Məhərrəm barədə bəzi iradlara cavab

Məhərrəm ayı başladı... Yenə sosial şəbəkələrdə, gündəlik söhbətlərdə bir mövzu akuallaşdı: məhərrəmliyi qeyd etmək lazımdırmı?

Əsasən, radikal cərəyanların ardıcılları tərəfindən qızışdırılan bu müzakirələrdə belə fikirlər formalaşdırılır. Əvvəla, guya İslam dini matəmin əleyhinə olduğu üçün məhərrəmliyi qeyd etmək olmaz. İkincisi, Həzrət Hüseyn (ə) şəhadətə çatıb Allahın yanında ən uca məqama nail olub; ona görə də bu faciəyə ağlamaq yox, sevinmək lazımdır! Üçüncüsü, bu şəxslər daha da həyazıslaşaraq deyirlər ki, məhərrəm ayı hicri təqvimlə yeni ilin başlanğıcıdır; ona görə də bu ayın gəlişini bayram kimi qeyd etmək daha yaxşı olar!

Doğrudur, İslam dini nikbin dindir, gələcəyə ümidlə baxmağı tövsiyə edən dindir. Bu dində bədbinlik, ümidsizlik bəyənilmir, həmişə matəmdə qalmaq məzəmmət olunur. Amma əvvəla, məhərrəmlik bütün il boyu deyil, iki ay davam edir. İkincisi, səbəb olduğu halda kədərlənməyi və matəm saxlamağı heç bir din və heç bir sağlam məntiq inkar etmir. İslamın məzəmmət hədəfi - matəmdə həddi aşmaq, şəriətin icazə vermədiyi əməlləri etmək, daim matəmdə olub həyatdan küsməkdir. Dünya yaranandan bəri müqəddəslərimiz kədərli hadisələrə üzülmüş, ağlamış, matəm saxlamışlar. Övladının və ya başqa yaxınının ölümünə, itkisinə ağlamaq müqəddəslərimizin həyatında rast gəlinən hallardandır. Həzrət Yəqub Peyğəmbər (ə) oğlu Yusifin (ə) ayrılığında o qədər ağlamışdı ki, gözləri tutulmuşdu. Həzrət Mühəmməd Peyğəmbər (s) oğlu İbrahimin dəfni zamanı ağlayanda səhabələr ona irad bildirmiş, Peyğəmbərimiz isə ağlamağın təbii bir hal olduğunu və günah sayılmadığını bəyan etmişdi.

Amma məhz İmam Hüseynin (ə) faciəsinə gəlincə, şiə və sünni mənbələrində rəvayət edilən onlarla hədis sübut edir ki, İki Cahan Günəşi körpə Hüseynin (ə) boğazından öpər və ağlayardı, səbəbini soruşanlara isə Kərbəla faciəsi barədə qabaqcadan xəbər verərdi. Məsum imamlarımız aşura günü təziyə məclisləri təşkil edir, evin çölündən eşidiləcək qədər uca səslə ağlayır, şairlərin Kərbəla müsibəti barədə qəsidə və mərsiyələrini dinləyir, onlara mükafat verirdilər. Bu barədə əldə olan hədis və rəvayətlər, kiçik bir inkar yeri qoymayacaq dərəcədə çoxsaylı və mötəbərdir.

İkinci irada cavab olaraq bildiririk ki, Kərbəla hdisəsi İslam tarixinin hər nə qədər fəxarətli səhifəsi olsa belə, faciədir. Bu hadisədə sevincə, şadlığa səbəb olacaq heç bir məqam yoxdur. Peyğəmbər nəvəsinin gözü qarşısında bütün yaxınlarının növbə ilə qılıncdan keçirilməsi, uşaqlara belə aman verilməməsi, İmamın özünün başının diri-diri vəhşicəsinə kəsilməsi, bundan sonra cansız cəsədlərə işgəncələr edilməsi, qadınların qolubağlı əsir aparılması - məgər bunlarda sevindirici cəhət varmı? Hələ aşuraya qədərki bir neçə gündə Əhli-beytin susuzluğunu da bura əlavə etdikdə ürəkaçan heç bir mənzərə ilə qarşılaşmırıq. Hansı ağıllı, şüurlu insan bu hadisələri xatırlayanda sevinər? Bu cür irad bildirənlərin hansı əzizi öləndə özləri sevinir, şadlıq edirlər? Məgər video kadrlarda görmürükmü ki, İŞİD cəlladlarından biri “şəhid” olanda (əslində isə cəhənnəmə vasil olanda) yanındakılar göz yaşları içində onunla vidalaşırlar? Əgər sıravi bir insanın ölümünə ağlaşırlarsa, Peyğəmbər nəvəsi sıravi insandan əskikdirmi? Bəs harda qaldı Əhli-beyt sevgisi iddiası?

