Məktəb və mənəviyyat: dünya təcrübəsi

Dünya yaradılandan bə’ri forması dəyişsə də, mə’nəvi dəyərlərin insanların bugünkü həyatlarına müdaxilə edə bilməsi məsələsi ardıcıl olaraq müzakirə obyekti olmuşdur. Son yüzillikdə dünyanın siyasi xəritəsində dünyəi dövlətlərin meydana çıxması ilə əlaqədar olaraq dünyəvü dövlətə dinin tə’siri və belə dövlətlərdə dinitəhsil sisteminin tətbiqinin mümkünlüyü barədə yeni müzakirə mövzuları yaranmışdır.əsas müzakirə edilən məsələlər ondan ibarətdir ki, məktəblərdə yeniyetmə və gənclərə dinitəhsil verilə bilər, yoxsa yox, və əgər təhsil verilərsə, bu, dünyəvi dövlət quruluşu ilə uyğundurmu? Bu müzakirələr ötən yüzillikdə-liberalizmin hakim olduğu dövdə Qərb ölkələrində az qala günün aktual məsələsinə çevrilmişdi. XX əsrdə iki dünya müharibəsi təcrübəsi keçmiş ölkələr artıq bu problemin öhdəsindən nisbətən uğrurla gəlməyə çalışırlar. Bu sahədə əsas qanun islahatları1910-1930 və 1962-ci illərdə Amerikada, 1968-ci ildə Belçikada, 1949-cu ildə Almaniyada, 1924, 1933 və 1949-1982-ci illrdə Türkiyədə həyata keçirilmişdir. Bu gün Şərq demokratçılarının örnək kimi qəbul etdiyi Avropa demokratik dövlətlərində dini təhsilin vəziyyətinə nəzər salsaq, bu demokratik sistemlerin dini təhsilə münasibətini öyrənmiş olarıq.

İNGİLTƏRƏ MƏKTƏBLƏRİNDƏ DİNİ TəHSİL
Çox zəngin sivilizasiyalı, demokratik və inkişaf etmiş Qərb ölkələrindən sayılan İngiltərədə 1988-ci ildə qəbul edilmiş Təhsil İslahatı Qanunu rəhbər tutularaq, dövlət təhsil ocaqlarının dini təhsil sektorunda xristianlıqda yanaşı, ölkə daxilində müəyyən sayda ardıcılları olan başqa dinlər də rəsmən öyrədilir. Xristianlıqla yanaşı yəhudilik, İslam və buddizm öyrədilərkən fenomonoloji metoddan istifadə edilir. Bu metodda dinlər tədris olunarkən onların doğru və ya yanlış olduğu araşdırılmır. Qarışıq dini tərkibə malik olan cəmiyyətin ehtiyaclarını ödəməyə yönəlmiş bu növ təhsil metodunu başa dişmək üçün İngiltərədə dini təhsilin tarixi haqqında bə’zi biliklərə sahib olmamız lazımdır. Aşağıda 1944-cü il Təhsil Qanununun uyğun maddələri üzərində dəyişiklik aparıldıqdan sonra, xristiyanlığın konfessional metodla öyrədildiyi dini təhsil anlayışından çox inanclı dini təhsil anlayışına keçilməsinə şərait yaradan amillər araşdırılacaqdır.


