Günün duası-Səhifeyi Səccadiyyədən

Hacətdən öncə oxunan dua

Bismillahirrəhmanirrəhim!

Həmd o Allaha məxsusdur ki, varlıq aləminin əvvəli odur, Ondan öncə bir əvvəl olmamış, axırdır, Ondan sonra bir axır yoxdur, O Allah ki, görənlərin gözü onu görməkdən, vəsf edənlərin düşüncəsi Onu vəsf etməkdən acizdir.

Yaranmışları qüdrət əli ilə xəlq etdi, onlara Öz iradəsi əsasında surət verdi, sonra hamını Öz iradəsi yolunda yola saldı, Özünə eşq və məhəbbət yolunda dirçəltdi. Mövcudat onlara təyin edilən ölçüdən bir addım irəli və geri götürə bilməz. Lütfündən onlar üçün məlum və bölünmüş ruzi qərar verdi, bol ruzi verdiyi kimsənin ruzisini heç kəs əskildə bilməz, ruzisini əskiltdiyi kimsənin ruzisini də heç kəs artıra bilməz.

Sonra onun həyatını müəyyən bir zaman təyin etdi və məhdud bir son qərar verdi ki, ömrün günləri ilə o sona qarşı addım atır, həyat illəri ilə ona yaxınlaşır ki, onun sonuna yetib vaxtının qədəhi dolduqca canını alır. Onu çoxlu savab, yaxud şiddətli əzaba sarı yönəldir ki, öz ədaləti ilə pislərə pis, və yaxşılara yaxşı əməllərinə görə cəza versin. Onun adları pakdır, uludur, nemətləri ardıcıldır, heç kəs onu etdiyi işə görə sorğu-suala tuta bilməz, lakin hamı onun sorğu-sualı altındadır. Həmd o Allaha məxsusdur ki, əgər bəndələrinə nemətlərinə şükr etməyi təlim verməsəydi nemətlərini sərf edib ona təşəkkür etməzdilər, ruzisində bolluq görüb şükr etməzdilər. əgər belə olsaydılar insanlıq həddindən çölə çıxıb heyvanlıq həddinə yetişərdilər və möhkəm kitabında buyurduğu kimi olardılar: «Onlar heyvan kimidirlər bəlkə onlardan daha da azğındırlar». Mübarək vücudundan bizə tanıtdıqlarından şükründən bizə ilham etdiklərinə görə,

Öz elmindən üzümüzə açdığı üçün, tohidində ixlaslı olmağa bizə yol göstərdiyinə görə, Öz işində şəkkə düşməyimizdən bizi uzaqlaşdırdığı üçün Allaha Həmd olsun, Bir cür Həmd ki, o həmdlə şükr edən bəndələri sırasında ömür keçirək, onunla razılığına öndə gedənlərdən irəli, onunla razılığına bir cür həmd ki, bərzəxin qardaşlarını bizə nurlandırsın, onun səbəbi ilə qiyaməti bizlərə asan etsin, o günün şahidləri yaşındakı məqamımızı artırsın, o gün heç kəsə zülm edilməz və zalımlara yardım göstərilməz, bir həmd ki, müqərrəblərinin şəhadət verdiyi illiyyun kitabında qeyd edilsin, bir həmd ki, göz qamaşan gündə gözlərimizin işıqlanmasına səbəb olsun, üzlər qaralanda üzümüz nurani olsun, bir həmd ki, bizi odun şiddətli əzabından Allahın kərəm sayəsində yerləşdirsin, bir həmd ki, onunla mələklərlə bərabər olaq, inayət hüzurunda yeri onlara dar edək və onun vasitəsi ilə əbədi evdə Mürsəl peyğəmbərlərin sırasında birləşək.

Həmd olsun o Allaha ki, xilqətin gözəlliklərini bizlərə ixtiyar etdi və pakizə ruziləri bizə sarı yönəltdi, bütün məxluqata sahib olmaqla bizə üstünlük bəxş etdi, bu hesab üzrə onun yaratdıqlarının hamısı qüdrəti əsasında bizə itaət edirlər , onun iradə qüvvəsi ilə bizə tabe olmaqda çarəsizdirlər.

Həmd olsun o Allaha ehtiyac qapımızı başqasından bağladı, ona nə cür şükr edə bilərik?!

Yaxud şükrünü nə zaman yerinə yetirə bilərik?! Heç vaxt!

