Oxumağı bacarmayan Quran hafizi

O, yazıb-oxumaq bacarmadan Quranı tam əzbər bilir, hər kəlmənin Qurandakı yerini söyləyir, ayələri başqa yazılardan ayırır və bütöv surələri axırdan-əvvələ tərsinə qaydada əzbər söyləyirdi.

Kərbəlayi Kazım Kərimi İranın mərkəzində yerləşən Ərak şəhərinin tabeliyindəki Saruq kəndində hicri-şəmsi 1262-ci (təqribən miladi 1884-cü) ildə kəndli ailəsində dünyaya göz açmışdı. O zamanlar mühərrəmlik mövsümündə Ərak şəhərindən bir ruhani Saruq kəndinə gəlib dini məclislər qurur və camaata moizə edirdi. Dinləyicilər kəndlilərdən ibarət olduğu üçün ruhani öz moizələrində xüms və zəkat məsələlərinə daha çox üstünlük verirdi. Kazım bu moizələrdə eşidir ki, əkin-biçininin zəkatını verməyən adamın bütün qazancı harama qarışmış olur və bu qazancdan istifadə etmək günahdır. O, atasının yanına gəlib, ondan məhsulun zəkatını verib-vermədiyini soruşur. Biləndə ki atası zəkat vermir, buna riayət etməsini xahiş edir. Amma israrına rəğmən atası razı olmur. Axırda Kazım deyir: “Əgər sən zəkat vermirsənsə, deməli, bütün qazancın harama qarışıb. Mən səninlə birlikdə işləyib bu tarlanın çörəyini yeyə bilmərəm”.

Kazım Saruqu tərk edib əvvəlcə ətraf kəndlərdə, daha sonra Tehranda işləməyə başlayır. Bir müddətdən sonra atası peşman olub Kazıma xəbər göndərir ki, malımın zəkatını verəcəyəm, sən də evə qayıt. Kazım evə qayıdandan sonra atası torpaq sahəsinin bir hissəsini ona bağışlayır və Kazım bundan sonra öz sahəsində işləməyə başlayır. Elə birinci ildən etibarən məhsulun tən yarısını zəkat kimi ödəyir.

Kazımın imanı o qədər güclü idi ki, qazancının şəriətdə deyilən qədərini yox, tən yarısını zəkat kimi ehtiyaclılara verirdi. Hər dəfə biçin vaxtı kəndin kasıblarına buğda paylayırdı. Bu minvalla bir neçə il keçir.

Kazımın 27 yaşı vardı. Bir gün biçin vaxtı tarlaya gəlir, amma hava çox isti olduğundan işləyə bilmir. Kəndə qayıdanbaş yolda hər il ondan yardım alan bir fəqirlə rastlaşır. Fəqir builki buğda payını xahiş edir. Kazım ona bildirir ki, səni yaddan çıxarmamışam, amma hava isti olduğundan hələ məhsulu yığmamışam, yığan kimi sənin payını ayıracağam, gəlib apararsan. Fəqir çıxıb gedir. Amma Kazımın ürəyi rahatlıq tapmır. Günün qızmar istisinin altında qalxıb zəmiyə girir, bir az taxıl qırıb dənini arıdır, torbaya tökür. Sonra qoyunları üçün bir az ot yığır. Buğdanı və otu çiyninə alıb kəndə tərəf yola düşür. Kəndin kənarındakı “72 nəfər” adlı ziyarətgaha çatanda yorulur. (Bu ziyarətgahda Peyğəmbər nəslindən 72 nəfər şəhidin dəfn olunduğunu deyirlər). Ziyarətgahın girişindəki səkinin üstünə çökür. Bu zaman yaşıl əmmaməli iki nəfər üzü nurlu cavanın gəldiyini görür. Cavanlar onunla səmimi görüşüb ziyarətgaha dəvət edirlər. Kazım onların ardınca ziyarət əməllərini yerinə yetirir. Amma savadsız olduğundan, Qurandan bəzi surələri cavanların ardınca təkrar edir. Seyyid cavanlar ondan soruşurlar ki, niyə özün sərbəst Qurandan surə oxumursan? Kazım cavab verir ki, mən savadsız adamam, heç mollaxana da görməmişəm. Bu zaman cavanlardan biri ondan başını qaldırıb ziyarətgahın tavanına baxmağı xahiş edir. Kazım başını qaldırıb görür ki, tavanda, günbəzin dövrəsində ağ nurlu hərflərlə Quran ayələri yazılıb. Təəccübünə rəğmən, yazıb-oxumaq bilməsə də, həmin ayələri asanlıqla oxuyur. Cavanlardan biri əlini onun alnından sinəsinə kimi çəkir. Kazım bir də görür ki, cavanlar gözdən qeyb oldular. Qorxudan huşunu itirib yıxılır. Axşamüstü özünə gəlib evə qayıdır. Yolda ziyarətgahın tavanındakı yazını yadına salır, hiss edir ki, ayələri əzbər bilir. Sonra ixtiyarsız olaraq Qurandan bəzi surələri əzbər oxumağa başlayır.

