Xədicə (ə) peyğəmbərlə (s) ailə qurmazdan əvvəl ərdə olmuşdurmu?

Həzrət Xədicə (ə) ilə bağlı bəzi mövzularda alim və tədqiqatçıların fikirləri fərqlənir. Bu mövzulardan biri də Xədicənin (ə) Həzrət Mühəmməd Peyğəmbərdən (s) qabaq bir nəfərlə ailə qurması, onun vəfatından sonra yenə ərə getməsi, ikinci əri də dünyasını dəyişdikdən sonra dul halda Peyğəmbərin (s) nikahına daxil olması barədə məlumatın düzgünlük dərəcəsidir.

Demək olar ki, bütün sünni mənbələri və şiə mənbələrinin çox hissəsi bu mövqeyi dəstəkləyir. Lakin əsasən, şiə məzhəbinə mənsub olan bəzi alimlər məşhur fikrə qarşı çıxmış, Xədicənin (ə) Peyğəmbərlə (s) izdivaca kimi bakirə olduğunu, Həzrət Fatimədən (s) savayı Peyğəmbərin (s) qızı kimi tanınan digər üç qızın əslində Xədicənin (ə) bacısı Halənin qızları olduğunu söyləmişlər və birinci nəzəriyyəni İslama düşmən olan qüvvələrin uydurması adlandırmışlar. Xüsusilə, son zamanlar bu mübahisələr daha da kəskinləşmişdir.

Xədicə (ə) əslində öz bacısının uşaqlarını saxlayırmış?

Alternativ nəzəriyyəyə əsasən, Həzrət Xədicənin (ə) Halə adlı bacısı var imiş. Halə Bəni-Məxzum qəbiləsindən bir nəfərə ərə getmiş, ondan qızı olmuş, qızına öz adını (Halə) qoymuşdu. Əri öldükən sonra Xədicənin (ə) bacısı ikinci dəfə Bəni-Təmimdən olan başqa biri ilə ailə qurmuş, bu dəfə Hind adlı oğul dünyaya gətirmişdi. İkinci həyat yoldaşı da vəfat etdikdən sonra Halə övladları ilə birlikdə Xədicənin (ə) evinə köçüb onun himayəsi altında yaşamağa başlayır. Halə dünyasını dəyişəndən sonra Xədicə (ə) onun uşaqlarına öz doğma övladı kimi baxırmış. Peyğəmbər (s) Xədicə (ə) ilə evləndikdən sonra onları övladlığa götürür.

Bəzi müəlliflər iddia edirlər ki, Halənin ikinci ərinin (Bəni-Təmim qəbiləsindən olan kişinin) əvvəlki arvadından iki qızı da var imiş və Halə ilə evlənəndən sonra bu qızları da yanında saxlayırmış. Qızların adı Zeynəb və Rüqəyyə idi. Əri öldükdən sonra Halə üç qızı (Halə, Zeynəb və Rüqəyyəni) özüylə götürüb bacısının evinə köçür, Hindi isə atasının qəbiləsi tərbiyə etməyə başlayır.

Bu nəzəriyyənin əsas sübutları

Əsrimizin görkəmli şiə tarixçilərindən olan Seyyid Cəfər Amili “əl-Səhih min siyrət əl-Nəbiyy əl-əzəm” adlı fundamental əsərinin ikinci cildində (səh. 121-126) mövzu barədə kifayət qədər geniş bəhs açmışdır. Müəllif Həzrət Xədicənin (ə) Peyğəmbərə (s) ərə getməzdən əvvəl bakirə və ərsiz olması fikrini müdafiə edir və öz fikrini əsaslandırmaq üçün ortaya bəzi sübutlar qoyur. Ən əsas sübutları və onların əks-arqumentlərini üç bənd üzrə ümumiləşdirmək olar:

Birinci iddia:

Xədicə (ə) kimi imkanlı bir qadının tanınmamış qəbilələrdən olan adamlara ərə getməsi qeyri-mümkün idi. Hicri IV (miladi X) əsrdə yaşamış şiə alimlərindən Əbül-Qasim Kufi “əl-İstiğasə” kitabında yazır: Bütün şiə və sünni aimləri etiraf edirlər ki, ərəblərin ən varlı və şərəfli şəxsləri Həzrət Xədicəyə (ə) elçi düşmüş, amma onun tərəfindən rədd edilmişdilər. Bəs necə ola bilər ki, Xədicə (ə) bu cür sərfəli elçilikləri rədd edib tanınmayan adamlara ərə gedib?

