Boşanmanın ziyanları

Ötən məqalədə (http://az.islam.az/article/a-670.html) qeyd etdik ki, İslam dini talağa (boşanmaya) icazə verir, bununla yanaşı, talaq üçün bir neçə çətinləşdirici şərt irəli sürür.

Bu şərtlər tərəflərin tələsik qərar verməsini əngəlləyir, onların dərindən düşünüb-daşınmalarına imkan yaradır, talağı asan və rahat bir addım saymağa mane olur. Bu məqalədə talağın fərdi və ictimai ziyanları araşdırılacaq. Niyə İslam talaq məsələsində bu cür mövqe nümayiş etdirir? Talağın mənəvi-psixoloji, sosial-iqtisadi fəsadları həqiqətən güclüdürmü?

Talaq (boşanma) cəmiyyətin və dövlətin kiçik modeli olan bir qurumun (ailənin) süqutu, isti ailə ocağının sönməsi deməkdir. Talaq iki nəfər arasında bir zamanlar mövcud olmuş sevgi qığılcımlarının məhv olması deməkdir. Boşanmış insanlar hər nə qədər özlərini peşman olmuş kimi göstərməsələr də, başlarını dik tutmağa çalışsalar da, bu ağır hadisənin pixoloji zərbəsini öz ruhiyyələrində uzun müddət gəzdirirlər. Evlilik həyatının xatirələri hər zaman onları təqib edir və yeni həyata uyğunlaşmalarına mane olur.

Mənəvi-pixoloji məqamlardan əlavə, talağın ciddi sosial fəsadları da vardır. Boşanmış şəxslərin ailələri, yaxınları əksər hallarda bir-biri ilə əbədi düşmənə çevrilirlər. Bəzən hətta bu zəmində qan da tökülür. Talaq boşanmış kişini maddi mənada da təqib edir. Boşanma zamanı əmlak və ev bölgüsü, aliment kimi hallar kişinin ikinci evliliyinə maneçilik yaradır və söz-söhbətlərə səbəb olur.

Boşanmadan ən çox əziyyət çəkənlər isə əlbəttə ki, uşaqlardır. Valideynlərin birini itirən, daha sonra ögey ana və ya ögey ata qayğısına möhtac qalan uşaq bəzən bütün ömrü boyu bu psixoloji sarsıntını özü ilə daşıyır. Bir çox hallarda ailə rahatlığını itirən, kasıblıq, nəzarətsizlik şəraitində boya-başa çatan, bəzən isə hətta uşaq evinə atılan bu “qurban”lar cəmiyyətdən narazılıq, nifrət duyğusu ilə böyüyürlər. Normal ailə tərbiyəsi, valideyn qayğısı görmədikləri üçün, eləcə də öz bədbəxtliklərinin kökünü ətrafda axtardıqları üçün onlarda başqalarına qarşı paxıllıq və ziyankarlıq hissləri qabarıq şəkildə təzahür edir. Cəmiyyətdən inciklik, xoşbəxt ailələrə qarşı həsəd onları bir çox hallarda cinayət girdabına da sürükləyir. Təsadüfi deyil ki, məhkəmə araşdırmaları zamanı cinayətkarların əksəriyyətinin uşaq ikən valideynlərinin ayrılmış olması aşkara çıxır.

Uşağın normal tərbiyə ala bilməsi üçün sağlam ailəyə böyük ehtiyac vardır. Heç bir mühit ailəni əvəz edə bilməz. Eləcə də, heç bir tərbiyəçi, müəllim və ya ögey ata-ana doğma valideyni əvəzləyə bilməz. Boşanmış ailələrdə böyüyən uşaqlar kiçik yaşlardan psixoloji sarsıntı keçirir, özünə qapanır, mənəvi böhran və komplekslə böyüyürlər. Lazım olan nəvaziş və qayğını vaxtında ala bilmədikləri üçün çox zaman kobud, mərhəmətsiz, daxili müvazinətsiz olurlar.

Elə bu səbəblər üzündən hədislərdə deyilir ki, Allahın ən çox bəyənmədiyi (qəzəbləndiyi) halal əməl talaqdır. İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən bir hədisdə isə buyurulur: “Evlənin, talaq verməyin (boşanmayın). Həqiqətən, talaq Allahın ərşini titrədər”. Bir gün bir nəfər Peyğəmbərin hüzuruna gəldi. Peyğəmbər onun ailə vəziyyəti ilə maraqlandı. Adam cavab verdi ki, arvadını boşayıb. Peyğəmbər soruşdu ki, hər hansı ciddi səbəb (günah) olmadan boşamısan, yoxsa qadının günahı var idi? Adam cavab verdi ki, heç bir günah olmadan arvadıma talaq verdim. Bir müddət sonra həmin adam başqa bir qadınla evləndi və bu barədə Peyğəmbərə xəbər verdi. Daha sonra o qadını da boşadı. Peyğəmbər yenə talağın hər hansı ciddi səbəb üzündənmi baş verdiyini soruşanda o adam dedi ki, heç bir günah olmadan bu addımı atdım. O adam üçüncü dəfə də evlənib Peyğəmbəri məlumatlandırdı. Nəhayət, bu dəfə də arvadını boşadı. Yenə bu hərəkətin heç bir ciddi səbəb üzündən olmadığı aşkara çıxdı. Bu dəfə Peyğəmbərimiz narazılığını gizlətmyib buyurdu: “İzzət və cəlal sahibi olan Allah tez-tez evlənib-boşanan hər kişi və qadına qəzəblənər (və ya lənət edər)” (Əl-Kafi, VI, 54).



Yerləşdirilib:12 Noyabr, 2014, Baxılıb:3304, Çap
 

Son şərhlər : 1
Müəllif: Ekber | 29 Mart, 2016  16:17
# Ответить
0


]]>]]>

boshanma sayinin coxalmasi cox uzucudur
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com