Ertəsi gün kənd məscidində moizə edən həmin ruhaninin yanına gəlib əhvalatı ona danışır. Ruhani onun əzbər dediklərini dinləyib təsdiq edir ki, bunlar Quran ayələridir. Sonra onu imtahana çəkir. Quranın hansı surəsindən bir kəlmə deyirsə, ayənin ardını Kazım söyləyir.

Kazım bundan sonra Məlayir, Tehran, Qum şəhərlərində böyük alimlərlə görüşür. Müctəhidlər onun bacarığını imtahana çəkib diqqətlə yoxlayırlar. Məlum olur ki, Kazıma bir neçə qabiliyyət verilib. Əvvəla, o, Quranı əvvəldən-axıra əzbər bilir. İkincisi, bütün ayələrin Qurandaki yerini bilir, hansı ayənin hansı surədən olduğunu düzgün deyir. Üçüncüsü, hətta bütün Quran kəlmələrinin yerini bilir, hansı sözü desələr, onun hansı surədə və hansı ayədə işləndiyini söyləyir. Dördüncüsü, Quranı axırdan-əvvələ də oxuya bilir. Hətta məşhur müctəhid Seyyid Mühəmməd Təqi Xansarinin hüzurunda Bəqərə surəsinin son ayəsindən başlayaraq əksinə oxuyandan sonra bu böyük alim buyurur: “Mən altmış ildir namazda 4 ayəlik İxlas surəsini oxuyuram, amma bununla belə, bu surəni axırdan-əvvələ tərsinə oxumaq üçün əziyyət çəkirəm. Bu yazıb-oxumaq bilməyən kişi isə 286 ayəlik surəni əzbərdən tərsinə oxuyur”.

Quran hafizinin misilsiz istedadını o zamanın böyük alimləri Ayətullahül-üzmalar Sədr, Hüccət, Xansari, Birucerdi, Milani, Şirazi, Əllamə Təbatəbai, Kaşıfül-ğita, Əllamə Əmini, Həkim, Xoyi, Mərəşi Nəcəfi, Dəstğeyb, Məkarim Şirazi, Cəfər Sübhani və b. sınağa çəkib təsdiq etmişlər. Kərbəlayi Kazım İraqın Nəcəf şəhərində, eləcə də Küveytdə alimlərin qarşısında imtahan vermişdi. Onu hətta Quran hafizlərinin Misirdə keçirilən müsabiqəsinə də aparmışdılar.

Maraqlıdır ki, Kərbəlayı Kazım ömrünün sonuna kimi yazıb-oxumağı bacarmamışdır. Üstəlik, hafizəsi də zəif idi; alimlərdən biri ona Ramazan ayının gündəlik dualarını əzbərlətmək istəsə də bacarmamışdı. Bununla belə, Kərbəlayı Kazım Quran ayələrini başqa yazıların içindən asanlıqla seçirdi. Kitab səhifəsindəki yazıların arasından ayələri seçib göstərirdi. Bunu necə etdiyini soruşanda deyirdi ki, mən ayələri nurdan tanıyıram, səhifədə Quran ayələri nur saçır, qalan yazılarda isə bu nuru görmürəm. Ona ərəb dilində kitablar göstərib, “bu Qurandır” deyirdilər, o isə kitabın Quran olmadığını söyləyirdi.

Kərbaləyi Kazımdan tez-tez soruşardılar ki, hansı savabına görə Allah sənə bu qabiliyyəti verib? Cavab verərdi: “Güman edirəm ki, üç xüsusiyyətimə görə. Birinisi, ömrüm boyu haram tikə yeməmişəm. İkincisi, bir dəfə də olsa gecə namazını tərk etməmişəm. Üçüncüsü, həmişə malımın xüms-zəkatnı vermışəm”. Kərbaləyi Kazım deyərdi ki, əgər haram ya şübhəli tikəyə əl uzatsam, toxluq hiss edirəm, yeməyə ehtiyacım olmur. Hətta əgər haram tikəni yesəm də, ixtiyarsız onu qusuram.