Cavabı:

Həzrət Xədicənin (ə) Bəni-Məxzum və Bəni-Təmim qəbiləsindən olan şəxslərlə ailə qurmasına nəzəri cəhətdən aşağıdakı səbəblər üzündən etiraz edə bilərik:

- Ya o adamlar tanınmamış qəbilədən olmalı idilər ki, bu izdivac Xədicəyə (ə) əskiklik sayılaydı.

- Ya kasıb olmalı idilər ki, Xədicə (ə) kimi imkanlı qadının onlara ərə getməsi cahil ərəblər tərəfindən pis qarşılanaydı.

- Ya da o şəxslər iman və əxlaq baxımından alçaq mərtəbədə olmalı idilər ki, bu izdivac üzündən Xədicəyə (ə) tənə etmək mümkün olaydı.

1. Əgər söhbət onların tanınmamış, zəif qəbilələrdən olmasından gedirsə, bu, belə deyil. Hər iki qəbilə kifayət qədər tanınırdı, Qüreyş qədər şərəfli olmasalar da, qəbilələr içində öz yerləri vardı.

2. Hətta bu qəbilələr və ya həmin şəxslər tanınmamış olsalar belə, bu, əslində eyib sayılırmı? Ola bilər ki, o zamankı cahiliyyə ərəblərinin gözündə eyib sayılırdı, amma Xədicə (ə) kimi zəkalı qadın bu cür düşünə bilməzdi. Məgər gələcək həyat yoldaşını millətinə, cəmiyyətdəki çəkisinə, şan-şöhrətinə görə seçmək düzgün addımdırmı? Məsumlarımızın həyat yoldaşlarının bəziləri məhz tanınmamış, çoxlarının yuxarıdan-aşağı baxdığı şəxslər olmuşlar. Peyğəmbər (s) kasıb, dul, qohumları tərəfindən atılmış, bəzən isə hətta döyüşdə əsir alınmış qadınlarla ailə qururdu. İmam Sadiqin (ə) həyat yoldaşı və İmam Kazimın (a) anası ərəblərin yuxarıdan-aşağı baxdığı bərbər qəbiləsindən idi. Amma İmam Sadiq (ə) o qadına “müsəffat” (saf, təmiz qızıl) ləqəbi vermişdi...

3. Əgər söhbət Xədicənin (ə) birinci və ikinci həyat yoldaşlarının kasıb olmalarından gedirsə, bunu iddia etməyə hansı əsasımız var? Axı Həzrət Xədicə (ə) haqqında yazılan kitablarda deyilir ki, o, öz var-dövlətini atasından və iki ərindən irs almışdı. Deməli, bu şəxslər o qədər də kasıb olmamışlar. Əgər kasıb olsalar belə, bu, eyib və nöqsandırmı? Xədicə (ə) kimi zəkalı bir qadının öz gələcək ərinə var-dövlətə görə qiymət verməməsi niyə qəribə görünür?

4. Əgər söhbət onların imanından gedirsə, bu iki nəfərin iman və əxlaq baxımından aşağı səviyyədə olmasını hansı əsasla iddia edə bilərik? Bu barədə sübutumuz varmı?

İkinci iddia:

Həzrət Xədicə (ə) İslam Peyğəmbərinə (s) ərə getmək qərarını verəndə rəfiqələri onu danlayıb demişdilər ki, sən o cür varlı və şan-şöhrətli elçilərə yox dedin ki, indi yetim Mühəmmədə (s) razılıq verəsən? Bu halda necə ola bilər ki, Xədicə (ə) əvvəlki iki nəfərlə ailə qurmuş olsun?

Cavabı:

Kim iddia edə bilər ki, Həzrət Xədicə (ə) Bəni-Məxzum və Bəni-Təmim qəbilələrindən olan adamlara ərə gedəndə də camaat ona eyni töhməti vurmurdu? Əgər bu barədə kitablarda məlumat yoxdursa, bu faktın ümumiyyətlə olmadığını söyləmək düzgün deyil. Bəlkə o zaman da Xədicəyə (ə) qarşı iradlar irəli sürülmüş, amma o, bunları cavabsız qoymuşdu?

Göründüyü kimi, cahiliyyə qadınlarının düşüncəsi bundan irəli gedə bilmirdi. Onlar Xədicənin (ə) Mühəmməd (s) kimi birisinə də ərə getməsini əskiklik sayırdılar. Amma Xədicə (ə) bu maneəni sındıra bildi. Elə isə, o, birinci və ikinci evliliklər zamanı da iradları qulaqardına vura bilməzdimi? Doğrudur, onun əvvəlki ərləri İslam Peyğəmbərinə (s) tay ola bilməzdi. Amma Xədicə (ə) o həzrətin gələcək missiyasından xəbərdar idimi? Axı Xədicə (ə) o həzrətin peyğəmbərliyə seçilməsini ilk vəhydən sonra, əmisi oölu Vərəqə ilə məsləhətləşmədən sonra öyrənmişdi. Hələ dini meyarları dərindən tanımayan bir qadının cahiliyyə dövründə dürüst və evliliyə layiq bildiyi şəxslərə ərə getməsi çoxmu qəbahətli işdir ki, bunu hər vasitə ilə inkar etməyə çalışaq?

