Ruzinizin artmasını istəyirsinizmi?

Ustad Mohsin Qiraətinin əxlaq dərslərindən...

İnfaq imkanlı insanlara aiddir, o kəsin ki, qüdrəti var, o kəsin ki, abırı var. O kəs ki, üzməyi bacarır, o kəsin ki, dili var.

Quran buyurur: "Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: «Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz»". ("Nəml" 36). Yəni, Allah mənə elə bir şey vermişdir ki, sizə verməmişdir. Sizə elə şeylər vermişdir ki, mənə ondan verməmişdir. Hər kimin nəyi varsa, başqasına yardım etsin.

1. İnfaqın ilk səmərəsi simicliyi aradan aparmaqdır. İnfaqın bərəkəti iki cürdür: fərdi və ictimai. Fərdi bərəkəti budur ki, simicliyi aradan aparar. İmam Cavad (ə) gecədən səhərə qədər təvaf edər, ancaq bir şeyə görə dua edərdi: "Allahım, məni simiclərdən qoru". Simiclik bir hünərdir, başqaları onu öyrənə bilməz. O kəs ki, simicdir, o, pak deyildir. Quran Həzrət Peyğəmbərə (s) buyurur: "(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san". ("Tövbə" 103).

2. Ruzini artırar. Quran buyurur: "De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır»". ("Səba" 39). Səhv etmirəmsə, Məsnəvidə belə bir şeir vardır ki, məzmunu belədir: "Bir nəfər divarın üstündə idi və susuzlayır. Görür ki, əgər özünü aşağı atsa, ola bilsin ki, ayağı sınsın. Susuzluğa da dözə bilmirdi və dırnağı ilə bu divarı qazmağa başlayır. Hər nə qədər aşağı düşürdüsə, öz-özünə deyirdi ki, suya yaxınlaşıram". Səcdədə hər nə qədər Allaha səcdə etsək, bir o qədər Ona yaxın oluruq. Allah Təala "Ələq" surəsində Həzrət Peyğəmbərə (s) buyurur ki, əgər qürbümə yaxınlaşmaq istəyirsənsə, yolu – səcdədir. Hər nə qədər aşağı gəlsən, yaxınlaşarsan.

3. Malını sığorta edər. Bəli, infaq etmək malımızı sığorta edər. Hədislərdə oxuyuruq: "Malınızı zəkatla qoruyun". Əgər malınızı qorumaq istəyirsinizsə, yardım edin. Onlar ki, xüms vermir, bunu başa düşmürlər, onlar ki, zəkat vermir, bunu dərk etmirlər. Hər kim infaq edər və səxavətli olar, həm Allah onu sevər və həm də insanlar. Səxavətli insanın duası qəbul olar. Namazı qəbul olar. "Rəhman olan Allah, iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır". ("Məryəm" 96).



Yerləşdirilib:15 İyul, 2015  17:15, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 Sentyabr, 2019

Belə namaz və belə namaz qılanlar da var... Günün fotosu

18 Sentyabr, 2019

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

18 Sentyabr, 2019

Yemək süfrəsi arxasında danışmaq olarmı? İslam suallarda

18 Sentyabr, 2019
ABŞ Türkiyəni onlardan silah almağa çağırıb
18 Sentyabr, 2019

ABŞ "Saudi Aramco"ya hücumdan sonra İrana zərbə endirməyi təklif edib

17 Sentyabr, 2019

Şəhadət meydanında qılınan namaz

17 Sentyabr, 2019

Əfqanıstanda seçki mitinqində partlayış törədilib, çox sayda ölü

17 Sentyabr, 2019

Heç bir müstəvidə ABŞ-la danışıq olmayacaq - ayətullah Xamenei

17 Sentyabr, 2019

İŞİD lideri yeni hücumlarla bağlı tərəfdarlarına çağırış edib

17 Sentyabr, 2019

İmamlardan hansılar daha yaşlı və daha cavan ikən dünyasını dəyişmişlər? İslam suallarda

17 Sentyabr, 2019

Putin suala cavabında Qurandan sitat gətirdi

17 Sentyabr, 2019

İranlı general: "İran müharibə istəmir, lakin müharibəyə tam hazırdır"

16 Sentyabr, 2019
Talibanın iki qubernatoru öldürülüb
16 Sentyabr, 2019
Husilər Səudiyyə Ərəbistanına xəbərdarlıq edib
16 Sentyabr, 2019
Adnan Oktarın məhkəməsi başlayır
16 Sentyabr, 2019

Bəs nə üçün Çaldıran şəhidlərinə ağlamırıq? Nəzər nöqtəsi

16 Sentyabr, 2019

Suriya-Türkiyə sərhədində terror, çox sayda ölü

16 Sentyabr, 2019

“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu”

16 Sentyabr, 2019

Müsafir olduğu üçün namazı qəsrlə qılan şəxsin namazı bütöv qılan şəxsə iqtida etməsi düzgündürmü? İslam suallarda

16 Sentyabr, 2019
Tramp Səudiyyəyə hücumlardan sonra ABŞ-ın ehtiyat neftindən istifadəyə icazə verib
16 Sentyabr, 2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
14 Sentyabr, 2019

Səudiyyədə neft təsisatlarının PUA-larla vurulması nəticəsində yanğınlar baş verib

14 Sentyabr, 2019

Mərsiyələrdə rast gəlinən “72 şəhid” ifadəsinin əsası nədir? İslam suallarda

14 Sentyabr, 2019
Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb
14 Sentyabr, 2019
İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli xəsarət alıb
13 Sentyabr, 2019

Rüşvət tələb edən məmurlar güllələnəcək

13 Sentyabr, 2019

Hindistanda ildırım düşməsindən 9 nəfər ölüb

13 Sentyabr, 2019

“İnsan xoşbəxt olmağa, ləzzət almağa ehtiyaclıdır” - Hacı Şahin

XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com