Özünü tanıyan Allahını tanıyar

Əziz müsəlmanlar! Bugünkü xütbəmizin mövzusu – insanın özünü dərk etməsi prosesidir. Çünki özünü dərk edən insan Allahı tanımış olar. Bütün varlıq aləmi buna şahiddir ki, insan – yaradılış etibarilə kainatda ən kamil məxluqdur. İstər vücud, istərsə də şüur baxımından başqa varlıqlardan üstün, gözəl və mükəmməldir. Bioloji cəhətdən insan görən gözə, eşidən qulağa, güclü ələ, yorulmaz ayağa, danışan dilə, daim hərəkətdə olan ürəyə sahibdir. Onun bədənini təşkil edən hüceyrələr arasıkəsilmədən fəaliyyətdədir. Bütün bu üzvlər kənar vasitələrin təsiri olmadan öz funksiyasını yerinə yetirir və gecə-gündüz işləyir.

Mənəvi və ruhi baxımdan da insan çox qəribə qurulmuşdur. Onun ruhu Allahın sirrlərindəndir. Bu ruh insanın torpaqdan yaradılmış cismini uca göylərə qaldırır.

Şüurlu kamil insan elm hərisi, mərifət təşnəsidir. Ucalığa tələsir, eşq ilə kamala can atır, həmişə düşünür, axtarışdan yorulmur, ixtiradan qalmır. Sanki o, yalnız elm öyrənmək və öyrəndiklərini təcrübəyə tətbiq etmək üçün yaradılıb. İnsan hər şeyi bilməyə çalışır. Bir şeyi dərk etdimi, ona bağlı olan bilikləri də öyrənmək eşqinə düşür. Heç vaxt öz beyninin imkanlarından razı deyil. Bildiyi hər şeyi daha dərindən öyrənmək istəyir, onu bütün varlığı ilə, yorulmaz beyni və çırpınan ürəyi ilə duymağa çalışır. Onun ruhunun və ağlının hüdudları - sonsuz mərifət ümmanının dərinliyi və qeyri-məhdud bilik dağlarının ucalığı qədərdir.

İnsan ziddiyyətlərin məcmusudur. Qəzəblənəndə qızmış aslandır, kövrələndə günahsız körpə. Əgər sevsə – mehriban anadır, nifrət etsə – düşməninin başını diri-diri kəsən cəllad. İsmətli olsa – mələklərdən də yüksəyə qalxar, alçaqlıq etsə – küçə köpəklərindən də rəzil olar.

O həm qurub-yaradır, həm də viran edib dağıdır. Həm düz danışır, həm də yalan. Həm gülür, həm ağlayır. Həm rəhm edir, həm də zülm. Həm iman gətirir, həm də kafir olur.

İnsan öz başında yer üzünün padşahlıq tacını gəzdirir. İlk öncə dağlarda mağara oydu, sonra evlər tikdi. Daha sonra qəsrlər, göydələnlər ucaltdı. Yerlə kifayətlənmədi, göylərə yol axtardı. Aya qədəm basdı, indi də başqa planetlərin sorağındadır.

Bəs, bütün bunlara malik olan İnsan görəsən ÖZÜNÜ tanıdımı?

Bəşəriyyətin hazırki vəziyyəti bu suala "yox" cavabı verməyə əsas verir. Bütün tərəqqilərə baxmayaraq, müasir elm İnsanı tanımaqdan acizdir. Adəm zamanından indiyədək baş vermiş və qiyamətə qədər baş verəcək cinayətlərin əsas səbəbi də elə İnsanın özünü tanınmamasıdır.

İnsan Allahın yer üzündə canişinidir. Allah: "Biz İnsanı ən gözəl şəkildə yaratdıq" (Tin, 4), - deyə buyurur. Lakin bü gözəl insan öz yaradılışının məqsədlərini, həyatının mənasını, öz ilahi missiyasını, xülasə, öz-özünü dərk etmir və elə bir səviyyəyə enir ki, onun barəsində belə deyilir: "Onların ürəkləri vardır; amma anlamazlar. Gözləri vardır; fəqət görməzlər. Qulaqları vardır; lakin eşitməzlər. Onlar heyvan kimidirlər, hətta ondan da alçaqdırlar. Onlar qəflətdə olanlardır" (Əraf, 179). İnsanın bu hala düşməsinin səbəbi özünü tanımaması deyilmi? Onun məqamı Allah yanında olduğu halda, özünü bu məqamdan uzaq salır.

