Binəqədi “Təmiz Binəqədi” layihəsinə start verdi

“Təmizlik imandan gələr”

“Bakı 2015” ilk Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə Paytaxtın şimal qapısı Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilmişdir. Layihənin keçirilməsində əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının bugünlərdə imzaladığı müvafiq sərəncam və bundan irəli gələn tədbirlər planı Azərbaycanı dünyada tanıdacaq və təbliğ edəcək böyük tədbirdə Binəqədi rayonunun və onun icra strukturları, habelə ictimai-siyasi təşkilatları və sakinlərinin  üzərinə düşən öhdəliklərin geniş mənzərəsini yaradır.

Görüləcək işlərin əhatə dairəsi indiyədək görünməmiş dərəcədə əhatəlidir. Maraqlı burasıdır ki, iş planında ənənəvi stereotip və ətalətli tədbirlərdən maksimum imtina edilmiş, tamamilə novatorluğu və özünəməxsusluğu ilə diqqəti cəlb edən və müasir dünyada qəbul olunan metod və üsullara üstünlük verilmişdir.

Tədbirlər planına əsasən görülən işlər barədə əhalini və təsərrüfat subyektlərini məlumatlandırmaqla yanaşı, maraqlı aksiyaların da təşkili gündəmdədir. Təbii ki, belə aksiyalar maarifləndirmə ilə birgə tədbirin populyarlaşmasına xidmət edir.

Layihə çərçivəsində elan olunacaq müsabiqələr və keçiriləcək aksiyalar tədbirin kütləviləşməsində əsaslı rol oynayacaqdır.

Ümumiyyətlə, layihənin mahiyyəti ilə tanışlıq sübut edir ki, “Təmiz Binəqədi” layihəsi sadəcə müəyyən müddət üçün deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir.

Layihə çərçivəsində gerçəkləşən ilk addımlardan biri kimi İyul ayının 5-də Binəqədi rayonu, 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olmuşdur. Rayon rəhbərliyinin iştirakı ilə baş tutan açılış mərasimində tanınmış incəsənət ustalarının konserti olmuşdur. Sakinlərin sevinclə qarşıladığı açılış mərasimi həm də təmizliyin geniş əhali kütlələri arasında təşviqi baxımından əhəmiyyəti ilə yadda qalmışdır.

Sakinlər Binəqədi RİH tərəfindən başladılan “Təmiz Binəqədi” layihəsinin əhəmiyyətindən danışmış və parkın açılışından razılıqlarını bildirmiş, Binəqədi rayonunda get-gedə artan belə parkların salınması ilə sakinlərin istirahət və asudə vaxtlarını səmərəli keçirmək məqsədilə uzaq ərazilərdə yerləşən bağ və parklara üz tutmağa ehtiyac qalmadığına toxunaraq, elə öz həyətlərinin istirahət üçün əlverişli məkana çevrildiyini vurğulamışlar. Belə ictimai faydalı tədbirlərə, quruculuq işlərinə görə sakinlər dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd etməliyik ki, “Təmiz Binəqədi” layihəsi təkcə sosial-mədəni baxımdan deyil, milli-mənəvi dəyərlərimiz baxımından da böyük əhəmiyyətə malikdir. “Təmizlik imandan gələr” buyurulur hədisi-şəriflərin birində. Təmizlik bir həyat tərzi, mədəni göstərici olmaqla yanaşı, həm də Uca Yaradanın qurduğu ilahi nizamdır. Gündəlik həyatımıza diqqət yetirsək, fasiləsiz bir təmizlik sisteminin mövcud olduğunu görərik. Kainatda ilahi nizam əsasında qurulan bu sistem nəinki ağıl və şüura malik insanlar, hətta şüursuz canlılar, “dilsiz-ağızsız” təbiət üçün qanunauyğun hala çevrilmişdir. İnsan orqanizmində qanın dövr edərək təmizlənməsindən tutmuş, təbiətdə su dövranı ilə bu həyat mənbəyinin saflaşmasınadək şahidi olduğumuz və görə bilmədiyimiz təbii proseslər təmizliyin doğrudan da ilahi qanunauyğunluğa tabe olmasına bir işarədir.

