“Quranı təfsir edən alimlər inanclılar arasında çaşqınlığa səbəb olmamalıdırlar”

Rəhman, Rəhim Allahın adı ilə!

Qurani-Kərimdə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ.

"Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki həqiqətən də o sizin açıq düşməninizdir!" ("Bəqərə" surəsi, ayə: 208.)

Ayənin nazil olma səbəbi

Əldə olan bəzi hədislərə əsasən, bu ayə bəzi yəhudi və xristian şəxslərin İslam dinini qəbul etdikdən sonra öz keçmiş dinlərinin bəzi adət-ənənələrinə sadiq qaldıqları üçün nazil olmuş və onları tamam şəkildə dinə təslim olmağa səsləmişdir. O cümlədən, bir rəvayətə görə, əslən yəhudi olan Abdullah ibn Salam və onun dostları İslam dinini qəbul edib, Allahın yeganəliyi və həzrət Məhəmmədin (s) elçiliyinə şəhadət verdikdən sonra həzrətin (s) yanına gəlib ondan öz namazlarında Tövratdan müəyyən hissələri oxumasına icazə verməsini xahiş etdikdə, məlum ayə nazil olaraq bu qəbil işləri qadağan etdi.

Ayənin qısa təhlili və təfsiri

Ayədə işlənmiş "əs-Silm" ifadəsi lüğətdə "sülh" və "asayiş" mənasını yetirir. Bu ayədə inanclı insanların sülh və asayişə dəvət edilməsində əsas məqsəd, onların Allah-taala tərəfindən göndərilmiş sonuncu səmavi din olan İslam dini və onun qayda-qanunları qarşısında təslim olması mənasındadır. Bu isə ayənin nazil olma səbəbini yetirən hədislər tərəfindən dəstəklənir.

Lakin ayənin nazil olma səbəbi nəzərə alınmadıqda, onun mənası inanclı insanları kin-küdurət, qəzəb və düşmənçilik, eləcə də separatizm və fitnəkarlıqdan çəkinib asayiş və haqq qarşısında təslim və itaətkarlığa dəvət etməsindən ibarət ola bilər. Bu məna Quran təlimlərində öz təsdiqini tapsa da ayənin nazil olma səbəbini açıqlayan hədislərlə müvafiq deyil.

Ayədə buyurulmuş: "Hamınız bir yerdə sülhə gəlin!" göstərişində məqsəd, onun nazil olma səbəbinə əsasən İslam dinini bütövlükdə qəbul etmək və imkan daxilində onun bütün göstərişləri qarşısında itaətkarlıq etməkdir. Çünki dinin müəyyən bir hokmünü qəbul edib, digər hökmlərindən yayınmaq həqiqi müsəlmançılıq və həqiqi iman sayıla bilməz. Əslində belə bir davranış əsil küfr və azğınlıq nümunəsidir. Qurani-Kərimdə bununla bağlı buyurulur:

إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللَّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ وَرُسُلِهِ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَنْ يَتَّخِذُوا بَيْنَ ذَٰلِكَ سَبِيلًا. أُولَٰئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا ۚ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا.

"Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyənlər. "Biz (ilahi) elçilərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, - deyənlər və bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər- Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!" ("Nisa" surəsi, ayə: 150-151.)

İlahi elçilərin bəzisini qəbul edib, bəzisini isə inkar etmək düzgün mövqe sayılmadığı kimi, İslam dinini də qəbul etdikdən sonra onun bəzi göstərişlərini qəbul edib, bəzi göstərişlərinə etinasız yanaşmaq həqiqi İslam və iman sayılmır.

Əlbəttə, belələri ən azından Allahın birliyi və həzrət Məhəmmədin (s) elçiliyini etiraf etdikləri üçün onlara "iman gətirənlər" ifadəsi ilə müraciət edilir. Lakin sözün həqiqi mənasında dinə birtərəfli yanaşan və onun yalnız özünə sərf edən hökmlərinə təslim olanların həqiqi mömin və müsəlman adlanması qeyri-mümkündür.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ...

"Ey iman gətirənlər! Allaha və Onun Elçisinə, Onun Öz Elçilərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!" ("Nisa" surəsi, ayə: 136.)

Bu ayədə Allaha, Onun Elçiləri və ilahi elçilərə endirilmiş səmavi kitablara iman gətirmək göstərişi iman əhlinə verilsə də əslində ayədə sözügedən iman əhli dildə iman gətirən, lakin hələlik dinə mükəmməl şəkildə bağlanmayan və onu tam mənada qəbul etməyənlərə aiddir.

