Lut peyğəmbər (ə)

Hörmətli izləyicilər! İslam.az “Uşaqlarınıza oxuyun” rubrikasının növbəti məqaləsini diqqətinizə təqdim edir.

Həzrət İbrahimin qardaşı oğlu Lut lap kiçik yaşlarından ona qoşulmuşdu. İbrahim peyğəmbər hara gedirdisə, öz ailəsi ilə birlikdə Lutu da aparırdı. Lut İbrahim peyğəmbərin tərbiyəsi ilə böyümüşdü.

Həzrət Lut böyüdükdən sonra əmisindən ayrılıb, şəhərlərin birinə köçdü və orada yaşamağa başladı.

Lut peyğəmbər gözəl əxlaqlı, tərbiyəli şəxs idi. Allah-təala ona peyğəmbərlik verdi. Amma onun yaşadığı şəhərin əhalisi əxlaqsızlıqla məşğul olurdu. Onlar öz ailə üzvləri ilə mehriban davranmır, tərbiyəsiz hərəkətlər edirdilər. Şəhərə bir qonaq gələn kimi məcbur edirdilər ki, o da tərbiyəsiz işlər görsün. Şəhərdəki həm kişilər, həm də qadınlar əxlaqsız idilər. Həzrət Lut onlara nə qədər nəsihət etsə də, fayda vermirdi. Lut çalışırdı ki, adamları pis işlərdən çəkindirsin, onları ailələri ilə mehriban etsin. Amma heç kəs Lut peyğəmbərin sözünə qulaq asmırdı.

Allah həmin şəhərin əhalisinə möhlət verdi ki, bəlkə düz yola gəlsinlər. Nəhayət, Allah əxlaqsız adamları cəzalandırmaq qərarına gəldi. Amma əvvəlcə üç mələyi həmin şəhərə göndərdi ki, adamlara axırıncı xəbərdarlığı etsinlər.

Mələklər insan sifətində yerə enib axşam vaxtı Həzrət Lutun evinə qonaq gəldilər. Şəhər əhalisi onların mələk olduğunu başa düşmədi. Camaat elə bildi ki, bunlar da adi insanlardır.

Əxlaqsız adamlar nəinki düz yola gəlib pis işlərdən əl çəkmədilər. Əksinə, hər tərəfdən Lutun evinə tərəf axışıb qışqırdılar:

- Ey Lut, qonaqlarını bizə təhvil ver, qoy onlar da bizə qoşulsunlar!

Həzrət Lut onlara xeyli öyüd-nəsihət verdi. Amma camaat onun sözlərini qəbul etmədi. Axırda mələklər Luta dedilər:

- Bu adamlardan əl çək. Onlar sənin dediyinə qulaq asmayacaqlar. Sübh tezdən Allah bu şəhərə bəla göndərəcək. Ona görə də möminləri özünlə götürüb tez şəhərdən çıx!

Lut peyğəmbər gecəyarı ailəsi ilə birlikdə şəhəri tərk etdi. Sübh tezdən şəhəri dəhşətli bir səs titrətdi. Zəlzələ bütün evlərin altını üstünə çevirdi. Göydən xırda daşlar yağmağa başladı. Əxlaqsız camaat  xarabalıqlar altında qalıb həlak oldu. Hər yer daş qalağı ilə örtüldü. Böyük şəhərdən iz-soraq da qalmadı.

islam.az

Yerləşdirilib:5 Aprel, 2015, Baxılıb:4143, Çap
 

Son şərhlər : 1
Müəllif: Bela | 12 Avqust, 2017  16:24
# Ответить
+1


]]>]]>

Lut qovmunun bashina gelenler,gunumuzde choxalmaqda olan exlaqsizlara,ozlerine homo.....deyenlere,ders olmalidir.Goyden bashlarina dash yagmir,evezinde bu murdarlara gore memleketin bereketi itib.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com