(ardı var)


Yerləşdirilib:25 Dekabr, 2015, Baxılıb:5298, Çap
 

Son şərhlər : 12
Müəllif: Salam | 25 Dekabr, 2015  15:39
# Ответить
+1


]]>]]>

Allah razi olsun.Sehv etmiremse Peygemberin xanimlari arasinda yalniz Aishe xanim dul olmayib.Elbette,bu onun daha ustun oldugu menasina gelmez.Peygemberin neslini hz.Xediceden olan ovladi davam etdirib.
Müəllif: Abbas | 25 Dekabr, 2015  20:43
# Ответить
+1


]]>]]>

Salamun aleykum Allahin nezeri bizlerin ve sizlerin uzerine olsun
Hz Xanım Xədicə (s.ə) ilk evliliyini gerceklewdirmek ucun ilahi gosteriwi gozleyirdi eynile Hz Peyğəmbərimiz Muhəmməd (s.ə.a.s) 25 il aile heyati qurmadi ve gozluyurdu cunki Qurani Kərimin dili ile desek Peyğəmbər (s.ə.a.s) hec neyi Öz nefsi ucun hereket etmez O ne edirse İlahi gosteriwdir ve gelecekde Xanım Xədicə (s.ə) ile aile qurmagi İlahi gosteriwidi cunki İslamin o donemde inkiwafi ucun Xanım Xədicənin serveti ve Hz Əlinin (s) gucu lazim idi Xanım Xədicə (s.ə) də oz novbesinde bu misyani layiqince yerine yetirmek ucun ozunu qoruyub saxlayir ve ilahi gosteriwi gozleyirdi ve vaxti gelende de layiqince yerine yetirdi
Elbetde Her şeyin en yaxşini bilen Allahdan bizlere de dogrunu gostermeyini arzu edirem
Müəllif: salam | 25 Dekabr, 2015  21:21
# Ответить
+1


]]>]]>

Salam Aleykum,Duzdur,Peyğəmbər (s.ə.a.s) hec neyi Öz nefsi ucun etmez,amma hz.Xedice Peygember deyildi,Allahdan vehy almirdi,onun ilahi gosterish gozlemesine hech bir esas ve sebeb yox idi,hech Peygemberin ozune vehy gelmemiwmi,hz.Xedice niye vehy gozlesin? Neyse,mence bu movzunu tekrar muzakire etmek lazim deyil. Herenin oz fikrinde qalmasinda da hech bir zerer yoxdur.
Müəllif: Abbas | 25 Dekabr, 2015  23:37
# Ответить
0


]]>]]>

Aleykum salam elbetde herenin oz fikri var ve bu defe mende mubahise etmey isdemirem ama ilahi gosteriw tekce vehy ile olmur Qurani Kərimə esasen Allah Təala insana agil vasitesilede gosteriw verir ama meneviyatlarin yukselden insanlara meselen Əhli Beytə (ə)
Qaldiki dediyim kimi Xanım islamin yayilmasinda en onemli ve muhum olan amillerden bir idi buna gorede Onada ilahi gosteriw gelmesi cox vacib ve onemli idi
Müəllif: Abbas | 26 Dekabr, 2015  07:25
# Ответить
+1


]]>]]>

Elave olaraq Hz Məryəm (s.ə) de peygember deyildi ama vehy alirdi ona gore ki Hz İsanı (s) dunyaya getirecekdi ve ilahi gosteriwler alirdi qaldiki dunya ve axiret qadinlarinin Xanımı olan Hz Xanım Fatimeyi Zəhranı (s.ə) dunyaya getirecek olan Hz Xanım Xədicə (s.ə) hec de tesaduf heyat terzi yawamirdi ve hec de tesadufen Hz Peyğəmbərimizlə (s.ə.a.s) aile qurmadi bunlarin hamisi ilahi proqram esasinda baw verirdi Allah razi olsun
Müəllif: Admin | 26 Dekabr, 2015  15:05
# Ответить
+1


]]>]]>

Abbas bəy, salam əleyküm. Xahiş edirik səbrlə məqalənin ikinci hissəsini də gözləyin. İkinci hissədə daha bir neçə iddiaya da cavab veriləcək. Ondan sonra da etirazınız və ya sualınız qalarsa, inşallah müzakirə edərik.
Müəllif: Abbas | 26 Dekabr, 2015  15:23
# Ответить
-1


