"Səhifeyi-Səccadiyə"dən Günün duası

O Həzrətin səhər və axşam vaxtı etdiyi duası.


Həmd öz qüvvəsi ilə gecə və gündüzü yaradan, qüdrəti ilə o ikisinin arasında fərq qoyan, hər biri üçün müəyyən zaman ölçüsü qoyan, hər birinin, o birisinin daxilinə salıb və çölə çıxaran, bu nizamla bəndələrin ruzisini, onların dirçəlməsini təmin edən Allaha məxsusdur. Belə-liklə gecəni bəndələr üçün yaratdı ki, üzücü çətinliklərdən, yorucu hərəkətlərdən gecə dinc-lik tapsınlar, onu bir örtük qərar verdi ki, insanlar onda rahatlıq tapıb rahat yuxuya dalsın-lar və bütün bunları onların qüvvələrinin yeni-ləşməsinə səbəb etdi ki, ləzzət və istəklərinə yetsinlər. Gündüzü görünən qərar verdi ki, onda haqqın lütfünü axtarsınlar, onun ruzisinə əl tapsınlar, yer üzündə, fani dünya mənfəətini dərk edib əbədi mənfəət yoluna düşsünlər. Bütün bu işlərlə onların işini sahmana salır, əməl-lərini yoxalayır ki, hökmünün icrasında və vacibi işlərə itaət etmək zamanı nə etmələrini görsün ki, nəticədə pisləri pisliklərinin cəza-sına, yaxşıları da mükafatlarına çatdırsın.

İlahi! Həmd olsun Sənə ki, gecənin qara pərdəsini səhərin nuru ilə yardın, bizi gündüzün işıqlığından bəhrəmənd etdin, təhlükəli bəlalardan qorudun. Gecəni səhərə çıxartdıq və bütün yaranmışlar səhər meydanına ayaq qoydular: Göy və yer, bu ikisində pərakəndə etdiklərin, hərəkətsiz və hərəkətdə olanlar, ayaq üstə durub yol gedənlər, havada yuxarı gedənlər, yerdə gizlənənlər hamılıqla Sənin qüdrətin əhatəsində səhərə çıxdıq, bir halda ki, Sənin səltənət və qüdrətin bizi ehtiva etmiş, iradən bizi himaməyəyə almış, əmrinlə işlərə baş vururuq, Sənin tədbir meydanında hərəkətdəyik, Sənin əmrin olmadığın bir yerdə əlimizdən bir iş gəlməz, Sənin bizə bəxşiş etdiyindən savayı bizə bir xeyir yetişməz. Bu gün təzə və yeni bir gündür, o bizə hazır olan bir şahiddir, yaxşılıq etsək təşəkkür edənlər bizi tərk edər, pislik etdikdə qınayanlar bizdən ayrılarlar.

İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bu günlə həmnəfəs olmağı bizə ruzi et, kiçik günah və böyük xəta kəsb etməkdən saxla, onda yax-şılıqlardan olan bəhrəmizi bol et, bu günkü gün-də bizi pisliklərdən təmizlə, əvvəlindən sonuna-dək axirət üçün bol ehtiyat yığmağa təmin et.

İlahi! Bizim zəhmətimizi əməli yazan mələklərə asan et, əməl dəftərimizi yaxşılıqla doldur, Pis əməllərimizə görə bizi o mələklərin yanında rüsvay etmə!

İlahi! Hər saatında xüsusi bəndələrinə şükründən bir nəsib, mələklərindən bizə doğru bir şahid qərar ver! İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bizi öndən, arxadan, acdan, soldan, və bütün tərəflərdən hifz et, bir cür ki, sənin bu hifzin bizi sənə qarşı günahdan saxlasın, itaətinə yol göstərsin, bizi eşq və məhəbbətinin işinə alsın.

İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bizi bu gününüzdə və bu gecəmizdə və bütün vaxtlarımızda xeyir iş görməyə, şərdən uzaqlaş-mağa, ne‎mətlərə şükr etməyə, sünnətlərə itaət etməyə, bidətlərdən uzaqlaşmağa, yaxşılığa dəvət etməyə pislikdən çəkindirməyə, İslamı qorumağa, batilin eybini axtarıb onu zəlil etməyə, haqqa yardım edib onu əziz tutmağa, azanı hidayət etməyə, zəifə yardım etməyə, və zülm görənə pənah verməyə müvəffəq et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bu günkü günü indiyədək bizə nəsib olan ən səadətli gün bir yerdə olduğumuz ən yaxşı dost, yaşadığımız ən yaxşı zaman qərar ver! Bizi gecə-gündüzün ən yaxşı nəsibi olan mərhəmət etdiyin nemətlərinə hamıdan çox şükr edənlərdən, yaratdığın şəriətə hamıdan çox sabit qədəm, qorxut-duqlarından hamıdan çox çəkinən bəndələrindən qərar ver!

