Üzü maskalı silahlılar ələ keçirdikləri iki polis əməkdaşı və 2 əsgəri vilayətdəki kəndlərdən birinə gətirərək onların başlarını üzüblər
Pakistanda hökumətə tabe olmayan silahlı qruplaşmalardan biri insanların gözü qarşısında hüquq-mühafızə orqanlarının 4 əməkdaşını edam edib. Bu barədə yerli kütləvi informasiya vasitələri ölkənin şimal-qərbində yerləşən dağlıq Svat vilayətindəki mənbəyə istinadən məlumat yayıblar.
Üzü maskalı silahlılar ələ keçirdikləri iki polis əməkdaşı və 2 əsgəri vilayətdəki kəndlərdən birinə gətirərək onların başlarını üzüblər. Onlar həmçinin yerli əhalini bu mənzərəni izləməyə məcbur ediblər. Edam başa çatdıqdan sonra isə silahlılar bildiriblər ki, Allahsız hakimiyyətin casusları, eləcə də Amerika və Buşa xidmət edənlərin hamısını bü cür aqibət gözləyir.
Xatırladaq ki, ötən gün Svat bölgəsində hökumət qoşunları ilə döyüşçülər arasında genişmiqyaslı döyüşlər başlanıb. Döyüş əməliyyatlarında hərbi helikopterlərdən istifadə olunub. Əməliyyatın təfərrüatları barədə məlumat verilməyib.