“Kəsilməli idi başımız, kəsildi sünnətimiz”

İslamda, bəlkə də, heç bir sahəyə elmə verilən qədər dəyər  verilməyib.

Lakin əfsuslar olsun ki, müsəlman dünyası elmə ciddi yanaşmır. Bunun nəticəsində də müasir elmi nailiyyətlərdən kənar qalır. Bu boşluğu isə, təbii ki, radikallaşma, təriqətləşmə, dözümsüzlük doldurur. Hazırda dünyada hansısa bir elmi ixtiralarda müsəlman adı eşitdikdə, az qalırıq dünyanı dağıdıb deyək ki, İslam planeti fəth edir. Bəşəriyyətə Farabilər, İbn Sinalar, Xəyyamlar, Birunilər, Tusilər, Bəhmənyarlar bəxş edən İslam dünyası indi son 20-30 ildə terrorçu “qəhrəmanlarla” tarixə düşür. Səbəb isə yenə də birdir. Cəhalət, özündən razılıq, elmə ciddi yanaşmama. Halbuki İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurur: "Elm möminin itkisidir, müşriklərin əlində olsa belə, onu öyrənin".

Bəs indi?!!  Bu hədisə nə dərəcədə riayət edirik? Ərəb ölkələri fəxrlə dünyaya şeyxlərinin maşınlarını, dəbdəbəli həyatlarını göstərəndə, avropalılar Tusinin 13-cü əsrdə astronomiya ilə bağlı verdiyi hesablamalardan istifadə edərək qalaktikaları fəth edir. Məmləkətimin möminləri “Aləmi-zərr” mövzusunda kəlmələri zərrə-zərrə incələmək zövqündə boğulan zaman Qərb dünyası maddələri zərrələrə bölür, texnologiyanı nanosistemə, nanotexnologiyaya, zərrə texnologiyasına keçirir. Şərq dünyası qəlyan tüstüsünün  qoxusunda yeni “kəşflər” apararkən, Qərb dünyası tüstüsüz avtmobillər haqda düşünür. İslam təriqətləri əllərin namazda açıq, yoxsa bağlı olmasını təhlil edərkən, kafirlər bu əllərin necə kəsilməsi yollarını araşdırır.

Bəli, dərdimiz böyükdür. Amma ki, Cənnət adlı bir (özümüz də səmimi inanmadığımız) məkanla özümüzü “straxofka” edirik: “Eybi yox, o dünya ki bizimdir!” Yerin üstünü ağ günə qoymuşduq, qalmışdı bir altı.

Necə də dahi adammışsan, Allah sənə rəhmət etsin, Mirzə Ələkbər! Necə demişsən? “Kəsilməli idi başımız, kəsildi sünnətimiz!”

Belə qalmaz. Qələmə qiymət verməsək, Allah dövrümüzə əli qələmli yox, əli qılınclı bir Mirzə Ələkbər Sabir yetirəcək!

Vüsal Hətəmov

İslam.az



Yerləşdirilib:20 Noyabr, 2014  19:51, ]]>Çap]]>
 
Bu bölmədə:
4 Dekabr, 2014
Toy iqtisadiyyatı

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Sentyabr, 2019
Tramp Səudiyyəyə hücumlardan sonra ABŞ-ın ehtiyat neftindən istifadəyə icazə verib
16 Sentyabr, 2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
14 Sentyabr, 2019

Səudiyyədə neft təsisatlarının PUA-larla vurulması nəticəsində yanğınlar baş verib

14 Sentyabr, 2019

Mərsiyələrdə rast gəlinən “72 şəhid” ifadəsinin əsası nədir? İslam suallarda

14 Sentyabr, 2019
Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb
14 Sentyabr, 2019
İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli xəsarət alıb
13 Sentyabr, 2019

Rüşvət tələb edən məmurlar güllələnəcək

13 Sentyabr, 2019

Hindistanda ildırım düşməsindən 9 nəfər ölüb

13 Sentyabr, 2019

“İnsan xoşbəxt olmağa, ləzzət almağa ehtiyaclıdır” - Hacı Şahin

13 Sentyabr, 2019
Tramp İranın ABŞ-la danışıqlar aparmaq istədiyini bildirib
13 Sentyabr, 2019

Aşura şəhidlərinin arasında Peyğəmbər səhabələrindən neçə nəfər var idi? İslam suallarda

13 Sentyabr, 2019
Lavrov Suriyada müharibənin başa çatdığını deyib
13 Sentyabr, 2019

Türkiyədə terror törədilib, 7 nəfər dünyasını dəyişib

12 Sentyabr, 2019

Aşura, ya Qarabağ? AKTUAL

12 Sentyabr, 2019
İlk dəfə Səudiyyədə qadınlardan ibarət bölük hərbi parada qatılacaq
12 Sentyabr, 2019

Elşad Mirinin natamamlıq kompleksi və ya tövbə ərəfəsində İynə

12 Sentyabr, 2019

Mosuldakı məscidin bərpasına 100 milyon dollar ayrılacaq

12 Sentyabr, 2019
Husi liderinin qardaşını terror edən cəsus öldürülüb
12 Sentyabr, 2019

Geyimdə hansı rənglərə üstünlük vermək bəyənilir? İslam suallarda

12 Sentyabr, 2019

Dini ziyarətgahlarda kütləvi ölümlərin səbəbi

12 Sentyabr, 2019
Qəzza zolağında üç gündür raket atəşi davam edir
11 Sentyabr, 2019

O, nə üçün bir daha Aşuraya getmədi?

11 Sentyabr, 2019
Aşura günü Azərbaycandan dünyaya böyük mesaj
11 Sentyabr, 2019

Kərbəlada 3 günlük matəm elan edilib

11 Sentyabr, 2019

Aşura qatillərinin aqibəti

11 Sentyabr, 2019

Yezidin oğlunun mömin olması doğrudurmu? İslam suallarda

11 Sentyabr, 2019
Kabildə partlayış törədilib, xəsarət alanlar var
11 Sentyabr, 2019
Netanyahu İordaniya vadisini zəbt edəcəyini söz verib
XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com