İlahi! Mən səni şahid tuturam və sən ən şahid-lərin ən yaxşısısan, göyünü və yerini, göylərdə və yerdə məskun etdiyin mələkləri və sair yaratdıq-larını da şahid tuturam, bu gündə, bu saatda, bu gecə və yerləşdiyim bu yerdə şəhadət verirəm ki, həqiqətən sən həmin Allahsan ki, Səndən başqa heç bir Allah yoxdur, ədaləti qaldıran, hökmündə adil, bəndələrinə mehriban, bütün aləmə sahib və bütün məxluqata rəhm edənsən.

Və şəhadət verirəm ki, Muhəmməd Sənin bütün bəndələrin içrə seçdiyin qulun və peyğəmbərindir, risalətini onun öhdəsinə qoydun və o da onu gözəl tərzdə yerinə yetirdi, ümmətinə qarşı xeyirxahlıq etdin və o da onlara xeyirxahlıq etdi. İlahi, Muhəmməd və onun soyuna səlavat göndər, yaratdıq-larından kimə isə göndərdiyin səlavatın daha çoxunu, bizim tərəfimizdən bəndələrindən birinə verdiyin ən yaxşı şeyi ona ver. Çünki Sən, böyük nemət sahibi, çoxlu lütf göstərən, böyük günahı bağışlayan, rəhm edənlərin rəhm edənisən. Belə isə Muhəmməd və onun pak, bütün yaxşılıq-ların mənbəyi olan pakizə soyuna səlavat göndər.




Yerləşdirilib:1 İyul, 2014  05:33, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Ali | 1 İyul, 2014  07:27
# Ответить
+1


]]>]]>

Allah qebul elesin. Ne gozel duadir. Ramazan ayinda lap yerine dushdu. Allah razi olsun.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 Sentyabr, 2019
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb
20 Sentyabr, 2019

Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? DQIDK-dan açıqlama

20 Sentyabr, 2019

Quran günahkarların səhv mühakiməsi barədə

20 Sentyabr, 2019

Yəməndə Səudiyyənin 5 hərbçisi öldürülüb

20 Sentyabr, 2019

Netanyahu yalan məlumatlarla Trampı aldadırdı – ABŞ-ın sabiq dövlət katibi

20 Sentyabr, 2019

Qazı Əbu Yusif kimdir? İslam suallarda

20 Sentyabr, 2019

ABŞ generalı Kalininqrada zərbə haqqında söz açdı

20 Sentyabr, 2019

Ərəb koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayıb

19 Sentyabr, 2019

Ermənilər Azərbaycanın “ikinin ikiyə”  təklifinə baxır

19 Sentyabr, 2019

Səudiyyə Ərəbistanı İraqdan 20 milyon barel neft istəyib

19 Sentyabr, 2019

Əfqanıstanda hava hücumu zamanı 30 nəfər ölüb

19 Sentyabr, 2019

“Petriot”lar dronlar qarşısında niyə aciz qaldı...

19 Sentyabr, 2019

Kərbəlada təəccüblü məqamlardan biri Video

19 Sentyabr, 2019

Almaniya Qaşıqçının qətlini Səudiyyə Ərəbistanına hələ də bağışlamayıb

19 Sentyabr, 2019

Birinin varlı, o birinin kasıb olması alın yazısıdır? İslam suallarda

19 Sentyabr, 2019

Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"

19 Sentyabr, 2019
Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib
18 Sentyabr, 2019

Misirdə polislə silahlılar arasında atışma, 9 ölü

18 Sentyabr, 2019

Səudiyyədə baş verənlər xəbərdarlıq idi - Həsən Ruhani

18 Sentyabr, 2019

Belə namaz və belə namaz qılanlar da var... Günün fotosu

18 Sentyabr, 2019

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

18 Sentyabr, 2019

Yemək süfrəsi arxasında danışmaq olarmı? İslam suallarda

18 Sentyabr, 2019
ABŞ Türkiyəni onlardan silah almağa çağırıb
18 Sentyabr, 2019

ABŞ "Saudi Aramco"ya hücumdan sonra İrana zərbə endirməyi təklif edib

17 Sentyabr, 2019

Şəhadət meydanında qılınan namaz

17 Sentyabr, 2019

Əfqanıstanda seçki mitinqində partlayış törədilib, çox sayda ölü

17 Sentyabr, 2019

Heç bir müstəvidə ABŞ-la danışıq olmayacaq - ayətullah Xamenei

17 Sentyabr, 2019

İŞİD lideri yeni hücumlarla bağlı tərəfdarlarına çağırış edib

XƏBƏRARXİVİ
«Sen.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com