İmam Hüseyn (ə) əzəməti haqqında kiçik bir söz

Kərbəla ziyarətindən qayıdan bir qohumdan ziyarət haqqında soruşanda verdiyi cavab məni heyrətləndirdi. “Mən Kərbəlada İmam Hüseynin (ə) əzəmətini əyani olaraq gördüm. Təsəvvür edin, 1400 ildir bir an belə dayanmadan dünyanın demək olar ki, bütün dillərində bu şəxsiyyət anılır və onun müsibətinə göz yaşı tökülür. 1400 ildir bir an belə olsun İmam Hüseynin (ə) ziyarətgahı zəvvarsız qalmayıb. Gördüklərim məni heyrətə gətirdi. Gələnlərin rəngi, irqi, milləti, dili fərqli idi. Amma onların hamısı bir nəfərin işığına toplaşmışdı, bir nəfərə təvəsül edib dua edirdi. Məhz burada mən İmam Hüseynin (ə) əzəmətini dərk etdim.”

Aşura günü ərəfəsində bəzi dar düşüncəlilər İmam Hüseynə (ə) əza saxlamağın guya mənasız olduğunu sübut etmək üçün ciddi cəhdlə ortaya atıldılar. Amma tarix sübut edir ki, bu dahi şəxsiyyətin məqamını alçaltmaq üçün necə böyük qüdrət sahibləri olub, bunun üçün nə qədər var-dövlət sərf ediblər. Lakin bütün bu cəhdlər iflasa uğrayıb və Allah İmam Hüseynin (ə) məqamını daha da uca edib.

Aşura günü bütün dünyada milyonlarla insan o həzrətin işığına toplaşır, əza saxlayır, onun məktəbini yad edir. Bəziləri üçün bu hal qəribə görünsə də, o insanları bu işi görməyə heç kim məcbur etmir. Bəlkə də dini vəzifələrini belə yerinə yetirməyən minlərlə insan elə təkcə Azərbaycanda hər Aşura günü İmam Hüseynə (ə) əza saxlayır, məscidlərdə, evlərdə təşkil edilən mərasimlərə qatılır, ehsanlar edirlər.

Builki Aşura günündə diqqətçəkən məqamlara şahidlik etdim. Mağazaların birində Aşura ilə əlaqədar çörək pulsuz olaraq paylanırdı. Bir avtobus sürücüsü isə insanları pulsuz olaraq daşıyırdı. Eyni zamanda üzərində “Məscid və ziyarətgahlara gediş pulsuzdur” yazılan taksilər var idi. Bu insanları belə bir addım atmağa kimsə məcbur etməmişdi. Bəs görəsən bunun səbəbi, əsl qaynağı nədir? Cavab çox sadə olsa da olduqca dərin məna ifadə edir. “İmam Hüseynə (ə) olan məhəbbət.”  Allah üçün bütün varlığından keçən bir insanın dəyəri məhz budur.

P.S. Sonda İmam Hüseyn (ə) məktəbinə dil uzadanlara qısa bir sözümüz var. Özünüzü yormayın. Sizdən əvvəlkilər və sizdən sonrakılar da bu cür cəhdlər edib və edəcəklər. Amma hər birinin sonu iflasdır. Odur ki, Allahla qarşılaşacağınız gündən qorxun, əgər bu günə imanınız varsa.



Yerləşdirilib:13 Noyabr, 2014  18:35, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Noyabr, 2014
No problem!
4 Avqust, 2014
12 şəhid

Son şərhlər : 1
Müəllif: Nazim | 13 Noyabr, 2014  15:41
# Ответить
+1


]]>]]>

Imam Huseyne(a.s) dil uzadanlarin dilin keserik!Huseyn(a.s) bize o qeder azizdir ki canimizida malimizida ona feda etmeye haziriq!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com