Tövhid dərsləri

Hüdus bürhanı

(üçüncü hissə)

(əvvəli: http://az.islam.az/article/a-744.html və http://az.islam.az/article/a-745.html)

Allah-təalanın varlığının aşkar dəlillərindən biri də hüdus (yaradılış) bürhanıdır.

Elm və təcrübə yolu ilə sübut olunmuşdur ki, dünyada hər şey yaranmadır, yəni bir vaxt mövcud olmamış, sonra yaranmışdır (kəlam elmində buna “hadis”, yəni yaranmış, düzəlmiş deyirlər). Günəş, Ay, Yer, hava, torpaq, dağlar, su, yeraltı filizlər, ağaclar, güllər, heyvanlar, insanlar və s. – bunların hamısının sonradan yaranma olduğu, yəni əzəli olmadığı elm tərəfindən sübut edilmişdir. Hər qeyri-əzəli və sonradan yaradılmış əşya isə mütləq Yaradana ehtiyaclıdır. Yaradılmışların silsiləvi olaraq davam etməsi də qeyri-mümkündür. Sonda elə bir yaradan qüvvə olmalıdır ki, bu silsilə sona çatsın. Yəni elə bir qüvvənin varlığı inkaredilməzdir ki, o, hər şeyi yaratmışdır, amma onu yaradan yoxdur və o, əzəlidir. O, hər şeyin yaradıcısıdır, hər şeyin əvvəli və köküdür. Bu qüvvə Allah-təalanın özüdür.

Yalnız Allahdır ki, Onun əvvəli yoxdur. O, hər şeyin əvvəlidir. O, əzəlidir (İslam əqidəsində buna “qidəm” (yəni qədimlik) deyilir). Allahın sonu da yoxdur. O, hər şeyin axırıdır və O, əbədidir (buna “bəqa” deyilir). Allahın gözəl alarından biri “Əvvəl”, o biri “Axır”dır.

“Əzəli” sözünün mənası budur ki, O, hər şeydən əvvəl mövcud olmuş və bütün şeylər Ondan sonra əmələ gəlmişdir. Allah-təala əzəlidir, çünki hər şeyin yaradıcısı Odur, Onun özünü isə heç kim yaratmamışdır. Əgər Allah əzəli olmasaydı, kiməsə möhtac və bağlı olmalı idi, yəni kimsə Allahı yarada, dəyişdirə və məhv edə bilərdi. Halbuki Allah tam ehtiyacsızdır və heç kimdən asılı deyil, əksinə hamı Ona ehtiyaclı və ondan asılıdır.

Eynilə bu yolla isbat olunur ki, Allah əbədidir. O, hər şeyin məhvindən sonra da mövcud olacaqdır. Onun mövcudluğu sonsuzdur, nəhayətsizdir.

Qurani-kərimdə Allahın əzəlilik və əbədilik sifəti belə təsvir edilir: “Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!” (Hədid, 3). “Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir” (Rəhman, 26-27).

Bir nəfər yəhudi Həzrət Əlidən (ə) soruşdu: “Allah nə zamandan mövcuddur?” İmam onun sualına sualla cavab verdi: “Sən soruş ki, Allah nə zaman mövcud olmamışdır? Mənim Allahım hər şeydən öncə var idi; Ondan da əvvəli təsəvvür etmək olmaz. O, hər şeydən sonra da olacaqdır, Ondan sonranı təsəvvürə gətirmək qeyri-mümkündür... O özü hər sonluğun sonudur” (Üsuli-kafi).

Allahın mövcudluğunu zaman baxımından anlamaq mümkün deyildir. Yəni Allahın əzəliliyi və əbədiliyi illərlə, əsrlərlə, eralarla ölçülməz. Bütün cisimlərin zamana və məkana ehtiyacı vardır, Allah isə zamanın və məkanın yaradıcısı olduğu üçün bunların çərçivəsinə yerləşmir. Nə zaman, nə də məkan Allahı əhatə etməyə və Onu öz daxilində məhdudlaşdırmağa qadir deyildir.


Yerləşdirilib:9 Sentyabr, 2015, Baxılıb:4526, Çap
 

Son şərhlər : 2
Müəllif: Xaliq | 25 Sentyabr, 2015  22:19
# Ответить
0


]]>]]>

Gözel olan Allahin salami olsun size.Allah sizden razi olsun ki,bucür gözel derslikleri bizlere beyan eliyursiz.minnetdaram.
Müəllif: Ramile | 21 Fevral, 2017  01:37
# Ответить
0


]]>]]>

Salam Allah sizlerden razi olsun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com