Nicat tapmaq istəyiriksə, “probkaya” düşməməliyik

“Kiçik” məsələlər rubrikasından

“Yolda “probkaya” düşdüm, gecikdim”, “yatıb qalmışam, gecikdim”, “bir qardaşla görüşdüm, yaman yubandırdı məni, gecikdim”... Bu və buna bənzər etirafları, bəhanələri kim eşitməyib ki?

Belə gecikmələr cəmiyyətimizdə, gündəlik həyatda adi hala çevrilsə də, bu mənzərəni dini cameədə müşahidə etmək daha ağrılı və üzücüdür. Həyatını Allahın halal və haramları ilə tənzimləyən insana bu cür davranışlara yol vermək qəbulolunmazdır. Hətta iş o yerə çatıb ki, inanclıların təşkilatçısı olduqları tədbirlərə dəvət edilənlər 15-20 dəqiqə yubanma ilə təşrif buyururlar: zatən, bilirlər – onsuz da vəd edilən zaman başlamayacaqlar. Nə qədər də acınacaqlıdır...

Bəs nə üçün belə bir vəziyyət yaranıb? Əlbəttə ki, qəti və birmənalı cavab vermək çətindir. Ancaq zənnimizcə səbəblərdən biri də xroniki gecikmələrin haqqun-nas olduğunu dərk etməmək, verilən vədi pozmaq olduğunu anlamamaqdır. Bəlkə kimsə “vədi pozmaq” söz birləşməsinin dünya miqyaslı siyasi məsələlərə, milyard dollarla ölçülən iqtisadi sazişlərə aid olduğunu zənn edir? Amma həqiqət belə deyil. Allah dərgahında bəndənin vədi elə vəddir. Nə fərqi var bu vəd hansı sahəni, hansı dəyəri ehtiva edir?  Yəni bu sadə məsələni dərk etmirik? Başa düşmürük nə boyda yük qoyuruq çiyinlərimizə?

Allahın Peyğəmbəri (s) buyurub: “Vəd borcdur. Vay olsun vəd verib ona xilaf çıxana, vay olsun vəd verib ona xilaf çıxana, vay olsun vəd verib ona xilaf çıxana!” (“Kənzul-Ummal”, hədis 6865). Bəli, hər təyin etdiyimiz görüş, istər konfrans zalı olsun, istər çayxana olsun, istərsə də məscid – vəddir, borcdur. Vədə xilaf çıxmağın nə kimi fəlakət olduğunu isə Peyğəməbərdən (s) nəql olunan hədisdən təsəvvür edə bilərik.

Allah Quranda möminləri vəsf edərkən verilən vədə sadiqıiyi əsas şərtlərdən biri kimi səciyyələndirir: “O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.” (Muminun, 8). Düzdür, bəzən inanclılar təvazökarlıq edərək “əşi, biz hələ mömin deyilik ki” söyləyir, sanki özlərinə bununla bəraət qazandırmağa çalışırlar. Amma biz istəsək də, istəməsək də, Allah artıq bu yolu təyin edib. Buyurub ki, “Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki,.. əmanətlərini və vədlərini qoruyurlar.” Yəni nicat ancaq möminlər üçündür. Nicat tapmaq istəyiriksə, mömin olmalıyıq. Mömin olmaq istəyiriksə, verdiyimiz vədlərə əməl etməliyik, dediyimiz sözləri yüngül sanmamalıyıq. İstər bu söz  ağsaqqala verilsin, istər uşağa, istər bu söz planet miqyasında olsun, istərsə də şəxsi münasibətlərdə. Bu məsələyə ciddi yanaşmalıyıq. Səhlənkarlığımız, diqqətsizliyimiz, qeyri-ciddiliyimiz üzündən çox asanlıqla lənətlənmiş Şeytanın toruna düşməməliyik.



Yerləşdirilib:10 Yanvar, 2017  16:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
25 Fevral, 2017

İraq Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb

25 Fevral, 2017
ABŞ-da bir sıra aparıcı KİV nümayəndələri Ağ Evin brifinqinə buraxılmayıb
25 Fevral, 2017
Yardımlıda məscid yanıb
25 Fevral, 2017

Qəza orucu tutan adam orucu poza bilərmi? İslam suallarda

25 Fevral, 2017

Azərbaycan MN: Düşmən mövqelərimizə soxulmağa cəhd göstərib, itkilərimiz var

25 Fevral, 2017
Ermənistan silahlı qüvvələri atəşkəsi 120 dəfə pozub
24 Fevral, 2017
Elşən Mustafaoğlunun şikayəti əsasında məhkəmə başlayıb
24 Fevral, 2017

İŞİD İraq-İordaniya sərhədində hücum törədib, 15 iraqlı sərhədçi ölüb

24 Fevral, 2017

Suriyada Türkiyə ordusunun daha 2 əsgəri həlak olub

24 Fevral, 2017

DTX əməliyyat keçirib, dövlətə xəyanətdə şübhəli bilinən 2 nəfər həbs edilib

24 Fevral, 2017

Donald Trampın yeganə hicablı müşaviri istefa verib

24 Fevral, 2017
Avstriyaya sığınan suriyalı qaçqın terrorçuluq zəminində qətl törətməkdə ittiham olunur
24 Fevral, 2017
Yəmənin cənub-qərbində partlayış olub, səkkiz nəfər ölüb
24 Fevral, 2017

“Nəzər ayələri” hansılardır? İslam suallarda

24 Fevral, 2017

Türkiyə hərbçiləri İraqın şimalında terrorçu PKK-nın 27 silahlısını məhv edib

24 Fevral, 2017
Pakistanda baş vermiş partlayışda ölən və yaralananların sayı artıb
24 Fevral, 2017

Nigeriyada terrorçuların hücumu zamanı 15 hərbçi həlak olub, 19 nəfər yaralanıb


24 Fevral, 2017
İŞİD Suriyanın Əl-Bab şəhərindən çəkildiyini bildirib
23 Fevral, 2017
İlahiyyatçı Sərdar Babayev barəsində 37 gün həbs qətimkan tədbiri seçilib
23 Fevral, 2017
Türkiyə ordusu əl-Babın mərkəzini İŞİD-dən alıb
23 Fevral, 2017

Düşünürsünüz ki, hicablılar hicablarını açıb barlara axışacaq? Replika

23 Fevral, 2017
Terrorçular təslim olmayacaqları təqdirdə Suriya ordusu Dəməşqətrafı ərazilərdə əməliyyata başlayacaq
23 Fevral, 2017

İraq ordusu Mosul hava limanını terrorçulardan tam azad edib

23 Fevral, 2017

Danimarkada şok: İŞİD-ə qoşul, dövlətdən maaş al!

23 Fevral, 2017
Pakistanda silsilə partlayışlar törədilib, ölən və yaralananlar var
23 Fevral, 2017

"Dostlarınıza bu lazım deyil, düşmənləriniz isə..." Düşündürən aforizm

23 Fevral, 2017

Deyirlər ki, hamilə olan zaman qabaqcadan uşaq paltarı almaq olmaz, düşər-düşməzi olar. Bu fikir düzgündürmü? İslam suallarda

23 Fevral, 2017

Cənubi Sudan, Somali, Yəmən və Nigeriyada 20 milyon insan aclıqdan əziyyət çəkir

XƏBƏRARXİVİ
«Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com