Allah kimdir?

Hörmətli izləyicilər! İslam.az yeni “Uşaqlarınıza oxuyun” rubrikasını diqqətinizə təqdim edir. Bu rubrikada övladlarınıza dinimiz haqqında ibtidai bilikləri aşılamaq üçün zəruri olan məqalələrlə tanış olacaqsınız. İlk məqalə isə “Allah kimdir?” adlanır.

Siz hər gün ata-ananızın, nənə-babanızın, müəllimlərinizin dilindən “Allah” kəlməsini eşidirsiniz. Onlar hələ baş verməmiş hadisədən danışanda “Allah qoysa, inşaallah” – deyirlər. Sizi tərifləyəndə “maşallah, Allah saxlasın” – söyləyirlər. Kimə isə təşəkkür etmək istəyəndə “Allah razı olsun, Allah köməyin olsun” sözlərini işlədirlər. Ümidlərini “Allah kərimdir”, xəbərsizliklərini “Allah bilir”, razılıqlarını “Allaha şükür” sözləri ilə ifadə edirlər.

Bəs, Allah kimdir?

Ətrafa nəzər salın. Nə görürsünüz? Sinif otağı, yazı lövhəsi, kitab-dəftəriniz, sinif yoldaşlarınız və s. Pəncərədən həyətə baxın. Səmada Günəş parlayır, buludlar hərəkət edir, ağacların yarpaqları titrəyir. Torpağın üzərini yaşıl otlar örtüb. Ağacların budağında quşlar yuva salıb.

Bütün bunları yaradan və bəsləyən Allahdır. Dünyadakı hər şeyi Allah yaradıb. O, Günəşi, Ayı, Yeri, bütün planetləri və ulduzları xəlq edb, heyvanları və bitkiləri yaradıb. İlk insanı yaradan da Allahdır.

Soruşa bilərsiniz: Axı, oturduğumuz məktəb binasını bənnalar ucaldıb. Əynimizdəki paltarları dərzilər tikib. Oxuduğumuz şeirləri şairlər yazıb, eşitdiyimiz musiqiləri bəstəkarlar bəstələtyib. Həyətdəki ağacları bağban əkib. Mindiyimiz maşınları da zavodlarda fəhlələr düzəldib. Bəs, nəyə görə deyirik ki, hər şeyi Allah yaradıb?

Amma məsələ bundadır ki, dediklərinizin heç biri özbaşına yaranmayıb.  Əgər binanı bənna tikibsə, bəs, daşı kim yaradıb? Ağacı bağban əkibsə, ağacın toxumları kim tərəfindən yaradılıb? Maşınlar zavodda yığılırsa, dəmir necə yaranıb?

Demək, hər şeyin ilkin yaradıcısı Allahdır. Allah materialları yaradıb, sonra insanlar bu materiallardan müxtəlif əşyalar hazırlayıblar. Bu əşyaların hazırlanma qaydasını onlara öyrədən də Allahdır. Əgər Allah maşını necə yaratmaq fikrini insanın ağlına gətirməsəydi, maşın necə yaranardı? Əgər Allah insana ağıl və yaddaş verməsəydi, kitablar necə yazılardı? Əgər Allah insana istedad verməsəydi, mahnılar necə bəstələnərdi?

Allah həm də yaratdıqlarını bəsləyir, inkişaf etdirir. Dünyada hər şey dəqiq nizam-intizam əsasında baş verir. Milyon illərdir ki, planetlər dəqiq orbit boyunca Günəş ətrafında hərəkət edir. Heç bir planet o biri ilə toqquşmur. Allah onların hərəkətini nizamlamasaydı, belə olardımı?

Yer üzündə on minlərlə heyvan və quş növü yaşayır. Onlar bir-biri ilə qidalanırlar. Milçəyi qurbağa, qurbağanı ilan, ilanı isə qartal yeyir. Bununla belə, onların heç birinin kökü kəsilmir. Allah hər canlının ruzisini bol-bol yetirir.

Bəs, Allah bütün bunlara necə nail olur? Bir qüvvə bu boyda kainatı necə yaradıb idarə edir?

Allah insanların təsəvvür edə bilməyəcəyi dərəcədə elmli, qüdrətli və mərhəmətlidir. Nə keçmişdə baş vermiş, nə indi baş verməkdə olan, nə də gələcəkdə baş verəcək heç bir hadisə Ondan gizli deyil. Allah istədiyi hər işi həyata keçirməyə qadirdir. Heç nə Ona mane ola bilməz. Allah bütün yaratdıqlarına qarşı sonsuz dərəcədə mərhəmətlidir. Buna görə də onları bəsləyir və ruzilərini yetirir.

Bilin ki, Allahın necəliyini insan tam təsəvvür edə bilməz. Allah cism deyil, Onun eni, uzunu və hündürlüyü yoxdur. Allahın cinsi yoxdur; yəni O, nə kişidir, nə də qadın. Allahın əli, gözü, dili, qulağı yoxdur. Amma O, hər şeyi gözsüz görür; öz yaratdıqları ilə dilsiz danışır; hər şeyi əlsiz yaradır və idarə edir; bütün duaları qulaqsız eşidir. Allahın yeri və məkanı yoxdur. O, cisim olmadığı üçün heç bir məkana yerləşə bilməz. Bununla belə, Allah hər yeri əhatə edir. Kainatda iynə ucu boyda da olsa, elə yer yoxdur ki, Allahın elm və qüdrətindən kənarda qalsın.