]]>]]>

Aleykumsalam Allah komeyiz olsun ama bu sual meni cox maraqlandirir niye mehz Hz Əlinin (ə) qesb olunmuw haqqini delillerle subutlarla arawdirib getirib xalqa catdirmisiz ve ya daha onemli ve vacib olan meseleleri xalqa catdirmisiz ama nedense Hz Xanım Xədicəni (s.ə) ille de dul gostermey fikrindesiz heqiqeten cox maraqlidi bir oxucu olaraq bu sualima cavab isdirem Allahin nezeri usdunuzde olsun
Müəllif: administrator | 26 Dekabr, 2015  15:50
# Ответить
+1


]]>]]>

Abbas bey, siz necenci defedi ki, bizi shie eleyhine olmaqda ittiham eden eyham ve ya aciq iddialarla cixish edirsiz. Saytimizin yuzlerle meqalesini kenara qoyub, herden az tedqiq olunmush movzularda yazdiqimiz tedqiqat yazilarinda, size xosh gelmeyen movzularda behane tapmaqla bele eyham ve ya iddia ireli surmeyiniz, bizce, en azi insafsizliq, ve ya hetta dushmenllikdi. Siz deyen movuzlar barede de yazmishiq. Eyni zamanda o movzular shie menbelerinde en cox tedqiq olunan ve yazilan movzudu. Biz ise calishiriq bashqa yerde az tedqiq olunan movzulara yer verek. Hz. Xedice movzusu ise indiyeden yazdiqimiz minlerle (beli, minlerle) movzudan biridi, ozu de ele shie menbelerine esasen. Amma siz yalniz bu movzuda bizi ittiham edirsiz. Eyni zamanda, problemli ve qiciq yaradacaq movuzlara bu qeder tehrik arzusu hardandi? Biz sizin xoshunuza gelmeye bilerik, eledirse gedin, dediyiniz movzulari genish ishiqlandiran saytlari oxuyun zehmet olmasa. Sualiniza cavab vere bildikse, shadiq
Müəllif: Abbas | 26 Dekabr, 2015  16:15
# Ответить
0


]]>]]>

Qardawim estegfirullah men kimemki kimise ve nedese ittiham edim? sadece bir oxucu kimi fikir bildirirem eger fikir bildirilmesini isdemirsizse werh bolmesin baglayin ozude niye eseblewirsizki men onsuzda bu saytdan cox wey oyrenirem Allah bu saytda kimin ne eziyeti varsa ecrin yeni mukafatin versin eger isdemeden de olsa size duwmen kimi gorundumse Allah bagiwlasin meni ama siz de mene haqq verin Ve bu sizde suala cavab vermeyden ziyade sert reaksiya oldu
Müəllif: administrator | 26 Dekabr, 2015  16:25
# Ответить
+1


]]>]]>

Eger nese oyrede bilirikse, semimi deyirik ki, shadiq. Xosh sozlerinize gore de cox saq olun. Sehv anlamishiqsa, Allah bizi baqishlasin. Sadece bu tipli sherhleriniz ilk defe olmadiqi ucun bele teessurat yaradir, ozunuz de bilirsiz. Sherh ve tenqidlere ise aciqiq, sizden evvel defelerle sherh yazanlarin sherhleri buna subutdur. Amma bu sherhler eyhamli ve ittihamli olanda teessuf doqurur. Ozunuz yazdiqiniz sherhi bir de oxuyun, yeqin hiss edersiz. Allah yardimciniz olsun
Müəllif: Abbas | 26 Dekabr, 2015  17:50
# Ответить
0


]]>]]>

Qardaw ola bilsin ki menim fikir bildiriw weklim ferqlidi meslehet vermey kimi olmasin ama sizde her cur werhlere dozumle ve sebirle yanawmalisiz men sadece olaraq bunu demey isdirem ola bilsinki wie alimlerinin ekseriyyeti Xanımın dul oldugun yaza biler ama bu ona esas vermir ki duzdu cunki onlar da insan olub ola bilsin ki bu movzu ile yaxindan maraqlanmiyiblar ve ya teqiyye uzunden cizledibler ve wiwirtmiyibler ve ya bawqa sebeb ama hazirda muasir teqdiqatcilar bu movzuya derinden nufuz ederek arawdiriblar ve Xanımın bakire olduguna yeqinlik tapiblar zaten biz de oturub biaz derinden fikirlewsey buna nail ola bileriy Allah komeyiz olsun
Müəllif: Veysal | 22 Yanvar, 2016  16:15
# Ответить
0


]]>]]>

Maraqlı məlumatlardı. Təşəkkür
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com