“Mənim kimilər sənin kimilərə beyət eləməz”

Bu gün hicri-qəməri (ay ili) təqvimi ilə 1435-ci ilin ilk günlərini yaşayırıq. Məhərrəm ayı başladı. Yəni yeni ilin başlanğıcıdır. Bu təqvim Yeni İl kimi deyil, matəm və müsibət kimi yaddaşlara həkk olunub.

Elə bu təqvimlə 61-ci ildə baş verən bir hadisə hər il yenilənir və hər il əvvəlkindən daha da təntənəli qeyd olunur. Üçüncü Məsum İmam Həzrət Hüseynin (ə) və 72 tərəfdarının Kərbəla səhrasında zəmanənin zalımı tərəfindən şəhid ediləmsi bu günümüzə gəlib çıxıb və bu müsibət daha da geniş formada sabaha daşınır.

Bu hadisənin tarixdən silinməsi üçün də kifayət qədər səylər göstərilib. Amma bütün hallarda Aşura Qiyamının xeyrinə nəticələnib. Kərbəla hadisəsinə hər dəfə edilən hücumda onun yeni özəlliyi parlayıb. Bu hadisə sanki bir günəş kimidir, ətrafında dövrə vuranlara öz şüaları ilə fayda verir, ona tərəf şığıyanları isə hərarətində məhv edir.

Təbii ki, Kərbəla hadisəsinin mahiyyətini kiçik bir yazıda çatdırmaq mümkün deyil. Bu qiyam barəsində dolaşan bir sual ətrafında fikir mübadiləsi aparmaq fikrindəyəm. Əksəriyyət düşünür ki, 1404 il bundan əvvəl baş vermiş bir döyüş səhnəsi niyə yaddan çıxmır? Niyə hər il daha da təntənəli keçirilir? Bu “niyə”lərin sayını daha çox uzatmaq olar. Amma yazının həcminə görə bununla kifayətlənirəm.

Əvvəla, Kərbəla hadisəsinə qiymət vermək və bu “niyə”lərin cavabını tapmaq üçün ən azı o dövrün ictimai-siyasi vəziyyətilə az da olsa tanış olmalıyıq. Digər tərəfdən Qiyamın mahiyyətini və yaranma səbəblərini bilməliyik.

İmam Hüseyn (ə) sonuncu peyğəmbər Həzrət Məhəmmədin (s) nəvəsi və ədalət simvolu kimi tanınan Həzrət Əlinin (ə) övladıdır. Onun hansı soydan olduğunu xatırlatmaq üçün bunu dedim. Bu soy da Həzrət İbrahim və İsmayıldan (ə) gəlir. Yəni dünyada ən mötəbər və şərəfli soy hesab olunur. Əcəba, budurmu Aşura qiyamını yaddaşlara həkk edən səbəb?

Əlbəttə ki, xeyir.

Xüsusi olaraq qeyd etməliyəm ki, İmam Hüseyn (ə) qiyamını dini çərçivəyə salıb məhdudlaşdırmaq düzgün deyil. Onun Yezidə ünvanladığı bircə kəlmə bəs edir ki, bu iddianı irəli sürək. “Mənim kimilər sənin kimilərə beyət eləməz”. Bu ifadə Qiyamın mahiyyətini dərk eləmək üçün ipucu verir. Əgər bir çoxlarının dediyi kimi savaş Hüseynlə Yezid arasında hakimiyyət uğrunda gedirdisə, o zaman İmam “Mən sənə beyət eləmərəm” deməliydi.

Hamının dərk elədiyi bir həqiqət var – xeyir və şər, haqq və batil. Bu savaş da batilin ən yüksək zirvədə dayandığı, haqqın ən aşağı həddə yuvarlandığı bir zaman baş verdi. İslam dini bəşər üçün xilasedici funksiyaları tam üzərinə götürdüyü halda onun başına İlahi göstərişləri açıq şəkildə pozan birisi keçdi. Yezid müsəlmanların xəlifəsi kimi it oynadır, meymun saxlayır, əyyaşlıq edir və sair cinayətləri ilə məşhurlaşmışdı. Belə bir zamanda İmam Hüseyn (ə) ilahi höccət olaraq, bəşərin mənəviyyatsızlıq bataqlığında məhv olmasında özünün də məsuliyyət daşıyacağını anlayaraq zülmə qarşı qiyam elədi. Onun məqsədi Yezidi hakimiyyətdən kənarlaşdırıb şahlıq kürsüsündə oturmaq deyildi. Bunu tarix də sübut edir. Zira, Aşura qiyamının hər səhnəsi göstərir ki, burada ancaq şəhadət olub. İmamın məqsədi təkcə bu idi ki, Yezidin İslam dininə aid olmadığını çatdırsın. Elə çatdırdı da.

İnsan zatən elə yaradılıb ki, içində bir həqiqət hayqırtısı var. Onu yaşamağa səsləyən və sabaha ümidli edən də məhz bu hayqırtıdır. Dinindən, əqidəsindən, rəngindən və başqa göstəricilərindən asılı olmayaraq hər bir insan özü ilə həqiqət deyilən bir varlıq daşıyır. Həmin həqiqətin yaşı insan ömrünə bərabərdir. Yəni insan doğulduğu gün həqiqət də dünyaya göz açıb. İnsan olmadığı zaman da, həqiqət günəşi xamuş olacaq.

İmam Hüseyn “Həqiqət” rolunun ən mahir ifaçısıdır. Zülmə qarşı həqiqəti demək, ölməyi zillətlə yaşamaqdan üstün tutmaq və azadlığın təkcə maddi varlıqla deyil, ruhun və vicdanın özgürlüyündən ibarət olduğunu Həzrət Hüseyndən (ə) yaxşı kimsə göstərə bilməyib. Elə ona görə də nə qədər insanlar həqiqət axtarışında olacaqlar, məhrumiyyətlərlə rastlaşdıqda vicdanları sızlayacaq, İmam Hüseyn (ə) Aşurası daha da parlayacaq. Həqiqət ölmədiyi kimi, Aşura da unudulmayacaq.



Yerləşdirilib:6 Noyabr, 2013  16:02, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Nazim | 6 Noyabr, 2013  16:17
# Ответить
+4


]]>]]>

Ashura musibeti Haqqin besheriyete caqirishi idi ki batilin uzeinde qelebeni sedaqetinizle qazaniz!
Müəllif: sevgiye | 10 Sentyabr, 2014  22:07
# Ответить
+1


]]>]]>

Canimiz sene feda bizim Huseyn aqamiz.Senin haqla doyunen qelbinin birce zerreside indiki zemanenin insanlarinda yoxdur.Allah hec neden sene xatir bizim bu zulmet qelbimize nur sacsin,oz azmis yolumuzdan haqqa, dinimize imanimiza yoneltsin.
heqiqeten zelalet icindeyik YA REBBIM.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com