Mənəviyyat sistemimizin özəyini təşkil edən İslam dini və onun müqəddəs kitabı olan Qurani-Kərimdə Allah-Təalanın bəşər övladına oxuyub öyrənməkdən sonra buyurduğu əməllər sırasında təmizlik öndə gəlir. Sonuncu səmavi dinin hökmlərinə görə təmizlik  bəndə üçün Uca Yaradanın sevgisini qazanmağın əsas yollarından biridir. “Qurani-Kərim”də buyurulduğu kimi Allah pak olanları sevər. Aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd peyğəmbərin hədislərinin birində buyurulur: “Təmizlik imanın yarısıdır”.

Bu mənada hər bir insanın təmizliyə riayət etməsi həm də bir iman göstəricisi sayıla bilər, desək yanılmarıq.



Yerləşdirilib:8 İyul, 2014  09:17, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 İyul, 2018

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

18 İyul, 2018
Əfqanıstanda iki ABŞ hərbçisi öldürülüb
18 İyul, 2018
Misir növbəti dəfə Qəzza ilə sərhədi bağladı
18 İyul, 2018

Səudiyyə Ərəbistanında 5 nəfər edam edildi

18 İyul, 2018

İntihar etmiş şəxs üçün ehsan vermək, onun qəbrini ziyarət etmək olarmı? İslam suallarda

18 İyul, 2018
Amerikalı konqresmen Trampı “Putinin pudeli” adlandırdı
18 İyul, 2018
Ermənistan silahlı qüvvələri atəşkəsi 98 dəfə pozub
17 İyul, 2018
Səudiyyəli qadınlara daha bir hüquq verildi
17 İyul, 2018

Şah İsmayıl Səfəvi Xətai kim olub?

17 İyul, 2018

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

17 İyul, 2018
Müasir dövrün ən zəngin şəxsinin adı açıqlandı
17 İyul, 2018

Namaz qılan insanı çağırsalar, nə etməlidir? İslam suallarda

17 İyul, 2018

Putinlə Trampın mətbuat konfransında jurnalistə zor tətbiq edildi Video

17 İyul, 2018
Ermənilər atəşkəs rejimini 103 dəfə pozublar
16 İyul, 2018

Tramp və Putin arasında təkbətək görüş başa çatıb

16 İyul, 2018

Prezidentin bəyanatından bixəbərdilər, ya...? Bizim replika

16 İyul, 2018

İran hökuməti Gəncədəki sui-qəsdləri və terror hadisələrini pisləyib

16 İyul, 2018

Mübariz Qurbanlı: Din adı altında sabitliyi pozmağa çalışırlar

16 İyul, 2018

Tramp Avropa Birliyi və Rusiyanı ABŞ-ın düşməni adlandırdı

16 İyul, 2018

Xəlifə sözünün mənası nədir? İslam suallarda

16 İyul, 2018

Nigeriyada 70 əsgər yoxa çıxdı

16 İyul, 2018
Erməni tərəfi atəşkəs rejimini 96 dəfə pozub
15 İyul, 2018

Tohid İbrahimbəyli İranda dini təhsil alan şəxslərin iştirakı ilə "Hüseyniyyun" (Hüseynçilər) adlı silahlı dəstə yaradıb

15 İyul, 2018
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
15 İyul, 2018

Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb

15 İyul, 2018

Erməni kəşfiyyat-diversiya qrupunun üzvü əsir götürülüb

14 İyul, 2018

Bircə şamla isidilən hamamın sirri VİDEO

14 İyul, 2018
Pakistanın sabiq Baş naziri və qızı həbs edildi
XƏBƏRARXİVİ
«İyl.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com