Adam kişi olar...

“Böyük dayaq” filmini yada salanda bir epizodu xatırlayıram. Rüstəm kişi əleyhinə yuxarıya yazılan imzasız məktubları görəndə hirslənir və belə bir cümlə işlədir: “Ay namərd, yazırsan yaz, amma altına qol qoy!”

Bu sözləri elə-belə xatırlamadım. Bu gün bir sıra özünü mətbuat adlandıran, amma əslində mətbuatın üz qarası olan “saytcıqlarda”  dəyər verdiyim bir insana əməlli başlı qara yaxıblar. Amma bu qaranı elə yaxıblar ki, öz üz-gözlərinə də bulaşdırıblar. Belə ki, artıq 3 aydır ora-bura “danos” yazan “Ejder Eliyev” saxta adlı birisi əli hər yerdən üzüləndən sonra təzə bir “danos” hazırlayıb. İndi də İKT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərova “növbə çatıb.” Bu adını bilmədiyimiz adamcığaz iddia edir ki, bəs Elçin Əsgərov Azərbaycanda “Hizbullah”ın rəhbəridir. Həm də deyir ki. bəs rəhbəri olduğu təşkilatı da vəhhabilər maaliyyələşdirir. “Hizbullah” və vəhhabi?! Elə siftəsindən bu iddianın nə qədər gülünc olduğunun şahidiyik. Məqsədim burada Elçin Əsgərovu müdafiə eləmək deyil və buna heç ehtiyacı da yoxdur. Çünki bu çamur elədir ki, yapşmaz, sadəcə olaraq ovulub tökülər.

Əsas məqsədim bu işlərlə məşğul olanlarla və yaxud olanladır. Bu adama lap yazığım gəlir. Çünki bu adam sadəcə olaraq “batan gəminin qaçan siçovulundan” başqa bir şey deyil. Onsuz da sonunun çatdığını anlayıb bacardıqca özünü ora-bura vurur.

Amma bu cür işlər sonda bumeranq effekti yaradır və həmin adamın özünə doğru qayıdır. Xatırlayırsınızsa, "Böyük dayaq" filmində bu “danosları” yazdıran Salman (burda söhbət saytlara diqtə edən intriqant məmurlardan gedir), yazan isə Yarməmməd idi. Yəni, hər ikisi kifayət qədər palçığın içinə batmış adamlardı. Sonda nə oldu? Onlar fiziki cəhətdən Rüstəm kişiyə qarşı çıxsalar da, mənəvi cəhətdən məğlub oldular.

İndi də dövrümüzün salmanları köstəbək yarməmmədlər vasitəsi ilə bu cür imzasız “danoslar” yazmaqla məşğuldurlar. Amma bu “Ejder Eliyev” də, onun “salmanının” da kim olduğu bəllidir. Sadəcə olaraq, bu məğlub olmuş köstəbəklərin özlərinin özlərini ifşa etməsi gərəkdir. Necə ki, bunu edirlər.

P.S. Bir misal da var. “Ələkçinin qıl verəni”. Bax, bu çox mühüm “vəzifədir.”  Bu cür “danosları” dərc edən “saytcıqlar” da elə həmin Salmanın əlaltılarıdır. Onlar da elə Salman və Yarməmməd kimi sonda məhvə məhkum olduqlarını anlayırlar. Amma batan gəmidə siçovulların (oxu: vəhabilərin) qaçışması təbiidir... Sonu dənizdir...



Yerləşdirilib:11 Mart, 2014  21:45, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Noyabr, 2014
No problem!
4 Avqust, 2014
12 şəhid

Son şərhlər : 1
Müəllif: Nazim | 11 Mart, 2014  20:02
# Ответить
+2


]]>]]>

Mende internetden bu yalanin aqini oxuyanda gulmeyim geldi,insan ne qeder casharmish ki Kerbelada yezitin Imam Huseyn alehis-selami su ile sirab etdiyini iddia ede!Hizbullahi vehabilerin maliyeleshdirmesi yuxarida cekdiyim misala benzeyir.Aq yalan var aq yalan daha bu boydasi yoxda!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com