Ayədə işlənmiş "əs-Silm" (sülh və asayiş) ifadəsi İslam dininin sözün əsil mənasında sülhsevər, asayiş və hüzur dini olduğunu sübut edir.

Məlum ayədə diqqəti cəld edən əsas məqamlardan biri də ilahi dinə bütövlükdə yanaşmamaq və onu kamil şəkildə qəbul etməməyin acı nəticəsindən ibarətdir. Bu əyəyə əsasən, dini birtərəfli və öz mənafeinə uyğun tərzdə qəbul etmək əslində Adəm övladına açıq-aşkar düşmən sayılan Şeytanın izi ilə getmək və Şeytana ibadət kimidir.

Həyatda hər bir azğınlıq kiçik addımlar və xırda damlalarla başlayır və sonda böyük fəlakətlə nəticələnir. Odur ki, məlum ayədə Şeytanın izinə düşməmək barədə göstəriş verilir və bununla da dinə birtərəfli yanaşmanın sonda böyük bir azğınlıq olduğu bəyan edilir.

"Bəqərə" surəsinin məlum ayəsi ilə bağlı daha bir məqam bəzi təfsir əsərlərində bu ayə ilə bağlı təqdim edilmiş fərqli fikirdən ibarətdir. Belə ki, bəzi alimlər əldə olan bəzi rəvayətlərə istinad edərək ayədə buyurulmuş "Hamınız bir yerdə sülhə gəlin!" cümləsini Əmirəl-möminin İmam Əlinin (ə) rəhbərliyi kimi izah etmişlər. Onlar bu ayədə işlənmiş "əs-Silm" ifadəsini həzrət Əlinin (ə) vilayət və rəhbərliyi kimi izah etməyə çalışırlar.

Quran təfsiri metodologiyasi və Quran elmlərinə görə, bu müqəddəs kitabın mənası yalnız onun yetirdiyi zahiri mənalarla xülasə olunmur, əslində Quran ayələrinin daha dərin və daha zəngin mənaları da vardır. Bu isə Quranın batini adlanır.

Məlum ayə ilə bağlı təqdim edilən hədis və rəvayətlər də onun zahiri deyil, əslində batini mənasıdır. Quran ayələrini təfsir edən səlahiyyətli alimlər də onun zahiri mənaları ilə batini mənalarını bir-birinə qatmamalı və inanclı insanlar arasında çaşqınlığa səbəb olmamalıdırlar. Lakin əfsuslar olsun ki, bir çox Əxbari alimlər bu kimi batini mənaları ayələrin zahiri mənası kimi təqdim etmiş və beləliklə də Quran təfsirində bir sıra problemlər yaratmış və yaratmaqdadırlar.

Həmin batini mənaya əsasən, İslam ümməti və müsəlmanlar mövcud pərakəndəlik və ixtilaflardan amanda qalmaq hədəfi ilə Peyğəmbərin (s) Əhli-beytindən (ə) sayılan məsum İmamlara itaət etməklə səadət və nicat yoluna doğru hərəkət edə bilərlər. Çünki hamı və ya əksəriyyət tərəfindən qəbul edilən və itaət edilən səlahiyyətli rəhbər hər bir cəmiyyətin nicat tapması və səadətinin rəmzi sayılır.

İlqar İsmayılzadə

İlahiyyat elmləri doktoru

 



Yerləşdirilib:11 İyul, 2014  15:05, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 3
Müəllif: Muslim | 11 İyul, 2014  14:37
# Ответить
+2


]]>]]>

Yəni hörmətli müəllif bu ayənin məhz batini mənada təfsir olunmasını, yəni "İslam ümməti və müsəlmanlar mövcud pərakəndəlik və ixtilaflardan amanda qalmaq hədəfi ilə Peyğəmbərin (s) Əhli-beytindən (ə) sayılan məsum İmamlara itaət etməklə səadət və nicat yoluna doğru hərəkət edə bilərlər" fikrini düzgün saymır? Çünki bu zaman zahiri məna ilə batini məna bir-birinə qarışır və "inanclı insanlar arasında çaşqınlığa səbəb olur"?
Müəllif: Muslim | 11 İyul, 2014  14:48
# Ответить
+2


