İslamda ər və arvadın qanunları

Allahın Rəsulu Muhəmməd (s) buyurmuşdur: "Hər kəs mənim sünnəmə tabe olmaq istəyirsə, (onda bilməlidir ki,) mənim sünnəmdən biri də evlənməkdir".

Hörmətli oxucular, öncəliklə vurğulamaq istərdim ki, insanın doğru tərbiyəsi üçün ailə qurmaq ən mühüm vəzifələrdən biridir. Hətta İslam şəriəti belə evlənməyi bütün müsəlmanlar üçün vacib bilmişdir. Peyğəmbərimiz (s) belə hər zaman müsəlmanların evlənməyi ilə fəxr etdiyini bəyan edirmiş. Lakin təəssüflər olsun ki, müasir zəmanəmizdə bəzi gənc qız və ya oğlanlarımız maddi durumlarının yaxşı olmaması ilə əlaqəli olaraq ailə qurmağa gecikirlər. Dinimizə əsasən yoxsulluq evlənməyə mane olmamalıdır. İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs yoxsulluq qorxusundan evlənməsə, deməli Allah-Təalaya sui-zənn etmişdir. Hansı ki, Allah-Təala buyurur: "…Allah öz lütfü ilə onları dövlətli edər…" (Nur, 32).

Belə ki, ailə qurmuş və ya ailə qurmağa hazırlaşan gənclər burada qeyd edəcəklərimizə diqqət və əməl etsələr, inşallah ki, xoşbəxt ailə səadətinə nail olmağı bacaracaqlar. Xatırladım ki, burada müqəddəs kəlamlardan, Qurani-Kərimdən gətirəcəyimiz ayələr və onların açıqlaması nəticəsində əmin olacaqsınız ki, xoşbəxtliyiniz hər birinizin əxlaq, davranış və düşüncəsindən asılıdır. Necə ki, Müqəddəs Kitabımızda buyrulmuşdur:

"Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)" (İnsan, 3).

Hər zaman böyüklərimizdən eşitmişik ki, ailə kiçik bir cəmiyyət və cəmiyyətin əsas sütunlarından sayılır. Əgər ailənin bünövrəsi möhkəm qoyularsa, cəmiyyətdə də birlik bir o qədər möhkəm olacaqdır. Ailənin məsulliyyyəti olduqca ağır və çətindir. Lakin hər birimiz Allahın hökmlərinə, Peyğəmbərimizin (s) və imamlarımızın yaşayış qaydalarına diqqət yetirsək ailə sahibi olmağın çətin olduğu qədər, həqiqətən də gözəl və böyük savab olduğunun şahidi olarıq. Necə ki, Allahın Rəsulu (s) buyurur:

"Evli şəxsin qıldığı iki rükət namaz, subay şəxsin qıldığı yetmiş rükət namazdan üstündür".

İdeal ailəyə sahib olmaq üçün ilk növbədə gözəl əxlaq və xasiyyət uyğunluğu vacibdir. Lakin ürək ağrısı ilə vurğulamaq istərdim ki, indi bəzi, -hətta çoxları desəm daha doğru olardı- gənclərimiz ailə quracağı insanın tərbiyəsinə, əxlaqına və təmiz sevgisinə deyil, nədənsə onun maddi durumuna dəyər verirlər. Və gördüyünüz kimi son illərdə məhz bunun nəticəsi olaraq boşanma hallarının sayı artmaqdadır. Düzdür, "sevgi ilə qarın doymaz" deyiblər, yaşayış üçün müəyyən qədər maddi duruma da fikir verilməlidir, lakin var-dövlət, maşın, qızıl hesabına qurulan həyat pul kimi bir gün çirkaba çevriləcəkdir. Odur ki, sonradan peşman olmamağımız üçün diqqətli olmalı, nəfsimizi deyil, qəlbimizi dinləməyi bacarmalıyıq.

İndi isə hər kəsi narahat edən bir məsələyə toxunmaq istərdim. Yəqin ki, ailədə kimin başçı olması məsələsi hər biriniz üçün olduqca maraqlıdır. Ümumiyyətlə, ailədə ər və ya arvad ikisi də eyni anda ailə başçılığı kimi məsuliyyətli bir vəzifəni öz öhdələrinə ala bilməzlər. Belə olduqda (ailəni şərikli idarə etdikdə) onlar lazımı qədər məsuliyyətli olmağı bacarmayacaq, ev işlərini, problemləri bir-birinə tapşıracaq və nəticədə ailə ideal olmayacaq. Ümümiyyətlə, yaşadığımız ölkənin-yəni Azərbaycan mentalitetinə əsasən ailənin rəisi kişi sayılır. Oxuduğumuz müqəddəs kəlamlardan da bizə məlumdur ki, qadın ərinə, uşaqlar da atasına itaət etməlidir. Buradan da göründüyü kimi, dinimizdə də kişi ailənin əsas idarəedicisi, böyüyü, hətta itaətgahı hesab edilir.

