Elm və təfəkkür ibadəti əvəz edirmi?

(ikinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-873.html)

Əslində hər cür elm və təfəkkürün deyil, yalnız insanın imanına və axirətdəki halına faydası olan elm və təfəkkürün ibadətdən üstün olduğunu məsumlarımızın çoxsaylı başqa hədislərindən də anlaya bilərik. Belə ki, Peyğəmbərimizə (s) aid edilən hədislərin birində buyurulur: “Elm ibadətdən üstündür və dinin əsası vərədir” (Nəhcül-fəsahə, səh. 580, hədis 2016). Ərəb dilindən tərcümədə “vərə” “çəkinmək, uzaq olmaq” mənasını verir. Əxlaq alimləri qeyd etmişlər ki, vərə günaha düşməmək naminə şübhəli olan hər bir şeydən uzaq olmaq deməkdir. İmam Əli ibn Əbu Talib (ə) buyurub ki, vərə insanı günahdan çəkindirən ən yaxşı vasitədir. Göründüyü kimi, Allahın Rəsulu elmin ibadətdən üstün olduğunu bəyan etdikdən dərhal sonra dinin əsasının vərədən ibarət olduğunu vurğulayır. Vərəsi olan şəxs əlbəttə ki, ibadəti tərk etməz, çünki ibadəti tərk etməyin günah olduğunu bilir.

Təfəkkür barədə hədislərə gəlincə, burada İmam Cəfər Sadiqdən (ə) bir misal çəkmək yerinə düşər. Səhabələrdən biri İmam Sadiqdən (ə) soruşdu ki, camaat (Peyğəmbərdən bu hədisi) rəvayət edir: “Bir saat düşünmək gecə (ibadətlə) oyaq qalmaqdan daha üstündür”. Burada nəzərdə tutulan təfəkkür necə olmalıdır, nə barədə düşünməliyik? İmam (ə) cavab verdi: “(Burada deyilən təfəkkür budur ki), bir xarabalığın yanından keçəndə baxıb deyəsən: “Haradadır sənin içində yaşayanlar? Haradadır səni tikənlər? Niyə danışmırsan?” (Üsuli-Kafi, 2-ci cild, səh. 54).

Bu hədisdə dünyanın ötəri olması, ölümün labüdlüyü barədə düşünmək tövsiyə edilir. Bu cür düşüncə ibadətlə müqayisə edilməyə layiqdir.

Qurani-Kərimin ayələrində də düşüncə və təfəkkürün vacibliyi dönə-dönə vurğulanır: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 190-191). Ayədən bir daha aydın olur ki, göylərin və yerin yaradılması barədə düşünməyin məqsədi budur ki, sonda insanın imanı artsın, insan Allaha daha çox bağlansın, Onun hüzurunda acizliyini etiraf etsin, bu dünyanın bir gün sonunun çatacağına yəqin etsin və öz axirətini fikirləşsin.

Bunu da diqqətdən qaçırmamalıyıq ki, hədislərdə elm və təfəkkürlə müqayisə edilən, ondan aşağı dəyərləndirilən ibadət əslində elm və mərifətsiz, kor-koranə yerinə yetirilən ibadətdir. Ata-babadan gördükləri ənənə ilə, mənasını anlamadan, yalnız cəhənnəm qorxusu və ya cənnət tamahı ilə ibadət edənlərin itirdikləri vaxt əlbəttə ki, elm və mərifətlə yaşanan saat qədər dəyərli ola bilməz. Fikri dünyada ikən namaz qılmaq, gözü saatda iftar vaxtını gözləyərək oruc tutmaq, yolda səfər yoldaşlarını incidərək həccə getmək... Bunlar formal olaraq ibadət sayılsa da, əslində ibadət adını daşımağa layiq deyil.

Əgər insan bu hədislərdə buyurulan elmi öyrənsə, bu hədislərdə təşviq edilən düşüncələrə məşğul olsa, əgər ibadəti yoxdursa, bu elm və düşüncə onu mütləq ibadətə gətirib-çıxaracaq; əgər ibadəti varsa, bu elm və düşüncə onun ibadətinin keyfiyyətini artıracaq. Yəni Allahın qüdrəti, yaratdıqları, dünyanın nizamı, axirətin həqiqəti barədə layiqincə, imamların istədiyi kimi düşünən insanın ibadətə arxa çevirməsi mümkün deyil. Bu mənada həqiqi elm və təfəkkür heç zaman ibadətdən kənar təsəvvür edilə bilməz.

