İmam Həsənin (ə) hədislərindən nümunələr

(15 Ramazan – İmam Həsənin (ə) mövludu münasibəti ilə)

“İnsanların səninlə necə rəftar etmələrini istəyirsənsə, sən də onlarla o şəkildə rəftar et”.

“İnsanlar bu dünyada səhv və qəflət içindədirlər. İstədiklərini edirlər, amma (nəticəsini) bilmirlər. Axirər dünyasına gedəndən (yəni öləndən) sonra yəqinə çatacaqlar. O zaman (nəticəni) biləcəklər, amma heç bir əmələ qadir olmayacaqlar”.

“Yeməkdən qabaq əlləri yumaq kasıblığı aradan qaldırır, yeməkdən sonra əlləri yumaq isə qəm-qüssəni aparır”.

“Sizə təqvalı olmağı və həmişə təfəkkürdə olmağı tövsiyə edirəm. Çünki təfəkkür bütün yaxşılıqların atası və anasıdır (yəni səbəbidir)”.

“Əxlaq gözəlliyi 10 xüsusiyyətdən ibarətdir: doğru danışmaq, çətinlik anında düzgünlük, ehtiyaclıya əta etmək, insanlarla xoş davranmaq, yaxşılığı mükafatlandırmaq, qohumlarla mehribanlıq etmək, qonşuları himayə etmək, dostların haqqını qorumaq, qonağı əzizləmək və bütün bunların başında həyalı olmaq”.

“Dünyadan ötrü elə çalış ki, sanki dünyada əbədi qalacaqsan. Axirət üçün elə çalış ki, sanki sabah öləcəksən”.

“Əgər nafilələr (müstəhəb ibadətlər) fərizələrə (vacib ibadətlərə) mane olursa, nafilələri kənara at”.

“Kim tez-tez məscidə getsə, bu səkkiz faydadan birinə malik olar: möhkəm nişanə əldə edər (yəni Allahn ayələrini anlayar), faydalı dostluq qazanar, təzə biliyə sahib olar, intizarında olduğu  mərhəmətlə üzləşər, onu hidayətə doğru səsləyən ya da alçaqlıqdan uzaq tutan sözü eşidər, ya Allahdan utandığına, ya da qorxduğuna görə günahı tərk edər”.

“Haqq ilə batilin arasındakı məsafə dörd barmaq qədərdir. İki gözünlə gördüklərin haqdır. Amma qulağınla eşitdiklərinin çoxusu batil olur”.

“Öz elmindən başqalarına öyrət, başqalarının elmindən də özün öyrən”.

“Mühəmmədi (s) göndərən Allaha and olsun ki, hər kim bizim (Əhli-beytin) haqqımızdan əskiltsə, Allah da onun əməllərindən əskildər (yəni savabını azaldar)”.

“Kim Allaha itaət etsə, Allah da hər şeyi ona tabe edər”.

“Qiyamət günündə bəndədən bu dörd məsələ barədə soruşulmayınca ayağını ayağının üstündən götürə bilməz: cavanlığını necə keçirib, ömrünü necə yaşayıb, sərvətini necə toplayıb və hara xərcləyib, biz Əhli-beyti sevib ya yox”.

“İnsanların həlakı üç şeydədir: təkəbbür, tamah və həsəd. Təkəbbür dini məhv edər, İblis də təkəbbürün sayəsində lənətə düçar oldu. Tamah həfsin düşmənidir, Adəm onun üzündən cənnətdən qovuldu. Həsəd pisliklərin mənbəyidir, onun üzündən Qabil Habili öldürdü”.


Yerləşdirilib:9 İyul, 2014, Baxılıb:2940, Çap
 

Son şərhlər : 2
Müəllif: Muslim | 11 İyul, 2014  04:43
# Ответить
+2


]]>]]>

“Mühəmmədi (s) göndərən Allaha and olsun ki, hər kim bizim (Əhli-beytin) haqqımızdan əskiltsə, Allah da onun əməllərindən əskildər (yəni savabını azaldar)”.
Müəllif: fatime | 13 İyul, 2014  21:33
# Ответить
+2


]]>]]>

ALLAH RAZI OLSUN.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com