1944-CÜ İLDƏN ƏVVƏL MƏKTƏBLƏRDƏN DİNİ TƏHSİL
1870-cü ilə kimi İngiltərə məktəblərinin böyük əksəriyyəti kilsəyə bağlı idi. Bu üzdən ingilis məktəblərində dini təhsil, maarifin bir hissəsi kimi əbul edilmişdi.Kilsə məktəblərində dii təhsil yalnız bir məzhəbin inancları əsasında qurulmuşdu. Bu məktəblərdə istifadə edilən dini təhsil vəsaiti də xristian dininə aid ensiklopedik bilikləri əhatə edirdi. Dövlət məktəblərində isə məzhəbçi din təhsili (denominaltional dini təhsil) qəti qadağan edilmişdi və dini təhsilin verilib-verilməməsi məktəbin öz ixtiyarına buraxılmışdı. Əgər məktəbin rəhbərliyi dini təhsilin keçilməsinə qədər versəydi, 1870-ci il qanundakı e’tiqad azadlığı haqqında ‘‘ Coper Temple’’ maddəsinə riayət etməliydi. Bu maddədə deyilirdi ki, dövlət məktəblərinin heç birində din dərsləri miəyyən bir məzhəbin görüşlərini əsas tutmamalıdır. Başqa bir baddədə ailələrin öz uşaqlarını dini təhsildən azad etmək ixtiyarı nəzərdə tutulmuşdu. Beləliklə, 1870-ci il Təhsil Qanunu kilsə ilə dövlət arasında uzlaşmanı ön plana çakirdi.

1944-CÜ İL TƏHSİL QANUNU VƏ DİNİ TƏHSİL
İkinci Dünya müharibəsindən sonra bir çox Qərb maarifçisi təhsilin dini tə’sirdən tam qurtularaq sekülar (dünyəvi) xüsusiyyət qazanmasını vurğuladı. Lakin İngiltərə rəsmi dairələri bu nəzəriyyəni bəyənməyərək təhsil sistemində sekülar təhsil üçün yer ayırmadılar. Bunun əksinə olaraq, təhsili xristian dəyərləri ilə əlaqələndirdilər. Bu gün də İngitərədə dövlət tərəfindən qurulmuş kilsə mövcuddur. Bu kilsənin başçısı olan kraliçə simvolik mə’nada da olsa, siyasi cəhətdən ölkənin birinci dərəcəli siması məqamındadır.
İngiltərədə iki cür kilsə məktəbi var.
1. Dövlət yaradımı alan kilsə məktəbi (Voluntary-aided schools) belə məktələrdə təhsilin üçdə iki hissə kilsə, üçdə bir hissəsi isə dövlət tərəfindən aparılır. Belə məktəblərin maliyyə xərcləri kilsə və dövlət tərəfindən şərikli oalraq ödənilir. Dini təhsil və ümumi ibadətin müəyyən bir məzhəb əsasında qurulmasına icazə verilir.
2. Dövlət nəzarəti altında olan kilsə məktəbləi (Voluntary-controlled schools) belə məktəblərdə təhsilin üçdə bir hissəsi kilsə, üçdə iki hissəsi isə dövlət tərəfindən aparılır. Təhsil xərclərinin hamısı dövlət tərəfindən ödənilir, ümumi ibadətlərdə bir məzhəbin vurğulanmasına icazə verilirsə də, dini təhsildə pegional təhsil xüsusiyyətlərini daşıyan ‘‘Dini Təhsil Proqramı’’na əməl edilməsi vacib sayılır.
1994-cü il Təhsil Qanununda kilsə ilə dövlət arasında dini təhsil ilə bağlı yaranmış qarşılaşma, uzlaşma və razılıqla nəticələndi. Kilsə dövlətin təhsilinə və kilsə məktəblərinə müdaxiləsini qəbul etdi. Bunun əvəzində dövlət, ona tabə olan məktəblərdə dini təhsili məcburiləşdirdi. 1944-cü il Təhsil Qanunun 25-cü maddəsi dini təhsilin məqsədini belə açıqlayır. ‘‘Bütün dövlət və kilsə məktəblərində təhsil hər gin ümumi ibadətlə başlayacaqdır. Həmçinin, bütün dövlət və külsə məktəblərində oxuyanalra dini təhsil veriləcəkdir’’ (Dent.1968,20).

