Hər növü xeyir olan həya

Həya – utanmaq və ayıb olan bir şeyin nəticəsində insanda meydana çıxan xəcalət hissi mənalarına gəlməkdədir. Həya iki növdür ki, birincisi Allahın hər kəsə doğuşundan vermiş olduğu fitri həya hissidir. Buraya xüsusən hər kəsin cəmiyyət içərisində açıq-aşkar etməkdən utanaraq etmədiyi hərəkətlər daxildir. İkincisi isə tərbiyə, təhsil, böyüdüyü mühitin və imanının ona verdiyi mənəvi və tərbiyəvi dəyərlərdir ki, bunu insanlar yaşadığı zaman ərzində qazanmaqdadırlar. Bir sözlə desək, həya, pis və çirkin olanlardan uzaq olmaq, hal və hərəkətlərində diqqətli, danışıq tərzində və sözlərində ağıllı olmağa çalışmaqdır.

İbni Məsud belə rəvayət edir:

"Bir gün Həzrəti Peyğəmbər (s.ə.s.) "Allahdan haqqı ilə həya edin" buyurdu. Bunun qarşılığında biz onsuz da Allahdan həya etdiyimizi dedik. Rəsulullah (s.ə.s.) belə buyurdu: "Allahdan haqqı ilə həya etmək, başı və bədənin digər üzvlərini mühafizə etməyiniz, ölümü və torpaqda çürüməyi xatırlamağınız, axirət həyatını bu dünyaya dəyişdirməyinizdir. Bu dediklərimi həyata keçirənlər Allahdan haqqı ilə həya edənlərdir". Həyanın ən yüksək mərtəbəsi həm zahirən, həm də batinən Allahdan həya etməkdir.

Peyğəmbər Əfəndimiz (s.ə.s.) həyanın imandan olduğunu bildirərək birinin zəyiflədiyi anda o birinin də yox olacağını xəbər verir. Həyasızlaşan və bu halın cəmiyyətdə yayılmasını istəyən insanlar haqqında Allah-Təala Quranda belə buyurur: "Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. Allah bilir, siz bilməzsiniz" (Nur, 19).

Peyğəmbər Əfəndimiz (s.ə.s.) də həyanın yox olmasını və onun yerinə həyasızlığın keçməsini insan və cəmiyyət üçün bir həlak və yox olma səbəbi kimi göstərməkdədir: "Şüphəsiz ki, Allah bir insanı həlak etmək istədiyi zaman onu həyadan məhrum edər. Həya itəndə, o insan qəzəbə düçar olar. Qəzəbə gələn insanın etibarı yox olar ki, bununla da o xain olar. Xain olan insanda rəhmət sifəti olmaz. Belə olan təqdirdə o insan cəmiyyətdə hər kəsin qınağına və lənətinə düçar olar".

Peyğəmbər Əfəndimizin (s.ə.s.) həyatına baxdığımız zaman saysız hesabda həya örnəklərini görə bilərik. Əmisi Abbasın dediyinə görə, Kəbə yenidən inşa edildiyi zaman Muhəmməd (s.ə.s) də onlarla birlikdə daş daşıyırmış. Daşların onun çiynini əzməməsi üçün əmisi ona paltarının ətəyini çiyninə qaldırmaq istəyir. Əmisi Abbas bunu edəndə Rəsulullah (s.ə.s.) bədəninin görünəcəyindən həya edərək dərhal aşağı əyilir və "paltarımı üstümə ört" deyir. O dönəmdə Məkkədə paltarsız və ya bədəninin böyük bir hissəsi açıq halda gəzmək adi bir şey olmasına baxmayaraq, Muhəmməd (s.ə.s.) həya sərhədlərini aşmamış və bundan özünü gözləmişdir.

Əbu Səid əl-Xudrinin verdiyi məlumata görə, Həzrəti Peyğəmbər (s.ə.s.) gənc qızdan da çox həya edər və həya sərhədlərinin pozulduğunu gördüyü zaman üzünün ifadəsi dəyişərdi. Ətrafında olan şəxslər dərhal özlərini yığışdırardılar.

