No problem!

Bir-birinin ardınca müsəlman ölkələrinin qan çanağına dönməsi, əlbəttə, hər kəs kimi mənim də qəlbimi ağrıdır. Qanı tökülən günahsız insanları gördükcə bir şeyi düşünürəm: görəsən bunlar nə qədər davam edəcək? Əslində cavabı var və var olduğu kimi yoxdur da.

Misirdə “inqilab” oldu. Mübarəkin “başını yedilər” üstündən də bir stəkan sərin “koka-kola” içdilər. Ardınca da Liviyaya girişdilər. Amma orada 1-ci şəxs yapışdığı kürsüdən qopmaq niyyətində olmadığını açıqladı. Nəticədə onun özünü kanalizasiyada öldürdülər. Bu gün də Liviyada nə dövlət var, nə də demokratiya. Əksinə, müxtəlif terrorçu qruplar meydanda at oynadır və bundan istifadə edənlər ölkənin təbii sərvətlərini talayırlar.  Amma nə olsun, ölən ki, müsəlmandır. Mən “demokratik” qüvvələrin əsl üzünü “Mavi Mərmərə” əhvalatından sonra çılpaqlığı ilə gördüm. Daha açıq şəkildə dedilər ki, müsəlmanın qanı halaldır.  Nə qədər istəyirsiz öldürün. NO PROBLEM!

Odur ki, indi Bəhreyndə tökülən qanlara səssiz qalanda - təəccüblənmədim. Onsuz da yenə tökülən qan müsəlman qanıdır. NO PROBLEM! Amma İraq və Əfqanıstandan sonra qərb ideoloqları səhvlərini anlayıblar. Elə ki, Buş İraqda və Əfqanıstanda tökülən qanlara görə qınandı, indi digərləri bundan ibrət götürüblər. Odur ki, hazırda İŞİD adında bir “müsəlman” qiyafəli dəstəni ortaya atıblar. Suriyada, İraqda qırğınlar törədir. İndi kimi qınasınlar axı? Öldürən “müsəlman”, ölən müsəlman. Onlarlıq bir iş yoxdur. NO PROBLEM! Hələ üstəlik hay-küy qoparıb bir az da demokratiya, insan haqları dedilər – vəssalam! Məsələ öz həllini tapır. İndi BMT-nin nəyinə lazımdır ki, müsəlmanlar bir-birini qırır. Qoy qırsınlar! Eybi yox! Nə qədər sayları azalsa o qədər yaxşıdır. Düzü, bundan sonra hansı proseslərin baş verəcəyini proqnozlaşdırmaq istəmirəm. Əli qana batmış olanlar yəqin ki, cəzalarını alacaqlar. Bu dünyada olmasa da - Qiyamətdə.

P.S. Birdən Antarktidada bir qərblinin burnu qanasa bütün beynəlxalq, “demokratik”, bürokratik təşkilatlar yığışıb hay-küy salacaqlar ki, “ay haray, qoymayın, insan haqları pozuldu!”. Amma minlərlə müsəlmanın öldürülməsi - NO PROBLEM!

P.P.S. Unutmayın, müsəlmanlar da sahibsiz deyil. Bir gün bütün bunların hesabını soracaq insan - Zamanın Sahibi olan imam Mehdi (ə) gələcək. O zaman etdiklərinizə görə cavab verməli olacaqsınız. Bax, həmin vaxt sizin cəzalanmağınıza dair fitva veriləndə indiyə qədər öldürdüyünüz uşaqlar, qadınlar və qocalar bir ağızdan bu sözü deyəcəklər: “NO PROBLEM!”



Yerləşdirilib:19 Noyabr, 2014  19:36, ]]>Çap]]>
 
Bu bölmədə:
4 Avqust, 2014
12 şəhid

Son şərhlər : 2
Müəllif: Din | 19 Noyabr, 2014  15:44
# Ответить
+3


]]>]]>

Ümidimiz yalnız 'O' günedir.
Müəllif: Nazim | 19 Noyabr, 2014  18:44
# Ответить
+3


]]>]]>

Inshallah bizde Aqanin(a.s) yaninda olub verilen cezaya NO PROBLEM deyeceyik,bu zaman coxda uzaqda deyil eksine lap yaxindadir onu gozleyenler ucun.Labbeyk ya Mehdi(a.s)!Salavat!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com