Cənnət yalnız müsəlmanların inhisarında deyil

Hörmətli oxucular! Mübarək Ramazan ayının başlanması ilə əlaqədar islam.az “Quranı anlayaq” rubrikasında məqalələrin dərcini bərpa edir. Xatırladaq ki, bu rubrikada Siz Müqəddəs Kitabımızda yer alan konkret ayələrin təfsiri ilə tanış olmaq imkanı qazanacaqsınız.

“Bəqərə” surəsi, 62-ci ayənin təfsiri

Rəhman, Rəhim Allahın adı ilə!

Qurani-Kərimin "Bəqərə" surəsində buyurulur:

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَىٰ وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ.

"Həqiqətən də iman gətirənlərdən (müsəlmanlardan), yəhudilərdən, xristianlardan və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər." ("Bəqərə" surəsi, ayə: 62.)

Ayənin ümumi təfsir və təhlili

Ayənin yetirdiyi ümumi məzmun və məna baxımından aurasına əsasən "iman gətirənlər" ifadəsində məqsəd, İslam dininin ardıcılları sayılan müsəlmanlardır. Yəhudilər və xristianlar bəlli olsa da təfsir alimləri ayədə işlənmiş "sabiilər"lə bağlı fərqli fikirlər yürütmüşlər. Belə ki kimisi onların müşriklər, kimisi zərdüştlər, kimisi də hər iki dəstədən fərqli olan kitab əhli olduğunu bildirirlər. Lakin ümumi olaraq ayədə işlənmiş "sabiilər"in müşrik və zərdüşt dəstələrindən fərqli olduğunu söyləmək lazımdır.

Ayədən alınmış önəmli incə məqam budur ki, nicat tapmaq və ilahi mərhəmətə layiq görülmək üçün sırf "müsəlman", "yəhudi", "xristian" və ya "sabii" kimi titullar kifayət deyil. Əslində nicat tapmaq və ilahi mərhəmətə layiq görülmək üçün sözün həqiqi mənasında Allaha və axirət aləminə inamlı olmaq və həmin inamın tələbi əsasında yaxşı işlər görmək lazımdır.

Bu ayəyə əsasən, müsəlmanlar, yəhudilər, xristianlar və sabiilərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin mükafatı Allah-taalanın yanındadır. Onların qiyamət günündə də bir qorxusu olmayacaqdır.

Ayənin yetirdiyi əsas mənalar

Məlum ayə ilə bağlı iki məqamda fikir yürütmək olar:

1. Ayənin nazil olma səbəbi:

Əldə olan bəzi hədislərə əsasən, İslam Peyğəmbərinin (s) dövründə bəzi müsəlmanlar arasında belə bir sual meydana çıxmışdı: Əgər İslam dini yeganə haqq yoludursa, bizim ata-babalarımızın vəziyyəti necə olacaq? Onlara cavab olaraq həmin ayə nazil olmuş və bildirmişdir ki, öz zamanında düzgün etiqad və saleh əməl sahibi olan hər bir insan Allah-taala yanında nicat əhli sayılır. Əlbəttə, bir hədisdə bu sualın Peyğəmbərin (s) nəcabətli səhabəsi Salman tərəfindən ibadət əhli olan ata-babası barədə soruşduğu və ayənin də məhz ona cavab olaraq nazil edildiyi bildirirlir.

Deməli, ayənin nazil olma səbəbinə əsasən, İslam dinindən öncə öz zəmanəsinin səmavi dininə etiqad bəsləmiş və öz dinində sağlam etiqad və düzgün əməl sahibi olan hər bir insan nicat əhli sayılır və belələri ilahi ədalət əsasında Cənnətə daxil olacaqdır.

2. Ayənin yetirdiyi ümumi məna:

Qurani-Kərimin çoxsaylı ayələrinə əsasən, İslam dininin zühurundna sonra bütün dinlər qüvvədən düşmüş və bütün insanlar bu sonuncu dinə inanmağa mükəlləf olmuşlar. Həzrət Məhəmmədə (s) nazil olmuş İslam dini sonuncu və ən kamil səmavi dindir. Bununla bağlı zərrə qədər şəkkimiz yoxdur.

