“Məsum” sözü ərəb dilində “ismət” sözündən qaynaqlanır, tərcüməsi “uzaqlaşdırılmış, qorunmuş, çəkindirilmiş” deməkdir. Adətən, günahsız, saf insanları, o cümlədən, uşaqları məsum adlandırırlar. Dini anlamda isə yalnız peyğəmbərlər (şiə məzhəbində həm də imamlar) məsum sayılırlar.

11 Aprel, 2013 | Şərhlər: 4 | Ətraflı

“Xütbə” sözünün ərəb dilindən tərcüməsi “xitab, müraciət” deməkdir. Dini anlamda cümə və bayram günlərində, eləcə də sair günlərdə, əlamətdar hadisələrdə axundun (imam-cümənin) və ya dini rəhbərin camaat qarşısında etdiyi çıxış “xütbə” adlanır.

8 Aprel, 2013 | Şərhlər: 2 | Ətraflı

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Hər kəs behiştin həvəsindədirsə, xeyir işlər etməyə tələssin” (Biharül-ənvar, cild 77, səh. 96).

 

5 Aprel, 2013 | Şərhlər: 5 | Ətraflı

“İctihad” sözünün lüğəvi mənası çətin və məşəqqətli bir işi icra etmək üçün ciddi-cəhd göstərmək deməkdir. Hədislərdə “ictihad” kəlməsi qazi və idarəçinin düzgün qərara gəlmək və hökm çıxarmaq üçün bütün gücünü sərf etməsi mənasında işlədilmişdir (Səhihül-Buxari Kitabül-Etisam; XXI bab; Səhihü Müslim, Kitabül-Əqziyə, XV bab).

3 Aprel, 2013 | Şərhlər: 2 | Ətraflı

“İman” sözü ərəb dilindən tərcümədə “güvənmək, arxayın olmaq, əmin olmaq, sidq ürəkdən inanmaq” mənalarını verir. Dini anlamda Allaha, Onun peyğəmbərlərinə, axirət aləminə və qəbul edilməsi gərəkən digər prinsiplərə tərəddüdsüz olaraq inanmağa deyilir. İmanlı şəxsi “mömin” adlandırırlar.

29 Mart, 2013 | Şərhlər: 6 | Ətraflı

Aşağıdakı duaları dəstəmaz alarkən oxumağın böyük savabı var. Diqqət yetirin ki, bu duaları oxumaq vacib deyil, müstəhəbdir. Bunları əzbərləyə bilməyən adam ya tərcüməsini söyləyə, ya da bildiyi başqa duaları söyləyib salavat deyə bilər.

6 Mart, 2013 | Şərhlər: 7 | Ətraflı

Məscidlə bağlı ən mühüm hökmlərdən biri bundan ibarətdir: cənabətli şəxsin (istər qadın olsun, istərsə kişi) məscidə daxil olması günahdır. Boynunda heyz, istihazə, nifas qüslləri olan qadın da bura aiddir.

12 Fevral, 2013 | Şərhlər: 0 | Ətraflı

Allah-təala dünyada şüurlu varlıqları üç növ üzrə yaratmışdır: mələklər, insanlar və cinlər. Mələklər şəhvətsiz xəlq olunmuşlar, günah etməzlər, yeyib-içməzlər, artıb-çoxalmazlar, iradə azadlığına malik deyillər.

1 Fevral, 2013 | Şərhlər: 9 | Ətraflı

İmam Əli ibn Əbu Talibin (ə) məzarının yeri vəfatından sonra bir əsrdən də artıq müddət boyunca ziyarətçilərə məlum deyildi. O həzrət “xəvaric” adlı anarxist düşüncəli dəstənin üzvü tərəfindən şəhid edilmişdi.

30 Yanvar, 2013 | Şərhlər: 3 | Ətraflı

Bir gün İmam Cəfər Sadiq (ə) tərəfdarlarından biri ilə dünyanın işləri barədə müzakirə aparırdı. Həmin adam dünyada baş verən zülm və ədalət barədə bəzi suallar verdi. İmam onunla uzun söhbət etdi.