1988-Cİ İL DİNİ İSLAHAT QANUNU VƏ DİNİ TƏHSİL
1988-ci il Dini İslahat Qanunu mahüyyətcə 1944-cü il Təhsil Qanunun davamı olub, bu tarixdən sonra təhsil sahəsində baş vermiş mibahisələrin qanuni şəklə uyğunlaşdırılması məqsədini daşıyırdı. Bu Təhsil Qanununda məktəb proqramları üç qrupa ayrıldı:
1. Əsil mövzular (riyaziyyat, ingilis dili və s.):
2. Əsas mövzular (tarix,çoğrafüya, texnologiya, musiqi, incəsənət, bədən tərbiyəsi vəs.).
3. Fundamental mövzular (qanun bu qrupa yalnız dini təhsili daxil etmişdir).
Təhsil Nazirliyi dini istisna olmaqla, bütün qalan dərslərin möhtəviyyatını, proqram ə məqsədlərini, imtahan formalarını müəyyən etmək hüququna malikdir. Xüsusi və əsasmövzular arasında xatırlanmasa da, dini dərslər leqal olaraq digər dərslərlə eyni statusa malikdir (Cox 1989,23:Hull1989,5). Bu vəziyyət DES-ün (Elm və Təhsil Bölümü) 3/89 saylı fərmanında belə acıqlanmısdır: ‘‘Özünəməxsus mövqeyünə görə dini təhsil milli maarif proqramına aid olmamaqla yanaşı, məktəblərdə keçilən fundamental dərslərdən bürüdür. Dini təhsilin proqramları, məqsədləri və imtahan formaları dövlət tərəfindən miəyyən edilməsə də, bu təhsil növü digər dərslərlə eyni statusa malikdir’’.
1988-ci il Təhsil İslahatçı Qanunlarına görə, İslam dini də İngiltərənin ibtidai və orta səviyyəli məktəblərində tədris edilməlidir. İslam dini ilk dəfə 1975-ci ildə Birminhəm meriyası tərəfindən tədris edilməyə başlamış və həmin vaxtdan e’tibarən milli maarif proqramının bir hissəsi olaraq rəsmiyyət qaznmışdır. Mə’lum olduğu kimi, dini təhsil qeyri-konfessional olmalı, dinlərin və məzhəblərin hansı birinin doğru, hansının yanlış olduğunu araşdırmamalı, dini təhsil proqramı və dərs kitabları mixtəlif dinlərə mənsub olan insanlarda öz dininə qarşı inamsızlıq yaratmamalıdır. Bu baxımdan İngiltərədə İslam dinin təhsili sahəsində bə’zi problemlər də mövcuddur. 1996-cı ilin əvvəllərində əest Yorkshire-in müsəlmanlar daha çox yaşayan Batley məntəqəsindəki məktəblərdə oxuyan 1500 nəfər müsəlman şagirdin ailəsi onların dini dərslərə getməsini qadağan etmişdi. Həmin bölgənin müsəlman ictimasının bir nümayəndəsinin dediyinə görə, şagirdlərin dini dərslərə getməməsinin əsas səbəbi bunlardan ibarət olunmuşdur: məktəblərdə xristiyanlığın tədrisinə həddən artıq çox yer verilməsi, müsəlman olmayan müəllimlər tərəfindən İslam dinin yanlış öyrədilməsi, dini qarşıdurma mövzusunda söhbətlərin ortaya atılması və nəticədə şagirdlərin zehnində İslam dininə qarşı qeyri-düzgün münasibətin formalaşdırılması (The Muslum News, 26 Yanuary 1996: The İndependent, 25 Yanuary 1996).

