Dualarımızın qəbul olması üçün Həzrət Əlidən (ə) səkkiz tövsiyə

İnsanları narahat edən ən mühüm suallardan biri budur ki, niyə dua edirik, amma dualarımız müstəcab olmur? Yaxud niyə filankəsin duası yerinə yetir, mənimki isə yox?

Hər şeydən əvvəl bunu bilməliyik ki, dünyada baş verən bütün hadisələr kompleks şəkildə, bir-biri ilə əlaqəli formada cərəyan edir. Bizim başımıza gələn hər bir hadisə bütöv şərait və hadisələr sisteminin bir hissəsidir. Heç nəyi ayrı-ayrılıqda qəbul etmək düzgün deyil. Bizim müstəqil kimi gördüyümüz hər bir hadisənin sezmədiyimiz səbəb və şərtləri, nəticə və təsirləri vardır. Hər hansı əməlimiz Allah yanında ayrı-ayrılıqda dəyərləndirilsə də, son qiymət kompleks şəkildə verilir. Məsələn, bir günahımız başqa bir savabımızı poza bilər. Eləcə də, bir savabımız başqa bir günahımızın silinməsinə səbəb ola bilər. Etdiyimiz ardıcıl müsbət və ya mənfi hərəkətlərimizin nəticəsi bir gün heç gözləmədiyimiz və yalnız Allahın hikmətinə məlum olan şəkildə rastımıza çıxar. Biz öz məlumatsızlığımız üzündən bunu ya təsadüf ya da ədalətsizlik kimi dəyərləndirirk. Əslində isə, hər şey bizim şüurumuzun dərk etmədiyi ciddi nizam-intizam əsasında baş verir. Daha sadə dillə desək, dualarımızın müstəcab olmamasının səbəbi bizim keçmiş fəaliyyətimizdə də gizlənmiş ola bilər. Yaxud Allah gələcəkdə baş verəcək hər hansı hadisənin qarşısını almaq üçün dualarımızı müstəcab etməyə bilər.

Unutmayaq ki, dua ilə əməl bir-biri ilə sıx bağlı olan məsələlərdir. Dua Allahla bəndə arasında qarşılıqlı surətdə baş verən bir prosesdir: bəndə istəyir, Allah bu istəyə münasibət bildirir, onu ya yerinə yetirir ya da rədd edir. Əgər biz Allahın buyurduqlarını, bizdən istədiklərini icra etmiriksə, hansı haqla Ondan da bizim istəklərimizi yerinə yetirməsini tələb edə bilərik? Əgər biz dualarımızın müstəcab olmasına layiq deyiliksə, deməli, istəyimiz baş tutmayacaq. İmam Əli (ə) buyururdu ki, əməlsiz dua edən şəxs ipsiz kamanla ox atan adama bənzəyir (Nəhcül-bəlağə, 330-cu hikmətli kəlam). Məlumdur ki, oxun kamandan çıxışı məhz ipin dartılıb gərilməsi və sonra buraxılması nəticəsində baş verir. Əgər kamanın ipi yoxdursa, o kamanın heç bir faydası yoxdur və onunla ox atmaq mümkün deyil.

İmam Əlinin (ə) digər bir kəlamında duaların müstəcab olmamasının səbəbləri daha əhatəli və təsirli şəkildə bəyan edilib. Rəvayət edirlər ki, bir nəfər o həzrətin yanına gəlib soruşdu: “Allah Quranda buyurub ki, dua edin, mən dualarınızı müstəcab edərəm. Bəs niyə biz dua edirik, amma müstəcab olmur?” İmam cavab verdi: “Sizin qəlbiniz səkkiz xüsusiyyətdə Allaha xəyanət edir. Ona görə də dularınız müstəcab olmur.

Birincisi, siz Allahı tanıyırsnız, amma Onun haqqını sizə vacib olduğu tərzdə əda etmirsiniz: ona görə də, bu tanımaq sizə fayda vermir.