Ailə sahibinin hüququ xanımı üçün bütün hüquqlardan daha vacib və mühümdür. Hətta ərin hüququ valideyn hüququndan da irəlidir. Peyğəmbərimiz (s) kəlamlarının birində vurğulamışdır ki, ərinə itaət etməyən qadın, Allaha düzgün ibadət etməmiş sayılır.

Mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, qadın ailəyə başçılıq edə bilməz. Onlar özləri daima layiqli bir şəxsin başçılığı altında olmaq arzusundadırlar. Düzdür, qadınlar güclü, iradəli və olduqca ağıllı sayılırlar. Lakin kişilərdən fərqli olaraq emosional xüsusiyyətlərə malik olan qadınlar zərif məxluq olduğu üçün başçı olmaq səlahiyyətinə malik deyildirlər və kişilərlə birlikdə çiyin-çiyinə gəlməyi bacarmazlar. Gəlin mövzu ilə bağlı Nisa sürəsinin 34-cü ayəsinə nəzər yetirək:

"Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir…".

Kişilərin ailədə hakim olmalarının bir sıra dəlilləri vardır ki, onlardan biri də kişilərin yüksək düşüncə qabiliyyəti, qadınların isə güclü atifəyə malik olmasıdır. Lakin İslam dininə görə qadınlar övladlarının tərbiyə olunması, böyüdülməsi, evdarlıq, ailənin təmizliyi, halallığı və s. kimi işlərdə mütəxəssis olduqlarına görə kişilərdən irəlidirlər. Vurğulamaq istərdim ki, hər bir bacarıqlı kişinin kiçik və ya böyük uğuru onun xanımının səyindən asılıdır. Belə ki, ərlərin müvəffəqiyyətləri onların həyat yoldaşlarının həmkarlığına bağlıdır. Ər böyük səy göstərməyinə baxmayaraq xanımı ona çətinliklərində kömək etməsə, yanında olmasa, ona dar günündə mənəvi arxa olmasa nəzərə çarpacaq uğur hasil olmayacaqdır.

Hörmətli xanımlarımız, ümid edirik ki, dediklərimizdən nəticə çıxararaq siz də artıq hər bir ailənin aktual mövzusuna çevrilən bu başçı məsələsinə son qoyacaq və ailənizin xoşbəxtliyi üçün cani-qəlbdən səy göstərəcəksiniz.

İnşallah, gələn mövzumuzda İslamda evlənmək və onun bəzi adətləri məsələsinə toxunacağıq.

P.S. Xatırladım ki, mövzu bəzi dini kitablar (Ayətullah Hüseyn Məzahirinin şəxsi nəzarətindən keçən "Ailə səadətinə necə nail olaq" və Əli Əkbər Babazadənin "İslamda evlənmə və ailə hüququ" kitabı) əsasında qələmə alınıb.

Sevda BABAYEVA

 



Yerləşdirilib:10 Noyabr, 2007  13:26, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
12 İyun, 2019
Səudiyyə Ərəbistanında aeroporta hava hücumu
12 İyun, 2019

Allah belələrini bəlalara düçar edər

12 İyun, 2019
Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı
12 İyun, 2019

Dubayda onlayn dilənçi 50 min dollar qazandı

12 İyun, 2019
İsrail təyyarələri Suriyaya raket zərbəsi endirib
12 İyun, 2019

Əsasən klassik şeir nümunələrində adı tez-tez çəkilən Qənbər kimdir? İslam suallarda

12 İyun, 2019
Tokayev Qazaxıstan prezidenti kimi and içib
12 İyun, 2019

Türkiyədə terrorçularla atışma: 2 hərbçi şəhid olub

11 İyun, 2019
Zelenski 15 qubernatoru işdən çıxardı
11 İyun, 2019

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

11 İyun, 2019
Egey dənizində miqrantları daşıyan qayıq batıb
11 İyun, 2019
Süleyman peyğəmbər (ə) haqqında serial çəkilir
11 İyun, 2019

Xristian dünyasının ən bahalı sənət əsəri müsəlman şahzadənin yaxtasında

11 İyun, 2019

Qazaxıstanda iki gündə 700 mitinq iştirakçısı saxlanılıb

11 İyun, 2019

Peyğəmbərin (s) zamanında yaşamış Misir hakimi Müqəvqis kim idi? İslam suallarda

XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com