Məhərrəmlikdə “qonsert” sevgisi

Bu gün, əhalinin bir çox hissəsinin axşam İmamın 3 məclisinə hazırlaşdığı bir ərəfədə Sumqayıtda küçələr arası səyyar konsert məni sevindirdi. Dedim yəqin Qarabağı almışıq. Çünki bu cür çal-çağır ancaq qalib məmləkətin qalib şəhərlərində vaqe ola bilər. Amma dərhal barmağımı dişlədim. Dedim ki, yox, Qasım kişi, nə isə bu başqa dərdə oxşayır. Məhərrəm ayında cahamat (camaat) toy-düyün eləmir, kütləvi dambadurum olmur. Özü də  bu ayda nəinki təriqətindən asılı olmayaraq heç bir müsəlmanın, heç digər din nümayəndələrinin də toy-nişan etməsi müşahidə olunmur. Burda nəsə var…

Elə barmağımı dişləmişdim ki, (heyrətimdən az qaldı qopa) birdən yadıma yaxınlarda, Firəngistanın, Əmrikənin bir sehirli çomağı düşdü. Deməli, bu sehirli çomağ nə imiş?! Sən demə, bu sehirli çomağ girir bəzi tilvezrın (televizorun) dalına. Və ölçür ki, kim hansı kanalda, hansı qonsertə, nə bilim filmə baxır. Deməli, sonradan bildim ki, həmin çomağın adı “reytinq” imiş. Həmin reytinq ki, kanalların reytinqini ölçür. Deyir ki, bü cahamat öyündə oturub hansı kanala baxır. Hə… Deməli, həmin qəmissiyənin yoxlamasında “SPEYS” kanalı birinci yerə çıxır. Hə, burda Kərəmi ağlamaq tutur. Aydın olur ki, sən demə, “Həzrət Yusif” kinosu bütün millətin başını yeyib, hamını “SPEYS” kanalına, “Həzrət Yusif” dininin təxribatına qoşub. Deməli, o gün, bu gün, daha Azərbaycan kanallarında “dini kino gördüm” deyən olmayıb.

İndi də Aşura Sumqayıtın iç üzünü açdı. Sən demə xalqda mövhumat, qaraguruhçuluq var imiş. Soyuqda, yağışda qoca-qarı, arvad-uşaq tökülmüşdülər məscidlərə. Elə hər şeyin də içinə zadı qoyan bu camatın inamı oldu.

Yəqin ki “Sem”, “Con” dayılar tez yapışdılar ki, Sumqayıt rəhbərliyi bir qonsertdən, zaddan etsin. Amanın bir günüdür, yoxsa bu xalq özünə gələr, babaları Füzulini, Nəsimini, Seyid Əzimi tanıyar, sonra dirənər ki, bəs bu Qarabağ, həqiqətən, bizimdir. Yenə də arada bu ATƏT-MATƏT olaraq pəpəşdən-yaddan yeyirik dana.

Hə, daha sakitləşdim. Bildim ki, cənab Eldar müəllimin heç günahı yox imiş. Təcrübə dövlətiyik də. 100 il Çar Rusiyası, 70 il Sovet ideolgiyası ilə üzərimizdə sınaq keçirtdilər. Baxdılar ki, “rus ayı da olsa, amma sən demə, mujik imiş.  Yaxşısı budur üzlərini Hollandiyaya tutaq bunların”.

Hələ ki bir-iki stilisit, müğənni “kişi göyərçinlər” ilə özümüzü Avropa Şurasına, zada göstəririk. Allah axırımızı xeyir eləsin qağa, görəsən, bunlar sonra bizdən nə istəyəjək…

Vüsal Hətəmov

islam.az



Yerləşdirilib:6 Noyabr, 2014  19:45, ]]>Çap]]>
 
Bu bölmədə:
4 Dekabr, 2014
Toy iqtisadiyyatı

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Sentyabr, 2019
Tramp Səudiyyəyə hücumlardan sonra ABŞ-ın ehtiyat neftindən istifadəyə icazə verib
16 Sentyabr, 2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
14 Sentyabr, 2019

Səudiyyədə neft təsisatlarının PUA-larla vurulması nəticəsində yanğınlar baş verib

14 Sentyabr, 2019

Mərsiyələrdə rast gəlinən “72 şəhid” ifadəsinin əsası nədir? İslam suallarda

14 Sentyabr, 2019
Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb
14 Sentyabr, 2019
İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli xəsarət alıb
13 Sentyabr, 2019

Rüşvət tələb edən məmurlar güllələnəcək

13 Sentyabr, 2019

Hindistanda ildırım düşməsindən 9 nəfər ölüb

13 Sentyabr, 2019

“İnsan xoşbəxt olmağa, ləzzət almağa ehtiyaclıdır” - Hacı Şahin

13 Sentyabr, 2019
Tramp İranın ABŞ-la danışıqlar aparmaq istədiyini bildirib
13 Sentyabr, 2019

Aşura şəhidlərinin arasında Peyğəmbər səhabələrindən neçə nəfər var idi? İslam suallarda

13 Sentyabr, 2019
Lavrov Suriyada müharibənin başa çatdığını deyib
13 Sentyabr, 2019

Türkiyədə terror törədilib, 7 nəfər dünyasını dəyişib

12 Sentyabr, 2019

Aşura, ya Qarabağ? AKTUAL

12 Sentyabr, 2019
İlk dəfə Səudiyyədə qadınlardan ibarət bölük hərbi parada qatılacaq
12 Sentyabr, 2019

Elşad Mirinin natamamlıq kompleksi və ya tövbə ərəfəsində İynə

12 Sentyabr, 2019

Mosuldakı məscidin bərpasına 100 milyon dollar ayrılacaq

12 Sentyabr, 2019
Husi liderinin qardaşını terror edən cəsus öldürülüb
12 Sentyabr, 2019

Geyimdə hansı rənglərə üstünlük vermək bəyənilir? İslam suallarda

12 Sentyabr, 2019

Dini ziyarətgahlarda kütləvi ölümlərin səbəbi

12 Sentyabr, 2019
Qəzza zolağında üç gündür raket atəşi davam edir
11 Sentyabr, 2019

O, nə üçün bir daha Aşuraya getmədi?

11 Sentyabr, 2019
Aşura günü Azərbaycandan dünyaya böyük mesaj
11 Sentyabr, 2019

Kərbəlada 3 günlük matəm elan edilib

11 Sentyabr, 2019

Aşura qatillərinin aqibəti

11 Sentyabr, 2019

Yezidin oğlunun mömin olması doğrudurmu? İslam suallarda

11 Sentyabr, 2019
Kabildə partlayış törədilib, xəsarət alanlar var
11 Sentyabr, 2019
Netanyahu İordaniya vadisini zəbt edəcəyini söz verib
XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com