Elm və düşüncənin səviyyəsi, dərəcəsi artdıqca insanın ibadətinin də keyfiyyəti artır. Elmin və düşüncənin müəyyən səviyyədə olması insanı haramlardan çəkindirib, vaciblərə sövq edir. Elm və düşüncə fəzası genişləndikcə, insan məkruhatdan uzaqlaşır, müstəhəblərə bağlanır. Aşağıdakı hadis də bunu təsdiq edir. Rəvayət edirlər ki, alimlərdən biri gecə namazı qılmaq üçün qalxır və oğlunu da səsləyir. Amma oğlu “qalxıram, ata” deyib, yatağında qalmağa davam edir. Bir müddət keçir, ata yenə oğlunu namaza dəvət edir. Oğlu bu dəfə də atanın səsinə hay verir, amma yerindən tərpənmir. Ata üçüncü dəfə oğlunu çağıranda oğlu deyir: “Ata, bir saat təfəkkür etmək gecə  ibadətindən üstündür. Mən də yatağımda təfəkkürlə məşğulam”. Ata qəzəblə cavab verir: “O təfəkkürün məqsədi adamı gecə namazına sövq etməkdir. Əgər sən təfəkkür edib gecə namazından uzaqlaşırsansa, demək, təfəkkürün istiqaməti düz deyil!”

Təfəkkürsüz və mərifətsiz ibadət insanı düz yola və xoşbəxtliyə çıxara bilməz. Necə ki, ibadətsiz və bəndəliksiz təfəkkür də buna qadir deyil. Kərbəla səhrasında Hürrün vəziyyətini təsəvvür edin. Nə qədər ki agahlığı yox idi, düşüncəsini işə salmamışdı, namaz qılsa da, batilin tərəfində idi. Amma düzgün istiqamətdə təfəkkür etdikdən sonra haqqı tapdı, zülmətdən xilas oldu, hidayətə qovuşdu. Hürrün timsalında görürük ki, həqiqətən, təfəkkür və agahlıq olmadan edilən ibadət faydasızdır.


Yerləşdirilib:17 Fevral, 2017, Baxılıb:2423, Çap
 

Son şərhlər : 8
Müəllif: Nazim | 17 Fevral, 2017  23:23
# Ответить
0


]]>]]>

Salam aleykum.Məsumlaımız dəqiq elmlər barəsində hamıdan cox biliyə malikdirlər və yəqinki dəqiq elmlər hədisdə qeyd olunan elmin tərkib hissəsi oıaraq nəzərdə tutulmuşdur, cünki şərtidə olsa orada savabın say və dərəcə baxımından nısbı ustünlüyü yetmiş ilə bərabər qeyd olunur.Hədislərə əsasən vacıb ibadətlərin savabinin boyüklüyünü təsəvvür etmək belə cətindir nəinki müstəhəbbiləridə onlara cəmləsək və bundan yetmiş qat üstün savabi dəqiq elmləri tətbiq etməklədə əldə etmək olar.Qabaqkı məqalə şərhimdə qisada olsa buna işarət etmişəm.
Müəllif: Nazim | 18 Fevral, 2017  08:12
# Ответить
0


]]>]]>

Bu səbəbdəndə Rəsuluılah buyurubki elm Cindədə olsa ardınca gedin.Hal Hazirdada müsəlmanların dəqiq elmlərə yiyələnməyinə ejtiyac hər zamankindən daha coxdur,cünkı artıq yüksək texnalogiyalar dövrünə daxil olmuşuq və islam düşmənləri bu texnalöqiyalardan istifadə edərək həm inkişaf etməkdə həmdə bütün dünyada müsəlmanları təhdid etməkdədir.Müsəlmanların yeni texnalögiyalara yiyələnib bü təhdidi durdurmaği yerinə düşərdi.
Müəllif: Nazim | 18 Fevral, 2017  08:28
# Ответить
0


