Gizli İnternet gunahlarımız

İslam.az-ın elektron poçtuna oxucumuz Eldar İlqaroğlunun qələmə aldığı növbəti hekayə daxil olub. Hekayəni izləyicilərimizə təqdim edirik.

Gizli internet  gunahlarımız

(Hekayə)

Kamilə dindar  ailədə böyümüş, çox ədəbli, mərifətli, həm də çox savadlı bir qız idi. O, bu xüsusiyyətlərinə görə özünü valideynlərinə borclu hesab edirdi. Atasının ona hər dəfə Qurandan Allahın kəlamlarını oxuyub təhlil etməsini çox sevirdi. Yorulmadan atasının gözəl nəsihətlərinə qulaq asar, arabir onu maraqlandıran suallar  da  verərdi.  Ən çox atasının bu sözlərini qulağına sırğa etmişdi: “Qızım, harda olursan ol,  bil ki,  Allah səni görür. Hər cür gunaha və pisliyə bulaşma ehtimalı olduğu halda bil ki, Allah sənə baxır...”

Kamilə özünü tanıyandan bu ideyaya təslim olmuşdu.  Odur ki, tanıdığı və tanımadığı insanlarla rəftarından tutmuş  ta namazın əvvəl vaxtının əlindən çıxmamasına qədər hər şeyə diqqətlə yanaşırdı. Onun üçün bir həqiqət vardı: “Allah baxır və görür”.  Bu bir kəlmə onun bütün həyatını dəyişmişdi.

Nə yazıq ki, bu tərbiyəni ona verən atası bu həqiqətlə öz həyatını dəyişə bilməmişdi.  Yalnız zahirdə özünü nöqsansız  göstərməyi  bacarmışdı.  Əksər valideynlərin  övladlara özünü nöqsansız göstərməsi  kimi...   Axı  bütün saxtakarlıqların açılacağı bir gün var.  Bu gün canından çox sevdiyi atası üçün də gəlmişdi.

Kamilə “Google Chrome”da “Tənzimləmələr” bölməsinə girib İnternetdən hansı səhifələr izlənildiyini görmək imkanının olduğunu öyrənən gündən başladı hər şey...

Öyrəndiyi  bu əməliyyatı öz notbukunda tətbiq edib praktiki öyrənmək istəyirdi. Odur ki, universitetdən qayıdar-qayıtmaz kompyüterin qarşısına  keçib azacıq çarpışmadan sonra nəticə alındı...

Kaş alınmayaydı...

Bütün izlənilən saytlar gününə və saatına görə burda qeyd olunmuşdu.  Kamilə gözlərinə inamadı...  O, atasının gecələr saat 2-yə qədər oturub əxlaqsız  filmlər izlədiyini, qızlarla yazışdığı ismarıcları gördükdə az qalırdı dəli olsun.  Axı bu necə ola bilərdi?  Həddindən çox  ehtiram bəslədiyi  sevdiyi atasını  heç vaxt  belə yanlış addımlar atmasını görməmişdi.  Onun gözündə atası  ən ideal bir insan idi. Yox, bu bütün uşaqların həyatlarının ilk illərində yaşadıqları bir müddətlik hiss deyildi.  Kamilə artıq universitet  tələbəsi  idi və yaxşını-pisi ayıracaq qədər böyümüşdü. Lakin atasına olan “ideal insan”  yanaşması qalmaqda idi.  Amma bu gün o yanaşma artıq yox idi...

Nəticədə sarsılan və düşüncələri alt-üst olan Kamilə özünə də nifrət edirdi, ətrafdakılara da. Bu acı həqiqət Kamilənin əxlaqın zirvəsində bildiyi rəfiqələri barədə də aşkar olmuşdu.  Atası tərəfindən aldığı  mənəvi zərbə azmış kimi rəfiqələrinin kompyüterlərində də eyni  xoşagəlməz  halları  gördükdə daha özünə yer  tapa bilmirdi.. . Atasını gündə məhəbbətlə öpüb qucaqlayan Kamilə indi onun üzünə belə  baxmağa utanırdı.

Bütün bildiklərini qəlbində dəfn edib əvvəlki  münasibətlərini  davam etməkdən başqa çarəsi də yox idi...

Dostlar, bizim də bildiyimiz bir həqiqət var ki, Quran bu həqiqəti dönə-dönə vurğulayır. Məsələn,  Ələq surəsi 14-cü ayə: “Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!”. Bəlkə bəzilərimiz bu ayəni əzbər bilir, bəzilərimiz böyük hərflərlə yazıb evimizdən bir tablo kimi də asmışıq. Elə Kamilənin atası kimi...

Amma çox təəssüf ki, bilmək-əzbərləmək kifayət etmir, inanmaq-etiqad bəsləmək lazım gəlir. Problemimiz bundadır. Yoxsa ki, aşkarda cəmiyyət içində hamımız təqvalı və imanlıyıq. Amma xəlvətdə, elə bu virtual (internetdə) ələmdə bəzilərimiz min hoqqadan çıxırıq. Hərçənd, o hoqqaları bir balaca uşağın gördüyünü bilsək, heç vaxt etmərik. Quranın “Bəqəqrə” surəsinin 77-ci ayəsində  isə Rəbbimiz buyurur: “Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!”




