“Mollalar və ölülər üçün lisenziya” haqqında Qanun layihəsi

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə deyib ki, mollalıq fəaliyyəti xidmət sahəsi kimi lisenziyalaşdırılmalıdır və onların bu məsələdən kənarda qalması düzgün deyil.

Hörmətli deputatımız qeyd edib ki, bəs mollalıq fəaliyyəti lisenziyalaşarsa, onda bu işlə məşğul olma şərtləri dəqiqliklə müəyyən edilər, mollanın öhdəlikləri aydın bilinər. Mollalar sertifikat aldıqda ona öhdəliklərini göstərən sənəd təqdim edilmir. Lisenziyalaşma olduqda isə mollanın gəlirinin necə olacağı, bu gəlirdən vergi ödəyib-ödəməyəcəyi kimi məsələlər də aydınlaşar.

Deputat onu da deyir ki, bəs mollalıqla məşğul olanlar bu işdən pul qazanırsa, bunun əvəzində vergi ödəməli, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəməklə gələcək pensiyalarını təmin etməlidirlər.

Mollaların sözü olmasın XOB əla. Bəyənilsin. Amma...

Bunun əmmasını bir az xırdalayaq. Çünki, hörmətli millət vəkilinin təklifində qaranlıq məqamlar var ki, gərək hazırlayacağı qanun layihəsində bunlar aydın olsun. Məsələn, lisenziyanı mollalar hansı dövlət qurumundan alacaqlar? Lisenziyanın rüsumu və yaxud “şapkası” (əstəğfürüllah “hörməti”) hara ödəniləcək? Lisenziya üçün hansı sənədlər tələb olunur?

Bu “müqəddəs” qanun layihəsi gərək mükəmməl olsun. Odur ki, qanun layihəsinə təkliflər irəli sürmək istərdik.

Məsələn, lisenziya almış hər mollaya ayrıca müəlliflik hüququ tanınmalıdır. Tutaq ki, biri məclis aparmaq üçün bir forma icad elədi. Yaxud Yasin oxuyarkən yeni bir avaz yaratdı. Həmçinin dəfn mərasimində ölünü qəbrə qoymaq üçün nanotexnologiyalar, qəbirin qazılması üçün yeni standart yaratdı. Başqa mollaların bunu plaqiat etməməsi üçün mütləq müəlliflik hüququ qorunmalı, müvafiq dövlət qurumundan bununla bağlı sənəd alınmalıdır. Yəni, molla öz yaratdığı standartları patentləşdirməlidir. Çünki belə olmasa mollalar arasında rəqabət şəraiti sağlam formalaşmayacaqdır. Müəlliflik hüququ olduğu təqdirdə isə bir molla digərinin standartlarından istifadə edərkən mütləq istinad göstərəcək, bu isə sağlam rəqabət mühitinin yaranmasına səbəb olacaqdır. Əks halda bu sahədə ciddi qanun pozuntuları baş verə bilər.

Sənəd demişkən, mollarara lisenziya üçün lazım olan hansı sənədlər olmalıdır? Təklif edirik ki, molla mütləq arxivdən özünün keçmişi haqqında sənəd, həqiqətən molla olması haqqında arayış (QMİ-dən, natorial qaydada təsdiqi ilə), Vergilər nazirliyində qeydiyyat sənədi, şəxsi əmlakı barədə çıxarış, qaz pulu, işıq pulu, su pulu çekləri kimi mühüm sənədləri təqdim etməlidir.

Lisenziya aldıqdan sonra ofisi, yaxud daimi və ya mövsümü fəaliyyət göstərdiyi məsciddə qeydiyyata alınmalıdır.

Mollalar üçün plastik kartlarla ödəniş etmək imkanları olan kassa aparatları tətbiq edilməlidir. Amma yaxşı olardı ki, mollalar üçün xüsusi kassa aparatları düzəldilsin və bu aparatlar çoxfunkisiyalı olsun. Məsələn, ölü dəfn edildikdən və məclisin ilk 3 günü başa çatdıqdan sonra ölünün qəbirdə son durumunu əks etdirən fotoları olan qəbz çap edə bilsin.

Lisenziyalı mollalar Yasin oxuduqları zaman ölü sahibi onlara ödəniş etdikdən sonra, mütləq ölən şəxsin imzası ilə (elektron imza kartı varsa elektron imza), YUXARIDAN (Allah dərgahından) da təsdiq edilmiş qəbz tələb etməlidir. Çünki  Yasinin ölüyə dəqiq çatması barədə şəffaflıq təmin edilməlidir.

