Müsəlmanlar ABŞ haqda nə düşünür?

"WorldPublicOpinion.org"un araşdırmalarına görə, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin vətəndaşları siyasi məqsədlərlə dinc sakinlərə hücumları qəbul etmirlər. Bu ölkələrdə vətəndaşların əksəriyyəti Əl-Qaidənin ABŞ-ın hərbi qüvvələrinin müsəlman ölkələrindən çıxarılmasına dair fikirləri ilə razıdır.

Hətta bu məqsədin həyata keçirilməsi üçün müsəlman ölkələrindəki ABŞ hərbçilərinə hücumları müdafiə edirlər. Amma müsəlman ölkələrinin sakinləri Əl-Qaidənin məqsədlərini bəyənsələr də, istifadə etdiyi terror metodlarını qəbul etmirlər.

"WorldPublicOpinion.org" ABŞ-da Mərlind Universiteti ilə birlikdə Türkiyə, İordaniya, Fələstin əraziləri, Azərbaycan kimi müsəlman ölkələrində ABŞ-a münasibətə dair ictimai rəyi öyrənib. Sorğunun nəticələri fevralın 25-də elan edilib.

Təşkilatın direktoru Steven Kull hesab edir ki, indi ABŞ çıxılmaz vəziyyətə düşüb. Onun müsəlman ölkələrində apardığı terrorla mübarizə əksinə, Əl-Qaidəyə rəğbət yaradıb. Bu insanlar hər nə qədər Əl-Qaidənin terror metodlarını rədd etsələr də, onun məqsədlərini bəyəndiklərini deyiblər.

Sorğuya cəlb olunan hər 10 nəfərdən yeddisi sadə amerikalılara hücumları pisləyib. Onların 90 %-ə qədəri siyasi və dini məqsədlərə nail olmaq üçün partlayıcı maddələrlə hücumların, sui-qəsdlərin yolverilməz olduğunu deyib.

Tədqiqatçılar bu qənaətə gəliblər ki, ABŞ-ın müsəlman ölkələrindəki hərbi əməliyyatları onun məqsədləri barədə mənfi rəy yaradıb. Geniş yayılmış fikrə görə, o, müsəlmanları üz-üzə qoyur. Xüsusilə də İndoneziyada və Misirdə rəyi soruşulanların tam əksəriyyəti hesab edir ki, Birləşmiş Ştatların məqsədi islam dünyasını zəiflədib parçalamaqdır. Azərbaycan, Türkiyə, İordaniya və Fələstin ərazilərində hər 10 nəfərdən doqquzu bildirib ki, ABŞ-ın başlıca məqsədi Yaxın Şərqdə neft mənbələrinə nəzarət etməkdir.
İslamçı qrupların siyasi proseslərdə iştirakına icazə verilməsinin tərəfdarları da kifayət qədər çoxdur. Müsəlman ölkələrində tam əksəriyyət, o cümlədən Azərbaycanda rəyi soruşulanların 75%-i, Türkiyədə 53%-i bildirib ki, bütün şəxslərə, o cümlədən də islamçılara siyasi partiya yaradıb, seçkilərdə öz namizədlərini irəli sürmək imkanı verilməlidir.

Birləşmiş Ştatların demokratiyanı müdafiə etməsinə gəldikdə, bu ölkələrdə ən yaxşı halda belə fikirlər hakimdir ki, Vaşinqtonun demokratiyanı müdafiəsini hiss edirlər. Kiçik bir hissə düşünür ki, ABŞ demokratiyanı müdafiə etsə də, etməsə də onların hökumətləri Vaşinqtonla əməkdaşlıq edir.

Ən geniş yayılan fikirlər isə belədir ki, ABŞ-ın müdafiə etdiyi demokratiya o zaman güclü olur ki, yerli hökumət də bunu istəsin. Amma rəyi soruşulanların xeyli hissəsi o qənaətdədir ki, ABŞ ümumiyyətlə müsəlman ölkələrində demokratiyanın olmasında maraqlı deyil. // Azadlıq Radiosu



Yerləşdirilib:27 Fevral, 2009  19:56, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
17 Yanvar, 2020

İsrafil mələk haqqında dinimizdə nə deyilir? İslam suallarda

17 Yanvar, 2020
Suriyada üç Türkiyə əsgəri şəhid oldu
17 Yanvar, 2020
ABŞ İraqda 11 hərbçisinin yaralandığını təsdiq edib
16 Yanvar, 2020
Almaniyada azərbaycanlı məscidə hücum etdi: “Bura şeytan yuvasıdır”
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com