Yeni il məsələsinə gəlincə, ümumiyyətlə heç bir əlamətdar hadisənin ildönümünü keçirtməyi icazəli saymayan, mövlud mərasimlərini şirk adlandıran bir dəstənin məhərrəmi yeni il başlanğıcı kimi qeyd etmək təklifi yalnız gülüşə layiq ola bilər. On üç əsr yarımdır ki, məhərrəm ayı Kərbəla faciəsinin tarixi kimi yaddaşlara həkk olub. “Məhərrəm” sözü deyərkən, zehnlərə aşura, İmam Hüseyn (ə), matəm gəlir. Əsrlərdir matəmlə eyniləşmiş bir tarixi necə bayram kimi təsəvvür və təqdim etmək olar? Bəlkə də o sözləri deyən adamlar məhərrəmin 1-ni bayram saya bilərlə, amma qəlbində Peyğəmbər sevgisi gəzdirən əsil müsəlmanların həmin günü şadlıq edib bayram tutacaqlarını təsəvvür etmək qeyri-mümkündür.

islam.az

Yerləşdirilib:20 Oktyabr, 2015, Baxılıb:3374, Çap
 

Son şərhlər : 7
Müəllif: Nazim | 21 Oktyabr, 2015  13:03
# Ответить
+5


]]>]]>

Varmi tarixde bele bir shexsiyet ki onun ucun 1400 il her ilde iki ay izdihamli matem saxlanilsin???Olamaz esla!!!O ancaq Huseyndir(as)!!!Varmi bele bir fakt ki dunyanin harasindan asili olmayaraq,milletindenve hetda dininden asili olmayaraq shahlar ve nokerler,prezidentler ve nazirler,generallar ve akademikler,milyarderler ve fehleler,pehlevanlar ve shikestler ve s insanlar 1400 iller erzinde her gun o kesin ziyaretine gelib ona ehtiram olaraq tezim edib eteyinden yapishsin dunyasini deyishsede bele???Olamaz esla!!!O ancaq Huseyndir(as)!!!
Müəllif: Din | 23 Oktyabr, 2015  20:31 | Ответ на #2462
# Ответить
+4


]]>]]>

Bele veziyette shadliq elemek mumkundur?eger ozune muselman deyen biri bunu edirse daha ne deyim?!meger bizim bir yaxinimiz vefat edende biz yas saxlamiriq?bu Peygember nevesidir.Menim ozumde,atamda,anamda ona qurban olsun.Allah hidayet elesin.Salam olsun Huseyne,Eli ibn Huseyne,Huseynin ovladlarina,Huseynin sehablerine
Müəllif: Nazim | 21 Oktyabr, 2015  13:54
# Ответить
+5


]]>]]>

Varmi tarixde ikinci bele bir shexsiyet ki milyonlarla insan milletinden asili olmayaraq dunyanin her bir gushesinde onun ucun iki ay yas saxlayib goz yashi toksunler???Olamaz esla!!!O ancaq Huseyndir(as)!!!Varmi tarixde bele bir shexsiyet ki Allaha sedaqet ve azadliq namine bu qeder ezizini ve ozunu shovqle batil ve zulmun cengine atsin???Olamaz esla!!!O ancaq Huseyndir(as)!!!Varmi ikinci bele bir shexsiyet ki onun ucun dunyanin her bir yerinde shehadetinden eradan cox kecmesine baxmayaraq onun ucun iki ay matem saxlayib meclisler,yurushler edilib ve ehsanlar verilsin???Olamaz esla!!!O ancaq Huseyndir(as)!!!
Müəllif: Nazim | 21 Oktyabr, 2015  14:15
# Ответить
+5


]]>]]>

Varmi tarixde ikinci bele bir shexsiyet ki babalari Peyqamberler bashda Muhammed alehis-selam olmaqla,atasi Imam(sa) ve xelife,anasi peyqamberlerin bele eyqamberinin(as) qizi her iki dunyanin xaninmlarinin xanimi(sa),qardashi Imam(as) ve xelife,ozu Imam(as) ve xelife,evladlari Imamlar(as) ve xelifeler ve feqihlerin rehberleri olsun???Olamaz esla!!!O ancaq Imam Huseyndir(as)!!!Faktlari sadalamaqla qurtarmaz!!!Ne qeder kor olmaq lazimdir ki bu faktlari gormeyesen???Bu qeder insanlari doqru dushunmeyen saymaq esla yalandir!!!Essalamu aleykum ve rehmetullahi ve berekatu.Salavat!
Müəllif: Eli | 23 Oktyabr, 2015  16:18
# Ответить
+4


]]>]]>

Minnetdaram bu meseleni gözel ve essaslı subutlarla izah edirsiniz. Mende hemin insanlara demek isteyirem ki, ezizin ölende meger bayram ve ya sadlıq keçirirsen? Kerbala hadisesi qelbleri yandıran Hz.Hüseyinin onun ehsabelerinin ve onun aşiqlerin musubetidir. Salam olsun sene ya Hüseyin lehnet olsun senin qatillerine.
Müəllif: Ali | 23 Sentyabr, 2017  10:29
# Ответить
+1


]]>]]>

Varmı ki,tarixdə elə qadın ki,Həm nibuvvət,həm imamət,həm də ki,vilayət onunla əlaqəli olsun...Yoxdur..Yoxdur...
Müəllif: Ali | 23 Sentyabr, 2017  10:34
# Ответить
+1


]]>]]>

Başı nağara səsi verən nə qanır Hüseyn kimdir.Ağıl yox,düşüncə tərzi məhdud,bəsirət gözü bağlı.Haqqı nahaqdan ayıra bilməyən,Allahtala kifayət qədər möhür vurub arxalarına.Nə qanacaq ki,Hüseyn ibni Əli kimdi.....
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com