FEDERAL ALMANİYADA ÜMUMİ TƏHSİL VƏ DİNİ TƏHSİL FEDERAL KONSTİTUSİYADA DİNİ TƏHSİL.
Federal Almaniyada Konstitusiyanın 7-ci maddəsinə əsasən, din dərsləri rəsmi məktəblərdə keçirilməsi məcburi olan dərslər sırasındadır. əyalətlər isə bu maddə əsasında təhsil və tədrisi nizamlayan qanun və nizamnamələr çıxarmışlar. Çünki təhsilə görə əyalətlərin özləri məs’uliyyət daşıyırlar. Bu halda Federal Konstitusiyanın həmin maddəsi əyalət konsititusiyalarındakı təhsil və tədrislə bağlı maddələri qorumaq funksiyasını daşıyır.
Haqqında danışılan Federal Konstitusiyanın 7-ci maddəsi belədir: 7-ci maddə:
a. Bütün təhsil və tədris vəzifəsi dövlətin nəzarəti altındadır:
b. Uşağın din dərsinə gedib-getməməsi onu tərbiyəsi ilə məşğul olan şəxslərin (valideynin) rə’yindən asılıdır:
v. Dinin dərslərin keçilməsi məcbur olmayan məktəblər istisna olmaqla bütün rəsmi məktəblərdə dinidərslərin keçilməsi məcburidir.
Dini dərsləri, dövlətin nəzarət hüququna xələl gətirmədən kilsələrin lazım bildiyi prinsiplər əsasında qurulur. Heç bir müəllim özü istəmədiyi halda dini dərslər deməyə məcbur edilməz.
Federal Konsitusiyanın 7/1-ci maddəsinə əsasən, Almaniyada təhsil və tədrisə nəzarət və məs’uliyyət dövlətin əlindədir. Lakin bu qanun maddəsi ayrı-ayrı şəxs və qurumların da xüsusi məktəblər açmaq hüququnu müdafiə edir. Necə ki, həmin ölkədə kilsələr və onların icmalarına tabe olan məktəblər mövcuddur. 1998-ci ildə qəbul edilmiş bir qərara əsasən, Almaniyadakı misəlman ictması üçün dinə təhsil proqramı hazırlamaq səlahiyyəti Avropa Milli Görüş təşkilatı adında türk mənşəli bir quruma verilmişdir.

BELÇİKADA DİNİ TƏHSİL
Avropa Birliyinin üzvü olan Belçika öz konstitusiyasında dinlə bağlı güzəşlər etməklə kifayətlənməmiş. İnsan Haqları Bəyannaməsi, Avropa İnsan Haqları Razılaşması və digər beynəlxalq miqavilələrdə fərdlərin din və vicdan azadlığına malik olduqlarını, öz dini əqidələrinə uyğun şəkildə yaşamalarına və ibadət etmələrünə maneçilik törətməyəcəyini e’lan etmiş və yuxarında göstərilən miqavilələrə tabe oalcağına söz vermişdir.
Həm İnsan Haqları Bəyannaməsinin 18 və 26-cı maddələrində, həm də Avropa İnsan Haqları Razılaşmasının 9-cu madəsində və bunlara edilmiş əlavələrdə, həmçinin, 1990-cı ildə qəbul edilmiş Uşaq Haqları Razılaşmasında, Avropa Konserni və Avropa Birliyi məntəqələrində dini azadlıq və e’tiqad edilən dini təhsilin keçilməsi hüququ tə’min edilmişdir. Bu razılaşmalara görə, ölkədə yaşayan əcnəbi və köçkünlərə öz dini fikirlərini açıqlamaqi öz ibadətlərini yerinə yetirmək azadlığı ilə bir sırada, öz dinin inanclarından istifadə etmək hüququ və azadlığı da verilmişdir.Köçkün işçilərin və onalrın uşaqlarının dini təhsili ilə bağlı qərarlar qəbul edən Avropa Birliyinin 1977-ci il 25 iyul tarixli qərarı köçkün uşaqların öz ölkələrinə döndükləri zaman oraya uyğunlaşmalarını asanlaşdırmaq məqsədilə, yaşadıqları ölkələrdə onlara öz din dil və mədəni dəyərlərinin tanıdılmasını və öyrədilməsini də nəzərdə tutur.
1968-ci ildə İslam Mədəniyyət Mərkəzinin açılması, 1974-cü ildə İslam dininin rəsmən tanınması, 1976-cı ildə məktəblərdə İslam dini dərslərinin tətbiq edilməsi və s. Bu kimi prosesləri Belçikada İslam tarixinin başlanğıcı kimi xarakterizə edən Louvain Katolik Universiteti sosioloji böliminin tədqiqatçıları dövlətin bu qanununu insan hüquqlarına diqqət və ehtiramın bir nümunəsi hesab edirlər.
Belçüka təhsil sistemində məktəblər ümumülükdə dörd qrupa bölünür:
1.Bələdiyyə məktəbkəri;
2.Dövlət məktəbləri;
3.Xüsusi məktəblər;
Belçika dövlətinin rəsmən tanıdığı dinlərə (xristian katolik və protestant, İslam, yəhudi və moral) aid dini təhsil bu üç tip məktəblərdə məcburi olaraq tədris edilir.
4.Kilsə məktəbləri. Katolik kilsəsinin açdığı bu məktəblərdə xristian katolik din dərsəlri keçirilir. Belçikadakı kilsəyə aid olan məktəblərdə İslam dininin tədris edilməsinə icazə verilmir.
Belçika məktəblərində, xüsusilə dövlət məktəblərində oxuyan, heç bir dinə inanmayan, yaxud mə’lum bir dinə mənsub olmayan şagirdlər üçün də ‘‘ moral’’ adlı məcburi dərs keçirilir. Bu tip şagirdlərə cəmiyyətin mə’nəvi dəyərlərini tanıtmaq üçün onlara ümumi şəkildə ictimai əxlaq və gündəlik həyat kodeksləri izah edilir.Ölkədəki bütün məktəb tiplərində şagirdlər aşağıdakı 5 tip din dərsindən birini mütləq seçməlidirlər: 1.Xristian katolik; 2. Xristian protestant;3.İslam;4. Yəhudili;5.Ateistlər üçün moral (əxlaq) dərsi. Belçikada 2,5 yaşına çatmış uşaqlara aid bağçalarda dini dərslər dua ilə başlanır, dini biliklər oyuncaqlar, rəsmlər, rəngləmə kitabları və müxtəlif oyunların içində uşaqlara təqdim edilir.
1980-cı illərin sonuna qədər ibridai təhsilin 1-2-ci siniflərində həftədə 4 saat, 3-4-cü siniflərdə 3 saat, 5-6-cı siniflərdə və litseylərdə 2 saat xristian-katolik din dərsləri üçün ayrılmışdı. 1980-cı illərin sonundan bəri ibtidai və orta siniflərdə, habelə litseylərdə dini dərslər için həftədə 2 saat ayrılmışdır, bə’zi ideoloji məktəblərdə isə bu dərslər həftədə 3 saat keöilməkdədir.

