Savadlı mollaya nə hacət?

“Xeyirlə şər qardaşdır” deyiblər. Qohum-əqrəbanın, dost-tanışın hüzr məclislərində iştirak etməli oluruq. Həyatdır, ölüm hər kəsin qapısını döyür nə zamansa. Belə vaxtlarda hüzr sahibi rəhmətə gedənin məclisini idarə etmək üçün savadlı molla axtarır. Və haqlıdır da. Mollanı dəvət etməzdən öncə soruşurlar ki, məclisi necə aparır, savadlıdırmı, ya yox? Şükür ki, bilikli, məlumatlı mollalarımız da var. Get-gedə bizi dinimizlə, Müqəddəs Kitabımızla dolğun məlumatlandıra bilən mollalarımızın, din xadimlərimizin sayı artır. Bu məsələ öz yerində, mənim sözümün məqsədi, mətləbi ayrıdır. Dərdim hüzr məclislərimizdir. Belə məclislərin də özünəməxsus ab-havası, ədəb-ərkanı var.

Bu günlərdə bir hüzr yerində idim. Yenə savadlı molla məsələsi... Hüzr evi axtardığını tapmağına tapmışdı, amma... Molla çadıra təşrif buyurdu. Hörmətlə hamını salamlayaraq, keçdi yuxarı başa. Ənənəyə sadiq qalaraq Kitabını çıxardı, çeşməyini taxaraq, başladı avazla Quran oxumağa. Məclis əhli də “ənənəyə” sadiq idi: üç-üç, beş-beş söhbət edirdilər. Molla gördü ki, yox, çarəsi yoxdur, başladı ucadan oxumağa, amma o, səsini yüksəltdikcə məclisdə əyləşənlərin bir qisminin də səsi yüksəldi. Elə bil, bəhsə girmişdilər - kimin səsi bərk çıxar. Molla da az qala qışqıra-qışqıra oxuyurdu ayələri. Bir-neçə dəfə başını qaldırıb nəzakətlə məclisdəkilərə səsləndi: “Ay məclis əhli, sizi narahat edirəmsə, mən susum, ya da durum gedim, siz danışın. Mənə hörmət qoymursuz, heç olmasa İlahi Kitabdan oxuduğum ayələrə, ölənin ruhuna hörmət edin”. Məclis əhli susdu. Sevindim. Amma sevincim qursağımda qaldı. Sakitlik heç bir dəqiqə çəkmədi. Sanki bazarda idim. Yenə ağız deyəni qulaq eşitmirdi. Əmioğlu qayıdıb ucadan danışan yaşlılara bir göz ağartması da verdi: “Ay kişilər, ayıbdı, imkan verin molla duasını oxusun, getsin...” Molla da öz işini, səsi qısılsa da, isti havada çadırın içində tər tökə-tökə ləyaqətlə yerinə yetirirdi. Dinləyən olsa da, olmasa da. Öz aramızdır, kişi harada olduğunu dərk etmişdi. Artıq nəsə deməyin xeyri yox idi. Məclisin sonunda molla süfrəyə təamın gətirilə biləcəyinə işarə verdi. Özü isə camaata “nuş edin, Allah qəbul etsin” - deyib, havaya çıxdı.

Çörək paylandı. Elə bil, qurbağa gölünə daş atdılar. Bayaqdan xeyli müddət görüşməyən, məclisdə dil-boğaza qoymayan qohumlar yeməyi görən kimi elə vəziyyət aldılar ki, sanki bir-birini tanımırdılar - yedilər, içdilər. Sonra “Fatihə” də verildi, süfrə duası da oxundu və sair və ilaxır... Əhli-məclis çölə çıxıb yediyini həzm etməklə məşğul olmağa başladı.

Mənə bir məqam qəribə göründü. Həmişə məclisdə mollada səhv axtarırıq. Mollanı ittiham edirik. Geyim-kecimindən danışırıq. Bəs özümüzü necə, görürükmü?! Bəzən bu cür yas yerlərində elə səs-küy olur ki, kənardan baxan elə bilər ki, toy çadırıdı. Sadəcə musiqiçilər yoldadı hələ gəlməyib. Bu cür ab-hava yaranır. İndi siz deyin, əziz oxucular, bu cür yas məclisində savadlı mollaya nə hacət və yaxud da beləsinin orada nə işi?!.. Nə isə, həmin gün satira ustası olmadığıma təəssüfləndim. Düşündüm ki, güclü qələm sahibi ola, gördüklərimi yaza. Satiraçı olmasam da, Allah bəndəsiyəm, gözəl bilirəm ki, ÖLÜM bir gün hamımızın qapısını döyəcək. Gəlin öləndən sonrakı halımızı indidən düşünək. Düşünək ki, sonradan bizim də RUHUMUZU incitməsinlər!

 

Oqtay ORUCLU



Yerləşdirilib:10 İyul, 2014  17:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 Avqust, 2019

Türkiyədə Nəsiminin adına pul buraxıldı

23 Avqust, 2019

Marketin “nisyə dəftəri” satın alındı

23 Avqust, 2019
Suriya Ordusu Xan-Şeyxundan sonra daha iki qəsəbəni azad edib
23 Avqust, 2019
İŞİD lideri təşkilatın idarəçiliyini «Qardaş»a tapşırıb
23 Avqust, 2019
ABŞ Türkiyəni “Patriot”suz qoydu
23 Avqust, 2019

Sükut orucu nədir və İslamda varmı? İslam suallarda

23 Avqust, 2019
BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi
23 Avqust, 2019

Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür

22 Avqust, 2019
Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust, 2019
Tramp İŞİD-in ən böyük qurbanlarını açıqladı
22 Avqust, 2019

Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq

22 Avqust, 2019
Əfqanıstanda 2 ABŞ əsgəri həlak olub
22 Avqust, 2019
Vaşinqton İŞİD liderlərinə görə 5 milyon dollar mükafat söz verdi
22 Avqust, 2019
Pentaqon hipersəs silahı əldə edəcəyi vaxtı açıqladı
22 Avqust, 2019

İslam ədalətə riayət etməyi tələb edir. Bu ədalət bərabərlik deməkdirmi? İslam suallarda

22 Avqust, 2019

MiQ-29 təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib

22 Avqust, 2019
İsrail ordusu səhvən mülki təyyarəyə atəş açıb
21 Avqust, 2019

İmam Əli (ə): "Varlıların Allah yanında olan savabı əldə etmək üçün..."

21 Avqust, 2019

Qazaxıstana Amerika demokratiyasının “papağını taxmaq” alınmayacaq - Nazarbayev

21 Avqust, 2019

Zəvvarların ilk qrupu Azərbaycana qayıdıb

21 Avqust, 2019

Sinay yarımadasının şimalında 11 terrorçu məhv edilib

21 Avqust, 2019

Kabildə toyda partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb

21 Avqust, 2019

Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi

21 Avqust, 2019

Qadın qurban kəsə bilərmi? İslam suallarda

21 Avqust, 2019
Danimarka rəhbərliyi Qrenlandiyanı satmağa hazırdır
21 Avqust, 2019
Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var
20 Avqust, 2019
Türkiyədə FETÖ-çü polislər həbs olundu
20 Avqust, 2019

Hərbi pilotumuzun meyiti tapıldı

XƏBƏRARXİVİ
«Avq.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com