Uca Allah Peyğəmbərimizi (s) belə tanıdır

İslam.Az deyerler.org-a istinadən bildirir ki,  İslam Peyğəmbəri (s) elə bir əzəmətli şəxsiyyətdir ki, Qiyamət gününə qədər ilin hər günü və hər saatı ona aiddir. Çünki o, peyğəmbərlərin (ə) xatəmidir. Onun səma kitabı əbədi və cavidandır.

Həzrət Peyğəmbər (s) Quranın dili ilə.

Qurani-Kərim cavidan İlahi kitab kimi Peyğəmbərin (s) əzəmətli şəxsiyyətindən ən dərin və ən ətraflı məlumatları vermişdir.

1. Peyğəmbərlərin (ə) xatəmidir. "Muhəmməd (salləllahu ələyhi və alihi və səlləm) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir". ("Əhzab" 40). İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Allah sizin nəbinizlə peyğəmbərlərə son verdi. Ona görə də sizin Peyğəmbərdən (s) sonra peyğəmbər olmayacaqdır. Sizin kitabınızla kitablara son verdi, ona görə də əbədi olaraq Qurandan sonra kitab olamayacaqdır".

2. Allah və bəndələri qarşısında təvazökar idi. "Muhəmməd (s) - Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında, daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür". ("Fəth" 29). Bu ayədə Həzrətin (s) bəzi sifətləri bəyan edilmişdir. O cümlədən: mehribanlığı, kafirlərə qarşı sərt olması, ibadət əhli olması, İlahi razılıq ardınca olması və simasında ibadət və Allah bəndəsi olmasının zahir olması kimi.

3. Mehriban və ürək yandıran idi. "Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır". ("Tövbə" 128).

4. Müjdə verən və nəsihət verən idi. "Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik. Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik)". ("Əhzab" 45-46).

Bir nəfər yəhudi Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Səni Muhəmməd (s), Əhməd, Əbil-Qasim, Bəşir, Nəzir, Dai adlandırmağın sirri nədədir?". Həzrət (s) buyurur: "Muhəmməd (s) - ona görədir ki, mən yer üzündə sitayiş edənəm. Amma Əhməd ona görədir ki, həqiqətən mən səma əhli yanında mədh olunanam. Əbul-Qasim adlandırılmışam ona görə ki, Allah Qiyamət günü atəşin bir hissəsini ayıracaq, keçmişdə və gələcəkdə mənə küfr edən hər kəs atəşdə olacaqdır. Behişti ayıracaqdır, o kəs ki, mənə iman gətirib, mənim nübuvvətimi etiraf edibdir - behiştdə olacaqdır. Dai ona görədir ki, mən insanları Pərvərdigarın dininə tərəf dəvət edirəm. Nəzir ona görədir ki, mən o kəsləri ki, mənə itaətsizlik edirlər - atəşlə xəbərdarlıq edirəm. Bəşir ona görədir ki, o kəs ki, mənə itaət edir - behiştlə müjdələyirəm"



Yerləşdirilib:10 May, 2016  21:52, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
15 Oktyabr, 2019

Terrorçular Suriyadan Türkiyəyə top mərmisi atıb, 2 dinc sakin ölüb

15 Oktyabr, 2019
Ankarada İŞİD-in 10 terrorçusu saxlanıldı
15 Oktyabr, 2019

Tunisin yeni prezidenti: İsraillə əlaqələri normallaşdırmaq xəyanətdir

15 Oktyabr, 2019
Suriya ordusu Mənbicə daxil olub
15 Oktyabr, 2019

Risalədə rast gəlinən çəki vahidi “müdd” nə qədərdir? İslam suallarda

15 Oktyabr, 2019
ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyalar tətbiq edib
15 Oktyabr, 2019

Türkiyə MN: Suriyada məhv edilən terrorçuların sayı 560-a çatıb

14 Oktyabr, 2019

Tramp: "Türkiyəyə qarşı böyük sanksiyalar gəlir"

14 Oktyabr, 2019
İsrail ordusu Fələstin Şərqi Qüds qubernatorunu həbs edib
14 Oktyabr, 2019
Suriyalılar və kürdlər danışıqlar masasına əyləşdilər
14 Oktyabr, 2019
ABŞ hərbçiləri Suriya ordusunun hərəkətinə mane olur
14 Oktyabr, 2019

Kafur nədir? İslam suallarda

14 Oktyabr, 2019

"Barış pınarı": Suriyada 525 terrorçu məhv edilib

14 Oktyabr, 2019

Akademik Vasim Məmmədəliyev vəfat edib

12 Oktyabr, 2019

ABŞ Səudiyyə Ərəbistanına daha 3 min əsgər yerləşdirəcək

12 Oktyabr, 2019

Hamının sayqı duyduğu insan Daimi oxucumuz yazır

12 Oktyabr, 2019

Sufilərin “hu” zikrinin mənası nədir? İslam suallarda

12 Oktyabr, 2019

"Barış pınarı": Suriyada 399 terrorçu məhv edilib

12 Oktyabr, 2019

Türkiyəd daha 8 dinc sakin terrorun qurbanı oldu

11 Oktyabr, 2019
İran tankeri raket hücumuna məruz qalıb
11 Oktyabr, 2019

Türkiyə “Barış pınarı” əməliyyatında şəhid verib

11 Oktyabr, 2019

Kərbəla şəhidləri: şikəst, həbsdə dünyasını dəyişmiş, yaralı...

11 Oktyabr, 2019

“Barış pınarı”: Suriyada 277 terrorçu məhv edilib

11 Oktyabr, 2019

İraqda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb

11 Oktyabr, 2019

“İrşad” kitabı nədən bəhs edir və etibarlıdırmı? İslam suallarda

11 Oktyabr, 2019

Tramp: ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edə bilər

11 Oktyabr, 2019

Türkiyə Suriya ərazisindən atəşə tutuldu: ölən və yaralananlar var

10 Oktyabr, 2019
İndoneziyada nazirə sui-qəsd təşkil olunub
XƏBƏRARXİVİ
«Okt.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com