İkincisi, siz Onun Rəsuluna iman gətirmisiniz, amma onun sünnəsinə əks çıxır və şəriətini öldürürsünüz; ona görə də bu imanın sizə faydası yoxdur.

Üçüncüsü, siz Onun nazil etdiyi Kitabı oxuyursunuz, amma ona əməl etmirsiniz, deyirsiniz ki, eşitdik və itaət etdik, sonra onun əksinə çıxırsınız.

Dördüncüsü, deyirsiniz ki, cəhənnəmdən qorxursunuz. Amma həmişə sizi cəhənnəmə yaxınlaşdıran günahları edirsiniz; bəs, elə isə, qorxunuz harada qaldı?

Beşincisi, deyirsiniz ki, cənnəti sevirsiniz, amma həmişə sizi cənnətdən uzaqlaşdıran əməllər edirsiniz. Bəs, elə isə, cənnətə sevginiz harada qaldı?

Altıncısı, ağanızın (yəni Allahın) nemətini yeyir, amma Ona şükr etmirsiniz.

Yeddincisi, Allah sizə əmr edib ki, şeytanı özünüzə düşmən biləsiniz. Amma siz şeytanla düşmən olduğunuzu iddia edə-edə onunla dost olursunuz.

Səkkizincisi, camaatın eyiblərini gözə soxur, öz eyiblərinizə isə göz yumursunuz.

Bütün bunlarla yanaşı, nə üzlə gözləyirsiniz ki, dualarınız müstəcab olacaq? Halbuki, siz özünüz dualarınızın qəbul olma yollarını bağlayır, qapıları qapayırsınız. Təqvalı olun, əməllərinizi islah edin, insanları yaxşı əməllərə doğru çağırıb, pis işlərdən çəkindirin. O zaman Allah sizin dualarınızı qəbul edər” (Səfinətül-Bihar, 1-ci cild, səh. 448-449).

Həzrət Əli (ə) lənətlik İbn Mülcəm tərəfindən ölümcül yaralandığı zaman həyatının son anlarında övladlarına buyurduğu vəsiyyətnamədə də bu məsələyə toxunaraq buyurmuşdu: “İnsanları yaxşı işlərə doğru çağırmağı və pis işlərdən çəkindirməyi tərk etməyin! Çünki bunları tərk etsəniz, zalımlar sizə qalib gələr. O zaman əlacsız qalıb Allaha dua edərsiniz, amma dualarınız müstəcab olmaz!”


Yerləşdirilib:15 Aprel, 2016, Baxılıb:4539, Çap
 

Son şərhlər : 5
Müəllif: Ruqeyye | 15 Aprel, 2016  20:28
# Ответить
+5


]]>]]>

Allah razi olsun inseAllah.Agamizdan deyerli tovsiyelerdir.
Müəllif: Abbas | 16 Aprel, 2016  18:19
# Ответить
+5


]]>]]>

Ya Ali (a)!
Müəllif: Muselman | 17 İyun, 2016  20:15
# Ответить
0


]]>]]>

Hezret Eli.e.Allahin teyin etdiyi haqq Imamdir ve Muhemmed.s.e.a.s)Peygemberden basga butun Peygemberlerden ustundur!
Müəllif: Sara | 22 İyun, 2016  16:24
# Ответить
0


]]>]]>

Allah bizi şeydan əmmələrindən uzaq edsin.Ya ƏLİ
Həmişə yaxşı əmmələrin sahibi etsin.Gunahlarımızı baxışlasın,
cünkü o bağışlayandir
Müəllif: aydin | 16 Avqust, 2016  19:29
# Ответить
0


]]>]]>

Kim deyirki hezret Eli peygambarin yerindedi.birdafalik anlayinki Ali imam ve peygemberdan sonra onun dininin layiqli qoruyucusu va muselmanlarin rehberidi indi kim qabul edir etsin kimde etmir etmasin ibn mulcam lanatullah kimi.vassalam
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com