İlahi mərhəmətlə əhatələnmiş cəmiyyət

Bir qrup yəhudi İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) yanına gəlib deyir: “Biz Allahı çox istəyirik, səndən əvvəlki peyğəmbərləri də qəbul edirik. Amma sənin şəriətinə əməl etmirik”. Bu zaman Uca və Qüdrətli Yaradan vəhy mələyi olan Cəbrayıl vasitəsiylə Ali İmran surəsinin 31-ci ayəsini əziz Peyğəmbərimizə (s) göndərir. (Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”

Quranın sonuncu ilahi kitab olduğunu nəzərə alsaq, onun hər bir ayəsinin də qiyamətə qədər təsirli olduğunu və qüvvədə qaldığını qəbul etməliyik. Qeyd etdiyim ayə həm də bu gün “qəlbim təmizdir”, “heç kimə xainlik etmirəm” və bu kimi ifadələri bəhanə gətirərək vacib ibadətlərdən boyun qaçıranlara tutarlı cavabdır. Göründüyü kimi müqəddəs ayədə Allahı sevməyin bircə yolu göstərilir – bütün peyğəmbərlərin sonuncusu olan Həzrət Məhəmmədə (s) mütləq itaət etmək. Yəni Quran məntiqi ilə yanaşsaq Allahı sevmək və ona məhəbbət sərgiləməyin yolu Həzrət Məhəmmədin (s) şəriətinə əməl etməkdən keçir. Bundan başda yollar saxta hesab olunur və həmin sevgi qəbul edilmir. “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali İmran-5)

Bu ayəni (Ali İmran-31) üç hissəyə bölmək və hər bir hissəni ayrıca çatdırmaq daha məqsədəuyğundur. Uca Yaradan birinci hissədə çox mühüm məsələni cavablandırır. “De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin...”. Burada dinin və imanın üç mərhələdə formalaşması xüsusi qeyd olunmalıdır. Dildə demək; “Əhşədu əlla ilahə illəllah və əşhədu ənnə Muhəmmədər-rəsulullah”. Yəni Allahın birliyi və Məhəmmədin (s) həqiqi peyğəmbər olmasına şəhadət vermək. Qəlbdə inanmaq; birinci dediyin kəlməyə mütləq inam. Sonra inamı və dediyin kəlməni isbat etmək üçün əməl. Əməl dinin və imanın göstəricisidir. Əməlsiz imanlı olmaq mümkün deyil. Məlum olur ki, dildə Allahı sevmək qəbul olunmur. Bu ayə həm də isbat edir ki, İslam söz deyil, əməl dinidir.

Ayənin ikinci hissəsi “...Allah da sizi sevsin və günahlarınızı bağışlasın” Peyğəmbərə itaət etməyin və Onun ardınca getməyin nəticələrini çatdırır. Təkcə bu ayədə deyil, bir çox ayələrdə tapşırılan göstərişlərin nəticələri qeyd olunur. Məsələn “Ey iman gətirənlər! Oruc tutmaq ... sizə vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!”  (Bəqərə-83)

Peyğəmbərin ardınca gedən və ona itaət edən şəxsi Allah özü sevəcəyinə və bütün günahlarını bağışlayacağına söz verir. Allah sevgidiyi şəxsə onun istədiyini əsirgəməz. Onu da deməliyəm ki, Allahın sevgisi insanın əməli nəticəsində yaranır. Yəni insan bütün işlərini Yaradanın razılığını qazanmaq üçün etməlidir. Bu zaman Tanrı ilə bəndə arasında qarşılıqlı razılıq yaranır. “...Allah onlardan razıdır, onlar da Allahdan” (Bəyyinə-8). Belə bir məqama çatmaq insan üçün kamillik hesab olunur.

Tanrının bu ayə vasitəsiylə bizə vəd etdiyi daha önəmli bir məsələ var. Ayəni üç hissəyə bölməyim və onları ayrı-ayrılıqda çatdırmaq istəyim heç də təsadüfi deyil. Bir daha altını cızaraq xüsusi qeyd etməliyəm ki, İslam dini itcimai məsuliyyətlə yüklənmiş şəriətdir. İslam şəriətində bütün vacib göstərişlərin əsasında ictimailəşmək dayanır. Yəni fərdin üzürü olmadığı halda ona tövsiyə olunur ki, vacib ibadətləri ictimai şəkildə həyata keçirsin. İctimailəşmək isə insanın cəmiyyət halında bütövləşməsinə təsir edir. Bu məntiqlə cəmiyyət böyük sıçrayışla saflaşır. Ayədə deyildi ki, siz Peyğəmbərə itaət etsniz Allah sizi sevər və günahlarınızı bağışlayar. O zaman Allahın sevgisini qazanan fərdlər cəmiyyətdə çoxalmağa başlayacaq. Belə şəxslərin çoxalması isə həmin cəmiyyəti təhlükəsiz edəcək. Cəmiyyət təhlükəsiz olduqca onun mənəvi və əxlaqi səviyyəsi də yüksələcək. Əksinə Peyğəmbərə itaətsizlik addım-addım insanı Yaradandan uzaqlaşdırar və nəticədə cəmiyyət çox təhlükəli çətinliklərlə üzləşər.

Yaşadığımız cəmiyyətdə bu halı daha çox müşahidə edirik. Yetkinlik yaşına çatan uşaqların təhlükəli cəmiyyətdə daha tez zəhərlənmələri hər bir valideyni düşündürür. Cəmiyyətimizin təhlükəli olmasını göstərmək üçün bircə fakt yetərlidir. Heç qızları demirəm, oğlan uşaqlarının bir az gec evə gəlmələri məsuliyyəti valideynləri narahat eləməyə başlayır. Kimisi norkamanlara, kimisi avaralara, kimisi də oğrulara qoşulacağını düşünür. Daha dəqiq desək valideyn məsuliyyətini dərk edən hər bir kəs övladını bu cəmiyyətdən uzaq tutmağa çalışır. Bu da cəmiyyətin nə qədər təhlükəli olduğunu göstərmirmi?

Bu ayə (Ali İmran-31) əslində təhlükəli cəmiyyətlərdə çıxış yollarını göstərir. Bununla da dinin ictimai yükünü isbat edir. Ayənin böldüyümüz birinci və ikinci hissəsindən alınan nəticəyə görə fərdlər dini göstərişlərə əməl etdikcə cəmiyyət saflaşır və təhlükəsiz məkana çevrilir. Əks halda fərdlər mənəvi dəyərləri itirdikcə cəmiyyət cəngəllik qaydalarına uyğun idarə olunmağa məhkum olunur.

Ayənin üçüncü hissəsində isə (“Allah bağışlayandır, mərhəmətlidir!”) Tanrının mütləq mərhəmətə və sevgiyə sahib olduğu xüsusi vurğulanır. Əvvəl qeyd etdiklərimizi nəzərə almasaq belə, Yaradanın məhəbbətlə dolu olan dərgahına üz tutmaq ruhumuzu, vücudumuzu və cəmiyyətimizi ilahi mərhəmətlə əhatələməkdir.  İlahi mərhəmətlə əhatələnmiş cəmiyyət təbii ki, möhkəm qalaya bənzəyər!



Yerləşdirilib:23 Oktyabr, 2013  16:57, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com