AMERİKA DÖVLƏT MƏKTƏBLƏRİNDƏ DİNİ TƏHSİL
AMERİKADA DİNİ TƏHSİLİN QISA TARİXİ
1900-cu illərin əvvlərində Amerikanın yalnız Masaöuets ştatındakı dövlət məktəblərində ‘‘İncil’’ oxumağa və ibadət etməyə icazə verilirdi.1910-1930-cu illər arasında Amerikanın 17 ştatında bu hüquqlar təsbit edildi. Məhkəmələr bunun əleyhinə mübarizə aparsa da, 1962-ci ilə kimi bu məsələ ilə əlaqədar məhkəmələrdə 22 iş qaldırıldı.
Bunların 8-i dini dərslərin qadağan edilməsi, 14-ü isə sərbəst buraxılması qərarı ilə nəticələndi. 1960-cı ildə Amerika dövləti məktəblərdə ‘‘İncil’’ oxunması probleminə yenidən qayıtdı. Bu zaman məktəblərdə ‘‘İncil’’ oxunması 5 ştatda məcburi sayıldı, 25 ştatda buna icazə verildi, 11 ştat isə bunu konstitusiyaya zidd olduğunu əldə əsas tutaraq qadağan etdi. 1962-ci ildə konstitusiyada edilmiş islahat nəticəsində bütün dövlət məktəblərində xüsusi din təhsili müəyyən şərtlər daxilində sərbəst buraxıldı.

