Ayətullah Xameneyi Həcc mövsümü ilə əlaqədar müraciətlə çıxış edib

İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneyi Həcc mövsümü ilə əlaqədar müraciətlə çıxış edib.

İranın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan müraciətdə Həccin mahiyyəti barədə İslam ümmətinin birliyə və həmrəyliyə ehtiyacından danışılır. Müraciətdə deyilir: "Bu gün düşmənlərin qanlı pəncəsi müsəlman torpaqlarının hər yerində aşkarcasına faciələr törətməkdədir. Fələstin, sionistlərin xəbis hökmranlığı altında günbəgün artan əzab və dərd içindədir. Əl-Əqsa məscidi ciddi təhlükə qarşısındadır. Qəzzənin məzlum əhalisi o misli görünməmiş soyqırımından sonra çox pis şəraitdə yaşayır. Əfqanıstan işğalçıların ayaqları altındadır və hər gün yeni müsibət yaşayır. İraqda mövcud sabitsizlik əhalini asayiş və rahat yaşamdan məhrum edib. Yəməndə törədilən qardaş qırğını növbəti dəfə İslam ümmətinin qəlbini dağladı. Bütün dünya müsəlmanları son illərdə İraqda, Əfqanıstanda və Pakistanda kor-koranə törədilən fitnə, savaş, partlayış və terror aktlarının necə və harada planlaşdırılması barədə ciddi düşünməlidirlər. Nəyə görə xalqlar Amerikanın başçılığı ilə qərb ordusunun bu regiona ağa kimi girişindən öncə belə müsibət və acıların şahidi olmurdular?"

Xameneyi müraciətində İslamı diz çökdürmək üçün imrerializmin bütün bacarığını səfərbər etdiyini vurğulayıb: "Buna hərbi güc, dəmir yumruq, aşkarcasına işğaldan tutmuş, şeytani təbliğat, yalan və şayiə yaymaq üçün minlərlə sistemlərdən istifadəyə qədər, terror və qətl dəstələrinin təşkilatlandırılmasından tutmuş, əxlaqsızlıq vasitələrinin genişləndirilməsi və narkotik maddələrin yayılması, gənclərin ruhiyyə və iradəsinin sındırılmasına qədər, müqavimət mərkəzlərinə hərtərəfli siyasi basqından tutmuş, etnik eqoizmin və firqə təəssübkeşliyinin aşılanması, qardaşlar arasında düşmənçiliyin yaradılmasına qədər olanları misal göstərmək olar. Müsəlman xalqları İslam firqələri və müsəlman etnoslar arasında sevgi, həmrəylik və anlaşma yaradarsa, düşmənin çox bəyəndiyi bədbinlik və bədgümanlığı üstələyib aradan qaldırarsa, bədxah qüvvələrin təxribatları və mənfi məqsədlərinin böyük bir hissəsi zərərsizləşdirilmiş, onların İslam ümməti üzərində günbəgün güclənən hakimiyyətinin qurulmasına yönələn pisniyyətli planları pozulmuş olar. Həcc bu ali məqsədlərə çatmaq üçün ən yaxşı fürsətdir".



Yerləşdirilib:2 Dekabr, 2009  19:06, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com