"Dini radikalizmə qarşı mübarizədə qadınların rolu" mövzusunda tədbir keçirilib

İslam.az xəbər verir ki, bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Dini radikalizmə qarşı mübarizədə qadınların rolu" mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon təşkilatının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzüblər. Daha sonra YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva mərasimi açaraq mövzu ilə bağlı ətraflı məlumat verib.

Tədbirdə çıxış edən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Mübariz Qurbanlı vurğulayıb ki, İslam dini dünyada öz mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlamaqdadır  Ölkəmizdə dövlət-din münasibətlərindən danışan Komitə sədri qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. M.Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov isə diqqətə çatdırıb ki, mövzu öz aktuallığı ilə seçilir. O qeyd edib ki, dünyada elə bir sərvət yoxdur ki, mənəviyyatdan uzaq olsun. Təəssüflər olsun ki, bəzən gənclərimiz bilməyərəkdən radikal dini təriqətlərə qoşulurlar. Bu gün Azərbaycanda sabitlik mövcuddur və onu qorumaq hər birimizin işidir. O yerdə ki, obyektivlik yoxdur, orada yalan, ikili standartlar olur. Heç şübhəsiz ki, bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr də var. İnsan mənəviyyatlı olmalı və bir-birinə dəyər verməlidir.

Qeyd edək ki, tədbirdə, həmçinin, BDU-nun İlahiyyat fakültəsinin müəllimi Səbinə Mirzəyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər.

Tədbirin sonunda iştirakşıları maraqlandıran suallar cavablandırılıb.



Yerləşdirilib:13 Aprel, 2015  21:43, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
6 Dekabr, 2019

Gecə namazı Video

5 Dekabr, 2019

İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi

5 Dekabr, 2019
Yaponiya nüvə silahı əldə edəcək?
5 Dekabr, 2019
Rusiyada faşist Njdenin xatirə lövhəsi söküldü
5 Dekabr, 2019
"Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə başlanılıb" - Komitə sədri
4 Dekabr, 2019

Bu (dekabrın 5-nə keçən) gecə imam Həsən Əskərinin (ə) mövludunun ildönmüdür

4 Dekabr, 2019
İŞİD-in sabiq lideri Əbu Bəkr əl-Bağdadinin müavini yaxalanıb
4 Dekabr, 2019

Cümə xütbəsinin məzmunu və miqdarı barədə vacib tələbat nədir? İslam suallarda

4 Dekabr, 2019

BMT İsraildən işğal altındakı Holan yüksəkliklərini tərk etməyi tələb edib

4 Dekabr, 2019

İraqda etirazların iki ayı ərzində 400-dən çox insan həlak olub

4 Dekabr, 2019
Azərbaycanlı iş adamı: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir
3 Dekabr, 2019

Həkim müalicə məqsədilə hər gün az miqdarda araq və ya çaxır içməyi məsləhət görürsə, xəstə onun məsləhətinə əməl edə bilərmi? İslam suallarda

3 Dekabr, 2019

Saxta “peyğəmbər”in yanında dəfn olunmaq üçün növbə yarandı

3 Dekabr, 2019

Türkiyə ordusunun 2 əsgəri şəhid olub

2 Dekabr, 2019
İsrail İordan çayının Qərb sahilində mövqelərini gücləndirir
2 Dekabr, 2019

Bir şəxs 2000 manat borc alır və 3 aydan sonra 2500 manat qaytaracağını deyirsə, bu cür borc alma düzgündürmü? İslam suallarda

2 Dekabr, 2019
İraqda həftə ərzində ikinci dəfə İranın konsulluq binası yandırılıb
2 Dekabr, 2019
Əfqanıstanda “Taliban” liderlərindən biri zərərsizləşdirildi
30 Noyabr, 2019

Məni (sperma) nəcis sayılırmı və dəydiyi yeri pak etmək lazımdırmı? İslam suallarda

30 Noyabr, 2019
Bu xəbərdən sonra İraqda aksiyalar nisbətən səngiyib
30 Noyabr, 2019
İsrail Qəzzaya aviazərbələr endirib, ölən və yaralananlar var
29 Noyabr, 2019

25 ölkəni təmsil edən gənc beynəlxalq konfransda işğalçı Ermənistanı qınadı FOTO

29 Noyabr, 2019

Dəstəmaz alan zaman üzü və əlləri yuyandan sonra hər dəfə kranı bağlamaq lazımdırmı? İslam suallarda

29 Noyabr, 2019
İraqda etiraz aksiyalarında ölənlərin sayı 30 nəfəri ötüb
29 Noyabr, 2019

Tramp: "Taliban" atəşi dayandırmaq istəyir"

28 Noyabr, 2019

Gündüz İsmayılov: “Bəzi dini qruplar dünyəvilik anlayışını istismar edirlər”

28 Noyabr, 2019

“Mürucüz-zəhəb” kitabı nədən bəhs edir və müəllifi kimdir? İslam suallarda

28 Noyabr, 2019
“Qurani–Kərimin nüzul sırası ilə tərcüməsi” kitabının təqdimatı keçirilib
XƏBƏRARXİVİ
«Dek.2019»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com