Zamanın gəlir İmamı, İmamın gəlir zamanı...

Övladlarımızı, ailəmizi, var dövlətimizi İmamın yolunda qurban verə bilərikmi?

Rəhmətlik Baba Pünhanın bu misralarını hər dəfə yada salanda qorxuya düşürəm. Görəsən birdən İmam (ə.f.) zühur etsə nə edərəm? Əslində nə etməli olduğunu bilməmiş də deyiləm. Amma boynumda olan haqqı layiqincə icra edə bilərəmmi? Bax budur məni düşündürən.

Bəziləri İmamın zühurunu asan bir məsələ hesab edir. “İmam gələcək, dünyanı xilas edəcək.” Əgər bu məsələ cümlə qədər asan olsaydı Allah 1400 il bu zühuru uzatmazdı məncə. Bəklə biz İmamın zühuruna hazır deyilik? Bəlkə hələ də öz nəfsimizin istəkləri bizi bu zühurdan bir qədər də uzaqlaşdırır?

Ev, maşın, var-dövlət, övlad, ailə... Bunlar bizim bu dünyada qazancımızdır. Əlbəttə, insan fitrətində əlində olanı itirmək qorxusu var və bir anda qazandıqlarını itirmək istəmir. Allah bu fitrəti insanda qoyub. Amma nə yazıq ki, bəzən biz bu fitrəti düzgün istiqamətdə istifadə etmirik. Məsələn, qazandığımız 100 manatı itirməmək üçün onu ovcumuzun içində günlərlə saxlaya bilərik. Amma etdiyimiz bir savab əməli bəzən bir saat belə ovcumuzda saxlaya bilmirik. Elə bir dostumuza “mən filankəsə bu yaxşılığı etdim” deyərək qürrələnmək həmin əməlin savabını aradan aparır. Nədənsə burada itirməkdən qorxmuruq. Çünki maddiata daha çox bağlıyıq və dünya həyatı bizi bəzən axirətdən uzaqlaşdırır.

İmam zühur etsə... bu dünyada qazandıqlarımızı bir anda kənara qoyub, yaxud sərf edib o dəqiqə İmama qoşularıqmı? Əlimizdə olanın haram olduğunu söyləsə o andaca vaz keçərikmi? Övladlarımızı, ailəmizi, var dövlətimizi İmamın yolunda qurban verə bilərikmi?

Bax suallar ətrafında düşünməyə dəyər. Çünki hər cümə gələndə İmamın zühuu bir addım da yaxınlaşır. Bu suallara özümüzdə cavab tapa bilməsək “Allahum mə kulli vəliyyəkəl...” oxumağın heç bir mənası yoxdur.

P.S. Bu gün isə Hz Mehdinin (ə.s.) mövlud günüdür. Bu gün münasibəti ilə bütün Əhli-beyt aşiqlərini təbrik edirəm. Allahın yolunda sabit olmaq diləyi ilə...

 

Məhəmməd Əlizadə




Yerləşdirilib:13 İyun, 2014  13:22, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Noyabr, 2014
No problem!
4 Avqust, 2014
12 şəhid

Son şərhlər : 2
Müəllif: fatime | 13 İyun, 2014  13:18
# Ответить
+1


]]>]]>

Heqiqeten dusunmek lazimdir menim bu dunyada var dovlet yox ailem ovladimi itirmek qorxusu olar ama ozumu hazirlasam buna mence alinar.Imamimiz zuhur edecek bundan vacib gozel basga ne ola biler. O gunu InsaAllah Allah tezlikle bize gormeyi qismet eder.Amin
Müəllif: Nazim | 29 İyun, 2014  20:10
# Ответить
+1


]]>]]>

Allah Baba Punhana rehmet elesin.Ya Sahibez-Zaman(sa),sebrim tukenib tamam,yorulmusham men yaman,gel haraya olurem .Hercend ki nur simava baxmaqa yoxdur uzum,olmemishden evvela gizlinden gormek arzum,senden gizlin olsada savashmaqa haziram,teki sen qiyam ele ey menim gozel Aqam(sa).
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com