Yerləşdirilib:17 Aprel, 2014, Baxılıb:15106, Çap
 

Son şərhlər : 22
Müəllif: Nazim | 18 Aprel, 2014  20:13
# Ответить
+13


]]>]]>

Cemiyetimizde boyuk ehtiyac var bele meqalelere,evladlarimiza yani gelecek neslimize Xaliq Allahi tanitdirmaq boyuklerin boynunda aqir mesuliyetini dashiyacaqi vezife borcudur.Teshekkur.
Müəllif: Rovshan | 21 Aprel, 2014  16:37
# Ответить
+10


]]>]]>

ALLAH razi olsun sizlərdən..
Müəllif: cahid | 29 Aprel, 2014  15:27
# Ответить
+5


]]>]]>

bu meqalelerin audiosu olsa yaxshi olar,ALLAH sizlerden razi olsun
Müəllif: gulnar | 4 May, 2014  10:01
# Ответить
+7


]]>]]>

ALLAH her kesin komeyi olsun..Etdiyim sehvleri bagiwla YA REBBIM.
Müəllif: COSQUN | 6 May, 2014  23:24
# Ответить
+5


]]>]]>

ALLAH RAZI OLSUN...BUNU OXUYANDA OZUMU TAM BASQA CUR HISS ELEDIM..
Müəllif: NURLAN | 12 May, 2014  23:38
# Ответить
+6


]]>]]>

ALLAH sizden razi olsun
Müəllif: nazim | 9 İyun, 2014  15:06
# Ответить
+3


]]>]]>

Allah Sizdən razı olsun. Uca Allah İslamçılığımızı,Müselmançılığımızı qorusun Amin...
Müəllif: Akif | 13 İyun, 2014  00:41
# Ответить
+6


]]>]]>

allah bu cur meqaleleri yayanlarin komeyi olsun amin inşallah
Müəllif: murad | 19 Avqust, 2014  21:54
# Ответить
-1


]]>]]>

melumata gore tesekkur edirem
Müəllif: Zeyneb | 8 Noyabr, 2014  00:07
# Ответить
+4


]]>]]>

Allah razi olsun
Müəllif: ali | 21 Noyabr, 2014  08:07
# Ответить
+4


]]>]]>

allahi tanitdirmaq gozel emellerdendir insan allahi tek dilde yox hem de qelbde tanimalidir, hemin insan saleh insan olar, allah boyukdur bizlere hamishe rehm edir, biz yalniz onun rehmine mohtaciq, odur bize her seheyi eta eden, onu hem tanimaq hem de sevmek lazimdir odur bizi hecden yaradan; coxlu coxlu shukurler olsun onun rehmine.
Müəllif: Ayaz | 12 Yanvar, 2015  07:16
# Ответить
+5


]]>]]>

Cumle bewer Allahin ixtyarinda olduqunu neise ki,coxlarimiz derk etmir.Tebietde her bir canlinin oz rolu var,Qariwqasindan tutmuw en xirda mikraskop altinda bele gorsenen xirda bir hewarata bele Yuce Rebbimiz can verib,demeli onlarinda bu heyatda rolu varki ALLAH onu yaradib.ama coxlarimiz buna bigane yanawiriq ve sadece bu kainatin tekce yaradiliwin ozumuzu goruruk.ALLAH bizleri baqiwlayanlardan Tekebbur hissini qelbimizden uzaq eylesin.
Müəllif: Vefa | 11 Avqust, 2015  10:30
# Ответить
+2


]]>]]>

Allah sizi qurusun
Müəllif: Yaqub | 25 Noyabr, 2015  09:00
# Ответить
+2


]]>]]>

Allah həmişə köməyinizdə olsun.
Müəllif: asd | 17 İyun, 2016  19:45
# Ответить
+1


]]>]]>

Əla məqələydi .Çox sagolun :)
Müəllif: ELDAR | 29 İyul, 2016  20:36
# Ответить
+1


]]>]]>

ALLAH RAZİ OLSUN SİZDEN
Müəllif: Nurane | 16 Noyabr, 2016  17:00
# Ответить
+2


]]>]]>

Çoooxx daq olun çox gözeldi ALLAH razı olsun sizden
Müəllif: Asif | 28 Mart, 2017  15:58
# Ответить
0


]]>]]>

Allah sizlerden razi olsun .cox sagolun
Müəllif: Gulnar | 20 İyul, 2017  22:21
# Ответить
+2


]]>]]>

Allah sizlerden razi olsun .Cox sagolun
Müəllif: Gulnar | 20 İyul, 2017  22:40
# Ответить
+1


]]>]]>

Allahin boyuklune Allahin varligina inanaq ey muzelmanlar Allah butun muselman baci ve qardawlarimiza komey olsun inwAllah gunahlarimizi bagiwlasin Amin
Müəllif: Selcan | 12 Avqust, 2017  16:16
# Ответить
0


]]>]]>

Cox sag olun qizim da hemise mene bu sualim verir calisiram Allahi ona duzgun basa salim. Gelin indiden usaqlarimizi dinimize uygun terbiyelendirek neinki qerb exlaqi ile ona gore kI her birimiz Allah qarsisinda cavab vermeli olacagiq.
Müəllif: Mirdavud | 26 Oktyabr, 2017  12:48
# Ответить
0


]]>]]>

Allah razi olsun bu uşaqlardan çox böyüklərə lazımdır.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com