Ailələrimiz niyə dağılır?

(birinci məqalə)

Azərbaycanda boşanmaların sayı artır. Hər il əvvəlki ilə nisbətən daha çox ailə dağılır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə ölkəmizdə 86.852 evlənmə, 11.730 boşanma faktı qeydə alınıb. Statistika bunu göstərir ki, vətəndaşlarımız evlənməkdənsə, boşanmağa daha həvəsli yanaşırlar. Evlənmə və boşanma saylarının nisbətinə nəzər salsaq, vəziyyətin nə qədər təhlükəli olduğunu görərik. Son on ildə evlənmələrin boşanmalara nisbəti 8,4-dən 7,4-ə enib. Yəni əgər 2003-cü ildə evlənmələr boşanmalardan 8,4 dəfə çox idisə, ötən il 7,4 dəfə artıq olub.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, boşanmaların ən çox faizi evliliyin ilk 5 ili ərzində qeydə alınır. Yəni gənclərimiz ailə həyatının ilk 5 ili ərzində daha çox boşanma riskinə məruz qalırlar. Hətta bəzən hüquqi ədəbiyyatda bu müddəti “risk müddəti” də adlandırırlar. Səbəb budur ki, ailə quran tərəflər hələ bir-birini yaxşı tanımadıqları üçün, çox zaman onları birləşdirən övladın dünyaya gəlməsi gecikdiyi üçün daha asanlıqla ayrılmağa qərar verirlər. Əksinə, bir-birinin xasiyyətini daha yaxından öyrəndikdən, müəyyən çətinlikləri arxada qoyduqdan, oğul-uşaq sahibi olduqdan sonra tərəflər boşanma məsələsinə daha müdrikliklə yanaşırlar.

Bəs boşanmaların əsas səbəbləri nədən ibarətdir? Niyə ailələr, xüsusilə, gənclər tez-tez boşanırlar? Səbəbləri araşdırarkən, mühümlük dərəcəsinə görə əsasən, ağaşıdakılar üzərində durmağı lazım bilirik.

1. Tərəflərin bir-birini yaxşı tanımaması. Adətən, qızla oğlanın bir-birini tanımadığı, görmədiyi, xasiyyətinə bələd olmadığı, ailəsi ilə ünsiyyət qurmadığı zaman erkən boşanma halları geniş vüsət tapır. Məhz buna görə İslam dini naməhrəmlərin ünsiyyəti üzərində nə qədər məhdudiyytlər qoysa da, qızla oğlanın evlənməzdən qabaq bir-birini tanımalarına icazə verir. Şəriət çərçivəsində onların tanış olmalarının, gələcək ailə həyatını müzakirə etmələrinin, bir-birinin fikirləri, zövqü, dünyagörüşü, tələbləri barədə məlumat almalarının maneçiliyi yoxdur.

2. Məcburi evlilik. Dinimiz qızla oğlanın razılığı əleyhinə kəsilən kəbini etibarsız sayır. Peyğəmbərimiz özü bu qaydanı təcrübi olaraq həyata keçirərək, qızı Fatimə (ə) üçün gələn elçiləri onunla müzakirə edirdi. Fatimənin Həzrət Əli (ə) ilə evliliyi də məhz onun (Fatimənin) razılığı ilə həyata keçmişdi. Xalq arasında yayılmış göbəkkəsdi, beşikkəsdi kimi dəblərin dinimizdə heç bir əsası yoxdur. Ata öz qızı üzərində nə qədər ixtiyar sahibi olsa da, onu ərə verərkən mütləq razılığını soruşmalıdır.

