Musa Sədr - 31 ilin itkini

Livan müsəlmanları hələ də bir gün bu şəxsin dönəcəyinə inanırlar

30 avqust dünyada itkin düşmüşlərin günü kimi qeyd olunur. Livan şiələri və eləcə də şiə elmi-dini mərkəzlərinin üzvləri üçünsə avqustun 31-ni mühüm bir şəxsiyyətin itkin düşməsi günü kimi qeyd edirlər. Sədrlər ailəsinin məşhur nümayəndəsi 1978-ci il avqustun 31-də Liviyanın Trablus şəhərində itkin düşüb. Liviya hökuməti Musa Sədrin Trablusdan İtaliyaya (bir konfransda iştirak etmək üçün) getdiyini bəyan etsə də, İtaliya məhkəməsi iki dəfə geniş araşdırma apararaq Musa Sədrin İtaliyaya gəlmədiyini rəsmən bəyan etdi.

Bir neçə il öncə Liviya müxalifəti Musa Sədrin sağ olduğunu və Qəddafi tərəfindən gizli həbsdə saxlandığını bəyan etdi. Beynəlxal Amnistiya Təşkilatı da Musa Sədrin 8 il əvvəl dərc etdiyi hesabatda Mus Sədrin Liviyada olduğunu ehtimal edildiyini bəyan edib. Buna səbəb kimi, Liviya hökumətinin açıqlamaları ilə İtaliya məhkəmələrinin araşdırmaları arasında ziddiyyətin olması göstərilib. Bu il avqustun 31-də bir daha Musa Sədrin itkin düşməsi ildönümündə gündəmə gəlib. Livan druzlarının lideri Vəlid Canpolad beynəlxalq təşkilatların Musa Sədrin azad edilməsi üçün Liviyaya təzyiq göstərməli olduğunubildirib. Oxşar bəyanatla şiə Hizbullah hərəkatı da çıxış edib.

Musa Sədri Liviyaya məhz Qəddafinin dəvət etməsi və sonradan bu barədə Liviya rəsmi mətbuatının heç bir məlumat verməməsi Liviyaya qarşı şübhələri daha da artırıb. Sonuncu dəfə 1982-ci ilin yanvarında İtaliya məhkəməsi geniş araşdırmadan sonra rəsmən Musa Sədrin Liviyanı tərk edərək İtaliyaya gəlmədiniyi bəyan edib.

Musa Sədr kimdir?

Bəs Musa Sədri Livanlılar üçün bu qədər əhəmiyyətli edən səbəb nədir? Musa Sədr 1928-ci il aprelin 15-də İranın Qum şəhərində tanınmış İslam alimlərindən olan Ayətullah Seyyid Sədrəddin Sədrin ailəsində dünyaya gəlib. Qeyd edək ki, Musa Sədrin valideynləri Livanın Sur şəhərində yaşayıblar, ancaq Livandakı Osmanlı valisi Cəzzar Əhməd paşanın təzyiqləri səbəbindən buranı tırk edərək İrana köçüblər. İlk, orta və yuxarı təhsilini Qumda alan Musa Sədr daha sonra Tehran Universiteti Hüquq Fakültəsində iqtisadi hüquqdan təhsil alır. 1954-cü ildə İraqa gedən İmam Sədr, Nəcəfdə 4 il dini dərslər verir. Bu zaman həm də İraqda şiə ruhaniyyəti arasında genişlənən siyasi müqavimət hərəkatına qatılır. Bu hərəkatın əsas lideri olan Muhəmməd Baqir Sədrin yaxın silahdaşlarından birinə çevrilir.

1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayır. 15 il davam edəcək müharibə Livana ağır itkilər verdi. Qeyd edək ki, həmin vaxta qədər Livanda digər icma və tayfalara nisbətdə ən pis təşkilatlanmış qrup şiələr idi. Burada şiələrin Fransa işğalına qarşı müharibəyə qatılması rol oynayıb. Belə ki, Fransa hökuməti sonradan siyasi proseslərdə şiələri sıxışdırır. Genişlənən vətəndaş müharibəsi və İsrailin hücumundan ən çox zərər görən Livan (Livan şiələri əsasən ölkənin İsraillə sərhəddə yerləşən cənub ərazılərində məskunləşıb) şiələri idi. Həmin vaxt Musa Sədr 1976-cı ildə Suriya, Qahirə, Səudiyyə Ərəbistanı və Küveytə gedərək vətəndaş müharibəsinin dayandırılması üçün ərəb paytaxtlarından dəstək istəyir. Ancaq bəlli səbəblərdən bu dəstək olmur. Livana gələn Musa Sədr burada müharibədə yetim qalmış uşaqlar üçün uşaq evləri, məktəblər yaradır. Daha sonra Livanın yoxsul sakinlərinə kömək məqsədilə "Yoxsul və Məhrumlar" hərəkatı yaradılır. Daha sonra bu hərəkatın bazasında Livan şiələrinin ilk siyasi təşkilatı olan "Əməl" yaradılır. Hazırda Əməl partiyası Livanda ən ciddi siyasi qurumlardan biridir. Təşkilatın lideri Nəbih Berri Livan parlamentinin spikeridir.

Qeyd edək ki, yüksək elmi və təşəbbüskarılığı, eləcə də liderlik qabliyyəti olan Musa Sədr getdiyi yerlərdə insanlar arasında dərin təsir qoyur. Öz məqsədinə inandıra bilirdi.

İsrailin Livanı işğal etməsilə Musa Sədr 1978-ci ildə yenidən Ərəb dünyasına səfər edərək Suriya, İordaniya, Səudiyyə Ərəbistanı, Cəzair və Livyaya gedir. Səfər proqramına əsasən buradan İtaliyada keçirilən bir konfransa qatılmalı olub. Ancaq 25 avqust 1978-ci il tarixində Məhəmməd Yaqub dostu və Abbas Bədrəddin adlı jurnalistlə Liviyada müəmmaalı şəkildə yoxa çıxır. Liviyada onu sonuncu dəfə avqustun 31-də qaldığı Trablus sahilinə baxan oteldə görüblər.

huseyn


Yerləşdirilib:1 Sentyabr, 2009, Baxılıb:3831, Çap
 

Son şərhlər : 1
Müəllif: Fatime | 6 İyun, 2013  15:32
# Ответить
+1


]]>]]>

Allah komeyi olsun.Hardadir kim bilir.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com