]]>]]>

Rəsulallahın buyrduğu,Əlinin(as) xəndəkdə vurduğu zərbə kullı məxliqatin ibadətindən üstündür kəlamininda bü mözuda izaha ehtiyaci var.Bu elmlər vasitəsilə müsəlmanlar mütləq həm sosial inkişafa nail olmalı həmdəki düyməni basaraq bir zərbə ilə boyük savaba batmaği bacarmalıdırlar.Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatu.
Müəllif: Salam | 19 Fevral, 2017  20:23
# Ответить
0


]]>]]>

Nazim qardash,ele deyil,ustünlüyü yetmiş ilə bərabər qeyd olan elm dedikde,dunyevi elm nezerde tutulmur,meqalede qeyd olundugu kimi dini elmler nezerde tutulur,ferz edek ki,bir alim cemiyyete chox xeyirli olan bir ixtira edib,muctehid ise bir omur dini elm oxuyub ki,hansisa meselede ictihad etsin,nezere alag ki,muctehid insanin hem bu dunyasini,hem o dunyasini temin edir,elbette ki,onun savabi daha boyukdur.Qaldi ki,dunyevi elmle meshgul olan alim niyyeti Allah raziligin qazanmaq olmasa hech bir savab qazanmir ve Allahi taniyam bir choban ondan daha deyerlidir.
Müəllif: Salam | 19 Fevral, 2017  20:33
# Ответить
0


]]>]]>

Hz.Elinin.e.bir zerbesini bu qeder deyerli eden Onun iman ve merifeti olub.Dunya bir daha o imani,o edaleti gormeyecek,hz.Elini.e.yalniz Allah ve Peygember tanidi,O bir sirr idi ki,hech vaxt derk olunmaz.Hezretin ele bir baxisi butun mexluqun ibadetinden ustundur
Müəllif: Nazim | 19 Fevral, 2017  21:07
# Ответить
0


]]>]]>

Əziz Salam,bir yazını oxuyanda dıqqətlə oxumaq lazımdır,yaqınkı ötəri nəzər yetirirsən,yazdığin fikirləri artıq qeyd etmişəm,yazmışam axı əvvəlki bu mövzida məqalədə şərhimə əsasən.Əzizim bunuda yazım biıəsən,mücdəhidlərdə dəqiq elmlərin əsaslarında güclü biliyə malikdirlər və müəyyən məsələlərdə istər fiqhi istərsədə qeyri sahələrdə bu elmlərdən istifadə edirlər.Ümumiyyətlə məsləhətdirki mürəkkəb mövzularda fikir yürütməkdə tələsməyəsən,elm movzusuda bu qatiqoriyaya aiddir.Fikirlərinə hörmətlə.
Müəllif: Nazim | 19 Fevral, 2017  22:13
# Ответить
0


]]>]]>

Əziz Salam doğurdanda düşünürsənki İmam Əli(əs) Xəndəkdə o zərbəni endirdikdə mükəmməl döyüş qaydalarından,zərbənin endirmə troyektoriyasından,Zülfüqarin kimyəvı,fiziki müqavimət tərkibindən və qarşısındakının anatomik nöqtələrini,əynindəki zirehinin fiziki effektivlik dərəcəsini,durduğu yerin müstəvisini və hücum nöqtəsinin həndəsi mühümlüyünü və s nəzərə almadan endirmişdi,bunların hamısı dəqiq elmlərə əsaslanır.Əziz Salam biz müsəlmanlar Əli əlehissəlamin hər bir işındə tək rihani düyildə həmdə cismani faydalar tapmalıyıq.
Müəllif: Nazim | 19 Fevral, 2017  22:41
# Ответить
0


]]>]]>

Hal hazirda müsəlmanlarin dünyadakı durumu ruhani calışmaları ilə birgə dəqiq elmlərə yiyələnib inkişaf etməyi cox mühümdür və bu öz müsbət təsirini imanimizdada tapacaq,əks halda coban kimi adi canavarin əlində belə aciz qalacağiq.Əlini(əs) dəqiq elmələrə sahib oldiqunu mühüm bilməmək ümumiyətlə hədislərin hec birinə uyğun gəlmır,cünki Əli(əs) həm bu dünyada həmdə axirətdə dəqiq şəxsiyətdir.Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatu!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com