Eyni halda həmin səmavi kitab nazil olduğu hadisələr çərçivəsində qalmayan, əslində Quranın Peyğəmbərdən (s) sonra ideal təfsirçiləri sayılan Əhli-beytin (ə) təbiri ilə "günəş və ay kimi cərəyanda" olan müqəddəs bir kitabdır. Qurani-Kərim günəş və ay kimi bütün zamanlar, məkanlar və millətlərə aid olan əbədi bir möcüzədir.

Bütün bunları rəhbər tutaraq məlum ayənin nazil olma səbəbini qəbul etməklə yanaşı onu nazil olduğu zamandan xaric edərək digər zamanlar və dinləyicilərə də şamil etmək olar. Belə ki, bu ayəyə əsasən, İslam dininin haqq və üstün bir din olduğunu bilməyən hər hansı bir dinin ardıcılı əgər öz dinində etiqad və yaxşı əməl sahibi olarsa, nicat əhli sayılacaq və ilahi mərhəmət onun da halına şamil olacaqdır.

Bu arada müxtəlif dinlərdə mövcud olan xurafat və etiqad azğınlıqları ayədən alınmış belə bir nəticəyə mane ola bilməz. Çünki Quran ayələri və çoxsaylı mötəbər hədislərə əsasən, Allah-taala hər bir insandan yalnız ona bəxş etdiyi ağıl və şüur səviyyəsində hesabat alacaqdır.

Hər hansı bir insan öz aləmində İslam dinini deyil, başqa bir dini üstün sayırsa və həmin dində mövcud olan etiqadlara yiyələnib yaxşı işlər görürsə, Allah-taala onunla Öz ədaləti və mərhəməti ilə davranacaq və onu da Cənnətin layiq olduğu məkanında yerləşdirəcəkdir.

Qurani-Kərimdə buyurulur: "İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!" ("Nəcm" surəsi, ayə: 39).

Bu ayədə yalnız müsəlmanın deyil, əslində dini, irqi və rəngindən asılı olmayaraq hər bir insandan söhbət gedir. Həmin ayəyə əsasən, insan bu dünyada nə edirsə onun əvəzini də görəcək. Kimsə öz düşüncəsi səviyyəsində İslam dinini deyil, başqa bir dinin üstün olduğunu düşünürsə Allah-taala ondan məhz bu düşüncəsi çərçivəsində hesabat alacaqdır.

Ümumiyyətlə, unutmamalıyıq ki Quran ayələri və hədislərə əsasən, Cənnət yalnız sonuncu dinin ardıcılları sayılan müsəlmanların inhisarında deyil. Əslində digər dinlərin ardıcılları da müəyyən şərtlər əsasında Cənnətə daxil olacaq və yalnız Cənnətdə layiq olduqları yerdə məskunlaşacaqlar. Bununla bağlı İmam Əbu-Hamid Ğəzzali, Şeyx Məhəmməd Cavad Müğniyə, Ustad Mürtəza Mütəhhəri, Əllamə Seyid Məhəmməd Hüseyn Fəzlullah, Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani və Əllamə Şeyx Məhəmməd Hadi Mərifət kimi tədqiqatçı alimlərin xüsusi etirafları vardır. Mərhum Əllamə Fəzlullahın bununla bağlı çox gözəl bir cümləsi var: "O dindarlardan olun ki, Cənnəti yalnız özlərinə məxsus saymırlar!"

Bütün bunlara rəğmən İslam dini sonuncu və ən kamil səmavi dindir. Bu dinin üstünlüyünü və kamilliyini bilən halda ondan üz çevirən və inadkarlıq göstərən hər bir insan Quran terminologiyasında "kafir" sayılır və belə bir şəxs axirət aləmində Cənnətə deyil, əslində Cəhənnəmə atılacaqdır.