Yerləşdirilib:3 Noyabr, 2016  13:14, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 7
Müəllif: aydin | 3 Noyabr, 2016  20:46
# Ответить
0


]]>]]>

Amma bu eyiblari acib awkar etmak hecda Allahin bayanmadiyi bir amaldi ozuda atanin bela amalin duzdu cirkin bir amaldi amma bunu internetda milyonlarla insana acib bayan etmak hecda duz yol deyil
Müəllif: Shok | 3 Noyabr, 2016  21:17 | Ответ на #4712
# Ответить
+2


]]>]]>

Ay kishi, bir diqqetle bax da! Camaati guldurme ozuve. Hekaye yazib da adam, ne ata, ne eyib? Day sozum yoxdu
Müəllif: aydin | 4 Noyabr, 2016  20:06
# Ответить
+1


]]>]]>

Cox gulmalidi? san bela agillisan
Müəllif: Shok | 7 Noyabr, 2016  23:24 | Ответ на #4714
# Ответить
+1


]]>]]>

Hekayəni real hadisədən ayırmaq üçün ağıl lazım deyil. 3 sinif bitirmək kifayətdi. Səni deyəsən 1-ci sinifdən mal güdməyə qovublar. Burnun girməyən yerə o boş başını soxma
Müəllif: Nazim | 7 Noyabr, 2016  14:52
# Ответить
+3


]]>]]>

Yashadiqimiz zamanda sheytanin istifade etdiyi en tesirli vasitelerden biride internetdir.Elbetdeki musbet ishler hecde az gorulmur bu vasite ile ve imanli texnoıoqiya mutexesisleri internet vasitesi ile heyata kecirilen neqativ hallarin qarshisini almaq ucun efveqtiv olan qlobal funksiya erseye getimek ucun dayanmadan calishmalidirlar cun zamanimizdaki dunyada butun prosesler mehz internet vasitesile idare olunur ve bu tek exlaq meselesini ehate etmir.Efveqtiv antigunah proqramin movicudluqu bu problemi aradan qaldira bilerdi.Allah imanli alim ve mutexesislere bunu erseye qetirmeyi nesib etsin.Ucadan Amin Ya Rebbellalemin!Hekayeni yazan oxUcununda bura yrleshdirenlerinde emvatina ucadan salavat!
Müəllif: aydin | 8 Noyabr, 2016  22:31
# Ответить
0


]]>]]>

Bow baw sandadi ay badbaxt bawini san soxursan haragaldi ozda kut bawini
Müəllif: aydin | 8 Noyabr, 2016  22:54
# Ответить
0


]]>]]>

Agildan kam butun hekayalar ela realluqdan yaranir bow bawini biraz iwlat
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 Oktyabr, 2018
Dünya əhalisinin artım proqnozu açıqlanıb
18 Oktyabr, 2018

Türkiyə polisi İstanbul meşəsində Camal Qaşıqçının meyitini axtarıb

18 Oktyabr, 2018

Soruşun ki, biləsiniz: Hacı Ramil sualları cavablandırır - 10 Video

18 Oktyabr, 2018
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
18 Oktyabr, 2018
Türkiyəni tərk edən səudiyyəli konsul barəsində araşdırmaya başlanıldı
18 Oktyabr, 2018
ABŞ Suriyada kürdləri bombaladı
18 Oktyabr, 2018

İncildə Həzrət Mühəmməd Peyğəmbər (s) barədə nə isə deyilirmi? İslam suallarda

18 Oktyabr, 2018

İŞİD Suriyada tam məhv olmadığını xatırlatdı

18 Oktyabr, 2018

DTX-dan əməliyyat: Xarici casus həbs edildi (FOTO)

17 Oktyabr, 2018

22 yaşlı terrorçu Krımda 18 nəfəri öldürüb intihar etdi

17 Oktyabr, 2018

Müşk ətri verən şəhid. Kərbəladan səhnələr - 5

17 Oktyabr, 2018
Əfqanıstanda terror hücumunda deputatlığa namizəd öldürülüb
17 Oktyabr, 2018

Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür

17 Oktyabr, 2018

İranda parad zamanı törədilən terror aktının əsas təşkilatçısı məhv edilib

17 Oktyabr, 2018

İnsan vurdurduğu iynənin yerindən qan gəldiyini bilmədən namaz qılsa və bundan namazdan sonra xəbər tutsa, namaz düzgündürmü? İslam suallarda

17 Oktyabr, 2018

Qaşıqçı işində şübhəli bilinən şəxslər Səudiyyə şahzadəsi ilə əlaqəlidirlər

17 Oktyabr, 2018
Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutublar
16 Oktyabr, 2018

KİV: Türkiyəli müstəntiqlər Camal Qaşıqçının öldürüldüyünə dair dəlillər əldə edib

16 Oktyabr, 2018

Yəməndəki azı 2.2 milyon uşaq aclıqdan əziyyət çəkir -UNICEF

16 Oktyabr, 2018

İran oğurlanan 14 sərhədçisi barədə bəyanat verib: Daxildən xəyanət olub

16 Oktyabr, 2018

Silahlılar 14 iranlı hərbçini qaçırıblar

16 Oktyabr, 2018

Zifaf gecəsi canlı yayında! Niyə də yox?! İynə

16 Oktyabr, 2018

İŞİD 130 ailəni girov götürdü

16 Oktyabr, 2018

Muhəmməd ibn Əbubəkr İmam Əlinin (ə) tərəfdarı olmuşdurmu? İslam suallarda

16 Oktyabr, 2018
Səudiyyə Ərəbistanının qırıcısı qəzaya uğrayıb
16 Oktyabr, 2018
Ermənilər atəşkəs rejimini 29 dəfə pozublar
15 Oktyabr, 2018
İran nefti üçün yeni alıcılar tapdı
15 Oktyabr, 2018
Səudiyyə Ərəbistanı ABŞ və Britaniyaya xəbərdarlıq etdi
XƏBƏRARXİVİ
«Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com