Quran insana: "Ey mütməin nəfs", yəni "ey məqsədinə çatmış, haqqı tapmış və aram olmuş vücud", - deyə xitab edir. Bəs hansı insan Haqqı tapmış sayılar? Əlbəttə ki, özünü tanımış və dərk etmiş İnsan! Çünki Peyğəmbərin dili ilə desək, "Hər kəs özünü tanısa, Allahını da tanıyar". Hər kəs öz yaradılış fəlsəfəsini bilsə, Yaradanın əzəmət və cəlalını görər, Onun əmrlərinə tabe olar. Əks təqdirdə pislərin pisi olub, cəhənnəm oduna yuvarlanar.

İnsan istəsə, mələklərdən də yüksəyə ucalar, istəsə, əksinə, heyvanatdan da aşağı enər. Özünü tanımaq, öz aləmini kəşf etmək – insanın yüksəlməsinə, Həzrəti Əlinin dili ilə desək, "Kəbədən uca, Cəbrayıldan üstün olmasına" zəmanətdir.

Bir arifdən soruşurlar: "Nə üçün insan öz elmi, biliyi ilə təbiəti ram edə bilir, amma öz nəfsini cilovlaya bilmir?". Arif belə cavab verir: "Bəşər təbiəti öyrəndiyinə və tanıdığına görə ram edə bildi. Amma insan öz-özünü tanıyıb dərk etməyib axı ki, ram edə bilsin!".

Əziz müsəlmanlar! Həqiqətən, insan xoşbəxt olmaq və Haqqa qovuşmaq istəyirsə, ÖZÜNÜ tanımalıdır. Özünü tanımağın açarı isə, Yaradanın bu mübarək sözünü anlamaqdan ibarətdir: "Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım" (Zariyat, 56).

Allahın bu əmrinə əməl edək, qeyb aləmindən gələn səsləri eşidib ayılaq: "Yoxsa elə güman edirsiniz ki, sizi əbəs yerə xəlq etmişik? Bəs, qayıdışınız bizə tərəf deyilmi?!" (Möminun, 115).

Natiq RƏHİMOV (natiq@islam.az)

 



Yerləşdirilib:19 Oktyabr, 2007  23:22, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
14 İyun, 2019
Rusiyada İŞİD tərəfdarı saxlanılıb
14 İyun, 2019
Böyük Britaniyada cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb
14 İyun, 2019

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi? İslam suallarda

14 İyun, 2019
ABŞ Oman körfəzinə hərbi gəmi göndərir
14 İyun, 2019
Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər
13 İyun, 2019

Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

13 İyun, 2019

Məscidlərdə monitorinqlər aparılır - DQIDK sədri

13 İyun, 2019

"...elə güman etməsinlər ki, bu, onların xeyrinədir" Günün ayəsi

13 İyun, 2019

Oman körfəzində növbəti gərginlik: 2 tanker vuruldu

13 İyun, 2019

S-400-ün alınması məsələsi müzakirəyə bağlıdı - Ərdoğan

13 İyun, 2019

Hamiləliyin neçənci həftəsinə kimi abort etdirməyə icazə verilir? İslam suallarda

13 İyun, 2019
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib
13 İyun, 2019
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
12 İyun, 2019
Səudiyyə Ərəbistanında aeroporta hava hücumu
12 İyun, 2019

Allah belələrini bəlalara düçar edər

12 İyun, 2019
Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı
12 İyun, 2019

Dubayda onlayn dilənçi 50 min dollar qazandı

12 İyun, 2019
İsrail təyyarələri Suriyaya raket zərbəsi endirib
12 İyun, 2019

Əsasən klassik şeir nümunələrində adı tez-tez çəkilən Qənbər kimdir? İslam suallarda

12 İyun, 2019
Tokayev Qazaxıstan prezidenti kimi and içib
12 İyun, 2019

Türkiyədə terrorçularla atışma: 2 hərbçi şəhid olub

11 İyun, 2019
Zelenski 15 qubernatoru işdən çıxardı
11 İyun, 2019

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

11 İyun, 2019
Egey dənizində miqrantları daşıyan qayıq batıb
11 İyun, 2019
Süleyman peyğəmbər (ə) haqqında serial çəkilir
11 İyun, 2019

Xristian dünyasının ən bahalı sənət əsəri müsəlman şahzadənin yaxtasında

11 İyun, 2019

Qazaxıstanda iki gündə 700 mitinq iştirakçısı saxlanılıb

11 İyun, 2019

Peyğəmbərin (s) zamanında yaşamış Misir hakimi Müqəvqis kim idi? İslam suallarda

XƏBƏRARXİVİ
«İyn.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com