 

İlqar İsmayılzadə,

İlahiyyat elmləri doktoru



Yerləşdirilib:3 İyul, 2014  20:00, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 28
Müəllif: Salam | 3 İyul, 2014  20:23
# Ответить
+2


]]>]]>

Men burada yazilan bezi qeydleri doqru hesab etmirem,chunki,Quranda buyurur:"Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!"Ali-Imran.aye:85.
"Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir."Ali-Imran.19
Müəllif: Ilqar | 4 İyul, 2014  09:38 | Ответ на #3042
# Ответить
-2


]]>]]>

"Ali-İmran" surəsinin 85-ci ayəsində sözügedən "islam" ifadəsi İslam Peyğəmbərinin (s) gətirdiyi sonuncu səmavi din mənasında deyil, əslində özünün lüğət mənası olan "Allaha təslim olmaq" anlamındadır.Məlum ayənin nazil olma səbəbi də həmin fikiri dəstəkləyir. Həmçinin, Əhli-beyt və Əhli-sünnə məzhəblərinin çoxsaylı müfəssirləri və o cümlədən Şeyx Müğniyə, Əllamə Təbatəbai, Əllamə Fəzlullah, Əllamə Mərifət, Əllamə Sadiqi Tehrani və s. kimi görkəmli alimlər də həmin fikiri qəbul edirlər.
Müəllif: Ilqar | 4 İyul, 2014  09:38 | Ответ на #3042
# Ответить
-2


]]>]]>

İstinad edilən ikinci ayədə ("Ali-İmran", 19) işlənmiş "islam" ifadəsi də yuxarıda təqdim edilən mənadadır. Belə olan halda ayənin dəqiq tərcüməsi belə olacaq:
"Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu həqiqəti: Allah yanında həqiqi dinin yalnız Ona təslim olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir."
Onu sonuncu İslam dini mənasında qəbul etsək də, məlum ayə bütün kitab əhlinə deyil, əslində Peyğəmbərin (s) zamanından indiyədək yalnız haqq və həqiqəti tanıdıqdan sonra inadkarlıq üzündən inkar edənlərə aid olacaqdır. Odur ki, "müstəzəf", "əl-Mərcunə liəmrillah", "Əraf əhli" və ümumiyyətlə "qasir" məsələsi diqqətdən kənarda qalmamalıdır.
Müəllif: Ilqar | 4 İyul, 2014  09:39 | Ответ на #3042
# Ответить
-1


]]>]]>

Allaha həmd olsun ki, doktorluq dissertasiyam "Quran baxımından dini plüralizmin araşdırılması" mövzusunda olduğundan bütün bu ayələr və onlara aid olan hədis-rəvayətlər, həmçinin Əhli-beyt və Əhli-sünnə məzhəblərinin görkəmli müfəssirlərinin baxışları nəzərdən keçirilmişdir. Bundan əlavə, Qurani-Kərim üçün qələmə aldığım 12 cildlik "Yeni təfsir" əsərində də təbii ki bu ayələrin hər birini diqqətlə təfsir və izah etmişəm. Odur ki, bu yazıya elmi yanaşan hər bir şəxsə öz səmimi minnətdarlığımı bildirirəm. Mövzu ilə bağlı bütün sual və iradlar barədə elmi və məntiqli mübahisəyə hazıram. Allahin salamı, rəhməti və bərəkətləri üzərinizə olsun!
Müəllif: Ilqar | 4 İyul, 2014  09:42 | Ответ на #3042
# Ответить
-1


]]>]]>

Sonda xususile xahi. edirem ki yazini diqqetle oxuya bilmeyenler onun baresinde fikir yurutmesinler. Meqalede achiq-aydin sekilde yazmisham: "Qurani-Kərimin çoxsaylı ayələrinə əsasən, İslam dininin zühurundna sonra bütün dinlər qüvvədən düşmüş və bütün insanlar bu sonuncu dinə inanmağa mükəlləf olmuşlar. Həzrət Məhəmmədə (s) nazil olmuş İslam dini sonuncu və ən kamil səmavi dindir. Bununla bağlı zərrə qədər şəkkimiz yoxdur."
Müəllif: Madi | 4 İyul, 2014  09:31
# Ответить
0


]]>]]>

Mesele hansi dinde olmaqda deyl insan kimi yasayib insan kimi olmekdedi.Elbetde qeyd olundugu kimi her kesin oz seviyyesinde hesab cekilecek.
Müəllif: Muslim | 5 İyul, 2014  15:59
# Ответить
+2