Bu qanun layihəsi hazırlanarkən mütləq ölülər də nəzərə alınmalıdır. Yəni mollalarla yanaşı ölülər haqqında da standartlar müəyyənləşməlidir.  Təklif edirik ki, ölülər də sertifikatlaşdırılsın. Çünki lisenziyalı molla üçün standartlara uyğun olmayan ölünü dəfn etmək çətin olacaqdır. Qanun layihəsinə mütləq şəkildə “Ölü haqqında standartlar” bölməsi əlavə edilməlidir. Burada ölünün boyu, yaşı, çəkisi haqqında standartlar müəyyən edilməlidir.

Qanun layihəsinin müvafiq bəndində molla ilə yas sahibi arasında mütləq alqı-satqı müqaviləsi imzalanması şərt göstərilməlidir. Müqavilədə mollanın və ölü sahibinin hüquqları və öhdəlikləri dəqiq əks olunmalıdır.

Eyni zamanda molla yas sahibinə müvafiq dövlət qurumundan aldığı lisenziyanın sürətini, yas sahibi isə ölünün borcunun olub-olmaması, bankda kreditinin qalıb-qalmaması haqqında arayış, həqiqətən öldüyü haqqında şəhadətnamə (notarial qaydada təsdiqlə), ölmək üçün müvafiq qurumdan icazə arayışı, standartlara uyğun olması haqqında müvafiq ekspertlər qrupunun rəyini əks etdirən sənədi təqdim etməlidir. Molla isə bu sənədləri basdırılan adamın şəxsi işinə tikməlidir. Müqavilənin şərtlərinə molla əməl etməsə 14 iş günü ərzində ölünü sahibinə qaytarmalıdır. Yas sahibi müvafiq sənədləri təqdim etmədikdə, yaxud ölü standartlara uyğun olmadıqda molla onu dəfn etməməli və yas məclisində iştirak etməməlidir. Əgər bu qaydalar molla tərəfindən pozulsa o minimum əmək haqqının 2000 misli qədər cərimə edilməlidir (həbs edilmə variantı da nəzərdən keçirilə bilər).

Qanun layihəsində yas məclislərinə gələnlər də nəzərə alınmalı, yasa gəlməzdən öncə müvafiq qurumdan (hər yas məclisi üçün ayrılıqda) icazə alınmalıdır. Yasda iştirak etmək üçün icazə sənədi (orjinalı) mollaya təqdim edilməli, daha sonra həmin şəxs məclisdə iştirak etməlidir.

Qanun layihəsində ölmək üçün əvvəlcədən müraciət qaydaları, ərizə forması göstərilsə yaxşı olar. Bütün bunlar lisenziyalaşdırılmış mollaların işini daha asan edər. Çünki lisenziyalı molla yalnız sertifikatlaşdırılmış ölünü dəfn etmək hüquqna malik olduğu üçün bütün bunlar dəqiqliklə göstərilməlidir.

Sənəd-sünədin çox olduğunu nəzərə alaraq bu iş üçün ayrıca Dövlət Agentliyi yaradılsa yaxşı olar. Bütün sənədlər də elektronlaşdırılsa və bazaya işlənsə açdığımız zaman kimin nə zaman harda hansı şəraitdə öldüyü, hansı standatla basdırıldığı haqqında geniş məlumat almış olarıq.

Hörmətli millət vəkilimiz qanun layihəsi hazırlayərkən bu təklifləri nəzərə alsa yaxşı olar. Eyni zamanda o dünya ilə bu dünya arasında vasitəçilik edəcək şəxslər və yaxud elektron formada olacaqsa e-mail ünvanlar və telefonlar müəyyənləşdirilməlidir.

P.S. Qanun layihəsi qəbul edilməzdən əvvəl ümumxalq müzakirəsinə çıxarılsa yaxşı olar. Amma eyni zamanda ölülərin də fikirləri, təklif və iradları nəzərə alınmalıdır.



Yerləşdirilib:10 Sentyabr, 2014  19:43, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Noyabr, 2014
No problem!
4 Avqust, 2014
12 şəhid

Son şərhlər : 1
Müəllif: Salam | 11 Sentyabr, 2014  14:33
# Ответить
+2


]]>]]>

Mollalardan vergi istemek uchun önce onlara maash ayirmaq lazimdir,ola biler yas meclisinin sahibi onlara nese verir,amma buna vergi istemek duzgun deyil..
Her halda o qeder prablem varken deputati niye mehz bu chox da önemli olmayan mesele duwundurub
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com