Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Həzrəti Peyğəmbər (s) Ramazan ayının gəlişi ərəfəsində müsəlmanların qarşısında xütbə oxuyaraq belə buyurmuşdu:

"Ay camaat! Allahın ayı Ramazan bərəkət, rəhmət və günahlardan bağışlanma nemətləri ilə sizə doğru gəlir. Allahın hüzurunda bu ay başqa aylardan daha üstündür. Günlərin ən üstünü, gecələrin ən yaxşısı, saatların ən fəzilətlisi bu aydadır.

Ramazanda ac və susuz qalmaqla qiyamət gününün aclığını və susuzluğunu yada salın. Kasıblara əl tutun, qocalara ehtiram göstərin, uşaqları əzizləyin, qohumlarınızla mehriban olun. Dilinizi nalayiq söhbətlərdən, gözünüzü harama baxmaqdan, qulağınızı sizə yaraşmayan sözləri dinləməkdən çəkindirin! Başqalarının yetimləri ilə mehriban rəftar edin ki, sizin yetimlərinizə qarşı da başqaları mehriban olsunlar…

Ay camaat! Bu ay ərzində hər kim öz əxlaqını yaxşılaşdırsa, qiyamət günündə sirat körpüsündən asanlıqla keçər. Hər kim camaata pislik etməsə, Allah öz qəzəbini ondan uzaqlaşdırar. Hər kim öz qohumları ilə sıx əlaqə saxlayıb onlara yaxşılıq etsə, Allahın mərhəmətini qazanar. Kim qohumlarla əlaqəni kəssə, Allah da ondan öz mərhəmətini kəsər…

Ay camaat! Bu ayda behiştin qapıları açılar. Dua edin ki, o qapılar üzünüzə bağlanmasın. Cəhənnəmin qapıları isə bu ayda bağlanar. Dua edin ki, onlar açılmasın. Bu ayda şeytanlar zəncirlənər (fəaliyyətsiz qalar). Dua edin ki, onlar sizə qalib gələ bilməsin!.."


Yerləşdirilib:3 Sentyabr, 2008, Baxılıb:19812, Çap
 

Son şərhlər : 6
Müəllif: Nigar | 22 İyul, 2012  23:21
# Ответить
+3


]]>]]>

Chox gozel sozler. Amin Inshallah. Allah haminin.
Dualarini qebul etsin.
Müəllif: GunahkarQul | 28 İyul, 2012  03:05
# Ответить
+2


]]>]]>

Allah razi olsun sizden. Bacardiqim qeder cekindirirem ozumu gunhadan.
Müəllif: Letife | 31 İyul, 2012  10:53
# Ответить
+2


]]>]]>

Allah komeyniz olsun.İMAM ELİ. ELİYHİSALAMİN YARALANMASI ÖLÜMÜ QEDİR GECELERİNİN HASI GUNÜNE DÜŞÜR ?cavabniza Gore cox saqolun
Müəllif: Letife | 31 İyul, 2012  10:54
# Ответить
+2


]]>]]>

Allah komeyniz olsun.İMAM ELİ. ELİYHİSALAMİN YARALANMASI ÖLÜMÜ QEDİR GECELERİNİN HASI GUNÜNE DÜŞÜR ?cavabniza Gore cox saqolun
Müəllif: Aysel | 5 İyul, 2013  19:14
# Ответить
+3


]]>]]>

Allah razi olsun sizlerden. Allah cemi dualarimizi ve oruclarimizi qebul etsin.Inwallah
Müəllif: tovbe | 22 İyul, 2013  02:05
# Ответить
+2


]]>]]>

19 Ramazan Imam Eli(e)in yaralanmasi gunu,21 Ramazan ise sehadet(vefat) gunudur.Yani birinci qedr gecesinde yaralanir,ikinci qedr gecesinde vefat edir. ALLAH Imamin qatillerine lenet etsin.Bizlere de Imamin heqiqi shielerinden olmagi nesib etsin.AMIN.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com