]]>]]>

هُوَ الَّذی أَرْسَلَ رَسُولَهُ بِالْهُدى‏ وَ دینِ الْحَقِّ لِیُظْهِرَهُ عَلَى الدِّینِ کُلِّهِ
Tövbə 33, Fəth 28, Saff 9.
Quran ayələrini öz kontekstindən çıxararaq universal təfsir etmək olmaz! Bu ayənin şəni-nüzulu var. Salmani-farsi İslamdan əvvəl yaşamış və öz peyğəmbərinə tabe olmuş insanların haqqında Peyğəmbərdən soruşur və bu ayə nazil olur. Ayənin hökmü İslamın gəlişindən əvvəl yaşamış və İsamı dərk etməmiş Əhli-kitaba aiddir. Ayənin hökmünü bu günə şamil etmək şəxsi rəydir və Quranın ruhuna, İslamın ruhuna ziddir.
Müəllif: Muslim | 5 İyul, 2014  16:19 | Ответ на #3058
# Ответить
+2


]]>]]>

هُوَ الَّذی أَرْسَلَ رَسُولَهُ بِالْهُدى‏ وَ دینِ الْحَقِّ لِیُظْهِرَهُ عَلَى الدِّینِ کُلِّهِ
Tövbə 33, Fəth 28, Saff 9.

"Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur".
Müəllif: Muslim | 5 İyul, 2014  16:09
# Ответить
+2


]]>]]>

Müəllifin fikrincə, bu gün müsəlman ölkəsində, Bakının kilsələrində xristian dininə inanan, yaxud müsəlmanların içində yaşayıb yəhudi dinində qalan şəxslər də, (hətta xeyir əməllər etsələr belə), mömin müsəlmanlarla birlikdə cənnətə düşəcəklər? Bəlkə də Afrikanın cəngəlliklərində yaşayıb, son peyğəmbərdən və İslamdan xəbərsiz qalan xırda bir qəbiləyə bu ayəni şamil etmək olar. Amma hüccət tamam olmuş şəxslərə şamil edilə bilməz. Bu barədə bir çox böyük təfsirçilərin və kəlam alimlərinin də fikri məqalə müəllifinin tam əksinədir.
Müəllif: Muslim | 5 İyul, 2014  16:14
# Ответить
+2


]]>]]>

Quran açıq buyurur ki, əgər Əhli-kitab cənnətə düşmək istəyirsə, iman gətirməlidir:

وَ لَوْ أَنَّ أَهْلَ الْکِتابِ آمَنُوا وَ اتَّقَوْا لَکَفَّرْنا عَنْهُمْ سَیِّئاتِهِمْ وَ لَأَدْخَلْناهُمْ جَنَّاتِ النَّعیمِ
Maidə, 65.
Əgər kitab əhli iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də Nəim cənnətlərinə daxil edərik.

Əgər Əhli-kitab onsuz da cənnətə gedəcəksə, niyə Allah onların iman gətirməsini şərt edib?
Müəllif: Muslim | 5 İyul, 2014  16:43
# Ответить
+2


]]>]]>

Müəllifin öz nəzəriyyəsini geniş yayılmış bir fikir kimi təqdim etməsi də həqiqətə uyğun deyil.
Əvvəla, o, adını çəkdiyi alimlərin bi fikri dəstəklədiyini sübut etməli idi.
İkincisi, bəzi mötəbər təfsir kitabları bunu tam təkzib edir. Məsələn, yazılışı zamanı 14 klassik təfsirdən istifadə edilmiş və Ayətullah Nasir Məkarim Şirazinin rəhbərliyi altında bir heyət tərəfindən yazılmış "Təfsiri-nümunə"də Bəqərə surəsinin 62-ci ayəsində aşkar azılıb ki, bu ayə İslamdan əvvəl yaşamış və İslamı dərk etməmiş Əhli-kitaba aiddir, indi yaşayan Əhli-kitaba yox!!!
Müəllif: Muslim | 5 İyul, 2014  16:44
# Ответить
+2