Quran hafizi, Allahın möcüzəsi Kərbəlayı Kazım Kərimi Saruqi hicri-şəmsi 1339-cu (təqribən miladi 1961-ci) ildə 77 yaşında ikən, ölümündən 20 gün əvvəl tezliklə vəfat edəcəyini oğluna xəbər verir və vəsiyyət edir ki, onun cənazəsini Qum şəhərinə aparıb dəfn etsinlər. Sonra “cənazəmi aparmaq sizə çətin olar” deyə, özü Qum şəhərinə yola düşür. 20 gündən sonra vəfat edir və Qumdakı “Təzə qəbristanlıq”da torpağa tapşırılır.



Yerləşdirilib:16 İyul, 2014  17:26, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Son şərhlər : 2
Müəllif: Ali | 16 İyul, 2014  15:46
# Ответить
0


]]>]]>

Allahın sevdiyi insan!Allah səni rəhmət eləsin Kərbəlayi.İbrətverici,düşündürücü bir yazı.Allah istədiyi,sevdiyi insana ən böyük ucalığı verir.
Müəllif: sadebende | 16 Aprel, 2015  01:08
# Ответить
0


]]>]]>

Bu, Allahin yer uzundekilere bir lutfudur. Hemd-sena yalniz, Allaha mexsusdur.Allah sene rehmet etsin, ey Allahin sevimli bendesi.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Avqust, 2019

Ermənistan ordusunun növbəti təxribatı, əsgərimiz yaralanıb

16 Avqust, 2019

Bu gecə imam Әliyyən-Nəqinin (ə) mövludunun ildönümüdür

16 Avqust, 2019
İndoneziyanın paytaxtı köçürüləcək
16 Avqust, 2019
Bu il Azərbaycanda boşanmaların sayı artıb
16 Avqust, 2019

Səfərə çıxan adam getdiyi yerdə neçə gün qalacağını qabaqcadan bilmirsə, namazları necə qılmalıdır? İslam suallarda

16 Avqust, 2019

Qəzaya uğramış təyyarəmizin qalıqları tapıldı

16 Avqust, 2019
Tramp Qrenlandiyanı almaq arzusundadır
15 Avqust, 2019
Türkiyədə hərbi hissəyə hücum olundu
15 Avqust, 2019

İsrail ABŞ Nümayəndələr Palatasının müsəlman üzvlərinin Qüdsə girişini qadağan edib

15 Avqust, 2019

Pakistan və Hindistan orduları arasında yenidən atışma baş verib, ölənlər var

15 Avqust, 2019
Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcək
15 Avqust, 2019
Sabiq prezidentə qarşı yeni ittihamlar irəli sürüldü
15 Avqust, 2019

Türkiyənin lazer silahı Çinin döyüş təyyarəsini məhv etdi

15 Avqust, 2019

Subay oğlanın evli olub boşanmış qadınla ailə qurmasına dinimiz necə baxır? İslam suallarda

15 Avqust, 2019

Suriyada yaraqlılar “Su-22” qırıcısını vurdular, pilot əsir götürüldü

15 Avqust, 2019

Həcc ziyarətində səkkiz uşaq dünyaya gəldi

30 İyul, 2019
İranın sabiq vitse-prezidenti edama məhkum edilib
30 İyul, 2019

ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər Video

30 İyul, 2019

Əfqanıstanda partlayış nəticəsində 3 uşaq həlak olub

30 İyul, 2019

Həcc mərasimi üçün Səudiyyəyə daxil olan hacıların sayı 1 milyonu keçib

30 İyul, 2019

Pakistanda təyyarə binaların üstünə düşdü: ölənlər var

30 İyul, 2019

"İmam Mehdi (ə) elə hökmləri təbliğ edəcək ki, onun yeni din gətirdiyi güman olunacaq” fikrinin izahı nədir? Islam suallarda

30 İyul, 2019

Əfqanıstanda 2 ABŞ əsgəri öldürülüb

30 İyul, 2019

Türkiyə gənc uyğur ananı və iki övladını Çinə təhvil verib

29 İyul, 2019
Sudanda yürüş zamanı 5 dinc aksiyaçı öldürülüb
29 İyul, 2019

Türkmənistan prezidentinin ölüm xəbərinə görə həbslər başladı

29 İyul, 2019

Rusiya BQ: Dörd ay ərzində 110 Suriya əsgəri ölüb

29 İyul, 2019

Əfqanıstan vitse-prezidentliyinə namizədin ofisi hücuma məruz qalıb, çox sayda ölü

XƏBƏRARXİVİ
«Avq.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com