Həzrəti Peyğəmbər (s.ə.s.) həya sifətinin kimdə olmasından asılı olmayaraq, o insana ucalıq və hörmət qazandıracağını bildirmişdir. Buyurmuşdur ki, "həyanın hər növü xeyirlidir". Həyasızlığın isə insana heç bir başucalığı gətirmədiyini, onu hörmətdən saldığını və cəmiyyət içində sevilməyən bir insana çevirdiyini bildirmişdir.

Onu da qeyd edək ki, dinimizdə heç bir şeyin ifratı qəbul edilmədiyi kimi, həyanın da ifratı qəbul olunmur. Belə ki, həddindən artıq olan həya insanın haqqını tələb etməsinə mane olmamalı, cəsarətini azaltmamalı və o insana qorxaqlıq və bacarıqsızlıq xislətini gətirməməlidir. Hz. Aişənin verdiyi məlumata görə, Ənsar qadınları Peyğəmbərin (s.ə.s.) yanına gələrək qadınlara xas olan məsələlər barəsində sual verər və bunu öyrənməkdən çəkinməzdilər. Bununla onlar sahib olduqları həyaya baxmayaraq, bəzi mövzularda cahil qalmamağı üstün tutmuşdular.

Hətta bəzi mövzularda Allah-Təala özü insanlara yol göstərmiş və onların necə hərəkət etmələri haqqında məlumat vermişdir: "Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız) Peyğəmbərə əziyyət verir, amma o sizdən və bunu sizə deməkdən utanırdı. Lakin Allah doğru sözdən çəkinməz" (Əhzab, 53).

Göründüyü kimi həya, insanlar üçün halal və haram xaricində qalan hər bir hal və hərəkətdə tənzimləyici rolunu oynamaqdadır. Həya sahibi olan insan ucalar, hörmət qazanar və cəmiyyətdə sevilən bir şəxsə çevrilər. Həyasız insan isə rəzil hala düşərək cəmiyyətdən təcrid olunar ki, bu, eyni zamanda onun Allah qatında da öz yerini itirməsinə səbəb olar.

Abbas QURBANOV, ilahiyyat elmləri namizədi

 



Yerləşdirilib:1 Noyabr, 2007  07:16, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 İyun, 2019
Zelenski alman jurnalına müsahibəni pilləkəndə oturaraq verib
18 İyun, 2019

Qazaxıstanda kütləvi həbslər: 4 minə yaxın insan saxlanılıb

18 İyun, 2019
İran ABŞ-ın ciddi kiber hücumunun qarşısını alıb
18 İyun, 2019
Tramp milyonlarla qeyri-qanuni miqrantın deportasiyasını elan edib
18 İyun, 2019

Peyğəmbərin (s) neçə əmisi olub? Islam suallarda

18 İyun, 2019
Məhəmməd Mursi vəsiyyətinə əməl edilmədən gizli şəraitdə dəfn olunub
18 İyun, 2019
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərir
17 İyun, 2019
İsrail-Fələstin münaqişəsinə dair planın bir hissəsi açıqlanacaq
17 İyun, 2019
Misirin sabiq prezidenti vəfat edib
17 İyun, 2019

Hələbin atəşə tutulub, 12 nəfər ölüb

17 İyun, 2019
Husilərdən həftə ərzində 4-cü dəfə Səudiyyə aeroportuna hücum
17 İyun, 2019
ABŞ İrana qarşı bütün variantları nəzərdən keçirir
17 İyun, 2019

Doğrudurmu ki, naməhrəmə birinci dəfə baxmaq günah deyil, ikinci dəfə baxmaq isə günahdır? İslam suallarda

17 İyun, 2019
Colan təpələrində Trampın adına yeni yaşayış məntəqəsi salınacaq
17 İyun, 2019
Türkiyədə 8 PKK terrorçusu məhv edilib
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com