]]>]]>

Əllamə Təbatəbai "Əl-Mizan" təfsirində, Maidə surəsinin 66-cı ayəsindən söz açarkən, İncil və Tövratın əslində təhrif olunduğunu və bu günkü İncillə Tövrata əməl etməyin mənasız və qeyri-mümkün olduğunu bildirir. O yazır ki, insana nicat verən yalnız İncillə Tövratın əsli ola bilər. Bu kitabların əslinə inanan insan isə elə orada təsvir edilmiş Sonuncu Peyğəmbəri tanıyar. Əks halda, belə insanın nicat tapacağını söyləmək düzgün deyil.
Müəllif: Muslim | 5 İyul, 2014  16:50
# Ответить
+2


]]>]]>

Bunu da nəzərdən qaçırmayaq ki, müəllifin adını çəkdiyi alimlərdən mərhum Ayətullah Seyyid Fəzlullah və mərhum Ayətullah Sadiqi Tehrani öz bəzi nadir fətvaları ilə əksəriyyətin əleyhinə çıxır və klassik görüşlərə əks cəbhədə dururdular. Bu cür şaz fətvaları ilə məşhur olan şəxslərin fikrini çoxluğa nisbət etmək ədalətdən deyil...
Müəllif: Ilqar | 7 İyul, 2014  09:27
# Ответить
-1


]]>]]>

Hormetli Muslim! Lutfen ilk once oz kimliyinizi elan edin. Men meqale muellifi İlqar İsmayilzadeyem. Sizi de tanisam memnun olaram. Axi biz burada elmi muzakire apaririq.
Müəllif: Ilqar | 7 İyul, 2014  09:27
# Ответить
-1


]]>]]>

Mufessirlerin soyledikleri Allah-taala terefinden nazil olmush ilahi vehy sayilmir. Odur ki, onlarin yurutdukleri fikirle muxalif bir fikiri teqdim etmek qebahet sayilmir. Esas ve onemli mesele teqdim edilen fikirin hansi delil ve hansi subutlar esasinda olmasindan ibaretdir. Allaha hemd olsun ki, hemin aye ile baqli teqdim etdiyim nezeriyyede delil-subut baximindan chatishmamazliq yoxdur.
Müəllif: Ilqar | 7 İyul, 2014  09:29
# Ответить
-1


]]>]]>

Allaha hemd olsun ki istinad etdiyiniz ayeler ve onlardan basqa onlarca ayeni nezerden kechirmish, hemchinin bu ayenin tefsirini yazarken Ehli-beyt və Ehli-sunne mezheblerinin 20-e yaxin meshhur tefsir eserlerine muraciet etmishem.
Müəllif: Ilqar | 7 İyul, 2014  09:31
# Ответить
-1


]]>]]>

Burada esas ve onemli mesele mufessirlerin "nesx" ve elece de bezi Quran elmleri movzusuna diqqetsiz yanashmasi ve sanki eyni movzunun tarix boyu muxtelif alimler terefinden tekrar edilmesinden ibaretdir. Menim tefsir metodum hemin kitabda teferruatile teqdim edilib. Lutfen "Quran elmleri ensiklopediyasi" adli eserimizde "nesx" movzusu ve s. tefsir prinsipleri ile baqli teqdim etdiyimiz arashdirmalarii nezerden kechirin. Ondan sonra teqdim edilen fikir sizi narahat etmez. İnşaallah!
Müəllif: Ilqar | 7 İyul, 2014  09:35
# Ответить
-1


]]>]]>

Sonda: Unutmayin ki Quran ve İslam telimlerine gore terefdari az olan nezeriyye hokmen batil ve nahaq sayilmir. Eslinde tarix boyu bir chox terefdari olan amma eslinde Quran, Sunne ve saqlam aqil hokmu ile zidd olan nezeriyyeler movcud olmushdur. Bir de ki men hech bir yerde bu aye ile baqli teqdim etdiyim fikiri çoxluqa nisbet vermemishem. Bir daha lutfen ve lutfen menim yazimi diqqetle mutalie edin ve sonra fikir bildirin. Yazdiqim fikire telem-telesen halda nese yazmaqa cehd etmeyin. Bu ilk novbede Quran telimleri ile zidd olan bir davranishdir. Diqqetinize gore minnetdaram!
Müəllif: Ilqar | 9 İyul, 2014  09:38
# Ответить
-1


