“Şaxta baba”, yoxsa “saxta baba”?!

Uşaq baxçasında Şaxta babanı çox gözləyərdik. “İndi gələcək, bizə hədiyyə gətirəcək.” Yolkaların da, çubuğun da sehirli olduğuna inanardıq. “İndi Şaxta baba yolka ağacının işıqlarını öz sehirli çubuğu ilə yandıracaq.”  Sonradan bilərdik ki, Şaxta baba filan baxça yoldaşımızın atası imiş.

Zaman keçdikcə bu uşaq sevinclərimiz də saxtalıqlar içərisində saxtalıqlara söykənməyə başladı. Daha “Şaxta baba”lar uşaqları sevindirmək üçün yox, bir həftəlik iş, çörək yeri üçün həmin “Şaxta”, əslində isə “Saxta baba” vəzifəsini seçdilər. Hələ burasını da deyim ki, bəzi vaxtlar Şaxta baba vəzifəsində iş tapa bilməyən qızlar da olur. Pullu valideynlər pul verib Şaxta babanı muzdur kimi evə gətirir, oynadır, axırda da yola salırlar. Şaxta babanın uşaqlara verə biləcəyi sevinc payı isə alacağı muzddan asılı olur…

Əslində, “Şaxta baba”; “Yolka” hadisəsi bir tarixi ilahi möcüzənin təhrif olunmuş xatirəsidir. Oxuduqlarıma görə (səhv edərəmsə, ilahiyyatçılardan üzr istəyirəm) Həzrət Məryəm xanım (s.ə) İsanı (ə) dünyaya gətirdikdən sonra Yolka ağacının dibində oturur. Yeməyə bir şeyi olmur. Bu zaman Yolka ağacında İlahi tərəfindən möcüzə olaraq müxtəlif meyvələr yetişir. Mütəal-Allah bir daha sübut etmək istəmişdir ki, heç  bir yeməli meyvəsi olmayan yolka ağacında müxtəlif yeməli meyvələr yetişdirərəm.

Bəlkə də, Şaxta baba xristian aləmində simvolik olaraq ilahi təcəlla, yolka ağacı Həzrət Məryəm xanımın (s.ə) altında oturduğu hansısa ağac, Şaxta babanın “sehirli” çubuqla Yolkada yandırdığı  oyuncaqlar İlahinin Həzrət Məryəm xanıma (s.ə) bəxş etdiyi möcüzəli məyvələrdir. Məsum uşaqlar  da Həzrət Məryəm (s.ə) və İsadır (ə). Özlərini yaxşı aparsalar, yolka yanacaq və  hədiyyə götürəcəklər. Eynilə Məryəm xanım (s.ə) kimi. Sınaqdan üzüağ çıxdı və görünməmişmöcüzə ilə üzləşdi.

Eh... deyəsən çox getdim. Son olaraq, üzümü tuturam Yeni təqvim ilini, İsanın (ə) mövludunu qeyd edən əziz xalqıma. Bu gözəl mərasimi Allaha dualarla, ibadətlərlə keçirək. Allahın düşməni olan şeytanın şərablarına “yox” deyək. Yoxsa ki, partlatdığınız şampanların ən böyük partlayış səsi Qiyamətdə olacaq.

Vüsal Hətəmov

İslam.az



Yerləşdirilib:23 Dekabr, 2014  19:36, ]]>Çap]]>
 
Bu bölmədə:
4 Dekabr, 2014
Toy iqtisadiyyatı

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Sentyabr, 2019
Tramp Səudiyyəyə ABŞ-ın ehtiyat neftindən istifadəyə icazə verib
16 Sentyabr, 2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
14 Sentyabr, 2019

Səudiyyədə neft təsisatlarının PUA-larla vurulması nəticəsində yanğınlar baş verib

14 Sentyabr, 2019

Mərsiyələrdə rast gəlinən “72 şəhid” ifadəsinin əsası nədir? İslam suallarda

14 Sentyabr, 2019
Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb
14 Sentyabr, 2019
İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli xəsarət alıb
13 Sentyabr, 2019

Rüşvət tələb edən məmurlar güllələnəcək

13 Sentyabr, 2019

Hindistanda ildırım düşməsindən 9 nəfər ölüb

13 Sentyabr, 2019

“İnsan xoşbəxt olmağa, ləzzət almağa ehtiyaclıdır” - Hacı Şahin

13 Sentyabr, 2019
Tramp İranın ABŞ-la danışıqlar aparmaq istədiyini bildirib
13 Sentyabr, 2019

Aşura şəhidlərinin arasında Peyğəmbər səhabələrindən neçə nəfər var idi? İslam suallarda

13 Sentyabr, 2019
Lavrov Suriyada müharibənin başa çatdığını deyib
13 Sentyabr, 2019

Türkiyədə terror törədilib, 7 nəfər dünyasını dəyişib

12 Sentyabr, 2019

Aşura, ya Qarabağ? AKTUAL

12 Sentyabr, 2019
İlk dəfə Səudiyyədə qadınlardan ibarət bölük hərbi parada qatılacaq
12 Sentyabr, 2019

Elşad Mirinin natamamlıq kompleksi və ya tövbə ərəfəsində İynə

12 Sentyabr, 2019

Mosuldakı məscidin bərpasına 100 milyon dollar ayrılacaq

12 Sentyabr, 2019
Husi liderinin qardaşını terror edən cəsus öldürülüb
12 Sentyabr, 2019

Geyimdə hansı rənglərə üstünlük vermək bəyənilir? İslam suallarda

12 Sentyabr, 2019

Dini ziyarətgahlarda kütləvi ölümlərin səbəbi

12 Sentyabr, 2019
Qəzza zolağında üç gündür raket atəşi davam edir
11 Sentyabr, 2019

O, nə üçün bir daha Aşuraya getmədi?

11 Sentyabr, 2019
Aşura günü Azərbaycandan dünyaya böyük mesaj
11 Sentyabr, 2019

Kərbəlada 3 günlük matəm elan edilib

11 Sentyabr, 2019

Aşura qatillərinin aqibəti

11 Sentyabr, 2019

Yezidin oğlunun mömin olması doğrudurmu? İslam suallarda

11 Sentyabr, 2019
Kabildə partlayış törədilib, xəsarət alanlar var
11 Sentyabr, 2019
Netanyahu İordaniya vadisini zəbt edəcəyini söz verib
XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com