]]>]]>

"Ayədə buyurulmuş: "Hamınız bir yerdə sülhə gəlin!" göstərişində məqsəd, onun nazil olma səbəbinə əsasən İslam dinini bütövlükdə qəbul etmək və imkan daxilində onun bütün göstərişləri qarşısında itaətkarlıq etməkdir. Çünki dinin müəyyən bir hokmünü qəbul edib, digər hökmlərindən yayınmaq həqiqi müsəlmançılıq və həqiqi iman sayıla bilməz. Əslində belə bir davranış əsil küfr və azğınlıq nümunəsidir". Küfr və azğınlıq nümunəsi olan adam isə ayədə buyurulan kimi Şeytanın yolunu izləyir və yeri cəhənnəmlikdir.
Bu, hörmətli müəllifin Bəqərə, 62 təfsirində yazdığı fikirlə heç uyğun gəlmir axı: "Hər hansı bir insan öz aləmində İslam dinini deyil, başqa bir dini üstün sayırsa və həmin dində mövcud olan etiqadlara yiyələnib yaxşı işlər görürsə, Allah-taala onunla Öz ədaləti və mərhəməti ilə davranacaq və onu da Cənnətin layiq olduğu məkanında yerləşdirəcəkdir."
Müəllif: Ilqar | 1 Avqust, 2014  13:14
# Ответить
0


]]>]]>

Lutfen iki ayenin bir-biri ile ferli olduqunu nezerden qachirmayin. Bu aye İslam dinini qebul eden ve ya qebul etmek ezminde olanlara, "Beqere" suresinin 62-ci ayesi ise İslamdan kenarda olan shexslerin durumundan soz achir...
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
14 Oktyabr, 2019
İsrail ordusu Fələstin Şərqi Qüds qubernatorunu həbs edib
14 Oktyabr, 2019
Suriyalılar və kürdlər danışıqlar masasına əyləşdilər
14 Oktyabr, 2019
ABŞ hərbçiləri Suriya ordusunun hərəkətinə mane olur
14 Oktyabr, 2019

Kafur nədir? İslam suallarda

14 Oktyabr, 2019

"Barış pınarı": Suriyada 525 terrorçu məhv edilib

14 Oktyabr, 2019

Akademik Vasim Məmmədəliyev vəfat edib

12 Oktyabr, 2019

ABŞ Səudiyyə Ərəbistanına daha 3 min əsgər yerləşdirəcək

12 Oktyabr, 2019

Hamının sayqı duyduğu insan Daimi oxucumuz yazır

12 Oktyabr, 2019

Sufilərin “hu” zikrinin mənası nədir? İslam suallarda

12 Oktyabr, 2019

"Barış pınarı": Suriyada 399 terrorçu məhv edilib

12 Oktyabr, 2019

Türkiyəd daha 8 dinc sakin terrorun qurbanı oldu

11 Oktyabr, 2019
İran tankeri raket hücumuna məruz qalıb
11 Oktyabr, 2019

Türkiyə “Barış pınarı” əməliyyatında şəhid verib

11 Oktyabr, 2019

Kərbəla şəhidləri: şikəst, həbsdə dünyasını dəyişmiş, yaralı...

11 Oktyabr, 2019

“Barış pınarı”: Suriyada 277 terrorçu məhv edilib

11 Oktyabr, 2019

İraqda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb

11 Oktyabr, 2019

“İrşad” kitabı nədən bəhs edir və etibarlıdırmı? İslam suallarda

11 Oktyabr, 2019

Tramp: ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edə bilər

11 Oktyabr, 2019

Türkiyə Suriya ərazisindən atəşə tutuldu: ölən və yaralananlar var

10 Oktyabr, 2019
İndoneziyada nazirə sui-qəsd təşkil olunub
10 Oktyabr, 2019
İnsanları müqəddəs ziyarətgahlara aparmaq adı ilə aldadan şəxs saxlanılıb
10 Oktyabr, 2019
PKK-nın Suriya qanadı Türkiyə şəhərini raket atəşinə tutub
10 Oktyabr, 2019

Ərəb Dövlətləri Liqası Türkiyənin Suriya əməliyyatı ilə bağlı toplantı keçirəcək

10 Oktyabr, 2019

Qadın zöhr namazını qılmadan heyz olarsa, paklandıqdan sonra həmin namazı qəza etməlidirmi? İslam suallarda

10 Oktyabr, 2019

Türkiyə Fərat çayının şərqində quru əməliyyatına başlayıb

10 Oktyabr, 2019

Donald Tramp: "ABŞ Yaxın Şərqdəki müharibələrə 8 trilyon dollar sərf edib"

9 Oktyabr, 2019

Almaniyada sinaqoqa hücum edilib, ölənlər var

9 Oktyabr, 2019

Bloomberg: Türkiyə qoşunları Suriya sərhədini keçməyə başlayır

XƏBƏRARXİVİ
«Okt.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com