]]>]]>

Dostlarin xahishini nezere alaraq hemin aye (Beqere: 62)ile baqli muhum bir meqama ishare etmek isterdim: Yuxarida qeyd etdiyim kimi ayenin nazil olma sebebi var. O da Salmanin İslam Peyqemberinden (s) oz ata-babalarinin durumu barede sorushmasi, diger revayete gore ise vaxtile onu Mesihiyyet dinine devet etmish xristian aliminin axiretde durumunu sorushmasindan ibaretdir. Melum aye ise nazil olaraq İslam dininin zuhurundna once yasamish bele insanlarin nicat ehli olduqunu beyan etmisdir.
Müəllif: Ilqar | 9 İyul, 2014  09:38
# Ответить
-1


]]>]]>

Ehli-beyt ve Ehli-sunne mufessirlerinin ekseriyyeti hemin revayetlere istinad ederek ayeni izah etmish ve burada son noqteni qoymushlar. Halbuki ayeni bu seviyyede izah ve tefsir etmek onun genish menasini mehdudlashdirmaqdir. Guya edaletli ve hikmetli Allahin ele insanlari Cennete aparmasini kim basa dusmur ki? Men de bu nazil olma sebebi qebul edirem amma ayenin qiyamet gununedek quvvede olan onemli bir mesaji var. O da İslam dininin haqq ve ustun olduqunu bilmeyen ve oz dinine sarilib iman ve saleh emel sahibi olanlarin hemin ayeye esasen nicat ehli olmasindan ibaretdir. Axi Quran yalniz 14 esr once yasamish insanlara aid deyil. O hem de butun milletler ve butun zamanlara aid olan semavi bir kitabdir.
Müəllif: Muslim | 11 İyul, 2014  14:56
# Ответить
+1


]]>]]>

Hörmətli müəllif! "İslam dininin haqq ve ustun olduqunu bilmeyen ve oz dinine sarilib iman ve saleh emel sahibi olanlar" deyərkən kimləri nəzərdə tutursunuz? İsanı Allahın oğlu bilən, şərabı "İsanın qanıdır" deyə halallıqla içən, donuz əti yeyən, ikonanın qabağında xaç vuran adamları? Axı, bu, elə onların sarıldıqları dinde vardır. Deməli, bunu edənlər də cənnətə gedəcəklər? Və bu gün, internet, KİV, qloballaşma əsrində İslamı tanımayan, İslam haqqında məlumata əli çatmayan, istəsə İslamı öyrənə bilməyən elə bir adam var? (cəngəllik qəbilələrindən başqa). Allahın bir olduğunu dərk etməsi üçün ona yenə nə isə təbliğat lazımdır?
Müəllif: Muslim | 11 İyul, 2014  15:00
# Ответить
+1


]]>]]>

Və bu suala yenə cavab vermədiniz:

Əgər kitab əhli iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də Nəim cənnətlərinə daxil edərik. (Maidə, 65)

Əgər Əhli-kitab onsuz da cənnətə gedəcəksə, niyə Allah onların iman gətirməsini şərt edib?
Desəniz ki, bu, İncildən və Tövratdan əl çəkib, pis işlər törədən Əhli-kitaba aiddir, onda yenə sual yaranır:
"Əgər kitab əhli iman gətirsə" sözündə nəyə iman gətirmək nəzərdə tutulub? Üçü birində olan Allaha? Yoxsa tək və şəriksiz, doğmayan və doğulmayan Allaha? Əgər ikincidirsə, onda onlar Əhli-kitab olmadılar ki, elə əsil müsəlman oldular da.
Müəllif: Ilqar | 14 İyul, 2014  11:41
# Ответить
-1


