Bir Quran əhvalatının təfsiri

Qurani-Kərimdə İsrail oğullarına aid bir əhvlatda belə buyurulur:

"Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: "Həqiqətən də, Allah sizə bir inək kəsmənizi əmr edir!" - dedi. Onlar isə: "Bizi məsxərəyəmi qoyursan?" - dedilər". (Musa da:) Allaha cahil olmaqdan pənah aparıram!" - dedi. Onlar dedilər: "Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?" (Musa:) "Həqiqətən də, Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!" -dedi. Onlar dedilər: "Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin". O da cavabında: "Həqiqətən də, (Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur", dedi. Onlar (yenə) söylədilər: "Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki həqiqətən də, biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Şübhəsiz, əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində) əlbəttə, düz yolda olarıq". (Musa) dedi: "Həqiqətən də, (Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir". (Bu zaman) onlar: "İndi işi həqiqətə gətirib çıxartdın", -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər. Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır! Belə olduqda Biz: "(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!" - dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz. Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və şübhəsiz bəzisi də, Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir! (Ey möminlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki həqiqətən (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər." ("Bəqərə" surəsi, ayə: 67-75.)

Ayənin qısa təfsir və təhlili:

Bu ayələr Qurani-Kərimin hicrətdən sonra nazil olmuş və eyni halda mədəni surələrindən sayılan "Bəqərə" surəsindəndir. Əslində həmin surədə Bəni-İsrail barədə təqdim edilmiş əhvalatlardan biridir.

Bəni-İsrailə aid olan bu əhvalat Qurani-Kərimdə yalnız bir dəfə təqdim edilmişdir.

Əldə olan hədislərə əsasən, Bəni-İsrail arasında bir nəfər qətlə yetirilir, amma onun qatili heç kimə bəlli olmur. Bu isə get-gedə İsrail övladları arasında xüsusi çəkişmələr və fəsadlara səbəb olurdu. Onlar uyğun mövzuda mühakimə yürütmək üçün həzrət Musanın (ə) hüzuruna gəlir və ondan bu barədə hökm yürütməsini xahiş edirlər. Həzrət Musa (ə) da onları dinlədikdən sonra həqiqi qatilin tapılması üçün ilahi fərmanı bəyan edir. Lakin onlar öz yersiz sualları ilə özlərini çətinliyə salır və nəhayət, böyük çətinlikdə qatili tapmağa müvəffəq olurlar.

Allah-taala bu ayələrdə həmin əhvalatı bəyan etdikdən sonra Peyğəmbər (s) və müsəlmanlara xitab edərək İslam dəvəti qarşısında inadkarlıq göstərən yəhudilərlə bağlı belə buyurur: "(Ey möminlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki həqiqətən (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər."

Bu da İslam Peyğəmbəri (s) və müsəlmanlar üçün xüsusi bir təsəlli xarakterini daşıyır. Bu əhvalatın belə bir tərzdə uzanması və bu qədər xırdalığa varması əslində həmin yəhudilərin günahı sayılırdı. Çünki onlara ilk olaraq Allah-taala tərəfindən olduqca aydın və sadə bir yol göstərilmişdi. O da sadə bir inəyin kəsilməsindən ibarət idi. Lakin onlar xırdalığa gedib söhbəti uzatdılar və beləliklə də vəzifələri üzərinə yeni vəzifələr yükləndi.

İncə məqamlar:

Qurani-Kərim hikmətli bir kitab olaraq hikmət sahibi olan Allah-taala tərəfindən nazil olduğu üçün onun bütün ayə, cümlə və ifadələrində bizim üçün xüsusi mesajlar və incə məqamlar mövcuddur. Burada həmin incə məqamlar və mesajlardan bəzisini təqdim edirik:

1. Bu ayələrdən aldığımız əsas öyüd-nəsihətlərdən biri ilahi hökm qarşısında itaətkar olmağın lüzumudur. İnanclı insanlar Allah-taala və Onun elçiləri tərəfindən buyurulmuş göstərişlərə itaət etməli və yersiz yerə bəhanə gətirməkdən çəkinməlidirlər.

2. İnanclı insanlar ilahi göstərişlər haqqında yersiz suallardan çəkinməlidirlər. Çünki yersiz suallar insanı çətinliyə salar və sonda daha məşəqqətli bir hökmün gəlməsi ilə nəticələnə bilər. Bu isə məlum ayələrdən əlavə, Əhli-beyt və Əhli-sünnə məzhəblərinin hədis və təfsir mənbələrində mövcud olan müəyyən rəvayətlərdən də əldə olunur.