ŞAGİRD İBADƏTLƏRİ VƏ TƏHSİL
1. Şagird tək və ya qrup halında ibadət edə, dini mövzuları öz yoldaşları ilə müzakirə edə bilərlər. Onlar dərsdən boş vaxtlarında ibadət etmək hüququna malikdirlər.
2. Məktəb yeməkxanasında, ümumi zallarda şagirdlər ucadan və ya yavaş halda ibadət edə bilərlər. Məktəb rəhbərliyi hər hansı bir dini tədbir keçirə bilməz. Lakin hər hansı dini qrup məktəb ərazisinin müəyyən hissəsini kirayələmək istərsə, məktəb rəhbərliyi həmin ərazini başqa təşkilatlara kirayə verdiyi şərtlər daxilində bu dini qruplara da dirayə verməlidirç
3. Məktəblərdə dini tədbirlərin kəöilməsi barədə ölkə məhkəmələri fərqli qərarlar çıxarmışdır. Hər məktəb yerləşdiyi bölgənin qanununu öyrənmək üçün öz hüquqlarına müraciət etməlidir.
4. Şagirdlərin dini mərasim keçirib-keçirməməsinə müəllimlər müdaxilə edə bilməzlər. Müəllimlər dərs saatlarında şagirdlərə birgə dinimərasimlərdə iştirak edə bilməzlər, lakin dərs otaqlarında təşkil edilən və razılaşdırılmış xüsusi dini tədbirlərə qatıla bilərlər.
5. Məktəblərdə tələbəyə dini informasiya verilə bilər, amma məktəb tələbəyə din öyrətmək məcburiyyətində deyildir. Ali məhkəmənin çıxardığı qərrlara əsasən, dinlər tarixi, dinin vətəndaş mövqeyinə tə’siri və s. mövzular keçilmədən təhsil tamamlanmış sayıla bilməz. Din tə’limi olmadan incəsənət, musiqi, ədəbiyyat və başqa ictimai dərslər tamamilə öyrədilə bilməz. Məktəblərdə dinlər tarixi, müqayisəli dini maarif, ‘‘İncil’’ və onun içindəkilər tədris edilə bilər. Bu zaman dinin Amerika və dünya tarixindəki mövqeyi də tələbələrə izah edilməlidir
6. Tələbələr ev tapşırıqlarında, əş işlərində öz dini inanclarını təzahür etdirə bilərlər. Bu, onların konstitusiya hüququdur. Müəllim bu tapşırıqlarda təzahür edilmiş dini təsəvürlər dəyişdirmək və ona düzəlişlər etmək hüququna malik deyildir.
7. Orta məktəblərdə fəaliyyət göstərən bütün klublarla yanaşı, dini klublara da bərabər hüquqlar verilmişdir. Onlar dərsdənkənar vaxtlarda məktəb ərazisində öz tədbirlərini keçirə bilərlər. Lakin məktəb müəllimləri bu qeyri-rəsmi dini klublara girə bilməzlər. Məktəbdə oxumayan insanlar bu klubu idərə etmək və onun məşğələlərində müntəzəm iştirak etmək hüququndan məhrumdurlar.
8. Dövlət məktəblərində dinibayramlar və tədbirlər haqqında şagirdlərə mə’lumat verilə bilər. Bu münasibətlə bayram tədbirləri dünyəvi formada həyata keçirilməlidir.
9. Tələbələr öz dini inanclarına uyğun şəkildə geyinə bilərlər və bəyənmədikləri geyimi geyinməyə məktəb onları məcbur edə bilməz.

