Gündəlik həyat: "Ahh","Ehh"=1000 like

İslam.az oxucuların diqqətinə islamazeri.az saytında dərc edilən yazını təqdim edir.

Günümüzün ən ehtiyaclı vəsaitlərindən biri halına sosial şəbəkələr, əsasən də “Facebook” çevrilməkdədir deməzdim Çünki artıq çevrilib. Hava, su və feysbuk. Gecə yatarkən son iş xəbərdarlıqlara baxmaq, mesaj qutusunu son dəfə yeniləmək, səhər də oyanan kimi ilk iş telefonu yandırıb yeniliklərə baxmaqdır. Səhərdən gecə yatana qədər də şəbəkədə gördüyümüz “işləri” zatən yazmağa dəyməz. Hamımıza məlumdur. Bütün günü feysbukun ana səhifəsini izləməkdən başqa peşəmizmi var?

Bacarıqlarımızı sosial şəbəkə ilə məhdudlaşdırmışıq. Burada asırıq, kəsirik, dünyanı təhlil edirik, bayramların keçirilib-keçirilməməsini burda müəyyən edirik, dünyaya feysbuk gözüylə baxırıq. Haqlı-haqısızı burda müəyyən edirik. Burada özümüzü tanıtdırmağa çalışır, nüfuz qazanmaq istəyirik. Sanki feysbukda da bir reytinq kürsüsü var və ona oturan dünyanın ən xoşbəxt insanlarından hesab edilir. Bəs görək ümumi olaraq ictimai sosial rəy nəyə üstünlük verir? Bu yazını yazmamışdan öncə bir daha ümumi paylaşılan statuslara və onlara gələn bəyənmələrin sayına diqqət yetirdim. Bəlkə fikrimdə yanılıram- deyə araşdırdım. Amma həqiqətəndə düşüncəmdə yanılmadığımı bir daha təsdiq etdim. Bir nəfər “ahh”, “off”, “ehh” mahiyyətli statuslar paylaşır, 300-500 “like” toplayır. Hələ şərhlərdə gedən uzun-uzadı yazışmaları demirəm. Dostluğumda olanlardan biri təxminən “Off həyat”  tipli bir paylaşım edib. Şəxsin insanlara nəyi izah etdiyini düşündüm. Nəticə əldə etmədim. Barəsində sui-zənn də (pis fikir) etmək istəmirəm. Onun paylaşımına heç bir iradım yoxdu, hər kəs düşündüyünü, hisslərini, sevgisini, nifrətini sosial şəbəkədə paylaşmağa bir növ adətkərdədi. Məsələ burasındadır ki, statusu (Bilmirəm bu nə dərəcədə status hesab edilir) bəyənənlərin sayı 300-ə yaxındır. Ay qardaş, ay bacı burda bəyənməli nə vəziyyət var axı?! Burda xoşuna gələsi nə var axı?! Biri yazır “Aaaaa”, bunu onlarla adam bəyənir. O birisi “Bbbbbb”. Digəri “Eeeee”. Baxırsan cəmiyyətimizi təşkil edən çox sayda insan da bunu bəyənir. Digər tərəfdə çox gözəl mətləblər izah edən, tarixi faktlar ortaya çıxaran, insana mənəvi və dünya görüşünə çox faydalı olan bu məzmunda statuslara 15-20 bəyənmə gələr ya yox. Onu bəyənənlərində bəlkə bəziləri heç söhbətin nədən getdiyinə varmır, elə ucdan tutma hər şeyi “like” edir. Xoşuna gəlir ki, statusların altında “like” düyməsi göy rəngdə olsun. Təxminən belə bir paylaşım çıxdı ötənlərdə qarşıma: “

-Səni sevirəm

-Mən də səni

-Səni sevirəm -

Mən də səni”

Bunu bəyənən dostlardan birindən soruşdum ki, “əziz qardaşım, mən son zamanlar biraz fikirliyəm. O paylaşımda nədən söhbət gedirdi, qavraya bilmirəm. Mənə kömək et. Sənki bunu bəyənmisən, mənə izah edə bilərsən? Mən də bilmək istəyirəm axı”. Mənə cavab olaraq dedi ki, “Feysbukda bəzi insanlar var ki, onların statuslarını özlərinə görə bəyənirəm. Heç mən də başa düşməmişdim ordakı məsələni”. Burdan belə başa düşdüm ki, biz şəxsiyyətlərə önəm veririk, nə danışdığına, nə paylaşdığına yox. Amma hədislərdən nəql olunur ki, danışana yox, nə danışdığına diqqət etməliyik. Acı reallıq budur ki, türklər demiş ayarlarımız pozulub.