Həmd o Allaha məxsusdur ki, işi yerinə yetirmək əzalarını bizə lütf etdi, bizə pakizə ruzilərlərlə yemək verdi, fəzli ilə bizi ehtiyac-sız etdi, öz ehsanı ilə sərmayə bağışladı, sonra bizə göstəriş verdi ki, şükrümüzü imtahan etsin, bütün bu lütflərdən sonra əmrində çıxdıq, haram etdiklərini mərkəbinə mindik, bütün bunlarla belə bizi cəzalandırmağa, bizdən intiqam almağa tələsmədi, bizimlə rəhmət və kərəmi üzündən rəftar etdi, mehribanlıq və helm üzündən bizim xəta yolundan dönməyimizin intizarını çəkdi.

Həmd o Allaha məxsusdur ki, bizə tövbə yolunu göstərdi ki, bu həqiqəti onun ehsanından savayı bir şey tapmadıq, əgər fəzilətindən olan yalnız bu bir lütfü hesaba gəlsə haqqımızdakı ənamı yaxşı, ehsanını böyük, bəxşişi çox əzəmətlidir, çünki keçmişdə tövbə edənlərlə adəti belə olmamış, şübhəsiz ki, qüdrətimiz çat-mayan işi üzərimizdən götürülmüş, imkan olmadan bizə vəzifə təyin etməmişdir, asan işlərdən savayı bizə bir şey əmr etməmiş, bu sahədə heç birimizə bir üzr, bəhanə yeri qoymamışdır. Beləliklə aramızda bədbəxt o kəsdir ki, onun razılığının əksinə olaraq itaəti tərk etsin və xoşbəxt o kəsdir ki, ona sarı diqqət yetirsin.

Həmd olsun Allaha bütün o həmdlə ki, ona ən yaxın mələklər, onun yanında ən əziz məxluq, onu vəsf edir, başqalarının etdiyi həmdin ən üstün kimi, indiki, keçmişdəki və gələcəkdəki bəndələrinə nemətləri üçün həmd olsun Allaha, elminin əhatə etdiyi əşyaların sayı qədər, həmişəlik olaraq qiyamətədək. Bir həmd ki, ölçüsünün sonu, sayının hesabı, sonunun axırı,

Müddətinin nəhayəti olmayan qədər. Bir həmd ki, onun itaət və bəxşiişinə yetməyə, razılığına səbəbə, bağışlanmasına vasitə, Behiştinə sarı yol, intiqamından pənah, qəzəbindən amanlıq, ita-ətinə yardım, məsiyətə maneə, o həzrətin haqqını ödəməyə kömək olmuş olsun. Bir həmd ki, onun səbə-bi ilə dostlarından olan xoşbəxtlərin sırasına keçək, düşmənlərinə qarşı qılınc işlədən şəhidlərinin zümrəsində qərar tutaq. Həqiqətən də o, yardım edən, hər cür tərifə, şükrə layiqdir.




Yerləşdirilib:16 İyun, 2014  04:59, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
16 Yanvar, 2020

Əgər hər şey Allahın qəza-qədərində varsa, niyə dua edirik? İslam suallarda

16 Yanvar, 2020
İsrail HƏMAS-ın obyektlərinə raket zərbələri endirdi
16 Yanvar, 2020
ABŞ ordusunda ilk: hicablı qadın xidmət aparacaq
15 Yanvar, 2020
Pakistanda 93 nəfər əlverişsiz hava şəraitinin qurbanı olub
15 Yanvar, 2020

Tarixdə Təbəri adlı bir neçə alim olmuşdurmu? İslam suallarda

15 Yanvar, 2020

İranda Ukrayna təyyarəsinin vurulması anını videoya çəkən şəxs saxlanılıb

15 Yanvar, 2020

Mübariz Qurbanlı: "Əbu Bəkr" məscidinin açılması təmir işlərinin başa çatmasından asılıdır"

14 Yanvar, 2020

Həzrət Adəmin (ə) canişini kim olmuşdur? İslam suallarda

14 Yanvar, 2020
Türkiyənin iki hərbçisi İraqın şimalında şəhid oldu
14 Yanvar, 2020
Süleymaninin meyitini onlar görüntüləyiblər
13 Yanvar, 2020

Kəbənin üzərindəki qara örtük harada və necə hazırlanır? İslam suallarda

13 Yanvar, 2020
ABŞ 2020-ci ildə “taliblər”lə saziş bağlamaq istəyir
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com