TÜRKİYƏDƏ DİNİ TƏHSİL
Türkiyə Respublikası qurulmazdan əvvəl dini təhsil məscidlər, mədrəsələr, sibyan (yeniyetmə) məktəbləri, rüşdiyə, sultanilər kimi müxtəlif təhsil qurumlarında verilirdi. Respublikada e’lan edildikdən sonra 1924-ciü il martın 3-də qəbul edilmiş 430 saylı Tövhidi-Tədrisat Qanununa görə bütün təhsil-tədris qurumları Maarif Vəkalətinə tabe edildi. Bu qanunun 4-cü maddəsində deyilir ki, Maarif Vəkaləti yüksək səviyyəli din mütəxəssisi yetişdirmək üçünuniversitetdə bir ilahiyyat fakültəsi tə’sis edəcək, imamət və başqa dini xidməti şəxslər hazırlamaq üçün ayrı məktəblər açacaqdır.
1926-cı ildə ibtidai məktblərin 2-3-cü siniflərdə həftədə 2 saat, 4-5-ci siniflərində 1 saat seçilmiş dini biliklər dərsi tətbiq edildi. 1926-cı ildən başlayaraq ibtidai məktəblərin 4-5-ci, orta məktəblərin 1-2-ci siniflərində həftədə 1 saat, müəllim hazırlama kurslarının 1-ci və 2-ci siniflərində həftədə 2 saat dini dərslər keçilməyə başladı. 1931-1932-ci dərs ilində orta məktəb proqramından, 1935-ci ildə isə ibtidai məktəb proqramından dini dərslər çıxarıldı.
1949-cu ildə ibtidai məktəblərin 4-5-ci siniflərində həftədə 2 saat dini dərslər keçirildi, lakin şagirdlərin bu dərsdən aldıqları qiymətlər onların sinifdən-sinfə keçməsinə tə’sir etmirdi. 1950-ci ildə bu dərlər həftədə bir saata endirildi və sinifdən-sinfə keçməyə tə’sir göstərməyə başladı.
1950-ci ildə ibtidai təhsil məktəblərinin 1-2-ci siniflərində məcburi olaraq, 1956-1957-ci dərs ilində orta məktəblərin 1-2-ci siniflərində (sinifdən-sinfə keçməyə tə’sir etmək şərtilə), 1967-1968-ci dərs ilində isə litseylərin 1-2-ci siniflərində şagirdin çz istəyi üzrə (sinifdən-sinfə keçməyə tə’sir etmək şərtilə) həftədə 1 saat dini dərslər keçilməyə başladı. 1974-1975-ci dərs ilində ibtidai məktəblərin 4-5-ci, orta məktəblərin 1,2 və 3-cü, litseylərin 1-2-ci siniflərində əxlaq dərsi tədris edildi. 1975-1976-cı dərs ilində şagirdlərin öz istəyi üzrə orta məktəb və litseylərin son sinifində dini dərslər, litseylərin son sinifində isə həm də əxlaq dərsləri keçilməyə başladı. 1982-ci il Konstitusiyanın 24-cü maddəsində deyülürdü: ‘‘İbtidai və orta təhsil qurumlarında məcburi keçilən dərslərə din mədəniyyəti və əxlaqi biliklər dərsi də aiddir’’. Bunun nəticəsində ibtidai, orta təhsil məktəblərində və litseylərdə ‘‘Din mədəniyyəti və əxlaqi biliklərdə ’’ adı altında icbari dərslər keçilməyə başladı. Hal-hazırda bu dərs ibtidai məktəblərin 4-5-ci, orta məktəblərin 1,2 ə 3-cü siniflərində həftədə 2saat, litseylərin 1,2 və 3-ci siniflərində isə həftədə 1 saat keçilməkdədir. Qeyd edək ki, litseylərdə bu dərs hər il 2 yarımil olamq e’tibailə cəmi 6 yarım il arzində keçilir.

NƏTİCƏ
Yuxarıda göstərilən qanun maddələrindən aydın olduğu kimi bütün modern demokratik dövlətlərdə dini təhsil iki əsas səbəbə görə lazımlı sayılmışdır. Bu səbəblərin biri vicdan və təhsil azazdlığı, o biri isə vətəndəşların yanlış mə’lumatlandırmasına qarşı dövlətin tədbir görmə ehtiyacıdır. Bütün modern demokratik dövlətlər dini təhsildən məhrumluğun zərərlərini öz təcrübələrində hiss etdikdən sonra bu nəticəyə gəlmişlər.

Nədim KAYA


Yerləşdirilib:21 Fevral, 2006, Baxılıb:9877, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com