Dəyərlərimiz dəyişib. Bizə faydalı olanları heç oxumur, diqqət belə etmirik. Amma siz də məni bağışlayın bu ifadəmə görə, gic-gic, axmaq, səfeh, məntiqsiz, mənasız sözlərə müştəri olmaqla öz səviyyəmizi açıq şəkildə ortaya qoyuruq. Qısa təhlil apararaq cəmiyyətimizin hansı durumda olduğunu, nəyə önəm verdiyini, fərdlər üçün dəyərli, bəyənməli mövzuların nə olduğunu müəyyən etmək olur. Bu fərdlər də birlikdə cəmiyyəti təşkil edir və cəmiyyət ümumilikdə də fərd hesab edilir. İndi baxın ki, bizim ümumi fərdimizin səviyyəsi hansı durumdadır. Axmağa, avaraya, səfehə alim titulu verərək həm o şəxsi, həm də özümüzü, cəmiyyətimizi bədbəxt edirik. Nadan insanların top like reytinqə düşməsi isə fəlakətdir. O özündən başqa heç kimin fikrini qəbul etməyəcək, özünü mütləq haqq biləcək. Bəlkə bir az düşünək? Bəlkə bir neçə dəyərli “ahhh”, “ehhhh” statuslarını bəyənməyə, şərh yazmağa ayırdığımız vaxtı bu gedişlə işlərin nə ilə nəticələnəcəyini düşünək?! Çünki biz icmanı təşkil edirik və bu icma övladlarımıza, onların da övladlarına iz qoya biləcək təsirə sahibdir.

PS: Təbii ki, zövqlərin belə eybəcər hala salınması da məqsədyönlü şəkildə aparılan hegemoniyanın uğuruna çalışan siyasətin bir parçasıdır. Biz də kor kimi bu siyasətin qurbanlarına çevrilməkdə iddialı olmaq istəyirik.

Tural Əli

islamazeri.az



Yerləşdirilib:17 Fevral, 2015  18:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 İyun, 2019
Zelenski alman jurnalına müsahibəni pilləkəndə oturaraq verib
18 İyun, 2019

Qazaxıstanda kütləvi həbslər: 4 minə yaxın insan saxlanılıb

18 İyun, 2019
İran ABŞ-ın ciddi kiber hücumunun qarşısını alıb
18 İyun, 2019
Tramp milyonlarla qeyri-qanuni miqrantın deportasiyasını elan edib
18 İyun, 2019

Peyğəmbərin (s) neçə əmisi olub? Islam suallarda

18 İyun, 2019
Məhəmməd Mursi vəsiyyətinə əməl edilmədən gizli şəraitdə dəfn olunub
18 İyun, 2019
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərir
17 İyun, 2019
İsrail-Fələstin münaqişəsinə dair planın bir hissəsi açıqlanacaq
17 İyun, 2019
Misirin sabiq prezidenti vəfat edib
17 İyun, 2019

Hələbin atəşə tutulub, 12 nəfər ölüb

17 İyun, 2019
Husilərdən həftə ərzində 4-cü dəfə Səudiyyə aeroportuna hücum
17 İyun, 2019
ABŞ İrana qarşı bütün variantları nəzərdən keçirir
17 İyun, 2019

Doğrudurmu ki, naməhrəmə birinci dəfə baxmaq günah deyil, ikinci dəfə baxmaq isə günahdır? İslam suallarda

17 İyun, 2019
Colan təpələrində Trampın adına yeni yaşayış məntəqəsi salınacaq
17 İyun, 2019
Türkiyədə 8 PKK terrorçusu məhv edilib
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com