bu da o qədər asan görünmür. Çünki hər nə qədər Tramp Türkiyə ilə əməkdaşlığa meyilli olsa da, Suriyada kürdləri dəstəkləmək taktikası Pentaqona məxsusdur. Tramp isə Pentaqonla çox yaxındır və generallarla pozuluşmaq istəməz. Artıq Amerika qüvvələri Menbicə girib və bununla da Türkiyəyə Menbic mesajı verib.

Похожее изображение

Türkiyənin Suriyada əsas müttəfiqi hazırda Səudiyyə Ərəbistanı və Qətərdir. Ancaq bu iki dövlətin əsas təsiri Suriyadakı radikal islamçı qruplar üzərindədir, hansı ki, onların indi proseslərdə elə də güclü aktivliyi yoxdur.

Türkiyə ordusunun birbaşa Raqqaya hücum etməsi ehtimalı olsa da, bu əməliyyatın nə qədər uğurlu olacağı və Rusiya ilə ABŞ-ın dəstək verməyəcəyi, hətta qarşı çıxacağı ehtimal olunur. Bu səbəbdən indi faktiki olaraq Türkiyə seçim qarşısındadır. Üstəlik müttəfiqləri də hərbi əməliyyatarda Türkiyə ordusuna güclü dəstək verə bilmir.

Suriya ordusu isə kürdlərlə anlaşmış kimi görünür və ehtimal ki, Rusiya və ABŞ-ın dəstəyi ilə birgə əməliyyatlar Raqqanın alınmasına qədər davam edəcək. Digər tərəfdən isə Mosulu təmizləmək ərəfəsində olan İraq ordusunun da Suriyaya daxil olub İŞİD mövqelərini vurması gözlənilir. Artıq bir neçə gün əvvəl İraq aviasiyası Suriyadakı İŞİD mövqelərini Suriya hökumətinin razılığı ilə vurub.

Похожее изображение

Bundan sonrakı mərhələdə Raqqanı kimin azad edəcəyi və Suriyanın şimalında kürdlərin taleyi ilə bağlı məsələ olacaq. Bu mərhələdə artıq Suriya ilə kürdlər arasında ciddi problemlər yarana bilər. Hələlik Bəşər Əsəd ümumi maraqları çərçivəsində kürdlərin irəliləməsinə göz yumur. Çünki kürdlər bölgəyə iddialıdır və əsas düşmənə qarşı Əsədlə eyni mövqedədir. Ancaq kürdlərin tələb etdiyi haqlara Əsədin necə reaksiya verəcəyi hələ məlum deyil. Üstəlik, kürdlər və ya SDQ çox böyük əraziləri ələ keçirib, gələcəkdə bu bölgələrin statusu məsələsində fikir ayrılığının yaranması mümkün ehtimaldır. Amma hələlik iki tərəf də vəziyyətdən razıdır. Suriya ordusunun yenidən bölgədə üstünlüyü ələ alması, ölkənin bütün nöqtələrinə sahib olması müharibənin və ya belə desək, Əsədin ölkə üzərində nəzarəti yenidən bərpa etməsi anlamına gəlir. Digər qüvvələrin bundan sonra danışıqlar masasına oturması, ümumi bir anlaşmaya imza atması daha yaxın bir ehtimaldır. Bu isə böyük ölçüdə rusların planının reallaşması mənasına gəlir.

Görünən odur ki, Vaşinqton bu durumdan razıdır, Pentaqon əsas sərmayəni kürdlər üzərinə qoyub və kürdlərin Suriyanın şimalında muxtariyyətə və ya federal subyektə (yeni Suriyanın Konstitusiyasından asılı olaraq – K.R.) iddiaları reallaşır.

Kənan Rövşənoğlu,

musavat.com



Yerləşdirilib:9 Mart, 2017  15:15, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
22 İyun, 2017

İŞİD “Cənnətə giriş kartı” paylamağa başladı

22 İyun, 2017

Rusiyalıların 42%-i özünü pravoslav, 30%-i isə müsəman gesab edir

22 İyun, 2017

Prezident “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

22 İyun, 2017

İraqın baş naziri Mosul məscidinin partladılmasını İŞİD-in məğlubiyyəti adlandırıb

22 İyun, 2017

Əfqanıstanda bankın yaxınlığında partlayış olub, 24 nəfər ölüb

22 İyun, 2017

Mükafatların verildiyi gün – RAMAZAN BAYRAMI

22 İyun, 2017

BMT 2050-ci ildə Azərbaycan əhalisinin sayı ilə bağlı proqnozunu açıqlayıb

22 İyun, 2017
Bu ölkədə Ramazan tətili 23 gün olacaq
22 İyun, 2017

Azərbaycanda İmam Əlidən (ə) bəhs edən dastan çap edilib

22 İyun, 2017

MN: Ermənistana məxsus PUA məhv edilib

22 İyun, 2017

Suriya ordusu Dəməşqin 5 rayonunu terrorçulardan azad edib

22 İyun, 2017

İŞİD terrorçuları Mosulun Cümə məscidini partladıblar


22 İyun, 2017

Oruclu halda bədəndən qan aldırmaq və ya qan vermək olarmı? İslam suallarda

22 İyun, 2017

ABŞ rəsmisi: Rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər

22 İyun, 2017
Atəşkəs rejimi 140 dəfə pozulub
21 İyun, 2017

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 16: nəticələr və perspektivlər” adlı konfrans keçirilib

21 İyun, 2017

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

21 İyun, 2017

MN Ermənistan kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün görüntülərini yayıb FOTO, VİDEO

21 İyun, 2017

QMİ "Seyid vəsiqəsi" verən qazıya xəbərdarlıq edilib

21 İyun, 2017

Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq - DQİDK

21 İyun, 2017

Komitə sədri: “QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur”

21 İyun, 2017

Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin - Prezident

21 İyun, 2017

Səudiyyə Qətərə aid 15 min dəvəni deportasiya edib - FOTO

21 İyun, 2017

Pentaqon: Rusiya ABŞ-ın Suriyadakı mövqelərinə təhlükə yaratmır

21 İyun, 2017

Əhli-sünnə mənbələrinə görə bu gün ehtimal edilən Qədr gecəsidir

21 İyun, 2017

Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 50 nəfər öldürülüb

21 İyun, 2017

Beynəlxalq koalisiya: İŞİD-in "ali müftisi" məhv edilib

21 İyun, 2017

Belçika polisi Brüsselin mərkəzi vağzalında partlayış törədən kamikadzeni zərərsizləşdirib

XƏBƏRARXİVİ
«İyn.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com