29 Yanvar, 2013 | Şərhlər: 1 | Ətraflı

İslam dini bəzi məsələlərdə, xüsusilə, cinslərarası münasibətlər və əxlaqi normalar barəsində ciddi və prinsipial mövqe nümayiş etdirir. Dinimiz nəinki naməhrəm şəxslər arasında əxlaqa zidd əməllərin baş verməsinə icazə vermir, hətta naməhrəmlərin bir-birinə ehtiras və şəhvətlə baxmasını belə, qadağan edir.

24 Yanvar, 2013 | Şərhlər: 0 | Ətraflı

Toy münasibəti ilə ziyafət vermək dinimizdə müstəhəb sayılır. Hədislərdə buyurulur ki, beş münasibətlə ziyafət (qonaqlıq) verilər: toy zamanı, övlad doğulan zaman, oğlu sünnət etdirəndə, təzə evə köçəndə və həcc ziyarətindən qayıdanda.

18 Yanvar, 2013 | Şərhlər: 1 | Ətraflı

İslam Peyğəmbəri qızıl üzük taxmağı İmam Əliyə (ə) qadağan edib buyurmuşdu: “Qızıl üzük taxma, qızıl cənnətin bəzəyidir”. Quran ayələrindən və hədislərdən belə bir nəticə çıxara bilərik ki, qızıl üzük taxmaq, ipək libas geyinmək bu dünyada kişilərə haramdır, amma axirət aləmində buna icazə veriləcək.

16 Yanvar, 2013 | Şərhlər: 0 | Ətraflı

“Üsulüd-din” sözü ərəb dilindən tərcümədə dinin kökləri, əsas hissələri mənasını verir. Üsulüd-din İslam dininin dəyişməz əqidə prinsiplərindən ibarətdir. Füruüd-din adlanan ikinci dərəcəli, daha kiçik və təfərrüatlı hökmlər üsulüd-dinə əsaslanmaq yolu ilə əldə edilir.

14 Yanvar, 2013 | Şərhlər: 2 | Ətraflı

“Adamları yaxşı işlərə çağırıb, pis işlərdən çəkindirin. Əks halda aranızdan ən pisləri sizə hakim olarlar; o zaman yaxşılarınız dua edər, amma duaları müstəcab olmaz”.

12 Yanvar, 2013 | Şərhlər: 2 | Ətraflı

Zikr sözünün ərəb dilindən tərcüməsi "xatırlamaq" deməkdir. Bəndənin Allahı xatırlaması, Onun mövcudluğunu duyması və bu duyğudan zövq alması kimi mənalandırılır.

10 Yanvar, 2013 | Şərhlər: 0 | Ətraflı

Əbu Hureyrədən belə rəvayet edilib: “Peyğəmbər (s) buyurub ki, “Bilirsinizmi müflis kimdir?”. Səhabələr dedilər ki, “Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır”.

9 Yanvar, 2013 | Şərhlər: 0 | Ətraflı

İslamın ilk dövrlərindən etibarən bəzi müsəlmanlar ibadətə başqalarından daha artıq həvəs göstərirdilər.  Peyğəmbər və səhabə dövründən sonra fəth edilən ərazilər genişləndikcə və xilafətin gəlirləri artdıqca müsəlmanlar arasında da təbəqələşmə başladı.

8 Yanvar, 2013 | Şərhlər: 1 | Ətraflı

Sədəqə, kasıblığı ortadan qaldırmağa hesablanmış, ölçüsü, miqdarı və sərhədi olmayan, hər zaman edilən gəlirli bir ticarətdir. Bir tərəfdən kasıblığı ortadan qaldırmağa çalışmaqla bərabər, digər tərəfdən də qulа Rəbbinin rıza və cənnətini qazanmağa səbəb olan ticarətdir.

29 Dekabr, 2012 | Şərhlər: 1 | Ətraflı

Dini anlamda vətəni tərk edib, müəyyən məsafə qət etməyə deyilir. Səfər məsafəsi hənəfi məzhəbindəki üstün görüşə görə, üç gün ərzində, hər gün 6 saat olmaq şərti ilə üst-üstə 18 saat müddətində qət edilən yol kimi qəbul edilir.

28 Dekabr, 2012 | Şərhlər: 0 | Ətraflı
 
11 səhifədən 5 << < 1 2 3 4 5 6 7 8 9 > >>
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com