3. Qurani-Kərimin məlum əhvalatı məad məsələsi üçün bir sübut sayılır. Çünki ölmüş insanı bir daha diriltmək yenilməz qüdrət sahibi olan Allah üçün çox asandır.

4. Bu ayələrdə bəyan edildiyi kimi tünd sarı rəngi onu görənlərə xoş gələn bir rəngdir. Deməli, həmin ayəyə əsaslanaraq həm sarı rənginin əhəmiyyəti, həm də fərdi, ictimayi, siyasi, dini və mədəni fəaliyyətlərimizdə insanlara xoş gələn rənglərdən istifadə etməyimiz zəruridir.

5. Allah-taalanın müxtəlif zamanlarda möcüzə göstərməsində əsas hədəflərdən biri də insanların ağıl işlətməsi və düşüncəli olmasıdır. Lakin inadkar insanlar nə qədər möcüzə görsələr də haqq yola gəlməz və itaətkarlıq əvəzinə azğınlaşarlar. Həqiqətən də, belələrinin qəlbi daşdan da möhkəmdir. Qurani-Kərimin ayəsində buyurulduğu kimi bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan uca yerlərdən, dağdan yuvarlanıb düşər. Lakin inadkar insanların qəlbində heç bir dəyişiklik yaranmaz və daim öz azğınlıqları ilə yaşayarlar. Belələrinin hidayət olmasına isə əsla ümid yoxdur.

6. Allah-taala insanların gizlində və aşkarda gördükləri bütün əməllər, danışdıqları bütün sözlər və hətta fikirləşdikləri bütün fikir və xəyallardan tam agahdır.

7. Bəzi təfsir alimləri bu əhvlatdan rəhbərliklə bağlı xüsusi bir mənanı əldə etməyə cəhd etmiş və belə söyləmişlər: Bəni-İsrailə ölünün dirilməsi üçün göstəriş verilən o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğu, tünd sarı rəngli və görənlərə xoş gələn, həmçinin, heç kəsə ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inək olması şərtlərini buyurmuşdur. Cəmiyyətə rəhbər olan və onları cəhalət, qəflət və azğınlıqdan xilas edib diriliyə sövq edən rəhbərin də bacarıqlı, insanların qəlbinə yatan, öz müstəqilliyini başqalarına satmayan, başqaları üçün əlaltı olmayan, həmçinin, qüsursuz olmaq kimi şərtlərə malik olması zəruridir. Bu məna düzgün sayılsa da məlum əhvalatın reallığına heç bir xələl gətirə bilməz. Çünki Quranın bu kimi əhvalatları təmsil xarakteri daşımır və həqiqəti əks etdirir.

8. "Bəqərə" surəsinin 75-ci ayəsində həmin əhvalatla bağlı son olaraq belə buyurulur: "Halbuki həqiqətən (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər."

Bu ayə yəhudilərin müqəddəs kitabı sayılan Tövratın həm zahiri baxımdan həm də, mənəvi (onların ifadə etdiyi həqiqi mənalar əvəzinə qeyri-həqiqi mənalar vermək) baxımından təhrif edilməsinə dəlalət edir.

İlqar İsmayılzadə
(İlahiyyat elmləri doktoru)



Yerləşdirilib:1 Avqust, 2014  18:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 İyun, 2019
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərir
17 İyun, 2019
İsrail-Fələstin münaqişəsinə dair planın bir hissəsi açıqlanacaq
17 İyun, 2019
Misirin sabiq prezidenti vəfat edib
17 İyun, 2019

Hələbin atəşə tutulub, 12 nəfər ölüb

17 İyun, 2019
Husilərdən həftə ərzində 4-cü dəfə Səudiyyə aeroportuna hücum
17 İyun, 2019
ABŞ İrana qarşı bütün variantları nəzərdən keçirir
17 İyun, 2019

Doğrudurmu ki, naməhrəmə birinci dəfə baxmaq günah deyil, ikinci dəfə baxmaq isə günahdır? İslam suallarda

17 İyun, 2019
Colan təpələrində Trampın adına yeni yaşayış məntəqəsi salınacaq
17 İyun, 2019
Türkiyədə 8 PKK terrorçusu məhv edilib
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
12 İyun, 2019
Səudiyyə Ərəbistanında aeroporta hava hücumu
12 İyun, 2019

Allah belələrini bəlalara düçar edər

12 İyun, 2019
Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı
12 İyun, 2019

Dubayda onlayn dilənçi 50 min dollar qazandı

12 İyun, 2019
İsrail təyyarələri Suriyaya raket zərbəsi endirib
12 İyun, 2019

Əsasən klassik şeir nümunələrində adı tez-tez çəkilən Qənbər kimdir? İslam suallarda

XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com