3. Boşanmaya gətirib çıxaran səbəblərdən biri də tərəflərin erkən yaşda ailə qurmalarıdır. Doğrudur, dini mətnlərimizdə erkən evlilik təşviq edilir. Atalar sözümüzdə də deyilir ki, “yuxudan tez qalxan və tez evlənən peşman olmaz”. Amma unutmayaq ki, bir çox tövsiyələr zamana, məkana, şəraitə uyğun olaraq dəyişə bilər. Keçmişdə istər qızların fizioloji və psixoloji durumu, istərsə də oğlanların iqtisadi vəziyyəti erkən gənclik yaşında ailə qurmağa imkan verirdi. Qız ailədə gördüyü tərbiyədən asılı olaraq, evlilik həyatına tez hazır olurdu. Oğlan da mövcud sosial şəraitlə bağlı daha erkən yaşlarında iqtisadi müstəqillik qazanır, ailəsini saxlaya biləcək maddi qazanca sahib olurdu. Təhsil, iş yeri və sairə ilə bağlı indiki qədər problemlər yox idi. İndi isə, həm oğlanların, həm də qızların istər psixoloji, istərsə də sosial cəhətdən yetkinləşməsi əvvəlki dövrlərə nisbətən xeyli gec baş verir. Adət-ənənədə oturuşmuş bəzi yazılmamış qanunlar da burada müəyyən qədər rol oynayır. Ailə qurarkən maddi təminat, yaşayış yeri, cehiz kimi tələblər kifayət qədər ciddi mahiyyət qazanıb.

Bəzən gənclər erkən yaşda öz hisslərinin davamlılığına arxayın olmadan evlənirlər. Bir müddətdən sonra isə öz tərəf-müqabilini bəyənmir, əslində tamam fərqli bir insanla yaşamaq istədiklərini anlayırlar. Oğlanın lazımi maddi bazaya malik olmadan evlənməsi nəticəsində bəzən yeni qurulmuş ailə, tərəflərdən birinin valideynindən maddi cəhətdən asılı olur. Bu da ailə daxilində söz-söhbətlərin yaranmasına şərait yaradır.

4. Ailə qurmazdan əvvəl ciddi düşünməmək. Bəzən oğlanla qız ailə məsuliyyətini dərk etmədən evlənirlər. Ailə qurduqdan sonra da özlərini subay kimi hiss edir, gənclik əyləncələrindən əl çəkmirlər. Bu, əsasən oğlanın (kişinin) davranışında özünü daha çox büruza verir. O, yenə də keçmiş dostları ilə vaxtını keçirməkdə davam edir, əvvəlki sevgisini unutmur, evliliyi məhdudiyyət və “zəncir” kimi qəbul edir, məişət problemlərini ciddiyə saymır, bəzən bu problemləri həll etmək üçün özündə mənəvi qüvvə tapa bilmir. Nəticədə, kişinin ailədən soyuması müşahidə olunur ki, bu da onun həyat yoldaşı tərəfindən diqqətdən kənar qalmır. Bunun qarşısını almaq üçün evlənən şəxslərdə ailə qurmazdan əvvəl məsuliyyət hissini artırmaq, evliliyin mümkün problemlərini onlara qabaqcadan başa salmaq, ailə həyatına hazır olub-olmadıqları barədə onları dərindən düşünməyə vadar etmək lazımdır.

islam.az


Yerləşdirilib:17 Oktyabr, 2014, Baxılıb:5544, Çap
 

Son şərhlər : 7
Müəllif: Salam | 19 Oktyabr, 2014  21:05
# Ответить
+1


]]>]]>

Yeni aile quran gencler yaxwi olar ki,ayri yawasin,chunki,tanidigim bir cox ailelerde ixtilaflar qaynana qaynata mudaxilesinden yaranib..,
Müəllif: habil | 21 Oktyabr, 2014  06:56
# Ответить
0


]]>]]>

gencler Allahin onlarin her birinin boynuna koyduku vesife ve hakklarina riayet etseler xoshbext olarlar.sonra, hedislerde buyrylmushdur ki,valideyinlerden ayri ve mustekil yashamak mehribancilika getirib cixarar.bundan elava,Azerbaycanda ailelerin dakilma sebeblerini en cox kerbin tebliq edilen nde axtarmaq lazimdir.Haramlardan gozler kor,kulaklar kar ve diller lal olmushdur.
Müəllif: habil | 21 Oktyabr, 2014  07:04
# Ответить
0