]]>]]>

Baqislayin siz ozunuzu yene de teqdim etmediniz! Burda nese qebahetli ish varmi?
Yazdiqiniz suallara cavab yazmadim chunki meqalede bu meqamlara kifayet qeder izah verilib.
Bir de lutfen internet, Kiv ve qloballashma esrinden danishmayin! Bu gun İslami ele qara eller ve ele qara emeller lekeleyib ki haqqi batilden ayird etmek siz dusunduyunuz qeder de asan bir ish olmayib. Bu gun dunyada 50-den chox muselman olkesi var ve onalrin her biri İslami bir formada teqdim edir. İndi kenar insanlar hansinin sozunu qebul etsinler?
Müəllif: Ilqar | 14 İyul, 2014  11:46
# Ответить
-1


]]>]]>

Lutfen Yutub saytinda indiyedek Isid ve ya el-Qaide qruplarinin toretdiyi cinayet video carxlarina baxin ve bunu da unutmayin ki bu iyrenc sehneleri musahide eden qeyri-muselmanlar Isid el-Qaide ve s. den daha cox Islamin haqqinda menfi dusunurler...
Müəllif: Salam | 1 Avqust, 2014  17:31
# Ответить
0


]]>]]>

Men bu saytin,yeni islam.az-in sual-cavab bölmesinden de soruwdum,orda da cavab verildi ki,Beqere: 62 İslama qədər olanlara aiddir. Bu gun israilden olan yehudiler muselmanin qanin su yerine axidirlar,xiristian kewiw Qurana hörmetsizlik edir...nece ola biler ki,onlar cennete getsin??Onlarda cennete gedecekse o zaman Islamin haqq din olmasi,muselmanlarin chekdiyi ezab eziyyet ne olsun??? Xeyr,ele deyildir.Cennete hech belke muselmanlarin choxu gede bilmeyecek,qaldi ki,yehudi,xiristian.....
Müəllif: Oxucu | 23 Yanvar, 2018  15:33 | Ответ на #3229
# Ответить
0


]]>]]>

Salam bəy! Müəfflif yazının son hissədə yazır ki: Bütün bunlara rəğmən İslam dini sonuncu və ən kamil səmavi dindir. Bu dinin üstünlüyünü və kamilliyini bilən halda ondan üz çevirən və inadkarlıq göstərən hər bir insan Quran terminologiyasında "kafir" sayılır və belə bir şəxs axirət aləmində Cənnətə deyil, əslində Cəhənnəmə atılacaqdır.
Müəllif: Aleykum | 18 Sentyabr, 2015  10:21
# Ответить
-1


]]>]]>

İlqar müəllimə hörmətim var. Amma heç cənnət cəhənnəm var ki ora kimlərin getməsi üstündə bu qədər təlaşa düşmüsüz?
Müəllif: Oxucu | 23 Yanvar, 2018  15:35
# Ответить
0


]]>]]>

Aleykum müəllim! Bildiyim qədər İlqar müəllim bu yazını ateistlər üçün yazmayıb. :)
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 İyun, 2019
Məhəmməd Mursi vəsiyyətinə əməl edilmədən gizli şəraitdə dəfn olunub
18 İyun, 2019
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərir
17 İyun, 2019
İsrail-Fələstin münaqişəsinə dair planın bir hissəsi açıqlanacaq
17 İyun, 2019
Misirin sabiq prezidenti vəfat edib
17 İyun, 2019

Hələbin atəşə tutulub, 12 nəfər ölüb

17 İyun, 2019
Husilərdən həftə ərzində 4-cü dəfə Səudiyyə aeroportuna hücum
17 İyun, 2019
ABŞ İrana qarşı bütün variantları nəzərdən keçirir
17 İyun, 2019

Doğrudurmu ki, naməhrəmə birinci dəfə baxmaq günah deyil, ikinci dəfə baxmaq isə günahdır? İslam suallarda

17 İyun, 2019
Colan təpələrində Trampın adına yeni yaşayış məntəqəsi salınacaq
17 İyun, 2019
Türkiyədə 8 PKK terrorçusu məhv edilib
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
12 İyun, 2019
Səudiyyə Ərəbistanında aeroporta hava hücumu
12 İyun, 2019

Allah belələrini bəlalara düçar edər

12 İyun, 2019
Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı
12 İyun, 2019

Dubayda onlayn dilənçi 50 min dollar qazandı

12 İyun, 2019
İsrail təyyarələri Suriyaya raket zərbəsi endirib
XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com