Yaxşı və pis bidət anlayışı düzgündürmü?

(Əvvəli: http://az.islam.az/article/a-782.htmlhttp://az.islam.az/article/a-783.html)

Bidətləri yaxşı və pis olmaq üzrə iki növə ayırmaq özü mübahisəli bir nəzəriyyədir və bəzi alimlər bunu düzgün saymırlar. Onların fikrincə, dində olmayan, amma dinə aid edilən heç nə yaxşı və bəyənilən ola bilməz. Əgər hər hansı əməl, söz və ya fikir Allaha ya Peyğəmbərə aid edilirsə, amma həqiqətdə onlara aid deyilsə, iftira sayılır. Bu baxımdan bidət əslində dini təhrif etməyə yönəlmiş davranışdır. Ona görə də onun heç bir növünü yaxşı adlandırmaq olmaz.

Bəzi alimlərin yaxşı bidət adlandırdıqları isə əslində bidət deyil. Çünki bunların heç biri Allaha aid edilmir. Məsələn, yaxşı bidətlərdən (bidəti-həsənə) danışarkən, ilk növbədə aşağıdakı məsələləri nümunə gətirirlər: məscidlərdə minarələr tikilməsi, Qurani-kərim yazılarına hərəkə və nöqtələr qoyulması, Qurani-kərimin vahid kitab halında yazılıb cildlənməsi, mərhum şəxs üçün matəm məclisi verilməsi və s.

Lakin əgər bu mövzuların hər birini diqqətlə araşdırsaq, onların heç birində Allaha aid edilmə, Peyğəmbərə əsaslanma hallarına rast gəlmərik. Yəni İslam tarixində bu işləri ilk dəfə edənlər heç zaman bunun ilahi buyruq, vacib və ya müstəhəb bir əməl olduğunu iddia etməmişlər. Hətta hər kim bunu iddia etsə belə, yanlışlığa düşmüşdür; çünki bu iddianı sübut edə biləcək mötəbər dəlil yoxdur.

Məsələn, məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında məscidlərin minarəsi olmamışdır. Azan verən şəxs məscidin və ya yaxınlıqda yerləşən hər hansı uca binanın damına qalxırdı. Zeyd ibn Sabitin anası Nəvarın evi Mədinə məscidinin yerləşdiyi məhəllədə ən hündür bina idi. Bilali-həbəşi ilk dəfə bu evin damına qalxmış və orada azan vermişdi. Daha sonralar Mədinədə Peyğəmbər məscidi (Məscidün-nəbəvi) tikildi və Bilal bundan sonra məscidin damında azan söyləməyə başladı (Bursəvi, İsmail Həqqi. Təfsirü Ruh əl-bəyan, 8-ci cild, səh. 261).

Bəzi məlumatlara görə, ilk dəfə Müaviyənin zamanında Misir valisi Məsləmə ibn Müxəlləd (vəf. 682) Fustatdakı (köhnə Qahirə) Əmr ibn əl-As camisinin hər küncündə bir minarə tikdirmişdi.

Quran yazılarına hərəkə qoyulmasının da tarixi bu baxımdan maraqlıdır. Ərəblər İslam dinindən qabaq yazıda hərəkədən istifadə etmirdilər. Hətta oxşar formalı hərflərin üzərində nöqtə də qoymazdilar. Ərəbistanda şifahi ədəbiyyat, bəlağət sə¬nəti (gözəl və ifadəli nitq bacarığı) və bununla əlaqədar yaddaş mədəniyyəti yüksək inkişaf etdiyi üçün, sözləri hərəkəsiz və nöqtəsiz oxumaq heç bir çətinlik törətmirdi. Lakin İslam dini qeyri-müsəlman xalqların arasında yayıldıqca, Quran yazısı üzərində izahedici işarələrin qoyulmasına ehtiyac ya¬ranmağa başladı. Bəzi kəlmələrin hərəkəsin¬də yanlışlığa yol verildiyi zaman kobud səhvlər yaranırdı. Məsələn, “Tövbə” surəsinin 3-cü ayəsindəki “Onun Peyğəmbəri” ifadəsi “rəsu¬lühü” şəklində tələffüz edilməlidir. Əgər bu söz “rəsulihi” (kəsrə ilə) şəklində tələffüz edilsə, ayənin mənası belə olar: “Allah müşriklər¬dən və peyğəmbərindən bizardır”.