]]>]]>

duzelish:...qerbin teblig edilen "medeniyyetinde" (?) axtarmaq lazimdir...
Müəllif: Nazim | 21 Oktyabr, 2014  19:49
# Ответить
+4


]]>]]>

Valideyinlerinize uf bele demeyin ayesini bes ne etmek istiyirsiniz?!Onlarin haqqini odemeye gucunuz catarmi?!Esla yox! Ananin bir gece cekdiyi iztirab ve heyecanin,qorxu ve ezabinin evezini omrunuz boyu calishsaniz bele odeye bilmezsiniz!Atanin birce duasindan bele asili olan heyatinizi valideyinlerinize borclusunuz!Belke ele qerbin tebliqidir ki cavanlar sevishen kimi valideyinlerine bir tepik ve "musteqil heyat"!Valideyinler ekib becerdiklerinin behresini gormek isterken yani evladinin onlarin xidmetinde durmaqlarina ehtiyaclari olarken "musteqil heyat" shuarini bayraq etmek ne qeder doqrudur!Mehribancilqi Mehriban olan Allaha xatir etmek lazimdir daha "musteqil heyat" xatirine yox!Essalamu aleykum ve rehmatulahi ve berekatu.
Müəllif: Gulya | 23 Oktyabr, 2014  00:10
# Ответить
+3


]]>]]>

6 ildi aileliyem . Qaynanam qaynatam cox gozel insandirlar. Biz ise yoldasimin bibisinin eri biryerde yasayiriq. Kisi o qeder cetin xarakterli insandiki hetta heyat yoldasi ondan uzaq olmaq isteyir. Her ise qarisir , insani adi seylere gore acilayir , ele bilki menim borcumdu ona qulluq etmek . Boyuklere axirki dedim qala bilmirem eseblerim cox korlanib , hec kim ireli kecib hecne deye bilmir boyuk olduguna gore. Men aile qurmamisamki kimese gore eziyyet cekem . Yoldasima da deyirem ayri qalaq , heleki qalmir , maddi imkan da var , sadece nece deyecek biz ayri yasamaq isteyirik , gerek qohumu ozu dese , o da deyen deyil , cunki men qullugun tuturam . Artiq sebrim qurtarib , nece defe yoldasima demisemki bosanaq , o insandan canim qurtarsin , bosanmir, bilmirem ne edim ?
Müəllif: Salam | 20 Noyabr, 2014  15:13
# Ответить
0


]]>]]>

Nazim qardam,elbette ki,Valideyinlerinize uf bele demeyin ayesine emel etmek hamiya vacibdir,amma bu o demek deyil ki,valdeynin her istediyini etmek haqqi var....Ele valdeynler var ki,ovladinin ailesinde ixtilaf yaradir,bowanmaya qeder getirib chixarir,bu halda ovlad ya gerek ailesin dagitsin ya da ayri yawasin...... Esselamu Eleykum ve Rahmetullahi ve Beraketuh.
Müəllif: Nazim | 20 Noyabr, 2014  21:49
# Ответить
0


]]>]]>

Her bir halda valideynin ehtiramini saxlamaq vacibdir.Elbetde ki evladin valideyinden ayri yashamasi qebahet deyil eger mueyyen shertler cercivesinde olarsa.Bu shertler coxdur,qisasi budur ki qayqilarina qalib raziliqlarini qazanmaq mutleqdir hetda evlad ayri yashamaqla duzgun etdiyini yeqin etse bele,eks halda inanmiram ki evlad dunya ve axiretde Boyuk Allahin raziliqini qazana bilsin.Bir gun hemen evladda oz balasindan razi olmaq ister ve evladi onun qelbini param-parca eder ve ozunun etdikleri yadina dusher.Esselamu aleykum ve rehmetullahi ve bertekatuh.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com