Deyilənlərə görə, Quran hərfləri üzərində hərəkələr ilk dəfə birinci Əməvi xəlifəsi Müaviyənin zamanında, Kufə valisi Ziyad ibn Əbihinin tapşırığı ilə məşhur ərəb qrammatiki Əbül-Əsvəd Duəli tərəfindən qoyulmuşdur. Əbül-Əsvəd ya işin məsuliyyətindən çəkinərək, ya da Əhli-beyt tərəfdarı olduğu üçün əvvəlcə Ziyadın tapşırığını yerinə yetirməkdən imtina edir (çünki Ziyad Əhli-beytə düşmənçiliyi ilə ad qazanmışdı). Lakin yuxarıda göstərilən ayənin bir nəfər tərəfindən səhv şəkildə oxunduğunu eşitdikdən sonra razılaşır və əvvəldən-axıra bütün Quran nüsxəsinə hərəkələr qoyur. İlk quran nüsxələrində hərəkə¬ləri rənginə görə mətndən fərqlənən mürək¬kəblə qoyurdular (Zərqani. Mənahil əl-irfan fi ülum əl-Quran, 1-ci cild, səh. 332-333).

Qurani-kərimin vahid nüsxə halında yazılması və cildlənməsi də tarix etibarilə Peyğəmbərin (s) vəfatından sonrakı dövrlərə təsadüf edir. Müxtəlif rəvayətlərdə bu işin ilk dəfə Peyğəmbərin (s) vəfatından sonra Həzrət Əli (ə) tərəfindən yaxud birinci xəlifə Əbu Bəkrin göstərişi ilə həyata keçirildiyi qeyd edilir. Sonralar üçüncü xəlifə Osman ibn Affanın təşkil etdiyi komissiya dəqiqliklə bu işi tamamlamış və vahid Quran nüsxəsini ortaya qoymuşdur.

Mərhum şəxs üçün yas məclisi təşkil edənlər də bunu dini göstərişlərlə əsaslandırmaq iddiasında bulunmurlar. Çünki dini mənbələrdə bu barədə hər hansı mötəbər dəlil tapmaq qeyri-mümkündür. Cümə axşamı, 40, il kimi mərasimlərin Quran və sünnədə əsası yoxdur.

Göründüyü kimi, yuxarıda qeyd edilən və əksər hallarda bidət kimi təqdim olunub dəyərləndirilən halların dini göstərişlərlə əlaqəsi yoxdur və belə bir əlaqənin olması da iddia edilmir. Elə isə, bu kimi halları bidət saymaq əslində doğru deyil. Bir daha təkrar edirik ki, bu, bidəti yaxşı və pis olmaq üzrə iki yerə bölməyə qarşı çıxanların və dində olduğu iddia edilməyən əməlləri bidət saymağı düzgün hesab etməyənlərin mövqeyidir.


Yerləşdirilib:5 Fevral, 2016, Baxılıb:3701, Çap
 

Son şərhlər : 5
Müəllif: Mail | 9 Fevral, 2016  12:35
# Ответить
+1


]]>]]>

Bu bidet kelmesini vehhabiler istifade edib insanlari oldururler, kafir hesab edirler...
Müəllif: Said | 9 Fevral, 2016  13:14
# Ответить
+1


]]>]]>

Vaxalar özləri elə ən böyük bidətdilər
Müəllif: Horuti | 6 Mart, 2016  19:45
# Ответить
0


]]>]]>

I had qualm in my heart about this for a long time. So many people tried to rdiciule my belief with this one area. I never could believe the translations, I couldn’t believe my religion which is so peaceful, benevolent, logical can be this much controvarsial, i always felt, something is wrong in the translation. Masha’allah for this article I know now I had my belief all right. It is as peaceful and benevolence as I was taught. Thank you so much for sharing this. It contributed greatly for my peace of mind and my belief.
Müəllif: Olaitan | 6 Mart, 2016  20:26
# Ответить
0


]]>]]>

assalamu elaikum,alhemdulillah hgaeesuadl vayichu allahu namukum nammod bandapetavarkum koodudal,koodudal ibadath cheyyuvan thoufeeq cheyyate AMEEN. adinulla manass namuk ellavarkum tharumaragate AMEEN.allahu nammale ellavareyun hidayathilakate AMEEN.nale avante jannathul firdousil rasool(s)thangalod koode orumich kootatte AMEEN.
Müəllif: Saleh | 14 Mart, 2016  13:19
# Ответить
0


]]>]]>

Indi kim geldi bidetden danishib yersiz bidetlikde ittiham edir
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com